##book id=064//book name=Azərbaycan dili və nitq mədəniyyəti

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.85 Mb.
səhifə6/6
tarix11.02.2020
ölçüsü0.85 Mb.
1   2   3   4   5   6

12. “........ nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır ?

A) Aydın


B) Dəqiq

C) Düzgün

D) İfadəli

E) Təmiz


13. “ Tələsik söyləmə sözünü bir dəm,

Fikrini kamil de, gec olsa, nə qəm”.

Beytin müəllifi kimdir və mədəni nitqin hansı tələbi qoyulur?

A) Ə. Nəvai . Aydınlıq

B) N. Gəncəvi. Yığcamlıq

C) Ə. Firdovsi. Yığcamlıq

D) Ə. X. Dəhləvi. Aydınlıq

E) S. Şirazi. Aydınlıq



14. Biri nitqin təmizliyinə aid edilə bilməz.

A) Vulqar və loru sözlərə yol verməmək

B) Məhəlli sözlərə, yerli şivələrə yol verməmək

C) Əcnəbi sözlərə lüzumsuz yer verməmək

D) Tüfeyli sözləri nitqdə işlətməmək

E) Danışılacaq materialı əvvəlcədən hazırlamaq



15. Nitqin təmizliyi nə deməkdir?

A) Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlənmir.

B) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə yol verilir.

C) Bədii təsvir vasitələri nitqdə geniş yer tapır.

D) Əcnəbi sözlərdən gen-bol istifadə edilir.

E) Söz və ifadələr orfoqrafik normalara uyğun tələffüz edilir.



16.Tələb olunan sözü, cümləni, ifadəni tapmaq nitq mədəniyyətinin hansı şərtinə aiddir?

A) konkretlik

B) düzgünlük

C) ifadəlilik

D) dəqiqlik

E) aydınlıq



17. Fonetik, leksik, qrammatik və s. qayda-qanunlara əməl olunması nitq mədəniyyətinin hansı şərtinə aiddir?

A) düzgünlük

B) münasiblik

C) yığcamlıq

D) dəqiqlik

E) ifadəlilik



18. “Əxəvizadə, təhsili-fünuninizi əncamə yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülmüəllimə övdət etməlisiniz?” Obrazın nitqində verilən bu cür sözlərə nə deyilir və mədəni nitqin hansı tələbi pozulur?

A) Tarixizm, orijinallıq

B) Dialektizm, təmizlik

C) Evfemizm, aydınlıq

D) Evfemizm, yığcamlıq

E) Varvarizm, təmizlik



19. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır.

A) Terminlərdən, alınma söz və ifadələrdən geniş istifadə etmək

B) İstifadə olunan sözlərin hamı üçün anlaşıqlı olmasına çalışmaq

C) İntonasiyanın müxtəlif çalarlarından yerli-yerində istifadə etmək

D) Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq

E) Mətndəki mənası çətin sözləri izah etmək



20. Nitqdə dialektizmlərin, jarqon, loru söz və ifadələrin, varvarizmlərin işlədilməsi mədəni nitqin hansı tələbinin əksinədir?

A) zənginliyinin

B) aydınlığının

C) yığcamlığının

D) təmizliyinin

E) münasibliyinin



21. “ Nitqin ............... kateqoriyasına məntiqi və emfatik vurğu, intonasiya və onun ünsürləri, jest və mimika, inversiya, ellipsis, antiteza, anafora, ritorik suallar və s. daxildir”. Nöqtələrin yerinə bunlardan hansı qoyulmalıdır?

A) ifadəliliyi

B) təmizliyi

C) sadəliyi

D) aydınlığı

E) dəqiqliyi



22. “Nitqi .............. etmək üçün mütləq ətraflı düşünmək və fikri dəqiq, aydın ifadə etmək üçün qısa və konkret ifadə tərzi düşünmək lazımdır”. Nöqtələrin yerinə mədəni nitqin hansı tələbi qoyulmalıdır?

A) təmiz


B) aydın

C) yığcam

D) sadə

E) zəngin



23. “Nitqin ............. kateqoriyasına fikrin ən uyğun dil vahidləri vasitəsilə konkret ifadə olunması aiddir. Ünsiyyət prosesində mədəni nitqin bu tələbinə əməl etmək başlıca kommunikativ keyfiyyət kimi qiymətləndirilir”. Bu hansı tələbdir və nöqtələrin yerinə aşağıdakı sözlərdən hansı qoyulmalıdır?

A) sadəliyi

B) aydınlığı

C) dəqiqliyi

D) zənginliyi

E) münasibliyi



24. Nitqin bu tələbi nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng formada işlədilməsini nəzərdə tutur.

A) zənginliyi

B) aydınlığı

C) təmizliyi

D) yığcamlığı

E) orijinallığı



25. Nitqdə yersiz təkrarlar, bəsit qrammatik formaların işlədilməsi, eyni konstruksiya və formaların dalbadal verilməsi, şablon ifadə vasitələrinə müraciət edilməsi mədəni nitqi hansı tələbdən uzaqlaşdırır?

A) sadəlikdən

B) zənginlikdən

C) münasiblikdən

D) düzgünlükdən

E) aydınlıqdan



26. Nitqin düzgünlüyü haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Yalniz qrammatik qaydalara əməl etmək kifayətdir.

B) Cümlələr məntiqi cəhətdən düzgün qurulmalıdır.

C) Münasib sözlər seçilməlidir.

D) Sözlər düzgün tələffüz edilməlidir.

E) Ədəbi dilin digər normalarına da riayət etmək lazımdır.



27. Tüfeyli sözlərin nitqdə təsadüf olunması faktı mədəni nitqin hansı tələbinin pozul­masıdır ?

A) Münasibliyin

B) Düzgünlüyün

C) Təmizliyin

D) İfadəliliyin

E) Aydınlığın



28. Əgər nitqdə tez-tez “ zaddı, şeydi , adını sən de , canım sənə desin ” kimi ifadələr işlədilərsə , mədəni nitqin hansı tələbi pozulur ?

A) Nitqin aydınlığı

B) Nitqin dəqiqliyi

C) Nitqin təmizliyi

D) Münasibliyi

E) Zənginliyi



29. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır.

1- Adi intonasiyadan istifadə etmək

2- Danışılacaq mövzu ilə bağlı material və faktlar toplamaq

3- Materialı sistemləşdirmək

4-Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq

5- Mətndəki mənası çətin sözləri izah etmək

A) 1, 2

B) 2

C) 5

D) 2, 4

E) 1

30. İntonasiya qaydalarının pozulması ilə bağlı qüsurlara yol veriləndə mədəni nitqin hansı tələbi pozulur ?

1- Düzgünlük

2- Dəqiqlik

3- Sadəlik

4- Təmizlik

5- Aydınlıq

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

31. Nitq mədəniyyətinin ən mühüm şərti nədir ?

1- Ədəbi dilin normalarına riayət etmək

2- Terminlərdən istifadə etmək

3- Obrazlılıq və məcazilikdən istifadə etmək

4- Yığcamlıq, sadəlik tələblərinə əməl etmək

5- Nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

32. Diksiya nədir ?

1- Səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunmasıdır.

2- Səsin yüksək tempidir.

3- Səsin aşağı tonla tələffüzüdür.

4- Səsin həyəcanlı vurğu ilə tələffüzüdür.

5- İfadənin məntiqi vurğusudur.

A) 1, 2

B) 2

C) 4, 5

D) 3

E) 1

33. “........pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez yorulur, diqqətini başqa istiqamətə yönəldir ”. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır ?

1- Diksiyanın

2- Orfoqrafiyanın

3- Qrammatik qaydaların

4- Morfoloji normaların

5- Sintaktik normaların

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

34. Mədəni nitqə verilən tələbin bu növündə başlıca meyar danışanın və yazanın geniş söz ehtiyatına malik olmasıdır. Bu tələb hansıdır ?

1- Zənginlik

2- İfadəlilik

3- Yığcamlıq

4- Təmizlik

5- Münasiblik

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

35. Bu amillər nitqin sadəliyini pozur. Verilənlərdən biri yanlışdır.

1- Qrammatik və üslubi imkanlardan istifadə

2- Sözçülük, cümləpərdazlıq

3- Qondarma, təmtəraqlı söz və ifadələrin işlədilməsi

4- Anlaşılmayan söz və terminlərin işlədilməsi

5- Eyni fikrin təkrar- təkrar ifadəsi

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

36. Bəzi natiqlər nitqinə söhbətlə, atalar sözü, ibrətamiz bir əhvalatla başlayır. Bu cür nitqə nə ad vermək olar ?

1-Orijinal

2- Sadə

3- Aydın

4- Yığcam

5- Münasib

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

37. Bu cür nitqdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan söz, ifadə, cümlə və s. tapılıb işlədilməlidir.

1-Nitqin dəqiqliyində

2- Nitqin sadəliyində

3- Nitqin ifadəliliyində

4- Nitqin aydınlığında

5- Nitqin təmizliyində

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

38.Ritorik sual qoymaq və ya bir lətifə, gözlənilməz , qəribə bir məzhəkə danışmaq­la əsl mətləbə keçmək hansı nitq formasına aiddir?

1-Orijinal

2- Zəngin

3- Yığcam

4- Münasib

5- Sadə

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

39. “ Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə bilməz ”. Söhbət nitqin hansı tələbindən gedir ?

1- Münasiblik

2- Aydınlıq

3- Təmizlik

4- Zənginlik

5- Yığcamlıq

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

40.“Natiq yığıncaqdamı, auditoriyadamı nitq söyləyir, mühazirə oxuyur? Nəyi sübut etmək istəyir ?” Mədəni nitqin hansı tələbi bu suallar əsasında qurulmalıdır ?

1- Münasiblik

2- Aydınlıq

3- Orijinallıq

4- Zənginlik

5- Yığcamlıq

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

41. Natiq nitqində dinləyənin kimliyini nəzərə almırsa, onun uşaq, ağsaqqal, tələbə, alim olduğunun fərqinə varmırsa və yaxud ixtisasından, təhsilindən, savadından asılı olmayaraq, onları bərabər tutub nitq söyləyirsə, mədəni nitqin hansı tələbini pozmuş olur?

1- Münasibliyini

2- Aydınlığını

3- Təmizliyini

4- Orijinallığını

5- Zənginliyini

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

42. Ton, vurğu, pauza nəyin elementləridir ?

1- İntonasiyanın

2- Sintaktik fiqurların

3- Məqsədin

4- Məntiqin

5- Aforizmin

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

43. Nitqin ifadəliliyində əsas ünsürlərdən biri olan intonasiya haqqındakı fikirlərdən hansı düzgündür?

1- İntonasiyanın əsas əlaməti dil vahidinin müxtəlif səs tempində, emosional çalarlıqda tələffüz edilməsidir.

2- İntonasiya natiqlik sənətində əsas vasitə ola bilməz.

3- Yalnız intonasiya vasitəsilə cümlə yarana bilməz.

4- Cümlənin müxtəlif tiplərə ayrılmasında intonasiyanın rolu yoxdur.

5- İntonasiya fransız sözü olub, “zəncirvari” deməkdir.

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

44. Verilənlərdən biri intonasiyanın ünsürü deyil.

1-qrammatik formalar

2- vurğu

3- fasilə

4- ritm

5- tembr

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

45. İntonasiya haqqında verilən mühakimələrdən yalnız biri düzgündür.

1- İntonasiya latın sözü olub (intonare) “ucadan tələffüz etmək” deməkdir.

2- İntonasiyanın ünsürləri yalnız tembr və ritmdir.

3- İntonasiyanın məqsədlə əlaqəsi yoxdur.

4- İntonasiya yunan sözü olub, “səs tonunun alçalması”dır.

5- İntonasiya cümlənin formalaşmasında elə bir əhəmiyyət daşımır.

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

46. Nitqin rabitəli olması üçün tələb olunanları ardıcıllıqla düzün.

1 - Nitq məzmunca dolğun olmalıdır.

2 - Hər hansı bir məsələ barəsində danışılarkən müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır

3 - Danışan əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır

4 - Natiqin öz sözü, öz cümləsi olmalı, öz düşüncəsi, üslubu ilə danışmalıdır

A) 1, 2, 3, 4

B) 1, 3, 2, 4

C) 4, 3, 2, 1

D) 3, 1,2,4

E) 1, 3, 4, 2



47. Nitqə verilən tələbləri ardıcıllıqla düzün.

1 - aydınlıq

2. - zənginlik

3 - orijinallıq

4 - təmizlik

5 - düzgünlük

6 - sadəlik

7 - yığcamlılıq

A) 3, 2, 1, 4, 7, 6, 5

B) 1, 2, 3, 4, 5, 6, 7

C) 2, 1, 3, 4, 5, 6, 7

D) 1, 7, 4, 5, 2, 6, 3

E) 7, 6, 5, 4, 3, 2, 1



48.Tabesiz mürəkkəb cümlənin məna əlaqəsinə aid olanları ardıcıl düzün.

1-zaman

2-bölüşdürmə

3-ardıcıllıq

4-aydınlaşdırma

A) 2, 3,1,4

B) 1, 3, 2, 4

C) 1, 4, 2,3

D) 2, 3, 4, 1

E) 1, 4, 3, 2

49.Cümlənin məqsəd və intonasiyaya görə növlərini sintaktik tələffüz qaydaları əsasında ardıcıl düzün.

1-nida cümlələrinin tələffüzü

2-sual cümlələrinin tələffüzü

3-nəqli cümlələrinin tələffüzü

A) 3, 2, 1

B) 2, 3,1

C) 1, 2,3

D) 2,1, 3

E) 1, 3, 2

50.Mübtəda, tamamlıq, xəbər, təyin budaq cümlələrini ardıcıl düzün.

1-O insan qalib gəlir ki, mübarizə aparır.

2-Kim oxuyur, qiymət alır.

3-Kim fəaldır, onu irəli çəkirlər.

4-Kim bacarıqlıdır, qalib gələn odur.

A) 2, 4, 1, 3

B) 2, 3,1,4

C) 1, 4, 2,3

D) 2, 3, 4, 1

E) 1, 4, 3, 2

51.Tərzi-hərəkət, təyin, zaman budaq cümlələrini ardıcıl düzün.

1-Biz şəhərə çatmışdıq ki, yağış yağdı.

2-Elə insan var ki, heç nəyi düşünmür.

3-Şagird elə danışır ki, ağzından od tökülürdü.

A) 2, 3, 1

B) 2, 3,1

C) 1, 2,3

D) 3, 2, 1

E) 1, 3, 2

52.Sintaksisin tədqiqat obyektinə aid olanları ardıcıl düzün.

1-mətn

2-cümlə

3-söz birləşməsi

A) 2, 1, 3

B) 2, 3,1

C) 1, 2,3

D) 3, 2, 1

E) 1, 3, 2

53. Məntiqi uyğunluğu tamamla

I – nitqin aydınlığı

II – nitqin təmizliyi

1 - Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur.

2 - Dinləyici və oxucunun nitqi asanlıqla anlaması və başa düşməsi

3 - Həm şifahi, həm də yazılı nitqdə qrammatik qaydalara əməl etməkdir.

4 - Ədəbi dil normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlədilməməlidir.

A) I – 2; II – 4

B) I - 2; II - 1

C) I – 1; II - 4

D) I - 4; II – 1

E) I – 3; II – 4



54. Uyğunluğu tapın.

I – F.Köçərli

II – S.P.Çexov

1 - Sözün zahiri zərif, batini lətif olmalıdır

2 - Sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir

3 - Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər

4 - Bizim yəqinimizdir ki, dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün olur

A) I – 4; II – 1

B) I – 1; II – 3

C) I – 3; II – 1, 4

D) I – 2; II - 3

E) I - 4; II – 3



55. Uyğunluğu müəyyən et.

I – Ey insan, danış, səni tanıyım

II – Hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur.

III – Sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var

IV – Sözün zahiri zərif, batili lətif olmalıdır

V – Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan

1 - “Qobusnamə”

2 - Hz.Əli

3 - Sokrat

4 - Stanislavski

5 - Latın atalar sözü

A) I – 3; II – 2; III- 4; IV – 5; V -1

B) I – 1; II – 2; III – 3; IV – 4; V – 5

C) I -2; II – 1; III – 3; IV – 5; V – 4

D) I -4; II – 1; III – 2; IV – 3; V – 5

E) I – 5; II – 4; III – 3; IV – 2; V – 1



56. Uyğunluğu müəyyən edin:

I – Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq suvanmış divar sürətinə bənzəyir.

II - Bacardıqca qısa və mənalı danış, əks halda danışmasan yaxşıdır.

III – Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyatı-qəlbiyyə oyandıran bir kəlmə!

IV-Güclü hafizəyə, zəngin nitq mədəniyyətinə, qüvvəli məntiqə sahib olan bu adam!

V- Dil çirklik sevməz, zor və güc də qəbul etməz.

1 - A.Abdullayev

2 - N.Nərimanov

3 - Y.V.Çəmənzəminli

4 - Saib Təbrizi

5 - M.M.Nəvvab

A) I - 4, II – 2, III – 3, IV- 1, V-5

B) I - 4, II – 5, III – 2, IV- 1, V-3

C) I - 3, II – 1, III – 4, IV- 2, V-5

D) I - 2, II – 1, III – 4, IV- 5, V-3

E) I - 1, II – 5, III – 4, IV- 2, V-3





Dostları ilə paylaş:
1   2   3   4   5   6
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə