##book id=065//book name= Azərbaycan dili və nitq mədəniyyəti


##num= 5// level= 1// sumtest=78 // name= Nitq ünsiyyətinin formaları. Yazılı və şifahi nitq. Şifahi mədəni nitqin düzgünlüyü //



Yüklə 0,71 Mb.
səhifə5/8
tarix25.02.2020
ölçüsü0,71 Mb.
#102182
1   2   3   4   5   6   7   8

##num= 5// level= 1// sumtest=78 // name= Nitq ünsiyyətinin formaları. Yazılı və şifahi nitq. Şifahi mədəni nitqin düzgünlüyü //


1. Verilən fikirlərdən biri yanlışdır.

A) Nitq dəyişkəndir, dil isə az dəyişikliyə uğrayır.

B) Dil əsas, nitq isə ondan törəmədir.

C) Dil ümumi, nitq isə fərdidir.

D) Dil və nitq ünsiyyət vasitəsidir.

E) Mədəni nitqin müxtəlif tələbləri vardır.

2. Nitq nədir?

A) Ünsiyyət prosesi

B) Ünsiyyət vahidi

C) Ünsiyyət vasitəsi

D) Ünsiyyət tələbi

E) Mücərrəd işarələr sistemi

3. Qeyd olunan fikirlərdən biri səhvdir.

A) Hər bir dilin özünəməxsus quruluşu olur.

B) Dil əsas, nitq isə ondan törəmədir.

C) Dil ümumi, nitq isə fərdidir.

D) Dil az dəyişkəndir, nitq isə çox dəyişkəndir.

E) Dil və nitq ünsiyyət vasitələridir.

4. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır.

A) dəyişməzdir

B) ünsiyyət prosesidir

C) dil əsasında meydana çıxır

D) törəmədir

E) nitq fəaliyyətinin məhsuludur.

5. Nitq haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq dilin təzahür formasıdır.

B) Nitq ictimai - tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək vasitəsi rolunu oynayır.

C) Nitq insan danışığının cəmidir.

D) Nitq ancaq ünsiyyət təşkilinin konkretləşdirilməsində özünü göstərir.

E) Nitq fərdi xarakter daşıyır.

6. Bu nitq xüsusi hazırlıq olmadan bədahətən söylənilmiş nitqdir.

A) məişət nitqi

B) replika

C) dialoji

D) spontan

E) məlumat

7. Spontan nitq nədir?

A) Məhkəmə natiqliyi

B) Təşkil olunmuş nitq

C) Müəllimin mühazirəsi

D) Bədahətən söylənilən nitq

E) Planlaşdırılmış nitq

8. Verilmiş fikirlərdən biri yanlışdır.

A) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

B) Nitq fərdi - psixoloji hadisədir.

C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Dil nitq ilə müqayisədə mütəhərrik və dinamikdir.

E) Nitq fəaliyyətdə olan dildir.

9. Danışanın nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Başqasının nitqi aşağıdakı halda kəsilə bilər. Biri yanlışdır.

A) Bəhs olunan məsələ ilə bağlı səhvə və dolaşıqlığa yol verdikdə

B) Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda

C) Məlum olan əşya və hadisə haqqında danışdıqda

D) Nitqi tamamlayan ifadəli hərəkət etdikdə

E) Hər hansı bir məsələ haqqında uzun - uzadı danışdıqda

10. Bu nitq formasının ikinci adı spontan adlanır.

A) Məişət nitqi

B) Söhbət

C) Dialoq

D) Hesabat nitqi

E) Xüsusi hazırlıq olmadan bədahətən söylənilən nitq

11. Nitq nədən törəyir ?

A) fikirdən

B) xalqdan

C) işarələr sistemindən

D) dildən

E) sitatlardan

12. Nitq haqqındakı mühakimələrdən yalnız biri düzgündür.

A) Nitq dilin mənbəyidir.

B) Nitq tarixən çox az dəyişikliyə uğrayır.

C) Nitq fərdi xarakterə malik deyil.

D) Nitqin mənbəyi dildir və o, ünsiyyət prosesidir.

E) Nitq ünsiyyət vasitəsidir.

13. Nitq haqqındakı fikirlərdən biri yanlışdır.

A) Nitqin mənbəyi dildir.

B) Nitq fərdi xarakterə malik deyil.

C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.

D) Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir.

E) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır.

14. Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

D) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.

15. Nitq tənəffüsünün səciyyəvi xüsusiyyətlərindən biri yanlışdır.

A) Nitq tənəffüsü nitqin məzmunundan asılıdır.

B) Bu tənəffüs nitq prosesi ilə bağlıdır.

C) Bu tənəffüs danışanın məqsədindən aslıdır.

D) Nəfəsalma nəfəsvermədən xeyli uzun çəkir.

E) Nitqin məzmunundan asılı olaraq, nəfəsvermənin adi ritmi pozulur.

16. “Dil və nitq” problemi ilə dilçilik tarixində ilk dəfə kimlər maraqlanmışlar?

A) A. A. Reformatski

B) V. Ton. Humbolt

C) F. De Sössür

D) A. Potebnya və B. De Kurtene

E) Stoiklər

17. Dil mədəniyyəti prоblеmlərindən bəhs еdən dilçilik şöbəsi hаnsıdır?

A) оrfоqrаfiyа

B) оnоmаlоgiyа

C) оrtоlоgiyа

D) оrfоеpiyа

E) bеlə bir şöbə yохdur

18. Nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların bir - birini əvəz etməsi hadisəsi necə adlanır?

A) nitq ritmi

B) nitq axını

C) nitq taktı

D) nitq faktı

E) nitq tipi

19. Nitq prosesində baş verən xətti adıcıllıq necə adlanır?

A) nitq axını

B) nitq ritmi

C) nitq faktı

D) nitq prosesi

E) nitq fəaliyyəti

20. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Hər ikisində həmsöhbətlə əks əlaqə olmur.

21. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.

A) Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur.

B) Şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur.

C) Şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir.

D) Şifahi nitqin tempi çox sürətli olur.

E) Şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir.

22. Şifahi nitqdə qeyri - nitq vasitələrindən - ekstralinqvistik vasitələrdən də istifadə edilir. Onlardan biri yanlış verilmişdir.

A) üz hərəkətləri

B) jest

C) intonasiya

D) baş hərəkətləri

E) bədən hərəkətləri

23. Bunlardan yalnız biri şifahi nitqin ekstralinqvistik vasitələrindəndir.

A) intonasiya

B) fasilə

C) mimika

D) saitlərin tələffüzü

E) qrammatik formaların tələffüzü

24. Bu ünsür nitqin ifadəliliyində ən mühüm amillərdəndir. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verir, danışanın nitq orqanlarının müəyyən sakitliyi yaranır. Bu ünsür nədir ?

A) Fasilə

B) Tələffüz

C) Vurğu

D) Ton

E) Tembr

25. Nitq fasiləsi haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Nitq fasiləsi məntiqi funksiya daşıyır.

B) Nitq fasiləsində normal tənəffüsün böyük rolu var.

C) Nitq fasiləsi yalnız danışan üçün əhəmiyyətlidir.

D) Nitq fasiləsi həm də psixoloji funksiya daşıyır.

E) Nitq fasiləsi həm əlaqələndirici, həm də birləşdirici xarakterə malikdir.

26. Məntiqi fasilə ilə bağlı fikirlərdən biri yanlışdır.

A) Bu əlaqəyə əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir.

B) Nitqi məntiqi məna daşıyan hissələrə bölür.

C) Bu fasilələnin köməkliyi ilə fikir dinləyicinin diqqətinə çatdırılır.

D) Bu fasilə yazıda, adətən, çox nöqtə ilə göstərilir.

E) Bu fasilə bəzən nitqdə yaranan dolaşıqlıqları aradan qaldırır.

27. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil.

A) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz.

B) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir.

C) Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu var.

D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyət daşıyır.

E) Jest və mimika yazılı nitqin təsirliliyini artırır, ona emosional çalar verir.

28. Bu jestdə yumruq halında əlin baş barmağı yuxarı qaldırılır. İfadə edilən anlayışlardan biri düzgün deyil.

A) əladır

B) dəyərlidir

C) pisdir

D) keyfiyyətlidir

E) gözəldir

29. Gözlərin obyektə tuşlanması, baxışın gərginləşməsi kimi mimik hərəkət hansı anlayışı bildirir ?

A) yalvarış və sitayiş

B) xəlvəti işarə

C) həya

D) icazə

E) nifrət

30. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil.

A) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz.

B) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir.

C) Mimika və jestlər həm təsdiq, həm də inkar ifadə edir.

D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyət daşıyır.

E) Siyasi nitqdə jest və mimikadan istifadə etmək olmaz.

31. Nitqin yazılı formasında üslubla bağlı qüsurlar verilmişdir. Biri düzgündür.

A) Sözlərin sətirdən sətrə keçirilməsi

B) Qrammatik formaların yazıldığı kimi tələffüz edilməsi

C) Alınma sözlərin tələffüzü

D) Uzunçuluq

E) Artıq, lüzumsuz söz və ifadələrdən istifadə

32. Nitqin yazılı formasında üslubla bağlı qüsurlar verilmişdir. Biri yanlışdır.

A) Söz və ifadələrin yerində işlənməməsi

B) Assimilyasiya hadisəsinin gözlənilməməsi

C) Lüzumsuz söz və ifadələrdən istifadə

D) Cümlədə və ya mətndə eyni söz və ifadənin yersiz olaraq təkrarlanması

E) Fikir səhvi

33. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Yazılı nitq tarixən daha qədimdir, şifahi nitq isə nisbətən sonrakı dövrlərə aiddir.

34. Ədəbi dilin yazılı formasına aid edilən cəhətlərdən biri yanlışdır.

A) Yazılı ədəbi dilin tarixi şifahi dildən qədim deyil.

B) Yazılı dildə elmi, texniki, siyasi və digər terminlər çox olur.

C) Yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir.

D) Yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən nəslə keçməsində əsas rol oynayır.

E) Yazılı ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur.

35. Verilən fikirlərdən biri yanlışdır.

A) Nöqtədə səs tonu aşağı enir.

B) Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb etmir.

C) Nöqtəli vergülün melodiyası nöqtənin melodiyasına yaxındır.

D) İki nöqtədə səsin tonu alçalır.

E) Nöqtəli vergül qoyulan yerdə səs tonu bir qədər aşağı enir.

36. Yazılı nitqdə aşağıdakı hallarda abzasdan istifadə olunur. Biri düzgün deyil.

A) Yeni fikrə keçildikdə

B) Cümlə xüsusi isimlə başladıqda

C) Dialoji nitqin tərkib hissələri olan replikalar yeni sətirdən başlayanda

D) Elmi mətndə qruplaşdırmalar sıralanma yolu ilə verildikdə

E) Elmi mətndə müəyyən əlamət və xüsusiyyətlər, təsniflər sıralanma ilə verildikdə

37. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.

B) Hər ikisində həmsöhbətlə əks əlaqə olmur.

C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.

D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.

E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

38. Şifahi nitq üçün xarakterik əlamətlər hansı sırada düzgün göstərilib?

A) vergül, nida, sual;

B) təkrar, səs, mimika;

C) nöqtə, vergül, mötərizə;

D) ton, ritm, ahəng;

E) jest, ritm, vergül.

39. Hansı tip intonasiya cümlənin bitdiyini bildirir?

A) sadalayıcı intonasiya

B) tamamlayıcı intonasiya

C) xəbərdaredici intonasiya

D) yüksək intonasiya

E) alçaq intonasiya

40. Yazılı nitqdə çox nöqtə nəyi bildirir?

A) böyük fasiləni bildirir.

B) fikrin davam etdiyini bildirir;

C) emosionallığı ifadə edir;

D) cümlənin başqasından fərqləndiyini bildirir;

E) fikrin bitmədiyini bildirir;

41. İntоnаsiyаyа görə cümlənin kоmmunikаtiv tipinin müəyyənləşdirilməsi nеcə аdlаnır?

A) məqsəd

B) intоnаsiyа

C) infоrmаsiyа

D) intоnеm

E) trаnskripsiyа.

42. İntоnеm nədir?

A) intоnаsiyаnın növü

B) intоnаsiyаyа görə cümlənin kоmmunikаtiv tipi

C) bеynəlхаlq məsələlər

D) bеynəlmiləl sözlər

E) dоğru cаvаb yохdur

43. Yazılı nitq və qrafemlər haqqındakı fikirlərdən biri yanlışdır.

A) eyni bir qrafemin yazılı nitqdə müxtəlif variantlarına rast gəlinir

B) yazılı nitq ancaq işarələrlə öz əksini tapır

C) şifahi nitqdə qrafemlərdən istifadə olunur

D) qrafemlər müəyyən nizama salınmış qaydada hərflər şəklində əlifbada öz əksini tapır

E) yazıda fərqləndirmək üçün qrafemlər müxtəlif şərtlərlə göstərilir

44. Məlumatverici monoloq haqqındakı fikirlərdən hansı doğrudur?

A) monoloqun bu forması çoxcümləli nitq vahidindən ibarət olur

B) məlumatverici dialoqun əsas cəhətlərindən biri onun dialoq əsasında qurulmasıdır

C) məlumatverici monoloqun məzmunu nəqletmə yolu ilə ifadə edilir

D) bu monoloq formasında hər hansı bir məsələ haqqında məlumat verilir

E) məlumarverici monoloqun nüvəsi replika hesab edilir

45. Monoton nitqlə bağlı fikirlərdən biri yanlışdır.

A) Fəlakət , faciəvi hadisələr monoton tərzdə oxunur.

B) Monoton nitqdə səs tonu yeknəsəqdir.

C) Nekroloq monoton tərzdə oxunur.

D) Monotonluq müəllim danışığı üçün yabançı bir haldır.

E) Qəsidə monoton tərzdə oxunmalıdır.

46. Bu nitq növündə danışanın müsahibi ( və ya müsahibləri ) ilə əks əlaqəsi olmur.

A) replika

B) dialoji nitq

C) məişət nitqi

D) monoloji nitq

E) atmaca

47. Monoloji nitqin formalarından biri yanlış verilmişdir.

A) replika

B) məruzə

C) məlumat

D) çıxış

E) mühazirə

48. Nitqin bu növü qədimliyi ilə seçilir. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir. Belə nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında rolu böyükdür.

A) ictimai - siyasi nitq

B) yazılı nitq

C) məlumat

D) replika

E) vida nitqi

49. Biri monoloji nitqə aid deyil.

A) Mühazirə

B) Rəy

C) Məruzə

D) Mükalimə

E) Tezis

50. Nitqin bu növü görülmüş işlərin yekunu ilə bağlı olaraq əvvəlcədən hazırlanıb söylənilir.

A) Məruzə

B) Mühazirə

C) Çıxış

D) Dialoji nitq

E) Söhbət

51. Nitqin bu növü yaranmış vəziyyət haqqında yüksək vəzifə sahibinin qarşısında hesabat vermək məqsədi daşıyır.

A) Çıxış

B) Mühazirə

C) Söhbət

D) Dialoq

E) Məruzə

52. Nitqin bu növündə dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət bildirmək məqsədində olurlar.

A) Çıxış

B) Söhbət

C) Rəy

D) Mühazirə

E) Dialoq

53. Nitqin bu növündə insanlar müxtəlif münasibətlə başqaları qarşısında çıxış etməli, tost deməli, nitq söyləməli olurlar.

A) Məişət nitqi

B) Epiloq

C) Mühazirə

D) Söhbət

E) Dialoq

54. Monoloji nitqə aid olmayan cəhət hansı bənddədir?

A) Latınca mono (mono) bir, loqos (lagos) nitq deməkdir.

B) Monoloji nitq bir şəxsin öz - özünə danışığıdır.

C) Monoloji nitqdə məqsəd hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.

D) Məruzə, mühazirə monoloji nitqin formalarıdır.

E) Monoloji nitqdə sual - cavab forması əsas rol oynayır.

55. Mоnоlоji nitqin fоrmаlаrı hаnsılаrdır?

A) nəqlеtmə, təsviri, müzаkirə

B) müsаhibə, məlumаtvеrici, müzаkirə

C) nəqlеtmə, məlumаtvеrici, təsviri

D) suаl - cаvаb, təsviri, məlumаtvеrici

E) müsаhibə, nəqlеtmə, təsviri

56. Məlumatverici monoloq haqqındakı fikirlərdən hansı doğrudur?

A) məlumarverici monoloqun nüvəsi replika hesab edilir

B) məlumatverici dialoqun əsas cəhətlərindən biri onun dialoq əsasında qurulmasıdır

C) məlumatverici monoloqun məzmunu nəqletmə yolu ilə ifadə edilir

D) monoloqun bu forması çoxcümləli nitq vahidindən ibarət olur

E) bu monoloq formasında hər hansı bir məsələ haqqında məlumat verilir

57. Monoloji nitq haqıındakı fikirlərdən biri yanlışdır.

A) monoloji nitq , nitq sahibindən yüksək nitq tələb edir

B) monoloji nitq məruzə formasında ola bilər

C) monoloji nitqdəki cümlələrin çoxu yarımçıq, bitməmiş ifadələrdir

D) monoloji nitq fəal və mütəşəkkil nitq növüdür

E) monoloji nitq bir şəxsin öz - özünə danışığıdır

58. Dialoji nitq daha çox hansı üslubda istifadə edilir ?

A) publisistik üslub

B) rəsmi - işgüzar üslub

C) elmi üslub

D) bədii və məişət üslubu

E) epistolyar üslub

59. Dialoji nitq forması hansıdır?

1 - dialoq

2 - monoloq

3 - çıxış

4 - diskussiya

5 - məruzə

A) 2, 3

B) 1, 4

C) 1, 2

D) 3, 5

E) 1, 5

60. Nitqin əsas ünsürləri hansılardır?

1 - danışmaq

2 - eşitmək

3 - dərk etmək

4 - jestlər

5 - mimika

A) 3, 4, 5

B) 1, 4, 5

C) 1, 2, 3

D) 4, 5

E) 2, 3, 4

61. Nitqin formaları hansılardır?

1 - daxili

2 - xarici

3 - yazılı

4 - şifahi

5 - vasitəli

6 - vasitəsiz

A) 2, 6

B) 1, 2

C) 5, 6

D) 3, 4

E) 1, 3

62. Nitqin tipləri hansı bənddə düzgün göstərilmişdir?

1 - daxili

2 - xarici

3 - monoloji

4 - dialoji

5 - yazılı

6 - şifahi

A) 1, 6

B) 2, 4

C) 3, 5

D) 5, 6

E) 1, 2

63. Nitqin tərzi hansı bənddə düzgün göstərilmişdir?

1 - vasitəli

2 - vasitəsiz

3 - şifahi

4 - yazılı

5 - monoloji

6 - dialoji

A) 3, 4

B) 2, 3

C) 1, 2

D) 4, 6

E) 4, 5

64. XVII - XVIII əsrlərdə aşıq poeziyasında “İmran dili” deyəndə nə nəzərdə tutulmuşdur?

1 - gözəl danışıq

2 - yatımlı deyiliş

3 - yazı mədəniyyəti

4 - estetik görünüş

5 - etik davranış

A) 1, 2

B) 1, 4

C) 2, 3

D) 3, 5

E) 3, 4

65. XIX əsrin 60 - cı illərində Rusiyada məhkəmə salonlarına hansı məşhurlar gedirdilər

1 - M. E. Saltınov - Şedrin

2 - Antoni Mark

3 - E. M. Dostoyevski

4 - A. P. Çexov

5 - V. Mayakovski

A) 2, 4, 5

B) 1, 3. 4

C) 2, 3, 5

D) 1, 4, 5

E) 2, 3, 4

66. M. Füzuli sözü nə adlandırır?

1 - müqəddəs bir ilahi varlıqdır

2 - jestlər

3 - ruhdur

4 - mimikadır

5 - simvoldur

A) 4, 5

B) 2, 5

C) 1, 3

D) 3, 4

E) 1, 2

67. Bir sözün müxtəlif məna çalarlarında başa düşülməsi nə ilə bağlıdır?

1 - İntonasiya ilə

2 - Sözün poetikliyi ilə

3 - Sinonimliyi ilə

4 - Təkmənalılığı ilə

5 - Antonimliyi ilə

A) 1

B) 2, 5

C) 4, 5

D) 3

E) 1, 2

68. “Yadıma düşdükcə Dilican dərəsi

Başımdan alovlar, tüstülər qalxır ”.

Misralarda hansı bədii təsvir vasitəsi işlənmişdir ?

1 - Metafora

2 - Epitet

3 - Təzad, inversiya

4 - Mübaliğə

5 - Təşbeh, inversiya

A) 1

B) 2, 5

C) 4

D) 2, 4

E) 1, 2

69. “ Səni kimdir sevən bica, qərənfil ? ! ” Nümundə obrazlılıq, ifadəlilik yaradan vasitələr nədir ?

1 - İnversiya, ritorik sual, bədii xitab

2 - Xitab, metanimiya

3 - İnversiya, təşbeh

4 - Psixoloji fasilə, məntiqi vurğu, təşbeh

5 - Ritorik sual, alliterasiya

A) 3

B) 2, 5

C) 4, 5

D) 1

E) 1, 2

70. Dillə nitqin fərqlərinə aid olanları ardıcıl düzün.

1 - Nitq tarixi səciyyə daşıyır, dil tarixdən kənar olur.

2 - Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək olmur.

3 - Nitq fərdidir, dil ümumi.

4 - Dil ünsiyyət vasitəsidir, nitq isə ünsiyyət prosesi.

A) 2, 1, 3, 4

B) 4, 3, 2, 1

C) 4, 1, 2, 3

D) 3, 2, 1, 4

E) 2, 4, 3, 1

71. Şifahi nitqə aid olan yardımçı vasitələri ardıcıl düzün.

1 - bədən hərəkətlərindən istifadə

2 - jest

3 - mimika

A) 1, 2, 3

B) 2, 3, 1

C) 3, 2, 1

D) 2, 3, 1

E) 1, 3, 2

72. Əvvəlcə yazılı, sonra şifahi nitqə aid olanları ardıcıl düzün.

1 - səs

2 - söz

3 - hərf

4 - yazı

A) 3, 2, 1, 4

B) 2, 1, 3, 4

C) 4, 1, 2, 3

D) 3, 4, 1, 2

E) 2, 4, 3, 1

73. Monoloji nitqin formalarını ardıcıl düzün.

1 - mühazirə

2 - məruzə

3 - məlumat

4 - çıxış

5 - nitq

A) 2, 4, 5, 3, 1

B) 2, 1, 5, 3, 4

C) 4, 1, 2, 5, 3

D) 5, 3, 2, 1, 4

E) 1, 2, 3, 4, 5

74. Dil və nitqin haqqında tədqiqat aparan müəllifləri dövrünə görə ardıcıl düzün.

1 - F. De. Sössür

2 - Aristotel

3 - N. Abdullayev

A) 1, 2, 3

B) 3, 2, 1

C) 2, 1, 3

D) 2, 3, 1

E) 1, 3, 2

75. Verilmiş fikirləri variantlarına uyğun müəyyən edin:

1 - Nitqdə başqasına müraciət, çağırış, əmr və s. mənaları ifadə edən sözlərə;

2 - Nitq prosesində danışan şəxsin gördüklərini və ya eşitdiklərini yamsılayaraq ifadə etdiyi sözlərə;

3 - Müəyyən yaş dövründə kiçik yaşlı uşaqların nitqində işlənən sözlərə;

4 - Danışanın obyektiv varlığı, əşya və hadisələrə, söylənilən fikrə münasibətini bildirən sözlərə;

5 - Nitqdə insanın keçirdiyi hiss və həyəcan bildirən sözlərə.

a - modal sözlər

b - uşaq sözləri

c - imperativ sözlər

d - təqlidi sözlər

e - nidalar

A) 1 – a; 2 – b; 3 – c; 4 – d; 5 – e

B) 1 – e; 2 – a; 3 – d; 4 – b; 5 – c

C) 1 – c; 2 – d; 3 – b; 4 – a; 5 – e

D) 1 – d; 2 – e; 3 – c; 4 – b; 5 – a

E) 1 – b; 2 – c; 3 – a; 4 – e; 5 – d

76. Dil və nitqi funksiyalarına uyğun müəyyənləşdirin:

I – Dil

II – Nitq

1 - Ictimai - tarixi təcrübəni yaşatmaq, ötürmək və mənimsəmək funksiyasını daşıyır;

2 - Kommunikasiyaya (ünsiyyətə) xidmət edir;

3 - Sözlər vasitəsilə ümumiləşdirmələr aparılır;

4 - Əşyalar, hal - hərəkət, vəziyyət, zaman və s. konkret adlandırılır;

5 - İntelektual fəaliyyəti xarakterizə edir.

A) I 1, 3, 4; II 3, 5

B) I 2, 3, 5; II 1, 4, 5

C) I 1, 2, 5; II 2, 3, 4

D) I 1, 2, 3; II 4, 5

E) I 2, 4, 5; II 1, 3, 4

77. Uyğunluğu müəyyən edin.

I – dil

II – nitq

1 - ünsiyyət prosesidir

2 - ünsiyyət vasitəsidir

3 - fərdi xarakter daşıyır

4 - ümumxalq səciyyəlidir

5 - tarixi səciyyə daşıyıq

6 - ratixdən kənardadır

A) I - 3, 5, 6, II – 1, 2

B) I – 1, 2, II – 3, 4

C) I – 2, 4, 6, II – 1, 3, 4

D) I – 5, 6, II – 3, 4

E) I – 1, 5, II – 2, 4

78. Uyğunluğu müəyyən edin:

I – Natiqlik sənətini ğyrənən elm

II - Nitq mədəniyyəti

1 – Nəzəri dilçilik sahəsi olub, hər hansı dilin normalarını öyrənir.

2 - Morfologiya

3 - Ritorika

4 – Dil vahidlərindən məqsədyönlü istifadə üsulunu öyrənir.

A) I - 4, II - 3

B) I - 2, II - 1

C) I - 2, II - 4

D) I - 3, II - 1

E) I - 4, II - 3

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin