##num= 13// level= 1// sumtest=25 // name= Rinolaliyanın formaları və aradan qaldırılması metodları //
1. Rinolaliyanın formaları və etiologiyaları arasında uyğunluqları müəyyən edin.
I – Qapalı rinolaliya.
II – Açıq rinolaliya.
1 - Tam və natamam yarıqlar.
2 - Burun - udlaq toxumalarının bitişməsi.
3 - Anadangəlmə yarıqlar.
4 - Hipertrofik zökəm.
A) I - 1, 2; II - 3, 4.
B) I - 3, 2; II - 1, 4.
C) I - 2, 4; II - 1, 3.
D) I - 4, 3; II - 2, 1.
E) I - 2, 3; II - 4, 3.
2. Rinolaliya zamanı birinci aspektli müayinə hansı xarakter daşıdığını seçin.
1 - Artikulyasiya xarakteri daşıyır.
2 - Səsləri fərqləndirir.
3 - Fonoloji xarakter daşııyır.
4 - Artikulyasiya üzvlərinin tələffüz prosesində fəaliyyətini aydınlaşdırır.
A) 4, 2.
B) 2, 3.
C) 1, 3.
D) 1, 4.
E) 3, 4.
3. Rinolaliya zamanı ikinci aspektli müayinə hansı xarakter daşıdığını seçin.
1 - Artikulyasiya xarakteri daşıyır.
2 - Səsləri fərqləndirir.
3 - Fonoloji xarakter daşııyır.
4 - Artikulyasiya üzvlərinin tələffüz prosesində fəaliyyətini aydınlaşdırır.
A) 4, 2.
B) 1, 4
C) 2, 3.
D) 1, 3
E) 3, 4.
4. Rinolaliyanın hansı forması anadangəlmə damaq yarıqlarının nəticəsində yaranır.
A) Qapalı rinolaliya.
B) Qarışıq rinolaliya.
C) Açıq rinolaliya.
D) Ön qapalı rinolalya.
E) Arxa qapalı rinolaliya.
5. Səslərin tələffüzü zamanı burun rezonansının fizioloji enməsi rinolaliyanın hansı formasını xarakterizə edir?
A) açıq rinolaliyanı
B) ön qapalı rinolaliyanı
C) qapalı rinolaliyanı
D) funksional rinolaliyanı
E) üzvi rinolaliyanı
6. Rinolaliyanın əsas formaları hansılardır?
A) açıq üzvi, qapalı üzvi, qapalı funksional, açıq funksional
B) qapalı, funksional qapalı, üzvi açıq
C) açıq funksional, qapalı funksional
D) qapalı, açıq rinolaliyanı
E) ön qapalı, üzvi qapalı, arxa qapalı, üzvi açıq rinolaliya
7. Qapalı rinolaliyada hansı səslərin tələffüzündə burun rezonansı iştirak etmir?
A) cingiltili səslərin
B) sonor səslərin
C) fitli səslərin
D) yumşaq səslərin
E) nozal səslərin
8. Hansı səslərin tələffüzü zamanı səsin tembri pozulmuş olur?
A) fışıltılı səslərin
B) sonor səslərin
C) fitli səslərin
D) samit səslərin
E) sait səslərin
9. Rinolaliyalı uşaqlarınloqopedik işinin əsas istiqaməti hansıdır?
A) Səslərin qoyulması.
B) Damaq pərdəsinin fəallaşdırılması.
C) Diafraqma tənəffüsünün üzərində iş.
D) Səsə çalışmaları.
E) Artikulyasiya gimnastikası.
10. Hansı nitq qüsurunda fonasiyanın və səslərin artikulyasiyası normadan kənar olur?
A) Dizartriya.
B) Afaziya.
C) Dislaliya.
D) Rinolaliya.
E) Alalia.
11. Səslərin tələffüzü zamanı burun rezonansının fizioloji enməsi rinolaliyanın hansı formasını xarakterizə edir?
A) Açıq rinolaliyanı.
B) Ön qapalı rinolaliyanı.
C) Qapalı rinolaliyanı.
D) Funksional rinolaliyanı.
E) Üzvi rinolaliyanı.
12. M. Zeemanın qapalı rinolaliyanı ayırdığı növlər hansılardır?
A) Üzvi qapalı, funksional qapalı rinolaliya.
B) Ön qapalı, üzvi qapalı, funksional qapalı rinolaliya.
C) Ön qapalı, arxa qapalı rinolaliya.
D) Arxa qapalı, üzvi qapalı, ön qapalı rinolaliya.
E) Arxa qapalı, daxili qapalı rinolaliya.
13. Burun boşluğu normal vəziyyətdə hansı formalı rinolaliyada rast gəlir?
A) Üzvi qapalı.
B) Ön qapalı.
C) Funksional qapalı.
D) Funksional açıq.
E) Üzvi açıq.
14. Müxtəlif səbəblərdən asılı olaraq açıq rinolaliya hansı formalara ayrılır?
A) Daxili, ön.
B) Üzvi, daxili, aralı.
C) Üzvi, funksional.
D) Daxili, xarici.
E) Funksional, üzvi.
15. Açıq rinolaliyada xırıltılı tələffüz hansı səslərdə yaranır?
A) Yumşaq və sait.
B) Sonor və nozal.
C) Nozal və yumşaq.
D) Fitli və fışıltılı.
E) Sait.
16. Hansı səslərin tələffüzü zamanı səsin tembri pozulmuş olur?
A) Fitli səslərin.
B) Sonor səslərin.
C) Samit səslərin.
D) Fışıltılı səslərin.
E) Sait səslərin.
17. Açıq rinolaliya zamanı tələffüz olunan səslər nəticəsində nə yaranır?
A) Rezonans.
B) Xırıltı.
C) Nozalizasiya.
D) Afoniya.
E) Atoniya.
18. Rinolaliyalı uşaqlarda loqopedik iş neçə yaşdan başlayaraq aparılmalıdır?
A) 2 - 3 yaşdan.
B) 0 - 1 yaşdan.
C) 3 - 4 yaşdan.
D) 4 - 5 yaşdan.
E) 1 - 2 yaşdan.
19. Rinolaliya zamanı əməliyyatdan sonra aparılan loqopedik işin ardıcıllığını göstərin.
1 - Damaq pərdəsinin fəallışdırılması.
2 - Dilin massaji.
3 - Səsin möhkəmləndirilməsi.
4 - Diafraqma tənəffüsü və burun, ağız nəfəs verməsinin differensiasiyası vərdişini yaratmaq.
5 - Qusma refleksinin aradan qaldırılması.
6 - Duyğu refleksinin inkişafı.
7 - Səslərin qoyulması.
8 - Nitqdə düzgün tələffüzün avtomatlaşdırılması.
A) 4, 5, 2, 7.
B) 2, 6, 1, 7.
C) 1, 4, 7, 8.
D) 3, 5, 1, 6.
E) 5, 7, 2, 4.
20. Rinolaliya, dislaliya və strukturu arasında uyğunluğu müəyyən edin.
I – Rinolaliya.
II – Dislaliya.
1 - Səslərin tələffüzü zamanı burun rezonansının fizioloji dəyişməsi.
2 - Çənə - sümük anomaliyaları.
3 - Səslərin tələffüz qüsurları.
4 - Anadangəlmə damaq yarıqları.
5 - Səslərin nazallaşması.
6 - Artikulyasiya üzvlərinin qüsurları.
A) I - 3, 5, 6; II - 4, 2, 1.
B) I –6, 4, 2; II - 5, 1, 3.
C) I - 1, 4, 5; II - 2, 3, 6.
D) I - 2, 4, 3; II - 5, 2, 1.
E) I - 5, 1, 6; II - 3, 2, 4.
21. Adenoidlərin böyüməsi, tez - tez rast gələn burun - boğaz poliplərin, fibromaları hansı rinolaliyalı uşaqlarda yaranır?
A) Funksional açıq rinolaliyalı.
B) Ön qapalı rinolaliyalı.
C) Arxa qapalı rinolaliyalı.
D) Üzvi açıq rinolaliyalı.
E) Qarışıq rinolaliyalı.
22. Qapalı rinolaliyanı hansı tədqiqatçı ayırıb?
A) İppolitova.
B) L. İ. Vansovskaya.
C) M. Barçukova.
D) M. Zeeman.
E) Ermakova.
23. M. Zeeman qapalı rinolaliyanı neçə növə ayırır?
A) Altı növə.
B) Üç növə.
C) Dörd növə.
D) İki növə.
E) Beş növə.
24. Rinolaliyanın müayinəsi neçə aspektdə aparılır?
A) Beş aspektdə.
B) Üç aspektdə.
C) Dörd aspektdə.
D) İki aspektdə.
E) Altı aspektdə.
25. Fonematik qavramanın yoxlanılması hansı müayinə aspektinə aid olunur?
A) əsas aspektə.
B) III aspektə.
C) IV aspektə.
D) II aspektə.
E) I aspektə.
Dostları ilə paylaş: |