Mirhidayət Həsari
Öncə, Mari Intizarcu tərəfindən kitab şəkilində hazırlanan gözəl bir ad günü tortu (kek) musiqilə salona gətirildi. Salondaki gül balalarimiz Səhənd, Nigar və Emil əllərindəki gül dəstələrini ustada təqdim etdilər və gecənin səbəbkari da tortu qonaqların möhkəm alqışları ilə kəsdi. Ardınca Səmanə və qardaşı Sina - bu iki gəncin gözəl Azərbaycan rəqsləri salona gözəl şənlik ruhu bəxş etdi.
Mərasimin sonunda, "Varlığın səsi" dərgisinin təqdirnaməsi iştirakçıların alqışı ilə ustad Mirhidayət Həsari tərəfindən əmək sərf edən Jagub Şamixi, Gülnara Məmmədova və Mirsadiq Haşimiyə teqdim olundu. Ümumiyyətlə, bütün soydaşlarımız gözəl tədbiri həyata keçirən "Varlığın səsi" dərgisi əməkdaşlarına səmimi təşəkkür bildirməkləri də burada xatırlatmalıyam.
Tədbirdə iştirak edən Bolqarıstan türklərinin dərnək başqanı Xalid Osman ustadın yaradıcılıq fəaliyyətini duyarkən müəllifdən bunu soruşdu :"Belə bir görkəmli alim necə bəs dünya səviyyəsində tanınmayıb?”...
Dostları ilə paylaş: |