##num=3//level=1// sumtest=22 //name=Ürək fəaliyyətinə təsir göstərən dərman maddələri. //
1. Qan damarlarını genişləndirən maddələrin təsir xüsusiyyətləri. Ardıcıllığı gözləyin:
1 - qan damarlarını genişləndirir və qan təzyiqini aşağı salır
2 - xəstəni sakitləşdirir
3 - qanaxmanı yavaşıdır
4 - qan dövranını yaxşılaşdırır
5 - spazmı aradan qaldırır, ağrıkəsici təsir göstərir
A) 2, 3, 4, 1, 5
B) 1, 2, 4, 3, 5
C) 1, 4, 3, 2, 5
D) 1, 3, 5, 2, 4
E) 5, 3, 4, 2, 1
2. Qan damarlarını genişləndirən maddələrin sırasını göstərin:
A) trombin, dibazol
B) validol, vikasol
C) eufillin, nistatin
D) MgSO4, panadol
E) dibazol, nitroqliserin
3. Qan laxtalanmasına təsir edən maddələr hansılardır?
1 - vikasol, trombin
2 - vitaminlər, hormonlar
3 - aspirin, eufillin
4 - fibrinogen
5 - nitroqliserin
A) 1, 3
B) 2, 4
C) 1, 4
D) 3, 4
E) 4, 5
4. Antikoaqulyantlar hansı dərmanlara deyilir?
A) laxtalanmanı sürətləndirən
B) immuniteti gücləndirən
C) allergiyaya qarşı işlədilən
D) qan laxtalanmasını zəiflədən maddələr
E) qızdırmasalıcı dərmanlara
5. Karotin hansı vitaminin provitaminidir?
A) C vitamini
B) D vitamini
C) A vitamini
D) E vitamini
E) K vitamini
6. Hipovitaminoz nədir?
A) orqanizmdə vitamininin çatışmaması
B) orqanizmdə vitaminin normal miqdarda olması
C) orqanizmdə vitaminin heç olmaması
D) orqanizmdə vitaminin ziyan verməsi
E) orqanizmdə vitaminin artıq olması
7. Yağda həll olunan vitaminlərin düzgün sırasını göstərin:
1 - A, D C, K vitaminləri
2 - A, D vitaminləri
3 - E, C, PP vitaminləri
4 - . B1, B2, B3 vitaminləri
5 - E, K vitaminləri
A) 1, 2
B) 2, 5
C) 4, 5
D) 4
E) 5
8. Suda həll olunan vitaminlərin düzgün sırasını göstərin:
A) B1, C, P vitaminləri
B) A, E, K vitaminləri
C) PP, D vitaminləri
D) C, D, K vitaminləri
E) bütün vitaminlər
9. Ürək qlikozidləri orqanizmə necə təsir göstərir? Ardıcıllığı gösləyin:
1 - ürəyin fəaliyyəti artır
2 - qan dövranı sürətlənir
3 - sidik ifrazı artır
4 - mədə - bağırsağın fəaliyyəti normaya düşür
5 - mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir
A) 2, 3, 1, 4, 5
B) 2, 3, 4, 5, 1
C) 1, 3, 2, 4, 5
D) 1, 3, 5, 2, 4
E) 5, 3, 1, 2, 4
10. Ürək qlikozidləri mərkəzi sinir sisteminə necə təsir göstərir?
1 - sakitləşdirici
2 - süstləşdirici
3 - oyadıcı
4 - stimulə edici
5 - hərəkətləşdirici
A) 1, 4
B) 1, 2, 5
C) 1, 2, 3
D) 4
E) 5
11. Ürək qlikozidlərini hansı yolla qəbul etdikdə yaxşı təsir göstərir?
A) məhlul şəklində qəbul etdikdə
B) toz şəklində qəbul etdikdə
C) parenteral yeritdikdə
D) tablet şəklində qəbul etdikdə
E) damcı şəklində qəbul etdikdə
12. Ürək qlikozidlərinə hansı dərman maddələri aiddir?
1 - strofantin, korqlikon
2 - protamin, heparin
3 - kordaron, preduktal
4 - korqlikon, MgSO4
5 - konkor, eufillin
A) 1, 5
B) 1, 2
C) 2, 3, 4
D) 4, 5
E) 1, 3
13. Heparinə xas olan xüsusiyyətlər hansıdır?
1 - antikoaqulyantdır
2 - mədə və oniki barmaq bağırsağın xora xəstəliyində tətbiq edilir
3 - iri buynuzlu heyvanların qara ciyərindən alınır
4 - trombozların profilaktikasında istifadə olunur
5 - miokard infarktının müalicəsində istifadə olunur
6 - antiallergikdir
7 - sedativ təsirə malikdir
A) 3, 5, 6, 7
B) 2, 3, 6, 7
C) 4, 5, 6, 7
D) 2, 4, 5, 6
E) 1, 3, 4, 5
14. Hansı xəstəliklər zamanı koaqulyant preparatlardan istifadə etmək olmaz?
1 - miokard infarktı zamanı
2 - allergiya zamanı
3 - mədə - bağırsaq qanaxmalarında
4 - trombozlarda
5 - hipertoniyada
6 - beyinə qansızmada
A) 1, 3, 4, 5
B) 3, 2, 4, 5
C) 1, 4, 5, 6
D) 2, 3, 4, 5
E) 3, 4, 5, 6
15. Bu preparatlardan hansı yağda həll olan vitaminlərə aiddir?
1 - Vitamin C
2 - Vitamin B1
3 - Vitamin B6
4 - Vitamin B2
5 - Vitamin D
6 - Vitamin A
7 - Vitamin E
A) 2, 4, 5
B) 5, 6, 7
C) 1, 3, 2
D) 3, 4, 7
E) 4, 5, 6
16. “C” vitamini mənbəyi kimi təbabətdə hansı bitkilərdən istifadə edilir?
1 - itburnu meyvəsi
2 - palıd qabığı
3 - yemişan çiçəkləri
4 - sitrus meyvələri
5 - dazı otu
6 - qara qarağat
7 - inciçiçəyi
A) 5, 6, 7
B) 2, 3, 7
C) 1, 4, 6
D) 4, 5, 6
E) 1, 3, 5
17. Arterial təzyiqin ölçmə qaydalarını ardıcıllıqla yazın:
1 - Çılpaq sol qolunun bazusu üzərinə dirsək büküşündən 2 - 3 sm yuxarıda manjeti qoyub bərkidirlər
2 - balondan yavaş - yavaş hava vuraraq nəbzin itdiyi anı qeyd edirlər
3 - arterial təzyiqi ölçüləcək adam oturmalı, yaxud rahat uzanmalı, danışmamalı
4 - dirsək büküşündə bazu arteriyasının üzərinə nəbzi təyin etmək üçün fonendoskopu basmadan onun üzərinə qoyurlar
5 - sonra balonun ventilini açıb , qulaq asırlar - çox qısa, uca bir - səs (ton) sistolik , təzyiqi göstərir
6 - manjetdə təzyiq düşdükcə tonlar zəifləyir və itir. Bu - diastolik təzyiqi göstərir
A) 2, 5, 6, 3, 4, 1
B) 1, 2, 3, 4, 5, 6
C) 3, 1, 4, 2, 5, 6
D) 4, 1, 2, 6, 3, 5
E) 6, 2, 4, 1, 3, 5
18. Tənginəfəslik zamanı xəstəyə qulluq qaydalarını ardıcıllıqla yazın
1 - xəstənin üstündən ağır adyalı götürməli, onu sıxan paltarı çıxarmalı
2 - xəstənin başının, yaxud kürəyinin altına bir neçə balış qoymalı
3 - bayırdan təmiz hava gəlməsi üçün pəncərəni açmalı
4 - xəstəyə oksigen balışı verməli
5 - həkimin təyinatlarını yerinə yetirməli
A) 3, 5, 1, 2, 4
B) 3, 4, 5, 2, 1
C) 2, 1, 3, 4, 5
D) 5, 4, 3, 2 1
E) 4, 5, 3, 2, 1
19. Sarğıların qoyulma qaydalarını ardıcıllıqla yazın:
1 - binti sarıdıqda xəstənin reaksiyasına baxmaq lazımdır (ağrıdırmi, çox sıxırmı)
2 - sarğı qoyduqda xəstə rahat vəziyyət almalı, özünü boş saxlamalıdır
3 - binti sarıdıqda bir əllə açır, o biri əllə sarğını tutur, düzəldirlər
4 - binti soldan - sağa istiqamətdə sarıyırlar
5 - bintin ucunu zədələnmiş yerin qarşı tərəfində elə bağlayırlar ki, düyün xəstəni incitməsin
A) 5, 4, 1, 3, 2
B) 3, 1, 2, 5, 4
C) 3, 5, 4, 1, 2
D) 2, 4, 3, 1, 5
E) 1, 2, 3, 5, 4
20. Qanın laxtalanmasına təsir edən maddələr hansı qruplara bölüünür? Uyğunluğu tapın.
I – qanın laxtalanmasını yüksəldən maddələr
II – qanın laxtalanmasını zəiflədən maddələr
1 - antikoaqulyantlar
2 - koaqulyantlar
3 - vikasol
4 - heparin
5 - “K” vitamini
6 - kalsium xlorid
A) I - 1, 3, 4, 5; II - 1, 2, 4, 6
B) I - 1, 2, 3, 4; II - 3, 4
C) I - 4, 5, 6; II – 2, 3, 6
D) I - 2, 3, 4, 6; II - 3, 4, 5, 6
E) I - 2, 3, 5, 6; II - 1, 4
21. Nəbzin hansı xassələri var? Uyğunluğu tapın:
1 - nəbzin tezliyi
2 - nəbzin ahəngi
3 - nəbzin gərginliyi
4 - nəbzin dolğunluğu
a - nəbz vurğuları arasında vaxt fərqi olmazsa ahəngdar nəbz, bunun əksi aritmik nəbz adlanır
b - normal halda dəqiqədə 60 - 80 - dir
c - nəbz döyüntüsünün kəsilməsi üçün arteriya divarına basmaqdan ötürü tələb olunan güc: AT yüksək olsa nəbz bir qədər gərgin olur
d - nəbzin dolğunluğu yaxşı olduqda barmağın altında yüksək nəbz dalğasını tutmaq olur
A) 1 - c, 2 - a, 3 - d, 4 - b
B) 1 - a, 2 - b, 3 - c, 4 - d
C) 1 - d, 2 - c, 3 - b, 4 - a
D) 1 - b, 2 - a, 3 - c, 4 - d
E) 1 - c, 2 - d, 3 - a, 4 - b
22. Nevrozun hansı formaları var? Uyğunluğu tapın:
1 - nevrasteniya
2 - isteriya
3 - psixosteniya
a - belə xəstələr başqalarının diqqətini özünə cəlb etməyə çalışır
b - xəstə bilavasitə real həyatla yaşaması və özünü aparması haqda çox fikirləşir. sadə həyatı hissləri - məhəbbət, qısqanclığı duymur
c - belə xəstələr yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı zəifləyirlər, tez kövrəlirlər, yuxu pozğunluğu olur
A) 1 - b, 2 - c, 3 - a
B) 1 - a, 2 - b, 3 - c
C) 1 - b, 2 - a, 3 - c
D) 1 - a, 2 - c, 3 - b
E) 1 - c, 2 - a, 3 - b
Dostları ilə paylaş: |