9. Qrupun sosial - psixoloji həyatını məzmun cəhətdən xarakterizə edən əlamətlər:
1 - Qrupun həcmi;
2 - Şəxsiyyətlərarası münasibətlər;
3 - Qrupun tərkibi;
4 - Kommunikasiya kanalları;
5 - Liderlik üslubu;
6 - Qrup sərvətləri və normaları.
7 - Rolların bölüşdürülməsi;
8 - Tabelik sistemi;
9 - Rəğbətləndirmə və cəzalandırma sistemi
A) 2; 5; 6; 9
B) 2; 4; 5; 6
C) 1; 5; 6; 7
D) 2; 3; 5; 8
E) 1; 3; 4; 7
10. Qrupun növlərinə uyğun gələnləri seçin:
1 - bütövlükdə cəmiyyət miqyasında olan adamların məcmusudur.
2 - eyni bir müəssisə, istehsal və ərazi birliklərini sosiologiyada necə adlandırırlar?
3 - üzvləri nəinki bir - biri ilə gündəlik ünsiyyətdə olur, bir - biri haqqında müəyyən təsəvvürə malik olur, həm də onlar arasında qeyri rəsmi münasibətlər yaranır.
4 - elə real və xəyali qrup nəzərdə tutulur ki, fərd onun standartlarını qəbul edir, sosial hadisələri, özünün başqalarinin əməllərini qiymətləndirərkən onun norma və sərvətlərindən etalonlar sustemi kimi qəbul edir.
5 - cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi məqsədlərinə tabe olan insan qrupudur.
a - kollektiv; b - böyük qrup; c - kiçik qrup; d - referent qrup; e - orta qrup
A) 1 - c; 2 - a; 3 - d; 4 - e; 5 - b
B) 1 - a; 2 - b; 3 - e; 4 - c; 5 - d
C) 1 - b; 2 - e; 3 - c; 4 - d; 5 - a
D) 1 - d; 2 - c; 3 - b; 4 - a; 5 - e
E) 1 - e; 2 - d; 3 - a; 4 - b; 5 - c
11. Liderliyin funksiyalarina uyğun olanları göstərin:
1 - Lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, situativ və perspektiv məqsədlərin yerinə yetirilməsi yolları, üsul və vasitələrinin planlaşdırılmasını təşkil edir, rol və vəzifə bölgüsü aparır, qrup üzvlərini konkret işlərə təhrik edir.
2 - Lider qrup fəaliyyətinin səmərəli olması naminə, bir tərəfdən zərururi informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər tərəfdən, onların qrup üzvlərinə vaxtında verilməsini təmin edir.
3 - Lider müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir.