Bu da həmin xütbənin
(əşyanınxilqətivəpakAllahınyaradılmışların sifətlərindənuzaqolmasınınbəyanedildiyi) bir hissəsidir Böyük Allah yaratdığının varlıq və mövcudluğunu müəyyən etmiş və onu gücləndirərək möhkəmləndirmişdir. (Beləki, azalıbçoxalmayacaqdır.) Lütfkarlığına (hikmətvəməsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları iş üçün ayırmışdır (günəşinnursaçması, buludunyağmasıvəarınınbaltoplamasıkimi). Deməli, (yaradılmışlardanheçbiri) onlar üçün təyin olunmuş hədləri aşmadı və məqsədə çatmaqda səhlənkarlıq etmədi (özvəzifələrinəuyğunəməletdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə və istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizliketmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə və istəyindən yaranmışdır. (Deməli, o, Allahıntəkviniəmrinəitaətedərəktəvazökarlıqboyunbağısınıboynundanasmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq və təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik və yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi və yaratması başa çatdı. (Onuniradəvəistəyiəsasındaməxluqlaryarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik və süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın.1 Əşyanın əyriliklərini düzəltdi, (onlarıhikmətəsasındayaratdı) hədlərini aydın və aşkar şəkildə müəyyən etdi (layiqolduqlarışeyləonlarıbəhrələndirdi). Güc və qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdəntündməcazlıq, soyuqdansoyuqqanlılıq, rutubətdənistiqanlılıq, quraqlıqdanməyusluqkimiünsürləribirməzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biridigərindənüstünolan) müxtəlif hədd və ölçülərdə, sifət və xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə və istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır.
Bu xütbənin bir hissəsi
səmanın vəsfi haqqındadır (Allah-təalanın əşyanın yaradılmasındakı güc və qüdrətinin vəsfinin ardınca Həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan və Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:)
Səmanın geniş yollarını (birşeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı.1 Onun fərmanı ilə yerə enənlər (rəhmətdaşıyanmələklər) və bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan)göylərə yüksələnlər üçün (gediş-gəlişyolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü və buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi.1 Onun bağlanmış qapılarını yığıldıqdan sonra2 açdı.3 Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanlarınoragəlməsininqarşısınıalıbmələklərinsözlərinieşitməyəqoymasın. Sonrakıcümlələrdəİmaməleyhis-salambunatoxunur) Öz güc və qüdrəti ilə onu havanın qatlarında (açılmışsəmada) titrəməkdən və dağılmaqdan qorudu.4 Öz yerində dayanıb Onun buyruq və iradəsinə tabe olmağını əmr etdi.1 Onun hər şeyi göstərən (işıqlıqverən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayınişığınınməhvolmasıonunişığınınbəzigecələrdəqismən, bəzəndətamamiləgizlənməsinəişarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi və getməli olduqları mənzil və yollarda hərəkətlərini müəyyən etdi2 ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı və işlərin hesabı onların hərəkətinin əsasında bilinsin.3 Göyün fəzasında fələyi (ulduzlarınorbitiolanfırlanankürəvəcismi) asılı vəziyyətdə saxladı. Ağ dürr kimi (bizənisbətənuzaqlığınagörə) gizlin olan ulduzları və (bizlərəyaxınolmalarısəbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (oxkimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı.4 Hərəkətsiz ulduzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu və uğursuzluğunu (müvafiqolanlarıvəmüvafiqolmayanlarınıÖziradəsivəəmriilə) ram və bərqərar etdi.1 Bu xütbənin bir hissəsi mələklərin
vəsfi barəsindədir2
Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında (onlarıibadətvəitaətiüçünhazırlanmışyerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı və narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur və işıq parıltıları var. Deməli, öz yerlərində heyran və sərgərdan dayanırlar.1 Allah-təala onları cürbəcür surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü və ucalığına həmd etsinlər.2 Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar və aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insankimiAllahlıqiddiasındabulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (BütləriAllahaşərikçıxanbütpərəstlərdənfərqliolaraqözləriniAllahaşərikbilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir.1 Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa və əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi.2 Mələklərin hamısını şəkk-şübhədən (şeytanınvəsvəsəsindən) mə’sum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik və vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytanvənəfsi-əmmarəqarşısınıalabilmədiyi) asan olan öz şükr və həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tovhidə dəlalət edən aşkar əlamətləri (qətidəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günahetmirlər, çünkişəhvətlərəvənəfsi-əmmarəyəmalikdeyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (bunagörədəinsankimizəifləyibqocalmır, sınmırlar). İmanlarını heç bir şəkk və şübhə sarsıtmadı. (Allahınbirliyinəolan) möhkəm və güclü inamlarına, etiqadlarına heç bir zənn və güman yol tapmadı (ki, zənnvəyəqinlikbir-biriilədöyüşərəkimanlarındasüstlükyaradabilsin). Onlar arasında (bir-biriiləməqamüstünlüyünəgörə) kin və düşmənçilik məşəli alovlandırılmadı. (Heçbiridigərinəpaxıllıqetmədiyinəgörəaralarındadüşmənçilikyaranmır.) Heyrət və sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heçkəs) onlardan oğurlaya bilməz. (Çünkiheyranlıqvəsərgərdanlığınmənşəyiağıllaxəyalınmübarizəsidir. Xəyalisəonlarayoltapabilməz.) Allah-təalanın əzəməti və böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdanbaşqaheçkəsürəklərinəyoltapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib (vəqəlbləriniçirkləndirməyib, onlarıAllahıyadasalmaqdançəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər.1 Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (ƏqidələriningözəlliyiAllahıtanıyıbibadətetmələrinəsəbəbolmuşdur.) Allaha yəqinlkləri və inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq və sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər və başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar və Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-təalanınqüdrətvəəzəmətinibildiklərinəgörə) Onun (əzabının) xof və qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət və itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət və meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daimaibadətləməşğuldurlar.) Məqam və rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyükməqamlarınarəğmənçoxtəvazökardırlar). Xudpəsəndlik və özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı və böyüklüyü müqabilində ahu-zarları və təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (onaəhəmiyyətvermələrinə) səbəb olmamışdır. İşdə (ibadətvəbəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir.1 Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar (vəbaşqasınaürəkbağlamırlar). Münacat və (Allah-təalailə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər və Haqla olan razü-niyazları kəsilsin. İbadət və itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqlaçiyin-çiyinəibadətsıralarınadüzülübAllahaibadətləməşğulolurvəözyerlərindəndönmürlər). (İbadətinəziyyətindənvəitaətinçoxluğundan) rahatlıq və dinclik istəmirlər ki, Allah-təalanın əmr və fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünkiəziyyətvərahatlıqheyvaniməzacıntələbatlarındandırvəmələklərbeləsifətlərdənazaddır.) Onların (ibadətdə) qərar və səylərinə anlaşılmazlıq və unutqanlıq qalib gəlməz və məkr və yalan, oxlu şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy və zəhmətlərini yox edə bilməz. (Çünkimələklərinşəhvətqüvvəsiyoxdurki, onaaldanaraqibadətdənəlçəksinlər.) Ərş sahibini (Allah-təalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl və rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar.2 Mələklərin Allaha ibadət və itaətlə məşğul olmaq şövqü və sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən və əzabının qorxusundan ibarətdir (həmişəxofvəümidiçindəolarvəbiranbeləibadətdənayrılmazlar). Onların nəzərində əzab xofunun və qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət və səylərindən əl çəksinlər və süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir-yesir etməyib ki, (dünyadakı)səy və zəhmətlərin çoxluğunu (əbədiaxirətsəadətiniqazanmaqüçünolan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri və yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, busəbəbdənməğrurlaşaraqözəməllərininmükafatınaümidetsinlər). Əgər böyük sansaydılar, (ibadətələrininmükafatınaolan) ümidləri cürbəcür qorxu və xofu onlardan götürərdi. (Ancaqonlarhəmişəqorxuvəxofiçindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytanonlarıələkeçirməyibki, Allah-təalabarədəbir-birininziddinəsözsöyləsinlər.) Ayrılıqları və bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq və kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk və şübhələr onları dəstə-dəstə etməmiş, əzm və iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (BöyükəzmvəiradələriAllahaibadətvəitaətəsərfolunur.) Mələklər imanın əsir-yesiridirlər. (Beləki, ondanəlçəkibilahiəmrvəfərmanınziddinərəftaretmələriqeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük və tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədərbeləyer) yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahınəmriniyerinəyetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.1