##book id=175//book name= Defektologiya və Loqopediyanın əsasları


##num= 16// level= 1// sumtest=20 // name= Səs qüsurları (afoniya, disfoniya) //



Yüklə 0,53 Mb.
səhifə17/24
tarix01.01.2022
ölçüsü0,53 Mb.
#104276
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

##num= 16// level= 1// sumtest=20 // name= Səs qüsurları (afoniya, disfoniya) //


1. Səs pozulmalarına hansı nitq qüsurları daxildir?

A). Taxilaliya

B) Dizartriya.

C) Afoniya, disfoniya.

D) Dislaliya.

E) Rinolaliya.

2. Səsin fiziki xassələrinin və onların asıllığı arasında uyğunluğu müəyyən edin.

I – Səsin qüvvəsi.

II – Səsin tembri.

III – Səsin hündürlüyü.

1 - Səs tellərinin uzunluqundan asılıdır.

2 - Səs fəaliyyətindən asılıdır.

3 - Rəqslənmə amplitudasından asılıdır.

4 - Səs aparatının quruluşundan asılıdır.

5 - Rəqs tezliyindən asılıdır.

6 - Səs tellərinin qalınlığından asılıdır.

A) I - 5, 3; II - 4, 2; III - 1, 6.

B) I - 6, 2; II - 3, 1; III - 5, 4.

C) I - 1, 5; II - 2, 3; III - 6, 4.

D) I - 4, 1; II - 5, 2; III - 3, 6.

E) I - 3, 4; II - 6, 1; III - 2, 5.

3. Səs üzərində işin ardıcıllığını izləyin.

1 - Əsas tonun müəyyən edilməsi və onun davamlığının inkişafı.

2 - Səsin tembrinin yaxşılaşdırılması.

3 - Səsin diapazonunun inkişafı.

4 - Səsin güçünün inkişafı.

A) 2, 4, 3, 1.

B) 4, 2, 1, 3.

C) 2, 1, 4, 3.

D) 1, 3, 2, 4.

E) 3, 2, 4, 1.

4. Səs problemləri ilə məşğul olan tibb elm sahəsi necə adlanır?

A) Larinqoskopiya.

B) Pediatriya.

C) Foniatriya.

D) Endoskopiya.

E) Fonopediya.

5. İnsan səsi üçün əsas mənbə - səs telləri harada yerləşir?

A) Udlaqda.

B) Qırtlaqda.

C) Udlağın yan divarında.

D) Dilçəyin arxa divarında.

E) Traxeyada.

6. Uşaqlarda fonasiya qırtlaq əzələlərinin zəifliyi ilə bağlı olan, səs tellərinin kənar gərilməsi hesabına keçən mərhələ necə adlanır?

A) Yeniyetmə.

B) Məktəbəqədər.

C) Mutasiya.

D) Mutasiyadan sonra.

E) Mutasiyadan qabaq.

7. Hansı mərhələdə səs yaratma aparatının anotomik böyüməsi ilə paralel qırtlağın reseptor inkişafı bitir?

A) Mutasiyadan sonrakı mərhələdə.

B) Mutasiyadan qabaqkı mərhələdə.

C) Məktəbəqədər mərhələdə.

D) Yeniyetmə mərhələsində.

E) Mutasiya mərhələsində.

8. Səs aparatının inkişaf dəyişmələrinin baş verməsi necə adlanır?

A) rezonans.

B) reverberasiya.

C) mutasiya.

D) anartriya.

E) afoniya.

9. Mutasiya mərhələsi uşaqların hansı yaş dövründə müşahidə olunur?

A) 11 - 15 yaş.

B) 13- 15 yaş.

C) 8 - 10 yaş.

D) 6 - 9 yaş.

E) 6 - 8 yaş.

10. Səs aparatının xroniki iltihabı və ya anatomik dəyişmələri nəticəsində səsin pataloji olması necə adlanır?

A) Üzvi səs pozulması.

B) Funksional səs pozulması.

C) Daxili səs pozulması.

D) Xroniki səs pozulması.

E) Kəskin səs pozulması.

11. Baş beyin qabığının, körpü, uzunsov beyinin və ötürücü yolların zəifləməsindən hansı qüsurun yaranması asılı olur?

A). Qırtlağın periferik spastikliyi.

B) Qırtlağın mərkəzi iflici və parezi

C) Xroniki laringit.

D) Udlağın periferik atrofiyası.

E) Udlağın periferik parezi.

12. Hansı yaş dövründə ağır səs patalogiyaları nitq sisteminin formalaşmasına təsir göstərə bilər?

A) Orta yaş dövründə

B) Məktəbəqədər yaş dövründə.

C) Erkən yaş dövründə.

D) Yeniyetmə yaş dövründə.

E) Heç bir yaş dövründə.

13. Qırtlağın daxili əzələlərinin parezləri zamanı adətən hansı qüsur meydana çıxır?

A) Hipertonuslu afoniya.

B) Hipertonuslu disfoniya.

C) Hipotonuslu disfoniya.

D) Bulbar dizartriya.

E) Anartriya.

14. Hipotonuslu disfoniyada, (afoniyada) nə müşahidə olunur?

A) Qırtlaq əzələlərinin tonik hipertonusu.

B) Səs tellərinin daralması, əzələlərin zədələnməsi.

C) Səs tellərinin genişlənməsi və spastikası.

D) Udlaq və qırtlaq əzələlərinin tonus gərginliyi.

E) Monoton səsin yaranması və səs tellərinin zədələnməsi.

15. Pıçıltılı nitqin saxlanılması ilə birgə səsin tam olmaması necə adlanır?

A) Alaliya.

B) Disfoniya.

C) Afoniya.

D) Afaziya.

E) Distoniya.

16. Səs yaranmasının pozulması necə adlanır?

A) Dizartriya.

B) Disfoniya.

C) Distoniya.

D) Afoniya.

E) Alaliya.

17. Səsin bərpası üçün birinci növbədə nəyin yerinə yetirilməsini nəzərə almaq lazımdır?

A) Səs büküşlərinin sinir - əzələlərinin funksiyasının bərpasını.

B) Udlağın sinir - əzələ aparatının funksiyasının fəallaşdırılmasını.

C) Qırtlağın sinir - əzələ aparatının funksiyasının fəallaşdırılmasını.

D) Ağız - udlaq boşluğunun funksiyasının bərpasını.

E) Qırtlaq - udlaq tonusunun requlyasiyasını.

18. Səsin bütün pozulmaları üçün ümumi korreksiyanın ikinci mərhələsi hansıdır?

A) Fonasiyanın avtomatlaşdırılması.

B) Fizioloji və fonasiya tənəffüsünün korreksiyası.

C) İrasional psixoterapiya.

D) Fizioloji tənəffüsün korreksiyası.

E) Tənəffüsün inkişafı.

19. Səsin bütün pozulmaları üçün ümumi korreksiyanın üçüncü mərhələsi hansıdır?

A) Bərpa olunmuş fonasiyanı avtomatlaşdırmaq.

B) Fonopedik çalışmalarla səs aparatının koordinasiya və kinesteziyalarını məşq etdirmək.

C) Bərpa olunmuş fonasiyanı differensiallaşdırmaq.

D) Fizioloji tənəffüsün korreksiyası.

E) Fonasiya tənəffüsünün korreksiyası.

20. Səsin bütün pozulmaları üçün ümumi korreksiyanın dördüncü mərhələsi hansıdır?

A) Fizioloji və fonasiya tənəffüsünün korreksiyası.

B) Bərpa olunmuş fonasiyanın avtomatlaşdırılması.

C) Rasional psixoterapiya.

D) Fonopedik çalışmalarla səs aparatının koordinasiya və kinesteziyalarını məşq etdirmək.

E) Bərpa olunmuş fonasiyanın differensiallaşdırılması.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin