Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə36/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   32   33   34   35   36   37   38   39   ...   87

125-ci xütbə
İmam Əli əleyhis-salamın Əmr ibn As və Əbu Musanın qəzavətinə razılaşdıqlarını inkar etdikləri vaxt1 buyurduğu sözlərdəndir. Onda öz səhabələrini məzəmmət edərək buyurur:

İnsanları hakim etmədik, əksinə, Qur’anı hakim qıldıq. Bu Qur’an iki cildin arasında yazılmış və dil açıb danışmayan xətdir. Ona (məqsədini bəyan etmək üçün) tərcüməçi lazımdır və ondan söz danışanlar insanlardır. Şam əhli bizdən Qur’anı aramızda hakim etməyi istədi. (Xahişlərini qəbul etdik, çünki) Allahın kitabından üz döndərənlərdən (Onun hökmünə tabe olmayanlardan) deyildik. Allah-təala da (Qurani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) buyurub: فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ «Əgər bir işin üstündə mübahisə və düşmənçilik etsəniz, (onun islahı üçün) Allaha və Peyğəmbərə (Qurana sünnəyə) müraciət edin». Münaqişə və düşmənçilik zamanı Allaha müraciət etməyimiz Onun kitabına uyğun hökm çıxarmağımız, Peyğəmbərə üz tutmağımız isə onun sünnəsini və yolunu tutmağımız deməkdir. Əgər doğruluqla Allahın kitabından hökm çıxarılarsa (öz rəyinə uyğun təfsir nadürüst izah deyil, Onun həqiqətlərini bəyan etmək istəsələr), o hökmə (İmamətə xilafətə) biz (İmam əleyhis-salam o Həzrətdən sonrakı İmamlar) hamıdan daha layiqik.1 Əgər Allahın Peyğəmbərinin sünnəsinə əsasən hökm verilsə, biz o hökmdə camaatdan daha üstünük.2 Deyirsiniz ki, özünlə onlar (Şam əhli) arasında hakimlik üçün möhlət qoydun (ki, bu yerə gəlib çatdı. Həmin gün ya həmin həftə əmr etməliydin ki, Allahın kitabına nəzər salıb hökmü aydınlaşdırsınlar. Cavab budur:) Möhlət verdim ki, cahil götür-qoy etsin və alim güclənsin, bəlkə bir-birindən əl çəkib mehribanlaşdıqları bu müddətdə Allah-təala bu ümmətin işini islah etdi. Nəfəs yolları tutulmasın (haqqa çatmaları üçün onları məcbur etməyim) ki, haqqı tanımaq üçün tələsib (düşünüb araşdırmadan əleyhimizə olan bizə qarşı döyüşə çalışan) ilk azğınların ardınca getməsinlər. (Onlara möhlət verdim ki, bu işi düzgün araşdırsınlar.)

Həqiqətən də Allah yanında insanların ən üstünü odur ki, haqq ona ziyan yetirib kədərləndirsə də, batilsə ona xeyir verib faydaya yetirsə belə haqqı batildən çox istəsin. Belə isə nəyə görə dalğın və sərgərdansınız, sizləri haradan gətiriblər (ki, öz İmam rəhbərinizi tanımayaraq belə çirkin sözlərlə onun əleyhinə çıxırsınız)? Haqdan (uzaq düşərək) mat-məəttəl qalan, didərgin düşərək onu görməyən, zülmə və sitəmə ürcah olub ondan dönməyən, Allahın kitabından uzaq olan (onu başa düşməyən), (doğru) yoldan çıxan bir dəstə ilə (şamlılarla) döyüşə getməyə hazır olun. (Ancaq əfsus ki,) siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun (qeyrətiniz yoxdur ki, sizdən kömək istəyim), nə də (çətinə düşəndə) yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız (düşmənin istilasının qarşısını almırsınız). Off, sizin əlinizdən! (Çirkin söz əməllərinizdən təngə gəldim.) Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün (dinə kömək üçün) sizi çağırır, bir gün isə (düşmənlə döyüşmək barədə) sirrini deyirəm. Çağrıldıqda (mənə cavab vermək üçün) azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz (ki, mənim sirrimi saxlayıb faş etməyəsiniz).
126-cı xütbə
İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir:1

Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz?1 Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə görmərəm).



Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu:

Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır.2 Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şə’nini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz.
127-ci xütbə
İmam Əli əleyhis-salamın yenə də Xəvaric barədə buyurduğu kəlamlarındandır:1

Sizin (mənimlə) müxalifliyiniz (iki hakimi təyin edib onların qəzavəti ilə razılaşmaqla) xəta edib yolumu azmağımı güman etdiyinizə görədirsə, nəyə görə Məhəmmədin (səlləllahu əleyhi alih) bütün ümmətini də (öz gümanınızda) mənim azmağımla azğın sanır, onlara mənim xətama görə yanaşır, mənim günahıma görə (onları) kafir adlandırırsınız? (Belə ki,) çiyinlərinizdəki qılınclarınızı həm sağlam, həm də xəstə yerlərə endirir, (öz zənninizlə günahkar sandığınızı da, təqsirsizi öldürürsünüz. Öz gümanınızda) günah edənlə günahsızı qarışdırırsınız. (Müqəddəs İslam şəriəti, böyük günah törətmiş olsa belə, heç kəsi kafir saymasa da hamını kafir hesab edirsiniz. Necə ki,) bilirsiniz, Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) arvadı ola-ola zina edəni daş-qalaq edib sonra onun namazına durardı (sizin əqidənizə görə isə varis müsəlman olsa belə, küfr irs çatmasının qarşısını alar), mirasını (onun) yaxınlarına verərdi. Qatili öldürüb irsini varisləri arasında bölər, oğrunun əlini kəsər, arvadı olmayan zinakara qamçı vurardı. Bundan sonra isə müsəlmanların qənimət götürdüklərindən onların payını verər, onlar da müsəlman qadınlarla nigah bağlayardılar. Deməli,2 Həzrət Peyğəmbər (səlləllahu əleyhi alih) onları (kafir saymayıb, əksinə,) onlarla günahlarına uyğun rəftar edib, onlar barədə Allahın haqqını yerinə yetirmiş, onların İslamdakı paylarının qarşısını almamış və adlarını müsəlmanların arasından çıxarmamışdır.1 Deməli, (bundan sonra onları pisləyib danlamaq üçün buyurur) sizlər şeytanın öz azğınlıqlarına (nadanlıq öz nadanlığına inanmamağa) atdığı, heyrət və səfilliyə məcbur etdiyi ən pis insan və ən pis camaatsınız. (Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mö’tədil dəstədəndirlər.2 Belə isə bu mötədil dəstəyə yoldaş olub böyük kütlənin (adil sultanın ardıcıllarının) ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bidət yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Bidətçini mən olsam belə öldürün. Bundan sonra qəzavət barədə buyurur:)

İki hakim Qur’anın diriltdiklərinə həyat vermək, öldürdüklərini dəfn etməkdən qeyri bir iş üçün təyin olunmadılar. Qur’anı diriltmək onunla həmməqsəd olmaq (ona əməl etmək), onu öldürmək isə ondan ayrılmaqdır (ona uyğun rəftar etməməkdir). Əgər Qur’an bizi onlara doğru çəksə, onların arxasınca gedək, onları bizə tərəf çəksə, bizim arxamızca gəlsinlər.1 Belə isə ey atasızlar, mən şər iş görüb sizi aldadıb, səhvə düçar etmədim. Əksinə, bu iki kişini (Əbu Musa Əmr ibn Ası) seçmək öz fikriniz idi. Biz də onlardan Qur’andan kənara çıxmayacaqları barədə əhd-peyman aldıq. Hər ikisi haqqı gözləri ilə görsələr də yollarını azaraq haqdan əl çəkdilər. Onların zülm və sitəmləri (Allahın qanunlarına zidd rəftarları) nəfslərinə görə idi və ona uyğun da rəftar etdilər. Qabaqcadan (sülhnamədə) əhd-peyman aldıq ki, hakimiyyət ədalət və düzlük üzərində qurulmalı, haqqı nəzərdə tutmalıdır. Ancaq onların pis fikirli olmaları və zülm, sitəmlə hökmranlıq etmələri bizimlə onların arasına ayrılıq saldı. (Müqaviləyə zidd rəftar etdiklərinə görə pislənməyə danlağa layiqdirlər.)
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin