##book id=682//book name=Kimyanın tədrisi metodikası // ##fk=103//ks=03//fn=682// sumalltest= 500 // ##Fakültənin adı: Kimya və biologiya


##num= 4// level= 1// sumtest=12 // name=Kimya tədrisi prosesinin ümumi əsasları. //



Yüklə 2,84 Mb.
səhifə4/35
tarix05.02.2020
ölçüsü2,84 Mb.
#101990
1   2   3   4   5   6   7   8   9   ...   35

##num= 4// level= 1// sumtest=12 // name=Kimya tədrisi prosesinin ümumi əsasları. //



1. Materiyanın konkret növlərinə hansılar aiddir?

A) Nisbi atom və molekul kütlələri

B) Kimyəvi reaksiyalar

C) Kimyəvi qanunlar

D) Hadisələr

E) Maddə və sahə

2. Atom və molekulların mövcudluğu nəyi sübut edir?

A) Materiyanın kimyəvi hərəkət formasının olmasını

B) Cisimlərin maddələrdən ibarət olmasını

C) Kainatın əbədiliyini

D) Təbiətin maddiliyini

E) Kainatın obyektivliyini

3. Oksidləşmə və reduksiya proseslərinin öyrədilməsində dialektikanın hansı qanunu haqqında məlumat vermək olar?

A) Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi

B) Materiyanın mövcudluğu

C) Əksliklərin vəhtəti və mübarizəsi

D) İnkarı - inkar qanunu

E) Materiyanın əbədi olması

4. Kimya tədrisinin qarşısında duran əsas vəzifələrə nələr daxildir?

1 - Şagirdlərin nəzəri biliklərinin gücləndirilməsi

2 - Yeni biliklərin verilməsi

3 - Biliklərin sadələşdirilməsi

4 - Biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi

5 - Bacarıq və vərdişlərin formalaşdırılması

A) 1, 3, 5

B) 1, 2, 5

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 4, 5

5. Tədrisin məqsədini müəyyən edən amillərdən ibarət sıranı müəyyən edin

1 – Dərsin vaxtı

2 – Dərsin məzmunu

3 – Dərsin ardıcıllığı

4 – Dərsin quruluşu

5 – Dərsin dinamikası

6 – Təlimin üsul, priyom və vasitələri

7 – Dərsin təchizatı

8 – Təlimin təşkilat formaları

A) 3, 7, 6, 5

B) 1, 3, 7, 8

C) 2, 7, 5, 4

D) 2, 4, 5, 6

E) 2, 8, 5, 3

6. Kimya tədrisi prosesinin əsas komponentlərinə aid olanları seçin

1 – Tədrisin məqsədi

2 – Məsələ həlli

3 – Təlimin üsul, priyom və vasitələri

4 – Təlimin prinsip və qaydaları

5 – Kimya müəlliminin fəaliyyəti (tədris)

6 – Müəllim və şagirdlərin davranış qaydaları

7 – Öyrənmə (kimyadan dərs deyən müəllimin fəaliyyəti)

8 – Öyrənmə (kimyanı öyrənən şagirdin fəaliyəti)

A) 2, 4, 6, 7

B) 1, 3, 5, 8

C) 3, 4, 5, 7

D) 1, 2, 3, 4

E) 5, 6, 7, 8

7. Kimya fənninin tədrisinin qarşısında duran vəzifələrin ardıcıllığını müəyyən edin

1 – İnkişaf etdirmək

2 – Tərbiyə etdirmək

3 – Öyrətmək

A) 1, 2, 3

B) 3, 2, 1

C) 2, 1, 3

D) 1, 3, 2

E) 3, 1, 2

8. Kimyadan öyrənmə prosesinin quruluşuna aid olan elementləri seçin və onları kimyanın tədrisi metodikası dərsliyində verilən ardıcıllıqla düzün

1 - Müəllimdən və ya təlim vasitələrindən verilən kimyəvi informasiyaları şagirdlərin qavraması

2 - Fənnin məzmununun mənimsənilməsi və tədris - idrak probleminin həlli üçün kimyəvi bilik və bacarıqları tətbiq etmək

3 - Kimyanın əsaslarının tədrisi ilə əlaqədar materialın məzmununu dərk etmək və onu yaddaşda möhkəmlətmək

4 - Kimyadan testlər hazırlamaq və onları öyrənmək

5 - Kimyəvi informasiyaları şifahi və terminoloji ifadə etmək

6 - Kimya təliminin təşkilinin ümumi metodiki prinsiplərini yadda saxlamaq

7 - Kimya məsələlərinin həll etmək üçün riyazi bilikləri mənimsəmək

A) 4, 6, 7, 3

B) 1, 2, 4, 6

C) 2, 5, 6, 7

D) 1, 3, 2, 5

E) 6, 2, 4, 7

9. Kimya tədrisində istifadə olunan didaktik prinsipləri ardıcıllıqla düzün

1 – Elmilik

2 – Şüurluluq və fəallıq

3 – Müvafiqlik

4 – Sistemlilik

A) 4, 1, 2, 3

B) 4, 2, 1, 3

C) 3, 2, 1, 4

D) 1, 4, 3, 2

E) 2, 3, 4, 1

10. Metodiki prinsiplərin müəyyənləşdirilməsi ilə məşğul olan alimlərin adları və onların əsaslandıqları parametrlər arasındakı uyğunluğu müəyyən edin.

I – Kimya təliminin qanunları

II - Kimya fənninin spesifik xüsusiyyətləri

III– Kimyəvi simvolikanın öyrədilməsi qanunauyğunluqları

1 – V. P. Qarkunov

2 – R. Y. Əliyev

3 – N. Y. Kuznetsova

4 – İ. N. Borisov

A) I - 1, 3; II - 2; III - 4

B) I - 4; II - 1, 3; III - 2

C) I - 2; II - 3; III - 1

D) I - 4; II - 1; III - 3

E) I - 2, 4; II - 3; III - 1

11. Kimyanın tədrisində istifadə olunan didaktik prinsiplər və onların əsaslandıqları amillər arasındakı uyğunluğu müəyyən edin.

I – Elmilik

II – Müvafiqlik

III – Əyanilik

IV – Sistemlilik

V – Şüurluluq və fəallıq

1 – müəllim və şagirdin qarşılıqlı fəaliyyəti

2 – tədris materialının həcminin şagirdin yaş xüsusiyyətinə müvafiqliyi

3 – tədris materialının həcminin şagirdlərin sayına müvafiqliyi

4 – kimyəvi reaksiyaların sistemli öyrədilməsi

5 – şagirdlərin obyektiv elmi faktlar, anlayışlar, nəzəriyyələr və qanunlarla tanış edilməsini tələb edir

6 – şagirdlərin kimyadan bilik, bacarıq və vərdişlərinin müəyyən sıra ilə formalaşması

7 – şagirdlərdə yaranan təsəvvürlər və anlayışların hamısı bilavasitə öyrənilən maddələr və kimyəvi proseslər üzərində müşahidələrdən alınan qavrayışlara əsaslanır

8 – müəllimdə yaranan təsəvvürlər şagirdlər üzərində aparılan müşahidələrdən alınan qavrayışlara əsaslanır

A) I - 5; II - 2; III - 7; IV - 6; V - 1

B) I - 8; II - 7; III - 4; IV - 1; V - 5

C) I - 7; II - 5; III - 3; IV - 1; V - 8

D) I - 1; II - 6; III - 5; IV - 3; V - 4

E) I - 5; II - 3; III - 2; IV - 1; V - 8

12. Tədris prosesinə bilavasitə aidiyyəti olan şərtlərin qrupları ilə onlara uyğun olanları müəyyən edin.

I – Tədris - maddi şərait

II – Məktəb gigiyeniyası ilə əlaqədar şərtlər

III – Əxlaqi - psixoloji şərait

1 – tədris binalarının həcmi, hava və qida rejimi, istirahət və əməyin uyğunluğu

2 – şagird və müəllimin geyimi, dərsliklərin tərtibi, valideynlərin uşaqlara qayğısı

3 – tədris binaları, təlimin müasir texniki vasitələri, didaktik paylama materialları

4 – kitablar, yazı ləvazimatı, şagirdlərin istifadə etdikləri əlavə dərsliklər

5 – müəllimin tələblərinin vahidliyi, düşünülmüş tələbkarlıq, əxlaqi cəhətdən dəyərli ictimai fikrin olması

6 – müəllimlərin məktəb rəhbərliyi ilə münasibəti, məktəb rəhbərlərinin tələblərində vahidliyin olması

A) I - 3; II - 1; III - 5

B) I - 2; II - 5; III - 6

C) I - 5; II - 3; III - 1

D) I - 6; II - 4; III - 5

E) I - 4; II - 5; III - 6

Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin