Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə14/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   10   11   12   13   14   15   16   17   ...   87

64-cü xütbə
İmam Əli əleyhis-salamın (Allahın sifətləri barədə) xütbələrindəndir.

Həmd və şükr heç bir sifəti başqa sifətindən önə keçməyən Allaha məxsusdur. Deməli, son olmamışdan qabaq, əvvəldir. Gizli olmazdan əvvəl isə aşkardır.1 Ondan qeyri hər nə vahid və tək adlandırılsa (çoxun müqabilində) azdır.2 Ondan qeyri hər əziz zəlil və xardır, (çünki nəticədir. Nəticə isə səbəbin zəlilidir) Ondan başqa hər bir güclü gücsüzdür.3 Ondan qeyri sahib və mülkiyyətçi (Onun iradə istəyi müqabilində zəlildir), Onun quludur. (Çünki Allah Təaladan başqa hər varsa vücudu mümkün olanlardandır mümkün isə nəticədən doğmadır, nəticə səbəbdən aslıdır deməli, həqiqi sahib Odur.) Ondan başqa hər bir bilikli isə öyrənəndir.4 Ondan qeyri hər bir güclü və qadir (bəzi işlərdə) güclü və (digər işlərdə) acizdir.5 Ondan başqa bütün eşidənlər çox yüksək səslərdən kar olar, yavaş və uzaqdan gələn səsləri isə eşitməzlər.1 Ondan qeyri bütün görənlər (qaranlıqda rənglər tək) gizlin rənglərə və (zərrələr kimi) zərif cisimlərə (onları görməyə) kordur.2 Ondan başqa, hər bir aşkar olan gizli, gizlin isə aşkar deyil.3 (O, elə Allahdır ki,) yaratdıqlarını nə hakimiyyət və padşahlığını gücləndirməyə, nə ruzigarın hadisələrindən qorxduğuna görə (bir gün möhtac qalmasın deyə), nə Onunla çəkişən tayına qarşı (onu dəf etmək üçün) kömək almağa, nə də öz şərikinin və Ona qarşı olanın qələbə, öyünmə və iftixarının qarşısını almaq üçün yaratdı. (Yaranmışlar Onun nemətləri ilə) bəslənmiş məxluqat və (Onun hökm iradəsi qarşısında) zəlil, xar bədənlərdir. O, nələrdəsə hülul etmədi ki, «onlardadır» deyilsin. (Çünki əşyaya hülul etmək cismilik imkan tələbatlarındandır) və heç nədən uzaqlaşmadı ki, «ondan uzaqdır» deyilsin. (Çünki bütün əşyaları əhatə edir.) Məxluqatı yaratmaq və onların vəziyyətini düzəltmək Onu yorub əldən salmadı, əşyanı yaratmaqda aciz olmadı. Hökm verdiyi və müəyyən etdiyi şeylər barədə şübhəsi yaranmadı. Onun hökmü qəti, elmi möhkəm, işləri dönməzdir. Bəndələr Onun qəzəb və cəzalarına rəğmən Ona ümidvardırlar. (Çünki Ondan başqa pənahları yoxdur) və nemətləri, bəxşişləri olsa da Ondan qorxurlar (ki, nəbadə əzaba düçar olacaqları bir görsünlər).
65-ci xütbə
İmam Əli əleyhis-salamın (döyüş qaydaları barədə) kəlamlarındandır. Siffeyndə döyüş günlərinin birində (37-ci hicri-qəməri ilinin səfər ayında, «Hərir» gecəsində) səhabələrinə buyurmuşdur:

Ey müsəlmanlar, xof və qorxunu özünüzə şüar edin (Allahdan qorxun düşmənlə döyüşdə süstlük etməyin). (Döyüşdə) vüqar və sakitliyi öz düşüncənizə çevirin (düşmənlə qarşılaşmaqdan çəkinməyin) və dişlərinizi bir-birinə sıxın (döyüşdə müqavimət göstərin, döyüşün çətinliklərini özünüzə asanlaşdırın). Çünki belə rəftar qılıncları başlardan daha da uzaqlaşdırır (müharibədə müqavimət döyüşün çətinliklərinə sinə gərmək düşməni məğlub etmək üçün hər hiylə tədbirdən daha yaxşı olub, nəticəsi isə fəth qələbədir). Zirehi tam geyinin. (Bədəninizin heç bir yerinin görünməməsi üçün qoruyucu, astarı olan zireh geyinin) və qılınclarınızı çəkməzdən qabaq qınlarında tərpədin.1 Düşmənə gözünüzün ucu ilə (çəpəki), acıqlı baxın.2 Sağınıza, solunuza nizə vurun (ətraflarınızı məhv edin ki, düşmən pusqu qurub, sağ ya solunuzdan hücuma keçə bilər). Qılınclarınızın ucu və tiyəsi ilə zərbə endirin (düşməni irəliləməyə qoymayın), (əgər qısadırsa) qılınclarınızı addım atmaqla (düşmənə) çatdırın.3 Sizlər Allahın nəzərindəsiniz (O, sizin əməllərinizi görür) və Allahın Rəsulu səlləllahu əleyhi və alih və səlləmin əmisi oğlu ilə olduğunuza görə, (düşmənə) arası kəsilmədən hücum edin və qaçmaqdan isə xəcalət çəkin. Çünki qaçmağınız sizdən sonrakılar üçün rüsvayçılıq (sizdən sonra övladlarınızın başına qaxacaqlar), hesab və Qiyamət günündə atəşdir (müharibədən qaçanlar qiyamətdə ilahi əzaba düçar olacaqlar). (Döyüşdə) ruhunuzun bədəninizdən ayrılmağına şad olun, rahatlıqla ölümə doğru gedin.1 Bu böyük qaragüruha (Müaviyənin qoşununa) və kəndirlərdən asılmış xeyməyə (Müaviyənin çadırına hücum etmək) sizin öhdənizdədir.2 O xeymənin daxilinə zərbə endirin (çalışıb o çadırı ələ keçirin).

Çünki şeytan (Müaviyə) onun küncündə gizlənib. İrəli atılmaq üçün əlini qabağa, geri dönmək üçün isə ayağını arxaya qoyub.3 Deməli, haqqın həqiqəti sizlərə aydın olması üçün (onunla yoldaşları ilə döyüşməyi) niyyət edin (onları məhv etmək üçün hücuma hazırlaşın bu yolda çalışın).4 Siz üstün və yüksəksiniz (siz haq yolundasınız qələbə, zəfər sizinlədir). Allah sizinlədir və heç vaxt əməllərinizin (mükafatını) naqis və az etməz (sizə dünya axirətdə nicat verər).


66-cı xütbə
İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.

Belə deyilir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) in vəfatından sonra Səqifə5 xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı.6 Həzrət buyurdu: «Ənsarlar nə dedi?» Cavab verdilər ki, Ənsarlar dedilər ki, bizdən bir, sizdən də bir əmir olsun. Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi alih) onların yaxşılarına yaxşılıq edilməsi və pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz? Dedilər: «Bu cümlə Ənsarlılar üçün necə dəill və sübut ola bilər?» Buyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı). Daha sonra buyurdu: «Qüreyş (Ənsarların sübutları müqabilində) nə dedilər?» Cavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər. Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».7


67-ci xütbə
Misirə hakimiyyətin boyunduruğunu (Siffeyn hadisəsindən qabaq) Məhəmməd ibn Əbu Bəkrin boynuna keçirdiyi (oranın xeyir-şərini, əyri düzgününü ona tapşırdığı) vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. (Lakin Siffeyn hadisəsindən sonra) Misir onun hakimiyyətindən çıxdı, özü isə öldürüldü.1

Mən Haşim ibn Utbəni Misirə hakim təyin etmək istəyirdim.2 Əgər onu oranın hakimi seçsəydim, bir an belə onlarla (Əmr ibn As qoşunu ilə) döyüş meydanını boş qoymazdı.3 Onlara (şücaət qəhrəmanlıq göstərmək üçün) fürsət verməzdi. Haşimi mədh etməklə Əbu Bəkrin oğlu Məhəmmədi qınamaq niyyətində deyiləm. (Çünki o, qınağa layiq deyil.) O, mənim dostum və rəbibim (arvadımın oğlu) idi.1


68-ci xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrini (Şam əhli, yəni, Müaviyənin qoşunu ilə döyüşə hazırlaşmadıqlarına görə) qınadığı kəlamlarındandır.

Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi (Allah yolunda cihada hazır olmadığınıza görə) nə vaxta qədər sizinlə yola gedim,1 dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? (Sizləri hər tərəfdən yığıb, müharibəyə hazırlayıram, yenə dağılırsınız.) Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz (azacıq səs eşitdikdə, öz yuvalarına qaçan) kərtənkələ və kaftar öz yuvalarında gizlənən kimi (qorxudan) evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs (döyüşdə) zəlil və xardır (çünki ağıllı igid deyilsiniz). Sizlərin köməyilə (düşmənə doğru) ox atan (düşmənin irəliləməsinə mane olmaq istəsə) ucsuz, başı sınıq ox atmışdır (belə oxun faydası olmadığı kimi, düşməni dəf etməkdə məğlub etməkdə sizin heç bir faydanız yoxdur). And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların altında isə azsınız (evlərinizdə olarkən yığışıb mənasız sözlər danışır, ancaq düşmənlə döyüşmək üçün yığılmırsınız). Mən sizləri islah edib (düşmənlə döyüşə hazırlayan) və əyriliyinizi düzəldən (itaətcil edən) şeyi bilirəm.2 Ancaq, Allaha and olsun ki, özümü puç və zay etməklə sizi islah etməyi caiz bilmirəm. (Çünki bu yolla islah etmək mənim ilahi əzaba düşməyimə səbəb olar mən buna razı deyiləm.) Allah üzünüzü qara etsin (mənim öyüd-nəsihətlərimi qəbul etməyə layiq olmadığınıza görə əzaba düçar olun), bəhrə və nəsibinizi az etsin (axirətdə bədbəxt olacağınız kimi, dünyada da bədbəxt olun, çünki) batillə tanış olduğunuz (ona itaət etdiyiniz) qədər, haqqı tapmırsınız (ilahi hökmlərə əməl etmirsiniz). Haqqı və həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz (doğru yola qədəm qoymur, həmişə batil yolda olursunuz).
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin