AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN TEXNIKI UNIVERSITETI
SƏRBƏST İŞ 1
Fakultə: Nəqliyyat və Logistika
Qrup: 158A1
Tələbə: Kərimov Kənan
Müəllim: Bayramov Məmməd
2021
Böyük şəhərlərdə əhalinin hərəkətliliyinin hesabi və onun öyrenilmə üsulları.
Əhalinin hərəkətliliyi onların yerdəyişmələrinin intensivliyinin kəmiyyətcə ifadəsidir. Hərəkətlilik dedikdə baxılan əhali qrupu üzrə hesabat müddəti ərzində (il, sutka və ya saat) bir nəfərə düşən yerdəyişmələrin sayı başa düşülür. Əgər yerdəyişmələrdə H adam iştirak edərsə və il ərzində yerinə yetirilən yerdəyişmələrin ümumi sayı A qədərdirsə, onda hərəkətlilik
h=A/H olar.
Potensial hərəkətlilik əhalinin bioloji və ictimai tələbatı, dövrün sosial-iqtisadi xarakteristikaları, istehsalat hazırlığı, tarixən qərarlaşmış həyat tərzi, informasiya vasitələri və rabitənin inkişafı, mədəni tələbatları ilə müəyyənləşən hərəkətliliyinə deyilir.
Ümumi hərəkətlilik yerdəyişmədə iştirak edən bütün əhali qruplarının vahid zamandakı (il, sutka) yerdəyişmələrinin miqdarının şəhərin ərazisindən qeydiyyatı olan əhalinin sayına olan nisbətidir.
Nəqliyyat hərəkətliliyinin hesabat metodları və ona təsir edən amillər
Əhalinin nəqliyyat hərəkətliliyinə aşağıdakı amillər təsir edir:
1)əhalinin maddi vəziyyəti və mədəni səviyyəsi;
2)sənaye müəssisələrinin yaşayış yerlərinə nəzərən yerləşməsi;
3)şəhər nəqliyyat şəbəkəsinin inkişaf səviyyəsi;
4)əhalinin sıxlığı;
5)daşımaların təşkilinin vəziyyəti və səviyyəsi.
Əhalinin nəqliyyat hərəkətliliyi aşağıdakı üsullarla öyrənilir:
- əhalinin məşğuliyyət formasına göər;
- şəhər ərazisinin ölçülərinə görə;
- şəhər əhalisinin yaş qrupuna görə;
- vaxt balansına görə;
- şəhər əhalisinin sayına görə.
Nəqliyyat hərəkətliliyinin hesabatı zamanı gedişlərin sayı nəzəri olaraq qəbul edilən normativlər və yaxud praktiki olaraq əhali arasında aparılan sorğu əsasında təyin edilir. Əhalinin sayı perspektiv artım nəzərə alınmaqla götürülür.
Əhalinin məşğuliyyət formasına görə nəqliyyat hərəkətliliyi təyin edilərkən əhali şərti olaraq təhsil alanlar və işləyənlərə bölünür. Hər qrup üçün il ərzində gedişlərin sayı tapılır. Gedişlərin sayı tapılarkən, şəhərin daimi sakinlərinin h1, şəhər ətrafından şəhərə gələnlərin h2 və şəhərdə müvəqqəti yaşayanların il ərzində gedişləri h3 nəzərə alınır. Ümumi gedişlərin sayı
h = h1 + h2 + h3.
Müxtəlif nəqliyyat növlərindən istifadəni nəzərə alaq əmsal Knd metro olan şəhərlər üçün 1,2÷1,35; olmayanlar üçün isə 1,0÷1,1 götürülür.
Şəhər ətrafından şəhərə gələnlərin və şəhərdə müvəqqəti yaşayanların etdiyi illik gedişlərin sayı şəhərin daimi sakinlərinin etdiyi gedişlərin 5-10%-ni təşkil edir.
h2 + h3 = (0,05÷0,1)h1.
Şəhər ətrafından şəhərə gələnlərin və şəhərdə müvəqqəti yaşayanların etdiyi illik gedişlərin sayı şəhərin daimi sakinlərinin etdiyi gedişlərin 5-10%-ni təşkil edir.
H2 + h3 = (0,05(0,1)h1.
Əhalinin nəqliyyat hərəkətliliyini təyin etdikdə əlavə olaraq əhalinin sıxlığını və nəqliyyatla təmin olunma səviyyəsini nəzərə almaq lazımdır. Statistik məlumatlar göstərir ki, əhalinin sıxlığı 1500(2000 nəfər/km2-ə qədər artdıqda nəqliyyat hərəkətliliyi əvvəlcə artır, sonra isə müəyyən qədər azalır.
Şəhər nəqliyyat vasitələrinin 2 dəfə artması nəqliyyat hərəkətliliyini 1,3(1,5 dəfə artmasına səbəb olur. Şəhər ərazisinin ölçülərinə göpə nəqliyyat hərəkətliliyi müəyyən olundanda ərazi nəqliyyat mikrarayonlarına böyünür. Mikrarayonların sahəsi elə olmalıdır ki, şəhərin mərkəzi və kənarında yerləşməsindən asılı olmayaraq əhalinin sayına görə ekvivalent olsunlar. Buna görə də mikrarayonların sahəsi şəhərin mərkəzində kiçik, kənarında isə böyük götürülür. Mikrarayonların sərhədləri imkan daxilində inzibati rayonların sərhədləri ilə uyğun gəlməlidir. Hər bir mikrarayonda yaşayan əhalinin sayı müəyyən olunmalıdır. Bunun üçün yaşayış binalarının sayı, mərtəbəliliyi təyin olunur və əhalinin sayı hesablanır.
Dostları ilə paylaş: |