##book id=152//book name= FİZİkanin təDRİSİ metodikasi // ##fk=102//ks=03//fn=152// sumalltest= 322 // ##Fakultə: Fizika və texnologiya


##num= 4// level= 1// sumtest=43 // name Molekulyar kinetik nəzəriyyənin əsasları fəslinin elmi metodik təhlili //



Yüklə 0,56 Mb.
səhifə4/11
tarix18.12.2018
ölçüsü0,56 Mb.
#86213
1   2   3   4   5   6   7   8   9   10   11

##num= 4// level= 1// sumtest=43 // name Molekulyar kinetik nəzəriyyənin əsasları fəslinin elmi metodik təhlili //


1. X sinifdə molekulyar fizika bölməsi neçə fəsildə ümumiləşdirilmişdir?

A) 3


B) 4

C) 5


D) 6

E) 2


2. Fiziki sistemlərin ümumi xassələrinin öyrənilməsində istifadə olunan fenemenoloji xüsusiyyət nəyə əsaslanır?

A) cisimlərin molekulyar quruluşuna və molekulyar proseslərin mexanizminə baxmadan sistemin ümumi xassələrinin öyrənilməsinə;

B) cisimlərin molekulyar quruluşuna əsaslanaraq sistemin ümumi xassələrinin öyrənilməsinə;

C) cisimlərin molekulyar proseslərin mexanizminə əsaslanaraq sistemin ümumi xassələrinin öyrənilməsinə;

D) cisimlərin xarici təsirlərinə qarşı müqavimətinə baxmadan sistemin ümumi xassələrinin öyrənilməsinə;

E) cisimlərin istilik və elektrik keçirməsi mexanizminə əsaslanaraq sistemin ümumi xassələrinin öyrənilməsinə;



3. Fiziki sistemlərin ümumi xassələrinin öyrənilməsində istifadə olunan statistik xüsusiyyət nəyə əsaslanır?

A) Proseslərin istilik keçirmə mexanizminə

B) Proseslərin xarici təsirdən asılılıq mexanizminə

C) Proseslərin ümumi müqavimət mexanizminə

D) Prosesin makroskopik parametrlərdən asılılığına

E) Külli miqdarda zərrəciklərin iştirakı ilə gedən proseslərin ehtimallı-statistik xarakterinə



4. Şəkildə təsvir olunmuş qrafiklərin hansıları izobarik prosesə aiddir?

A) 3, 6, 7

B) 1, 5, 8

C) 2, 5, 7

D) 3, 6, 8

E) 2, 6, 9



5. Qrafiklərdə hansı proseslər təsvir təsvir olunmuşdur?

I prosesində qazın həcmi (şəkil 1) və II prosesində qazın təzyiqi (şəkil 2) necə dəyişir?




Şəkil 1. Şəkil 2.

A) İzoxorik, V - artır, P - azalır

B) İzobarik, V - artır, P - azalır

C) İzoxorik, V - azalir, P - artır

D) İzotermik, V - artır, P - artir

E) İzotermik, V - artır, P - azalır



6. Sabit temperaturda verilən kütləli qazın həcmini kiçiltdikdə onun sıxlığı və təzyiqi necə dəyişər?

A) Qazın sıxlığı azalar, təzyiqi isə artar

B) Qazın sıxlığı və təzyiqi azalar

C) Qazın sıxlığı və təzyiqi artar

D) Qazın sıxlığı artar, təzyiqi isə azalar

E) Qazın sıxlığı və təzyiqi dəyişməz



7. Günəş Yeri, Yer isə Ayı hansı üsulla qızdırır?

A) Cünəş şüalanma vasitəsilə, Yer qızdırmır

B) Cünəş konveksiya vasitəsilə, Yer şüalanma vasitəsilə

C) Cünəş istilikvermə, Yer konveksiya vasitəsilə

D) Cünəş istilikkeçirmə, Yer şüalanma

E) Hər ikisi şüalanma



8. Selsi, Farenheyt və Kelvin temperatur şkalalarında suyun donma və qaynama temperaturları arasında fərq neçə dərəcədir?

A)

B)

C)

D)

E)



9. On min metr yüksəklikdə uçan təyyarənin salonunda temperatur , çölündə isə - dir. Temperaturlar fərqi neçə Selsi və Kelvindir?

A)

B)

C)

D)

E)



10. düsturu hansı temperatur şkalaları arasındakı əlaqəni ifadə edir?

A) Kelvin və Selsi

B) Kelvin və Farenheyt

C) Selsi və Ryomer

D) Farenheyt və Selsi

E) Ryomer və Kelvin?



11. Molyar kütlənin maddənin molekulunun kütləsinə olan nisbəti :

A) Avaqadro ədədi

B) Maddənin atomundakı molekulların sayı

C) Universal qaz sabiti

D) Maddənin kütləsi

E) Bolsman sabiti



12. Aşağıdakı verilənlərdən hansıları ideal qaz üçün doğrudur.

1 - Qaz molekulları arasında qarşılıqlı təsir qüvvələri yoxdur

2 - Qaz molekulları arasında qarşılıqlı təsir qüvvələri vardır

3 - Qaz molekulları bir - biri ilə və olduqları qabın divarları ilə toqquşduqda özlərini elastiki kürəciklər kimi aparirlar

4 - Qaz molekulları arasındakı məsafə onların xətti ölçülərinə nəzərən çox - cox böyükdür

5 - Qaz molekulları məxsusi həcmə malikdirlər

6 - Qaz molekulları daxili təzyiq yaradır

A) 1, 3, 6

B) 1, 3, 4

C) 1, 5, 4

D) 3, 4, 6

E) 2, 3, 5



13. Təcrübi qaz qanunları ilə onların riyazi düsturları arasındakı uyğunluqları müəyyən edin

I - Boyl - Mariot qanunu

II - Şarl qanunu

III - Geyl - Lyussak qanunu

1 - V həcmi sabit, P/T=sabit

2 - P təzyiqi sabit, V/T= sabit

3 – T temperaturu sabit, PV=sabit

A) I – 2; II – 3; III – 1

B) I – 3; II – 2; III – 1

C) I – 1; II – 3; III – 2

D) I – 3; II – 1; III – 2

E) I – 1; II – 2; III – 3



14. Şəkildə təsvir olunmuş qrafiklərlə ideal qazın izoprosesləri arasındakı uyğunluğu müəyyən edin.



I - Adiobatik

II - İzobarik

III – İzoxorik

IV – İzotermik

A) I – 1; II – 4; III – 3; IV– 4

B) I – 2; II – 4; III – 1; IV– 3

C) I – 4; II – 2; III – 3; IV– 1

D) I – 2; II – 4; III – 3; IV– 1

E) I – 3; II – 4; III – 2; IV– 6.



15. Aşağıdkı verilənlər ilə onların riyazi ifadələri arasındakı uyğunluğu müəyyən edin:

I – İdeal qazın ümumi hal tənliyi

II – Molekulyar kinetik nəzəriyyənin əsas tənliyi

III – Bir mol ideal qazın hal tənliyi

1 - PV= RT

2 - PV=

3 -

A) I – 2; II – 1; III – 3

B) I – 2; II – 3; III – 1

C) I – 3; II – 2; III – 1

D) I – 1; II – 2; III – 3

E) I – 1; II – 3; III – 2



16. İdeal qazın daxili enerjisi hansı ifadələrlə ilə təyin olunur?

1 -

2 -

3 -

4 -

5 -

A) 1, 2, 4

B) 1, 3, 5

C) 1, 2, 5

D) 2, 3, 5

E) 1, 2, 4



17. Klapeyron - Mendeleyev tənliyinin əhəmiyyətini izah edən halları müəyyən edin.

1 - Hal tənliyi sistemi xarakterizə edən üç kəmiyyətdən ikisi məlum olduqda üçüncü kəmiyyətin təyin edilməsini;

2 - Hal tənliyi molekulyar fizikanın bütün proseslərini aydınlaşdırmağa imkan verir;

3 - Sistemdə xarici şəraitdən asılı olaraq müxtəlif proseslərin necə getdiyini müəyyən edilməsini;

4 - Sistemin istənilən vəziyyətdə halını təyin etməyə imkan verir;

5 - Sistem iş gördükdə və ya xaricdən istilik aldıqda onun halının necə dəyişdiyinin müəyyən edilməsini təmin edir.

A) 1, 2, 3:

B) 2, 3, 4:

C) 1, 3, 5;

D) 3, 4, 5;

E) 2, 4, 5;



18. Aşağıdakı verilən kəmiyyətlərlə onların riyazi ifadələri arasındakı uyğunluqları müəyyən edin.

I – Ədədi orta sürət

II –Orta kvadratik sürət

III– Ən çox ehtimal olunan sürət

1 -

2 -

3 -

A) I – 2; II – 1; III – 3

B) I – 3; II – 2; III – 1

C) I – 1; II – 3; III – 2

D) I – 3; II – 1; III – 2

E) I – 2; II – 3; III – 1



19. Uyğunluğu müəyyən edin.

I - Molekulların sayı

II – Molekulun kütləsi

III – molların miqrarı

IV - Molekulların konsentrasiyası

V – Molyar kütlə

1 -  = m0NA

2 - N = NA

3 - =

4 - n =

5 - m0 =

A) I – 4; II – 5; III – 3; IV – 2; V – 1

B) I – 2; II – 1; III – 3; IV – 4; V – 5

C) I – 2; II – 3; III – 5; IV – 4; V – 1

D) I – 2; II – 5; III – 3; IV – 4; V – 1

E) I – 2; II – 5; III – 4; IV – 3; V – 1



20. İstilik hadisələrində baş verən proseslər arasındakı uyğunluğu müəyyən edin.

I – İstilikkeçirmə

II –Daxili sürtünmə

III– Diffuziya

1 - İstilik miqdarı

2 - Maddə miqdarı

3 - Hərəkət miqdarı ( impuls)

A) I – 3; II – 2; III – 1

B) I – 1; II – 2; III – 3

C) I – 2; II – 3; III – 1

D) I – 1; II – 3; III – 2

E) I – 3; II – 1; III – 2



21. Fiziki kəmiyyətlərlə onların riyazi ifadələri arasındakı uyğunluğu müəyyən edin.

I– Diffuziya əmsalı

II – Daxili sürtünmə əmsalı

III – İstilikkeçirmə əmsalı

1 -

2 -

3 -

A) I – 2; II – 3; III – 1

B) I – 1; II – 2; III – 3

C) I – 3; II – 1; III – 2

D) I – 3; II – 2; III – 1

E) I – 1; II – 3; III – 2



22. İzoproseslərlə onların gördüyü işlər arasındakı uyğunluğu müəyyən edin.

I - İzotermik

II - İzobarik

III – İzoxorik

IV – Adiobatik

1 – A = 0

2 – A = Cv( T1 – T2 )

3 – A = P(V2 – V1)

4 -

A) I – 2; II – 3; III – 1; I V– 4

B) I – 3; II – 4; III – 1; I V– 2

C) I – 1; II – 3; III – 4; I V– 2

D) I – 4; II – 3; III – 1; I V– 2

E) I – 4; II – 2; III – 1; I V– 3



23. Verilmiş qazın sabit temperaturda həcmi genişləndikdə təzyiqi kiçilir, ona görə ki…. .

1 - Molekulların konsentrasiyası azalır

2 - Qazın kütləsi azalır

3 - Molekulların orta kinetik enerjiləri azalır

A) Yalnız 2

B) Yalnız 1

C) 2 və 3

D) 1, 2 və 3

E) Yalnız 3



24. Eyni kütlə və həcmə malik qazların….

1 - Təzyiqləri eynidir

2 - Temperaturları eynidir

3 - Sıxlıqları eynidir

A) Yalnız 3

B) Yalnız 2

C) 2 və 3

D) 1, 2 və 3

E) Yalnız 1



25. Hansı qurğu sıxılmış hava ilə işləyir?

1 - Pnevmatik çəkic

2 - Frezer dəzgahı

3 - Pnevmatik asfaltqıran

A) 1, 2 və 3

B) Yalnız 2

C) 1 və 3

D) Yalnız 1

E) Yalnız 3



26. Verilmiş qazın sabit həcmdə temperaturunu artırdıqda təzyiqi artır, ona görə ki….

1 - Molekulların konsentrasiyası artır

2 - Qazın kütləsi artır

3 - Molekulların orta kinetik enerjiləri artır

A) Yalnız 1

B) Yalnız 2

C) 2 və 3

D) 1, 2 və 3

E) Yalnız 3



27. Eyni kütlə və həcmə malik qazların….

1 - Təzyiqləri eynidir

2 - Temperaturları eynidir

3 - Sıxlıqları eynidir

A) Yalnız 2

B) Yalnız 3

C) 2 və 3

D) 1, 2 və 3

E) Yalnız 1



28. Sıxılmış hava nə üçün qalın polad balonlarda saxlanılır?

1 - Təzyiqi çox böyük olduğundan

2 - Sıxlığı artdığından

3 - Həcmi genişləndiyindən

A) 2 və 3

B) Yalnız 2

C) 1 və 2

D) Yalnız 1

E) Yalnız 3



29. Daxili enerjinin dəyişmə üsulları hansılardır?

1 - Burulma deformasiyası

2 - Sabit maqnitin cisimləri cəzb etməsi

3 - Maddənin aqreqat hallarının dəyişməsi

4 - İstilikvermə

A) 2, 3 və 4

B) 2 və 4

C) 1 və 3

D) 1 və 2

E) 1, 3 və 4



30. Daxili enerji üçün aşağıdakılardan hansılar doğrudur:

1 - Daxili enerji - cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjisidir

2 - Sistemin daxili enerjisi hal fuksiyası deyildir

3 - Biratomlu qazın daxili enerjisinin riyazi ifadəsi kimidir

A) Yalnız 2

B) 1, 2 və 3

C) Yalnız 3

D) Yalnız 1

E) 1 və 2



31. İdeal qazın təzyiqi 2 dəfə artmış, temperaturu isə 4 dəfə azalmışdır. Bu zaman qazın həcmi necə dəyişmişdir?

A) Dəyişməmişdir

B) 8 dəfə artmışdır

C) 2 dəfə artmışdır

D) 8 dəfə azalmışdır

E) 2 dəfə azalmışdır.



32. Bolsman sabitinin fiziki mənası nədir?

A) Temperaturu 1K , kütləsi 1kq olan maddədə zərrəciklərin sayıdır.

B) 1 kq maddəni əritmək üçün lazım olan istilik miqdarı

C) 1 mol maddəni 1K qızdırmaq üçün lazım olan istilik miqdarı

D) Enerji vahidinin temperatur vahidi ilə ifadə olunma əmsalıdır.

E) 1 kq maddədə enerjisi 1C olan zərrəciklərin sayıdır



33. Qaz həcminin temperaturdan asılı olaraq dəyişməsini nümayiş etdirən cihaz nə adlanır?

A) Dinamometr

B) Dilatometr

C) Hüqrometr

D) Areometr

E) Psixrometr



34. Qabda qızdırılan su hansı üsulla qaynayır?

1 - Konveksiya

2 - Şüalanma

3 - İstilikkeçirmə

4 - Kimyəvi reaksiya

A) Yalnız 4

B) Yalnız 1

C) 3 və 4

D) 1 və 2

E) 2 və 3



35. İstilik hadisələri öyrənilir

1 - Klassik mexanika qanunları əsasında

2 - Molekulyar- kinetik nəzəriyyə əsasında

3 - Enerjinin saxlanma qanunu əsasında

A) 1 və 3

B) 2 və 3

C) Yalnız 3

D) Yalnız 2

E) Yalnız 1



36. Mütləq sıfır temperaturunun fiziki mənası nədir?

1 - Molekulların istilik hərəkətinin kəsildiyi temperaturdur

2 - Bərk cisim molekullarının qaz molekullarına çevrildiyi temperaturdur

3 - Molekulların orta kinetik enerjilərinin sıfır olduğu temperaturdur

A) 1 və 3

B) 1, 2 və 3

C) Yalnız 2

D) Yalnız 1

E) Yalnız 3



37. Hansı termometr vasitəsilə daha aşağı temperaturları ölçmək olar?

1 - Spirt

2 - Civə

3 - Su

A) Yalnız 2

B) Yalnız 3

C) Yalnız 1

D) 1 və 2

E) 2 və 3



##num= 5// level= 1// sumtest=20 // name= Bərk cisimlər, maye və qazların xassələri. Buxar, rütubət fəslinin elmi metodik təhlili //

1. Şəkildə üç ədəd porşenli qab təsvir edilmişdir. Qablara bərabər temperatur və həcmdə dəniz suyu, süd və şirin su doldurulmuşdur (dən. suyu = 1030kq/m3, Süd = 1030kq/m3, Şiri. su =1000kq/m3) . Porşenlərə bərabər qüvvələrlə təsir etdikdə, hansı mayenin həcmi daha çox kiçilər?

Ft

Ft

Ft

D.suyu

süd


Şirin su

1

2



3

A) Eyni qədər kiçilər

B) Həcmlər dəyişməz

C) Yalnız 3

D) Yalnız 1

E) Yalnız 2



2. Şəkildə üç ədəd porşenli qab təsvir edilmişdir. Qablara bərabər temperatur və həcmdə oksigen, helium və hidrogen qazları doldurulmuşdur (O=1, 43kq/m3, He=0, 18kq/m3, H=0, 09kq/m3) . Porşenlərə bərabər qüvvələrlə təsir etdikdə, hansı qazın həcmi daha çox kiçilər?

Ft

Ft

Ft

Oksigen

Helium


Hidrogen

1

2



3

A) Yalnız 1

B) Həcmlər dəyişməz

C) Eyni qədər kiçilər

D) Yalnız 3

E) Yalnız 2



3. Şəkildə üç müxtəlif birləşmiş qab təsvir edilmişdir. K kranı qapalı, 1 qabı isə su ilə doludur. K kranı açıldıqda 2 və 3 qablarına nə qədər su dolar?

1

2

3

K

A) 2 qabına yarıdan az, 3 qabına yarıdan çox

B) 2 qabına 3 - dən daha çox

C) 3 qabına 2 - dən daha çox

D) 2 və 3 qablarına yarıya qədər

E) Eyni səviyyədə



4. Bir - birinə qarışmayan civə, su və yağ şəkildə təsvir edildiyi kimi birləşmiş qablarda tarazlıqdadır. Üfiqi 1, 2 və 3 xətlərinin hansının üzərində mayenin ixtiyari iki nöqtəsinin təzyiqi eynidir?

1

2



3

CİVƏ


SU

YAĞ


A) 1, 2 və 3

B) 2 və 3

C) Yalnız 1

D) Yalnız 2

E) Yalnız 3

5. Kristal əridikdə temperaturu və daxili enerjisi necə dəyişir?

A) Temperatur azalır, daxili enerji azalır

B) Temperatur artır, daxili enerji dəyişmir

C) Temperaturu dəyişmir, daxili enerjisi artır

D) Temperatur dəyişmir, daxili enerji azalır

E) Temperatur və daxili enerji artır



6. Atmosfer təzyiqinin Yer səthinə yaxınlaşdıqca dəyişməsi nə ilə izah olunur?

1 - Hava qatı Yer səthinə yaxınlaşdıqca onun sıxılığı və ağırlıq qüvvəsi artır, nəticədə böyük təzyiq yaranır

2 - Hava qatı Yer səthinə yaxınlaşdıqca onun seyrəkliyi azalır və sıxlığı artır, üst qatların ağırlıq qüvvəsi artır, nəticədə böyük təzyiq yaranır

3 - Hava qatı Yer səthinə yaxınlaşdıqca o daha çox seyrəkləşir və sıxlığı azalır, nəticədə böyük təzyiq yaranır

A) Yalnız 1

B) Yalnız 3

C) Yalnız 2

D) 1, 2 və 3

E) 1 və 2



7. Maddə hansı aqreqat halında verilən xassələrə malikdir?

1 - Forma sabitliyi

2 - Molekullar arasındakı qarşılıqlı təsir

3 - Həcm sabitliyi

A) 1–Bərk; 2–Bərk və maye; 3– Bərk və maye

B) 1–Bərk; 2–Bərk, maye və qaz; 3–Bərk və maye

C) 1–Bərk; 2–Bərk və qaz; 3–Bərk, maye və qaz

D) 1–Bərk və Maye; 2–Bərk və maye; 3–Bərk, maye və qaz

E) 1–Bərk; 2– Maye və qaz; 3– Bərk və maye



8. Şəkildə ərintinin kristallaşma prosesində temperaturun zamandan asılılıq qrafiki verilir. Kristallaşma temperaturu hansı nöqtəyə uyğundur?

T

t



0

4

3



2

1

T1



T2

T3

A) 2

B) 4


C) 3

D) 1


E) Kristalın ərimə temperaturu yoxdur

9. Şəkildə kristalın ərimə prosesində temperaturun zamandan asılılıq qrafiki verilir. Qrafikdə 3–4 hissəsi hansı prosesə uyğundur?

T

t



0

4

3



2

1

A) Bərkimə



B) Buxarlanma

C) Kristalın qızma

D) Ərimə

E) Mayenin qızması



10. Şəkildə ərintinin kristallaşma prosesində temperaturun zamandan asılılıq qrafiki verilir. Qrafikdə 3–2 hissəsi hansı prosesə uyğundur?

T

t



0

4

3



2

1

T1



T2

T3

A) Ərimə

B) Buxarlanma

C) Kristalın qızma

D) Bərk cismin soyuması

E) Kristallaşma

11. Havanın nisbi rütubətini təyin edən psixrometrin əsas hissələri nədən ibarətdir?

A) Dilatometr və menzurkadan

B) Yalnız quru termometrdən

C) Yalnız yaş termometrdən

D) Quru və yaş termometrdən

E) Areometr və spidometrdən



12. Paskal qanunun əsasını maye molekullarının hansı xassəsi təşkil edir?

1 - Maye molekullarının tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkətə malik olması

2 - Maye molekullarının irəliləmə hərəkətinə malik olması

3 - Maye molekullarının mütəhərrik olması

A) 1, 2 və 3

B) 2 və 3

C) Yalnız 1

D) Yalnız 2

E) Yalnız 3



13. Atmosfer təzyiqini hansı cihazla ölçmək olar?

1 - Barometr - aneroid

2 - Civəli barometr

3 - Dinamometr

A) Yalnız 3

B) 1 və 2

C) Yalnız 2

D) 1, 2 və 3

E) Yalnız 1



14. Böhran temperaturu:

1 - Maye ilə onun doymuş buxar arasındakı fərqin yox olduğu temperaturdur

2 - Buxarın konsentrasiyası və təzyiqinin maxsimal olduğu temperaturdur

3 - Buxarın mayeyə çevrildiyi maxsimal temperaturdur

A) Yalnız I

B) 2 və 3

C) Yalnız 3

D) Yalnız 2

E) 1, 2 və 3



15. Mayelərin səthi gərilməsi:

1 - Bütün maye halda olan maddələrə xasdır

2 - Səthi gərilmə qüvvəsi hesabına baş verir

3 - Mayelərin səthi gərilmə əmsalı eynidir

A) Yalnız 1

B) 1, 2 və 3

C) Yalnız 3

D) Yalnız 2

E) 1 və 2



16. Kristal cisimlərə xasdır:

1 - Fəza qəfəsi

2 - Qəfəsin düyün nöqtələrindəki zərrəciklər arasındakı qarşılıqlı təsirin elekrtomaqnit təbiətli olması

3 - Kristal qəfəslərin müxtəlif növdə, lakin eyni formada olması

A) 2 və 3

B) 1 və 2

C) Yalnız 3

D) Yalnız 2

E) 1 və 3



17. Hansı xarici təsir hesabına doymuş buxar doymamış buxara çevrilə bilər?

1 - Həcmi genişləndirməklə (təzyiqi azaltmaqla)

2 - Temperaturu alçaltmaqla

3 - Eyni zamanda həcmi artırmaq (təzyiqi azaltmaq) və temperaturu yüksəltməklə

A) 2 və 3

B) 1 və 3

C) Yalnız 3

D) Yalnız 2

E) Yalnız 1



18. Mayenin hansı halında səthi gərilmə əmsalı sıfıra bərabərdir?

A) Soyuq halında

B) Qaz halında

C) Böhran halında

D) İsti halında

E) Mayenin heç bir halında səthi gərilmə əmsalı sıfra bərabər deyil



19. İon qəfəs metallik qəfəsdən nə ilə fərqlənir?

1 - İon qəfəsinin düyünlərində müsbət ionlar yerləşir, metallik qəfəsin düyünlərində isə müsbət və mənfi ionlar yerləşir

2 - İon qəfəsin düyünlərində müsbət və mənfi ionlar yerləşir

3 - Metallik qəfəsin düyünlərində müsbət ionlar yerləşir

A) 1, 2 və 3

B) 2 və 3

C) Yalnız 3

D) Yalnız 2

E) Yalnız 1



20. Kristal cisimlərə xasdır:

1 - Ərimə və bərkimə temperaturunun eyni olması

2 - Ərimə temperaturunun təzyiqdən asılı olması

3 - Ərimə prosesində istilik ayrılması

A) 1 və 2

B) 1, 2 və 3

C) Yalnız3

D) Yalnız 2

E) Yalnız 1



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin