##book id=201//book name= Ümumi, yaş və pedaqoji psixologiya


##num=14// level= 1// sumtest=20 // name= Qavrayış//



Yüklə 0,54 Mb.
səhifə34/59
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#103272
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

##num=14// level= 1// sumtest=20 // name= Qavrayış//


1. Qavrayışın predmetliliyi nədə ifadə olunur

A) İxtiyari aktda

B) Subyektivləşmə aktında

C) Ümumi aktda

D) Obyektivləşmə aktında

E) Xüsusi aktda

2. Qavrayışın fizioloji əsasında nə durur?

A) Şərti reflekslər

B) Müqayisə

C) Şərtsiz reflekslər

D) Düşüncə

E) Dinamik stereotip

3. Qavrayışın struktur vahidi necə adlanır?

A) Tanıma

B) Eyniləşdirmə

C) Fərqləndirmə

D) Perseptiv əməliyyat

E) Aşkaretmə

4. Sadə qavrayışın növlərini müəyyən et:

A) Lamisə, zaman, hərəkət

B) Kinestetika, hərəkət

C) İybilmə, dadbilmə, görmə, eşitmə və s.

D) Məkan, zaman, hərəkət

E) Zaman, görmə, iybilmə

5. Persepsiya nədir?

A) qavrayış

B) diqqət

C) təxəyyül

D) hafizə

E) duyğu

6. İnsanın sistematik, uzun müddət və planlı şəkildə qavrama qabiliyyəti necə adlanır?

A) Konstrastlıq

B) Appersepisiya

C) Antisipasiya

D) Adaptasiya

E) Müşahidəçilik

7. Qavrayışın hansı növü insanın ətraf mühitə bələdləşməsinin zəruri şərtidir?

A) Lamisə qavrayışı

B) Məkan qavrayışı

C) Zaman qavrayışı

D) İxtiyari qavrayış

E) Hərəkət qavrayışı

8. Məqsəddən asılı olaraq qavrayışın növləri hansıdır?

A) Vasitəli və vasitəsiz

B) Ümumi və xüsusi

C) Subyektiv və obyektiv

D) Əsas və köməkçi

E) Qeyri - ixtiyari və ixtiyari

9. Məqsəddən asılı olaraq qavrayışın neçə növü vardır?

A) 3

B) 4

C) 2

D) 8

E) 6

10. Qavrayışın xassəsi hesab olunmur?

A) Seçiciliyi

B) Tamlığı

C) Mənalılığı

D) Adaptasiya

E) Sabitliyi

11. Qavrayışın xüsusiyyətlərinə aid deyil?

A) Predmetliliyi

B) İradəliilyi

C) Tamlığı

D) Strukturluğu

E) Sabitliyi

12. İllüziya necə qavrayışdır?

A) Eşitmə

B) Adekvat

C) Lamisə

D) Təhrif olunmuş

E) Görmə

13. Müşahidə necə qavrayışdır?

A) Obyektiv

B) Qeyri - ixtiyari

C) Ənənəvi

D) Ümumi

E) İxtiyari

14. Qavrayış necə prosesdir?

1 – Mürəkkəb prosesdir

2 – Sadə prosesdir

3 – Psixi haldır

4 – Psixi xassədir

5 – Hissi idrak prosesidir

A) 1, 5

B) 1, 2

C) 2, 4

D) 3, 4

E) 4, 5

15. Qavrayış hansı prosesdir və necə yaranır?

1 – Qavrayış idrak prosesidir

2 – Cisim və hadisələrin hiss üzvlərinə təsiri nəticəsində yaranır

3 – İnsan beynində bütövlükdə inikasından ibarət olur

4 – insan beynində cisim və hadisələrin ayrı - ayrı xassələrinin inikasından ibarət olur

5 – bütün canlılara xasdır

A) 1, 3, 5

B) 1, 2, 4

C) 1, 2, 5

D) 1, 3, 4

E) 1, 2, 3

16. Qavrayış insanın fəaliyyətində hansı funksiyaları yerinə yetirir?

1 – Bələdləşmə

2 – Eyniləşdirmə

3 – Tənzimetmə

4 - özünütəqdimetmə

5 – İdarə və nəzarət

A) 1, 5

B) 1, 2

C) 1, 4

D) 1, 3

E) 3, 5

17. Qavrayış necə prosesdir?

1 – Fəal

2 – İdarə olunan passiv

3 – İdarə olunan

4 – İdarə olunmayan fəal

A) 3, 4

B) 2, 3

C) 1, 3

D) 1, 2

E) 2, 4

18. Qavrayışın xassələrini göstərin

1 – Sabitliyi

2 – Tamlığı

3 – Adaptasiya

4 – Mənalılığı

5 – Seçiciliyi

6 – Sinesteziya

A) 1, 2, 3, 4

B) 1, 2, 4, 5

C) 2, 3, 4, 5

D) 3, 4, 5, 6

E) 1, 4, 5, 6

19. Qarşıda məqsədin olub - olmamasına görə qavrayışın növləri və onlar arasındakı uyğunluğu tap:

1 – Qeyri - ixityari qavrayış

2 – İxtiyari qavrayış

a – öz qeyri - adiliyi ilə fərqlənən obyektlərin qavranılması

b – məqsədə müvafiq olaraq obyektin qavranılması

c – məqsəd qoymadan hər hansı bir obyektin qavranılması

d – öz yeniliyi, cazibədarlığı ilə fərqlənən obyektlərin qavranılması

e – bir obyektin başqalarından ayıraraq qavranılması

A) 1 - a, - c - d; 2 - b - e

B) 1 - b - a - d; 2 - c - e

C) 1 - e - c - d; 2 - a - e

D) 1 - b - c - e; 2 - b - d

E) 1 - c - b - e; 2 - c - d

20. Mürəkkəb qavrayış növlərini müəyyən et:

1 – Məkan qavrayışı

2 – Eşitmə qavrayışı

3 – hərəkət qavrayışı

4 – görmə qavrayışı

5 – zaman qavrayışı

A) 2, 3, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 3, 4, 5

E) 1, 4, 5

##num=15//level=1// sumtest=22 //name= Hafizə//


1. Obyektinə görə hafizənin növlərinə aid deyil:

A) Hərəkət

B) Surət

C) Emosional

D) Uzunmüddətli

E) Sözlü - məntiqi

2. Hafizənin növlərinə aid deyil:

A) Hərəkət, emosional

B) Yaradıcı və bərpaedici hafizə

C) Sözlü - məntiqi, operativ hafizə

D) Qeyri - ixtiyari, surət hafizəsi

E) Qısamüddətli, uzunmüddətli, operativ hafizə

3. Hafizə prosesinin tərifi:

A). Fərdin sözlü - məntiqi və operativ yadda saxlamasına və sonradan yada salmasına hafizə deyilir

B) Fərdin hərəkətləri və surətləri yadda saxlamasına hafizə deyilir.

C) Fərdin öz təcrübəsini yadda saxlamasına, hifz etməsinə və sonradan yada salmasına hafizə deyilir.

D) İnsanın müxtəlif informasiyaları təhlil edib yadda saxlamasına hafizə deyilir.

E) Canlıların analizatorların vasitəsi ilə qıcıqlandırıcıları dərk edib yadda saxlamaları prosesi hafizə deyilir.

4. Avropa mədəniyyətinə hafizə haqqında psixoloji biliklər ilk dəfə hansı əsər vasıtəsilə tanış olmuşdur:

A) Platonun traktatı ilə;

B) Halenin *İnsan bədəninin hissələri* haqqında klassik əsəri ilə;

C) Sokratın traktatı ilə;

D) Aristotelin traktatı ilə;

E) Hippokratın əsərləri ilə;

5. Xatirə necə xareakterizə olunur:

A) Keçmişimizin zaman və məkanca məhdudlaşan surətlərinin yada salınmasıdır

B) Müəyyən bir cism və ya hadisənin, mətnin məqsəd qoymadan öz - özünə yada düşməsidir

C) Hər hansı bir cismi, hadisəni, işi, öyrənilmiş materialı qarşıdakı məqsədlə əlaqədar olaraq qəsdən yada salınmasıdir

D) Gerçəkliyin cisimvə hadisələrinnin duyğu və qavrayış prosesindəbeynimizdə əmələ gələn surətlərin möhkəmlənməsi prosesidir

E) Qavranılan materialın yadda saxlanılması və yada saxlanılmasına yönəlmiş fəaliyyətdir

6. Cari həll üçün informasiyanın müəyyən müddət yadda saxlanılması necə adlanır ?

A) Semantik hafizə

B) Qısamüddətli hafizə

C) Obrazlı hafizə

D) Sözlü - məntiqi hafizə

E) Operativ hafizə

7. Fərdi fərqlərə görə hafizənin tipləri hansılardır?

A) Obrazlı, mücərrəd, aralıq

B) Obrazlı, sözlü, aralıq

C) Əyani, sözlü, aralıq

D) Əyani - obrazlı, sözlü - mücərrəd, aralıq

E) Əyani, sözlü - mücərrəd, aralıq

8. Surət hafizəsinin formalarını müəyyən et:

A) Təsəvvür, ardıcıl və hafizə surətləri

B) Eydetik, oxşarlıq və təsəvvür surətləri

C) Ardıcıl, obrazlı və təsəvvür surətləri

D) Ardıcıl, eydetik və təsəvvür surətləri

E) Ardıcıl, obrazlı və adekvat surətlər

9. Hafizə prosesinin fizioloji əsasını nə təşkil edir?

A) İrradiasiya

B) Şərti reflekslər

C) Şərtsiz reflekslər

D) Tropizmlər

E) İnstinktlər

10. Fəaliyyətin məqsədindən asılı olaraq hafizənin əsas növlərini sadala:

A) Məntiqi və mexaniki

B) Obyektiv və subyektiv

C) Qeyri - ixtiyari və ixtiyari

D) Analitik və sintetik

E) Ümumi və xüsusi

11. Cisim hadisələrin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınması hansı hafizə növünə aiddir?

A) Mexaniki hafizə

B) Hərəkət hafizəsi

C) Emosianal hafizə

D) Sözlü - məntiqi hafizə

E) Surət hafizəsi

12. Müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanılması, hifz olunması və yada salınması hansı hafizə növünə aiddir?

A) Hərəkət hafizəsi

B) Qeyri - ixtiyari hafizə

C) Emosional hadisə

D) Uzunmüddətli hafizə

E) Qısamüddətli hafizə

13. Keçirdiyimiz hisslərin yadda saxlanılması və yada salınması hansı hafizə növünə aiddir?

A) Sözlü –məntiqi hafizə

B) Emosional hafizə

C) Hərəkət hafizəsi

D) Mexaniki hafizə

E) Operativ hafizə

14. Mexanizmi etibarı ilə eydetik surətlərin ardıcıl sürətlərdən fərqi nədən ibarətdir?

A) Eydetik surətlər ardıcıl sürətlərdən fərqli olaraq analizatorların beyn nahiyyəsinin fəaliyyəti ilə bağlıdır.

B) Ardıcıl surətlərin analizatorları eydetik surətlərdən fərqli olaraq beyni nahiyyəsinin fəaliyyəti ilə bağlıdır.

C) Eydetik surətlər analizatorların xarici səthində, gözün torlu qisasında yaranan izlərlə bağlıdır.

D) Eydetik sürətlər beyində gedən elektrokimyəvi proseslərlə bağlıdır.

E) Eydetik sürətlər beyində gedən biokimyəvi proseslərlə bağlıdır.

15. İnsanın bilavasitə həyata keçirdiyi aktual iş və əməliyyatlara xidmət edən hafizə növü hansıdır?

A) Qısamüddətli hafizə

B) Uzunmüddətli hafizə

C) Operativ hafizə

D) Emosianal hafizə

E) Surət hafizəsi

16. Qısamüddətli hafizənin fizioloji mexanizminin əsasını hansı reaksiya təşkil edir?

A) Bioloji reaksiya

B) Biokimyəvi reaksiya

C) Kimyəvi reaksiya

D) Fiziki reaksiya

E) Elektorokimyəvi reaksiya

17. Unutma əyrisini ilk dəfə hansı alim müəyyən etmişdir ?

A) V. Vundt

B) A. N. Leontyev

C) E. Fromm

D) Z. Freyd

E) H. Ebbinhauz

18. Yaddasaxlama müddətinə görə hafizənin növləri:

1) qısamüddətli

2) obrazlı

3) uzunmüddətli

4) emosional ;

5) hərəkət;

A) 3. 4

B) 2, 3 ;

C) 1 , 3 ;

D) 4, 5

E) 1. , 2

19. Hafizə haqqinda mövcud nəzəriyyələrin tarixi ardıcıllığını müəyyən et:

1) Hafizənin fiziki nəzəriyyəsi;

2) Hafizənin assosativ nəzəriyyəsi;

3) Hafizənin fizioloji nəzəriyyəsi;

4) Hafizənin genetik nəzəriyyəsi ;

5) Hafizənin kimyəvi nəzəriyyəsi;

A) 1, 5, 4, 2, 3

B) 3, 5, 2, 1, 4

C) 1, 2, 5, 4, 3

D) 2, 1, 3, 5, 4

E) 1, 5, 4, 3, 2

20. Ardicilliğı tap:

Hafizə -

1 - Keçmiş təcrübənin beyində nəqşləndirilməsi,

2 - Tanınma və yada salınmasından ibarət,

3 – Cisim və hadisələrin,

a - İnsanın müxtəlif informasiyaları təhlil edib

b - yadda saxlanması sayəsində sonralar onun

c - analizatorların vasitəsi ilə qıcıqlandırıcıları qəbul etməsi sayəsində

d – fərdi psixi xüsusiyyətidir

e – mürəkkəb psixi fəaliyyətdir

A) 3 - c, 2 - d

B) 1 - b, 2 - e

C) 2 - b, 1 - d

D) 1 - a, 2 - e

E) 3 - a, 2 - c

21. Hafizə proseslərində assosiasiyaların növləri və onlar arasındaki uyğunluğu müəyyən et :

1 - Qonşuluq

2 - Oxşarlıq

3 - Əkslik

a – hər hansı bir cismin qavranılması və ya onun haqqında təsəvvür , ona oxşar başqa cisim təsəvvürünü canlandırır.

b - bir - birinə hər hansı cəhətdən əks olan cisim və hadisənin qavranılması, onun haqqında təsəvvür, onların surətlərinin şuurumuzda canlanmasına səbəb olur.

c - hər hansı bir cisim və hadisənin qavranılması yaxud onun haqqında təsəvvür, onunla bir zamanda və ya bilavasitə ondan sonra qavranılmış cisim, hadisə təsəvvürünün canlanmasına səbəb olur.

A) 1 – b, 2 – c, 3 – a

B) 1 - a. 2 – b. 3 - c

C) 1 – b. 2 – a , 3 – c

D) 1 – a, 2 – c, 3 – b

E) 1 – c, 2 – a, 3 - b

22. Hafizənin əsas növləri və onlar arasındaki uyğunluğu tapın.

1) hərəkət hafizəsi

2) surət hafizəsi

3) emosional hafizə

a - keçmişdə qavramış olduğumuz surətlərin yadda saxlanılması, hifz edilməsi və yada salınmasıdır.

b - yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır.

c - müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz olunmasıdır.

A) 1 – c, 2 – b, 3 - a

B) 1 – a, 2 – b, 3 - c

C) 1 – b, 2 – a, 3 - c

D) 1 - c, 2 - a, 3 - b

E) 1 – a, 2 – c. 3 - b

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin