##book id= 91//book name= Mülki Müdafiə və tibbi biliklərin əsasları (buraxılış)


##num=23//level=1// sumtest=10 //name=Fövqəladə hallarda əhalinin köçürülməsi. //



Yüklə 0,86 Mb.
səhifə23/26
tarix27.12.2018
ölçüsü0,86 Mb.
#86510
1   ...   18   19   20   21   22   23   24   25   26

##num=23//level=1// sumtest=10 //name=Fövqəladə hallarda əhalinin köçürülməsi. //


1. Köçürmə (təxliyə) dedikdə nə başa düşülür?

A) Adamların həyatı üçün təhlükə yaranan rayonlardan əhalinin təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirləri kompleksidir

B) Adamların mühafizə qurğunlarında yerləşdirilməsidir

C) Zədələnmə ocaqlarında adamların yerləşdirilməsi tədbirləridir

D) Fərdi mühafizə vasitələrinin işlədilməsi tədbirləridir

E) Mühafizə qurğusunu növbə ilə tərk etmək və marşrutlarda hərəkət qaydalarıdır

2. Toplanış köçürmə məntəqələri kimlər tərəfindən təşkil olunur?

1 - Yerli (şəhər, qəsəbə və kəndlərdə) bələdiyyələr

2 - Mülki müdafiə qərargahı

3 - Icra hakimiyyəti nümayəndələri

4 - Fövqəladə hallar nazirliyinin müvafiq orqanları

5 - Evlər idarəsinin rəisləri

A) 3, 4

B) 1, 2

C) 1, 3

D) 1, 5

E) 2, 4

3. Əgər hər hansı bir şəxs xəstələnibsə toplanış köçürmə məntəqəsinə gedə bilmirsə kimə xəbər verməlidir?

1 - Nəqliyyat vasitələrinin rəhbərlərinə

2 - Obyektin mülki müdafiə rəisinə

3 - Evlər idarəsinin rəisinə

4 - Tibb xidmətinin rəisinə

5 - Mühafizə xidmətinin rəisinə

A) 3, 5

B) 1, 2

C) 3, 4

D) 2, 3

E) 2, 4

4. Şəhərdən köçürülən əhali harada yerləşdirilir?

1 - Yaşayış məntəqələrindəki ictimai binalarda

2 - Radiasiya əleyhinə daldanacaqlarda

3 - Yerli əhalinin evlərində

4 - Abadlaşdırılmış çadır şəhərciyində

5 - Sığınacaqlarda

6 - Üstü örtülü səngərlərdə

A) 1, 3, 4

B) 1, 2, 3

C) 2, 3, 4

D) 4, 5, 6

E) 1, 5, 6

5. ZM - lə zəhərlənmiş ərazidə adamlar hansı təhlükəsizlik qaydalarına riayət etməlidirlər?

1 - ərazidən tez keçərək qaçmamalı, toz qaldırmamalı

2 - Zəhərli ərazidə oturmaq, binalara söykənmək

3 - Yağışlı havada ərazidən keçərkən su gölməçələrini ötüb keçmək və suyu sıçratmamaq

4 - Zəhərli sahələrdə su içmək, qida qəbulu

A) 3, 4,

B) 2, 4,

C) 2, 3,

D) 1, 3,

E) 1, 4,

6. Ərazidə olarkən nüvə partlayışının alovu görünən kimi nə etməli? Ardıcıllıqla yazın:

1 - Əl və ayaqları bürüncəklə örtmək

2 - Dərhal daldalanma yerinin arxasına keçib üzü üstə uzanmaq

3 - Zərbə dalğası ötüb keçdikdən sonra ayağa qalxmaq

4 - Tez əleyhqaz və digər mühafizə vasitələrini geymək

5 - Bu vəziyyətdə torpağa qısılaraq uzanmaq

A) 4, 2, 1, 5, 3,

B) 5, 4, 3, 2, 1

C) 1, 2, 3, 4, 5

D) 3, 2, 1, 4, 5

E) 1, 5, 3, 2, 4

7. Kütləvi qırğın silahlarının tətbiq ediləcəyi halda adamlar hansı ağır zədələnmələrə məruz qala bilər? Uyğunluğu tapın:

1 - nüvə silahı

2 - kimyəvi silah

3 - bakterioloji silah

a - Insanların kütləvi surətdə ZM - lə kəskin zəhərlənməsi baş verə bilər

b - Yanıqlar, şüa xəstəliyi baş verə bilər

c - başın, döş qəfəsinin yaralanması, sınıqlar ola bilər

d - kütləvi yoluxucu xəstəliklərin yayılması baş verə bilər

A) 1 - ad; 2 - c; 3 - b

B) 1 - ad; 2 - b; 3 - c

C) 1 - b, c; 2 - a; 3 - d

D) 1 - bd; 2 - a; 3 - c

E) 1 - cd; 2 - b; 3 - a

8. Köçürmənin hansı formalarından istifadə olunur? Uyğunluğu tapın.

1 – qismən köçürmə

2 – qabaqcadan köçürmə

3 – təcili köçürmə

a - qəflətən baş verən hallarda

b - uşaqların, xəstələrin, qocaların qəza zonasından çıxarılması

c - adamlar üçün real təhlükə gözlənildiyi qəti müəyyən edilən hallarda

A) 1 –a; 2 - c; 3 - b

B) 1 –c; 2 - b; 3 - a

C) 1 –b; 2 - c; 3 - a

D) 1 –c; 2 - a; 3 - b

E) 1 –b; 2 - a; 3 - c

9. Vəziyyətdən asılı olaraq köçürmənin neçə və hansı formaları var? Uyğunluğu tapın.

1 - 1

2 - 2

3 - 3

4 - 4

5 - 5

6 - 6

a - Qismən köçürmə

b - Qabaqcadan köçürmə

c - Təcili köçürmə

d - Kombinasiyalı köçürmə

e - Qarışıq köçürmə

f - Fərdi köçürmə

A) 4 - a, b, c, d

B) 3 - b, f, c

C) 4 - d, c, e, f

D) 5 - f, e, d, c, a

E) 4 - a, f, c, e

##num=24//level=1// sumtest=14 //name=Fövqəladə hallarda rabitə və xəbərdarlığın təşkili Fövqəladə hadisələrdən mühafizə sahəsində əhalinin hazırlanması (Fövqəladə hallarda şagird və müəllim heyyətinin fəaliyyəti) . //


1. Nüvə silahının tətbiqi zamanı hansı siqnallar verilir?

1 - "Kimya həyəcanı"

2 - "Hava həyəcanı"

3 - "Radiasiya təhlükəsi"

4 - "Bakterioloji həyəcan"

5 - "Hava həyəcanı qurtardı"

A) 4

B) 5

C) 3

D) 1

E) 2

2. "Havadan basqın" təhlükəsi verildikdə uşaqlar məktəbdədirlərsə nə etməli?

1 - Müəllimlər hər bir uşağı evə buraxmamalı, tez və mütəşəkkil surətdə onları sığınacağa aparmalıdır

2 - Müəllimlər uşaqları evə buraxmaqla, onların təhlükəsizliyi təmin etmiş olurlar

3 - Sinif otaqlarının hermetikliyini təmin etməli

4 - Şagirdlərə antidot dərmanlar qəbul etdirməli

5 - Şagirdlərə fərdi aptekçədən bakteriya əleyhinə dərman həblərini qəbul etdirməli

A) 3

B) 5

C) 1

D) 2

E) 4

3. “Hava həyəcanı” siqnalı nə vaxt verilir?

A) Düşmənin hava basqını gözlənildikdə

B) Kimyəvi zəhərlənmə təhlükəsi olduqda

C) Bakterioloji yoluxma təhlükəsi olduqda

D) Ərazidə radioaktiv zəhərlənmə aşkar olunduqda

E) Zəhərli maddələr geniş ərazilərə yayıldıqda

4. Adamlar hansı siqnallar üzrə mühafizə qurğularında daldalanırlar?

A) “Hava həyəcanı”, “Radiasiya təhlükəsi”, “Kimyəvi həyəcan”

B) “Bakterioloji təhlükə”

C) “Karantin və observasiya” siqnalları

D) “Hava həyəcanı” sovuşdu

E) “Zəlzələ təhlükəsi” siqnalı

5. Kimyəvi və bakterioloji zəhərlənmə təhlükəsi olduqda hansı siqnal verilir?

A) "Hava həyəcanı sovuşdu" siqnalı verilir

B) "Radiasiya təhlükəsi" siqnalı verilir

C) "Havadan basqın" siqnalı verilir

D) “Kimya həyacanı” siqnalı verilir.

E) "Düşmənin basqın"siqnalı verilir

6. Radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə qalmağa məcbur olan hallarda nə etməli?

1 - fərdi aptekçədəki radiasiya əleyhinə sistamin qəbul etməli

2 - fərdi mühafizə vasitələrini geyməli

3 - adamların bir - birilə təmasda olması məhdudlaşmalıdır

4 - açıq əllə ətrafdakı əşyalara toxunmaq, yerdə oturmaq və ya uzanmaq, toz qaldırmaq olmaz

5 - açıq yerlərdə su içmək, xörək yemək qadağan olunmur

6 - adamlar tam sanitariya təmizliyindən keçməlidirlər

A) 2, 4, 5

B) 1, 2, 4

C) 4, 5, 6

D) 2, 3, 4

E) 1, 2, 3

7. “Kimya həyacanı” xəbərdarlıq siqnalı verildikdə nə etmək lazımdır?

1 - Zəhərlənmə zonasından küləyin səmtinə perpendikulyar istiqamətində çıxmalı.

2 - Ən yaxındakı sığınacağa getmək lazımdır

3 - Yoluxma ocağından özbaşına çıxmasına yol verilməməli

4 - Qızdırıcı cihazları, işiğı, söndürüb, yubanmadan sığınacağa getməli

5 - Dərhal respiratoru, tozdan qoruyan parça maska və ya pambıqlı tənzif sarğı geyib sığınacağa getməli

A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 2, 5

E) 1, 3, 5

8. “Radiasiya təhlükəsi” siqnalı verildikdə nə etmək lazımdır?

1 – davranış qaydaları haqqında mülki müdafiə qərargahının tövsiyyələrinə qulaq asmaq

2 – tənəffüs üzvlərinin mühafizə vasitələrini taxmalı

3 – yaxındakı sığınacağa getməli

4 – IPP – paketindən istifadə etmək

5 – Siqnalın radio, televiziya və səs ucaldıcı qurğular vasitəsilə təkrar olunmasını gözləmək lazımdır

6 – “Hamının diqqətinə” siqnalının verilməsini gözləmək lazımdır

A) 2, 3, 5

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 4, 5

9. Mülki müdafiənin xəbərdarlıq siqnallarına aiddir.

1 - "Zəlzələ həyəcanı" siqnalı

2 - "Hava həyəcanı" siqnalı

3 - "Sürüşmə həyəcanı" siqnalı

4 - "Kimya həyəcanı" siqnalı

5 - "Karantin və observasiya" siqnalı

A) 2, 4

B) 1, 5

C) 3, 5

D) 1, 4

E) 2, 5

10. Hansı siqnallar verildikdə insanlar sığınacaqlarda daldalanırlar?

1 - "Hava həyəcanı qurtardı" siqnalı

2 - "Radiasiya təhlükəsi" siqnalı

3 - "Kimya həyəcanı" siqnalı

4 - "Zəlzələ təhlükəsi" siqnalı

5 - "Sürüşmə təhlükəsi" siqnalı

A) 2, 4

B) 1, 5

C) 2, 3

D) 1, 4

E) 2, 5

11. Kimyəvi zəhərlənmə təhlükəsi olduqda hansı siqnallar verilir?

1 - "Radiasiya təhlükəsi"

2 - "Hava həyəcanı qurtardı"

3 - "Kimya həyəcanı"

4 - "Hava həyəcanı"

5 - "Bakterioloji həyəcan"

A) 3, 4

B) 1, 5

C) 1, 3

D) 2, 5

E) 1, 4

12. “Kimya həyəcanı” siqnalı verilərkən necə davranmalı? Ardıcıllığı yazın:

1 - Əgər yaxında mühafizə qurğusu olmazsa hər hansı binada gizlənmək və onu kipləşdirmək lazımdır

2 - Əleyhqazı taxmaq, mühafizə paltarını geymək

3 - Ərzaq və su ehtiyatlarını, dərmanları götürmək

4 - Mühafizə qurğusuna getmək

A) 3, 4, 2, 1

B) 1, 2, 3, 4

C) 1, 2, 4, 3

D) 2, 3, 4, 1

E) 4, 2, 3, 1

13. "Hava həyəcanı" siqnalı zamanı sirenanın səsini eşitdikdə nə etməli? Ardıcıllıqla yazın:

1 - Sığınacağa, daldalanacaqlara getməli

2 - Radio, televizoru qoşmalı, göstərişlərə qulaq asmalı

3 - 1 sutkalıq ərzaq, su ehtiyatı görürməli

4 - sonra yüngül əşyaları (sənəd, pul, qızıl) götürüb evdən çıxmaq

A) 3, 2, 1, 4

B) 1, 4, 3, 2

C) 4, 3, 2, 1

D) 2, 3, 4, 1

E) 3, 4, 1, 2

14. Mülki müdafiənin xəbərdarlıq siqnalları üzrə. Uyğunluğu tapın.

1 - “Hamının diqqətinə” siqnalı

2 - “Hava həyəcanı”

3 - “Kimya həyəcanı”

4 - “Radiasiya təhlükəsi”

a - Bu siqnal bildirir ki, düşmənin hava basqını gözlənilir;

b - Ərazidə radioaktiv zəhərlənmə aşkar olunmuşdur;

c - Zavodların, sirenaların, nəqliyyat vasitələrinin fit səslərindən və işıq siqnallarından istifadə olunur;

d - Bakterioloji və kimyəvi zəhərlənmə təhlükəsi olduqda

A) 1 - b; 2 - d; 3 - a; 4 - c

B) 1 - a; 2 - b; 3 - c; 4 - d

C) 1 - d; 2 - a; 3 - b; 4 - c

D) 1 - c; 2 - a; 3 - d; 4 - b

E) 1 - a; 2 - c; 3 - d; 4 - b

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin