##book id=201//book name= Ümumi, yaş və pedaqoji psixologiya


##num=10// level= 1// sumtest=15 // name=Hisslər. Emosional hallar//



Yüklə 0,66 Mb.
səhifə10/24
tarix17.11.2018
ölçüsü0,66 Mb.
#83185
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

##num=10// level= 1// sumtest=15 // name=Hisslər. Emosional hallar//


1. Emosiya nədir?

A) Hisslərin təzahür formasıdır

B) İnsanın ətraf aləmə münasibətidir

C) Psixi xassələrin təzahürüdür

D) Psixi prosesdir

E) Obyektiv münasibətdir

2. İnsanın ətraf aləmin cisim və hadisələrinə, insanlara münasibəti nə ilə ifadə olunur?

A) Vərdişlərlə

B) İdrak prosesləri ilə

C) Hiss və emosiyalarla

D) Qabiliyyətlərlə

E) Temperamentlə

3. Aşağıdakılardan hansı ali hiss hesab olunmur?

A) Sevinc hissi

B) Əxlaqi hisslər

C) Zehni hisslər

D) Estetik hisslər

E) Praksis hisslər

4. Frustrasiya halətinin mahiyyətini izah et:

A) İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir

B) Şəxsiyyətin depressiya zamanı düşdüyü psixi vəziyyətdir

C) İnsanın qorxduğu zaman düşdüyü psixi vəziyyətdir

D) Şəxsiyyətin hisslərinin qütblüyünü göstərən düşdüyü psixi vəziyyətdir

E) Attraksiya vəziyyətidir

5. Stress terminini kim təklif etmişdir?

A) V. Vundt

B) Ç. Şerrinqton

C) Q. Çelpanov

D) Q. Şelye

E) F. İbrahimbəyov

6. Şübhə necə hissdir?

A) Zehni

B) Əxlaqi

C) Praksis

D) Estetik

E) Zehni və əxlaqi

7. Affektlər necə hisslərdir?

A) Sürətlə yaranan, qüvvətli cərəyan edən, nisbətən tez keçib gedən hisslərdir

B) İnsanın qorxduğu zaman düşdüyü psixi vəziyyətdir

C) Depressiya zamanı yaranan hisslərdir

D) Çox zəif cərəyan edən emosional halətdir

E) Qüvvətli, uzunmüddətli və dərin hisslərdir

8. Bunlardan hansı estetik hissdir?

A) Qorxu və həyəcan

B) Vətənpərvərlik

C) Təbiət gözəlliyini qiymətləndirmə

D) Şübhə

E) Təəccüb

9. Emosional halətləri fərqləndir:

A) Əhval, affektlər, ehtiras, stress, frustrasiya

B) Hissi ton, frustrasiya, tənzimetmə, əhval, ehtiras

C) Müqayisə, ehtiras, stress, affekt

D) Təhlil, ümumiləşdirmə, hissi ton, əhval, frustrasiya

E) Frustrasiya, əhvallar, emosiyalar, hisslər, hissi ton

10. Ambivalent hisslər nəyi ifadə edir?

A) mənfi münasibəti

B) müsbət münasibəti

C) İkili münasibəti və qeyri - müəyyən bələdləşdirmə münasibəti

D) stenik hissləri

E) astenik hissləri

11. Əhval hansı emosional halətdir?

A) Çox zəif cərəyan edən emosional halətdir

B) Az müddətli, lakin qüvvətli cərəyan edən emosional halətdir

C) Qüvvətli, uzunmüddətli və dərin hissdir

D) İnsanın gözlənilməz gərgin şəraitlə rastlaşdıqda keçirdiyi emosional halətdir

E) İnsanın öz məqsədinə çatmasına maneçilik törədən halətdir

12. İnsanın hissləri nə ilə bağlıdır və nədən asılıdır?

1 – İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır

2 – Hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən asılı olur

3 – Hisslər cins, yaş, fərdi xüsusiyyətlərindən asılı olmur

4 – Hİsslər obyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən asılı olur

5 – Düşdüyü konkret vəziyyətdən asılı olmur

6 – Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür

7 – İnsanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunması

A) 2, 3, 4, 5

B) 1, 3, 4, 6

C) 1, 2, 6, 7

D) 2, 5, 7, 6

E) 4, 5, 6, 7

13. İnsanın idrak fəaliyyətində hisslərin rolu

1 – İdrak prosesləri emosiya və hisslərlə dialektik vəhdət təşkil edir

2 – İdrak prosesləri emosiya və hisslərlə dialektik vəhdəti təlim üçün əhəmiyyətə malik deyil

3 – İnsanın psixi həyatı vəhdətdə deyil

4 – Hissələrin qeyri - adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq olur

5 – Təlim prosesinin məhsuldarlığı yüksəltmək olar

A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 3, 4

D) 1, 4, 5

E) 1, 2, 5

14. Hisslər insanın münasibəti ilə bağlı olub, nəyi ifadə edən prosesdir?

1 – Cisim və hadisələrə bəslənilər münasibətlərin beyində əks etdirilməsindən ibarət olan prosesdir

2 – İnsanın dərk etmədiyi cisim və hadisələrə bəslədiyi münasibətini ifadə edən prosesdir

3 – Başqa adamlara bəslədiyi münasibəti ifadə edən prosesdir

4 – Özünün rəftar və davranışına bəslədiyi münasibəti ifadə edən prosesdir

5 – Tanımadığı adamlara bəslədiyi münasibəti ifadə edən prosesdir

A) 2, 3, 4

B) 1, 2, 3

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 3, 5

15. Hisslərin funksiyaları və onlar arasındakı uyğunluğu tapın

1 – Siqnal funksiyası

2 – Tənzimetmə funksiyası

3 – kommunikativ funksiya

a – insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir

b – insanın keçirdiyi hisslər onun fəaliyyətinə təsir göstərmir

c - ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik

d – insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir

A) 1 - c, 2 - d, 3 - a

B) 1 - b, 2 - a, 3 - d

C) 1 - d, 2 - b, 3 - c

D) 1 - a, 2 - c, 3 - b

E) 1 - c, 2 - a, 3 - b

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin