17. Diqqətin pozulması hallarına uyğun gələnləri seçin:
1 - müəyyən fəaliyyət zamanı diqqətmizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox müddət onun üzərində mərkəzləşməsidir.
2 - insanın öz diqqətini mərkəzləşdirə bilməməsində ifadə olunur.
3 - hər hansı bir fəaliyyət zamanı diqqətin qeyri - ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir.
a - diqqətin tərəddüdü; b - dalğınlıq; c - diqqətin yayınması
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - c; 2 - a; 3 - b
C) 1 - b; 2 - a; 3 - c
D) 1 - a; 2 - b; 3 - c
E) 1 - a; 2 - c; 3 - b
18. Diqqətin fizioloji mexanizmlərinə uyğun gələnləri seçin:
1 - Adətən, qarşılaşdığımız hər bir yeni cisim və ya hadisə, yenilik bizi maraqlandırır, onunla tanış olmağa, bələdləşməyə sövq edir. Ona görə də diqqətimizi özünə cəlb edir.
2 - Bu təlimə görə baş beyin yarımkürələrində hər an oyanma üçün optimal şəraitin olması ilə xarakterizə olunan yüksək oyanma ocağı mövcud olur. Sinir proseslərinin induksiyası qanununa görə isə beynin bir sahəsində yaranan oyanma prosesləri baş beynin digər sahəsində ləngimə yaradır və əksinə. Diqqətimiz məhz həmin oyanma sahəsilə bağlı olur.
3 - Dominant oyanma sahəsi optimal oyanma sahəsindən yüksək davamlılığı ilə fərqlənir. Belə dominant oyanma ocağı nəinki yeni yaranan oyanma ocaqlarını ləngdir, həm də onların hesabına güclənir.
a - bələdləşmə refleksi; b - optimal oyanma ocağı ; c - dominantlıq prinsipi