##book id=201//book name= Ümumi, yaş və pedaqoji psixologiya


##num=17//level=1// sumtest=22 //name= Təfəkkür//



Yüklə 0.93 Mb.
səhifə16/24
tarix27.02.2020
ölçüsü0.93 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

##num=17//level=1// sumtest=22 //name= Təfəkkür//


1. Təfəkkür necə inikasdır ?

A) Əyani

B) Ali psixi funksiyadır

C) Ümumiləşmiş və vasitəli

D) Verbal və əyani

E) Bilavasitə

2. “Heyvanlarda təxəyyül yoxdur” cümləsi necə hökmdür ?

A) İnkari

B) Təqsimi

C) Xüsusi

D) Fərdi

E) Ümumi

3. “Əgər tələbə müntəzəm çalışarsa, imtahandan uğurla keçər” cümləsi necə hökmdür ?

A) Xüsusi

B) Ümumi

C) Təqsimi

D) Şərti

E) Mümkünlük

4. Əqli nəticənin sinonimi nədir?

A) Fantom

B) Sillogizm

C) Stiqmat

D) İstidlal

E) Appersepsiya

5. Cisim və hadisələr arasında olan oxşar və fərqli cəhətlərin fikrən

müəyyənləşdirməkdən ibarət olan təfəkkür prosesi necə adlanır?

A) Analiz

B) Təhlil

C) Tərkib

D) Müqayisə

E) Təsnifat

6. Ağlın keyfiyyətləri:

A) Ümumiliyi, deduksiyası, induksiyası, çevikliliyi, yaradıcılığı, çevikliyi

B) Fikrin sürəti, məntiqliyi, plastikliyi, dözümlülüyü, bədiililiyi, davamlılığı

C) Tərkibi, problemliliyi, tənqidiliyi, çevikliyi , məntiqililiyi, yaradıcılılığı, surəti

D) Əyaniliyi, məntiqililiyi, yaradıcılılığı , dərinliyi, mücərrədliyi, əməlliliyi

E) Müstəqilliyi, tənqidliyi, dərinliyi, çevikliyi, sürəti, məntiqililiyi

7. Sözlü - məntiqi təfəkkürün mahiyyətinə dair aşağıdakı cavablardan hansı doğrudur?

A) Mücərrəd anlayışların məzmunun dərk olunması

B) Məntiqi əməliyyatların məfhumlarla aparılması

C) Problem situasiyanın mahiyyətinin açılması

D) İnsanın məntiqi düşünmə qabiliyyətinə yiyələnməsi

E) İdrak məsələlərinin məntiqi sisteminin işlənilməsi imkanının yaradılması

8. Təfəkkürün fərdi xüsusuyyətləri öz tərkibinə hansı amilləri birləşdirir?

A) Təfəkkürün növləri

B) Təfəkkürün xüsusiyyətləri

C) Ağlın keyfiyyətləri

D) Fikri əməliyyatlar

E) Təfəkkürün formaları

9. Məfhumların növləri hansılardır?

A) Ümumi, qədi, xüsusi məfhumlar

B) Ümumi, xüsusi, mücərrəd məfhumlar

C) Fərdi, konkret, xüsusi məfhumlar

D) Mücərrəd, zərurət, şərti məfhumlar

E) Ümumi, fərdi, konkret, mücərrəd məfhumlar

10. Varlığın cismini və hadisələri arasında müəyyən əlaqə və münasibətin olub – olmadığını iqrar və ya inkar etməkdən ibarət olan təfəkkür forması necə adlanır?

A) Deduksiya

B) Əqli nəticə

C) Məfhum

D) İnduksiya

E) Hökm

11. Hökmlərin növlərinə aid olmayanlar?

A) Mücərrəd

B) Ümumi

C) Xüsusi

D) Fərdi

E) İqrar

12. Cisimdə bu və ya başqa bir əlamətin olduğu şərtsiz, danışıqsız iqrar və ya inkar edilirsə, bu hökm necə adlanır?

A) Qəti

B) Təqsimi

C) Zərurət

D) Gerçəklik

E) Mümkünlük

13. Müyyən ümumi müddəaya aid olan xüsusi halları fikrən müəyyənləşdirməkdən ibarət olan təfəkkür prosesi necə adlanır?

A) Ümumiləşdirmə

B) Mücərrədləşdirmə

C) Konkretlışdirmə

D) Sistemləşdirmə

E) Müqayisə

14. Əyani - əməli təfəkkür neçə yaşa qədər üstün mövqe tutur?

A) 6 yaşa qədər

B) 5 yaşa qədər

C) 1 yaşa qədər

D) 3 yaşa qədər

E) 10 yaşa qədər

15. Əqli nəticənin formaları?

1 - Deduksiya, 2 - Fikri əməliyyatlar, 3 - Müqayisə, 4 - Hökmlər, 5 - İnduksiya, 6 - Təşbeh

A) 1, 6, 3

B) 2, 5, 3

C) 4, 6, 2

D) 2, 4, 5

E) 5, 1, 6

16. Təfəkkürün əsas formaları hansılardır?

A) Məfhum, əqli nəticə

B) Məfhum, hökm, əqli nəticə

C) Əqli nəticə, istedad

D) Əqli nəticə, fərdi məfhumlar

E) Konkret, fərdi, ümumi məlumatlar

17. Təfəkkürün əsas proseslərini ayırd et:

A) Təhlil, tərkib, müqayisə, ümumiləşdirmə, konkretləşdirmə, mücərrədləşdirmə, təsnifat

B) Təhlil, tərkib, hökm, məsələ həlli, induksiya, təsnifat

C) Məfhum, induksiya, deduksiya, ümumiləşdirmə, təqsim, məsələ həlli

D) Təsnifat, induksiya, hökm, məfhum, təhlil, tərkib

E) İnduksiya, deduksiya, təhlil , tərkib, müqayisə, ümumiləşdirmə, təqsim

18. Əqli nəticənin növləri hansılardır?

A) Ümumi, xüsusi, konkret

B) Təqsimi, şərti, ümumi

C) Zərurət, mövcudluq, ehtimal

D) İnduksiya, deduksiya, təşbeh

E) İnduksiya, təşbeh, analogiya

19. Xüsusidən ümumiyə gedən əqli nəticə növü:

A) Analogiya

B) Məfhum

C) Deduksiya

D) Hökm

E) İnduksiya

20. Təfəkkürün formasına görə ənənəvi növlərini ayırd et:

1) Əyani - əməli və. . . . . . . . . . . . təfəkkür ;

2) Əyani - obrazlı və . . . . . . . . . . . təfəkkür ;

3) Məntiqi təfəkkür və . . . . . . . . . . təfəkkür ;

4) Dialektik təfəkkür və . . . . . . . . . . . . . . . . . təfəkkür;

a - texniki təfəkkür;

b - riyazi;

c - sözlü - məntiqi (mücərrəd) ;

d - bədii təfəkkür;

e - əyani – obrazlı;

A) 3 - a, d

B) 4 - b, e

C) 1 - e, c

D) 1 – c, e

E) 2 - a, c

21. Təfəkkürün növlərini göstər:

1) Əyani - əməli; mücərrəd –məntiqi,

2) Diskursiv; əyani - əməli,

3) Məntiqi; reproduktiv,

4) Praktik, əyani – obrazlı;

5) Texniki, bədii,

A) 3, 1, 2

B) 1, 4, 5

C) 4, 1, 3

D) 2, 3, 5

E) 1, 2, 3

22. Təfəkkür –prosesinin mahiyyətini mətiqi əsasla tamamlayın:

Təfəkkür - cisim və hadisələr arasındakı ………………. . ümumiləşmiş və vasitəli inikasından ibarət olan …………………. . adlandırırlar.

1) tanıma və yaddasaxlamanın;

2) qanunauyğun əlaqə və münasibətlərin;

3) əlamət və xüsusiyyətlərinin;

4) keyfiyyət və xassələrinin;

5) qavrama xüsusiyyətlərinin;

a - psixi xassə;

b - psixi əlamət;

c - psixi halət;

d - idrak prosesi;

A) 3 - a

B) 1 - c

C) 2 - d

D) 5 - d

E) 2 - b



Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə