Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir: O Həzrət əleyhis-salamın buyuruğundakı «يَؤُرُّ بِمُلاقَحَةِ» «yəurru bimulaqəhəti» birləşməsində «يَؤُرُّ» «yəurru»nun kökü olan «أَرَّ» «ərrə» kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində «أَرَّ الرَّجُلُ الْمَرْأَةَ» «ərrə ər-rəculu əl-mər’ətə» deyirlər. O Həzrət əleyhis-salamın digər «كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ» buyuruğundakı «قِلْع» «qil’» kəlməsi yelkən mənasındadır. «دارِىٍّ» «Dariyy» «دارَيْن» Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. «عَنَجَهُ» «Ənəcəhu»nun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə «عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً» deyirlər. «نُوتِىّ» «Nu’tiyy» isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın «ضَفَّتَىْ جُفُونِهِ» «zəffətəy cufunihi»dən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. «ضَفَّتان» «Zəffətan» hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın «فِلَذَ الزَّبَرْجَدَ» «filəz əz-zəbərcədə» birləşməsindəki «فِلَذُ» «filəz» kəlməsi «فِلْذَةٍ» «filzə»nin cəmidir və onun mənası tikə və parça deməkdir. «كَبائِسُ» «Kəbais» kəlməsi «كَباسَة» «kəbasə»nin cəmidir və o, «عِذْق» «izq» xurma salxımı mənasındadır. «عَسالِيج» «Əsalic» budaqlar deməkdir və onun təki «عُسْلُوج» «usluc»dur.
165-ci xütbə İmam Əli əleyhis-salamın (səhabələrinəöyüd-nəsihətverdiyi) xütbələrindəndir.
Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (HəzrətPeyğəmbərilahielçikimigöndəriləndənqabaqkızamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadanidilərvəeybvənöqsansifətlərdənpakvəuzaqolanAllahınhökmlərindənxəbərsizidilər) - quşların yumurtladıqları yerdə tapılan (vəquşyumurtasıolmasıtəsəvvüredilən) yumurta kimi ki, sındırılması (kiminsəonusındırması) günahdır və (əgərsalamatsaxlanılsa) içindən ziyanverici bala çıxacaq.1 Bu da həmin xütbənin (müsəlmanlarınparçalandıqdansonrayenidənbirləşərəkBəni-Üməyyəniaradangötürmələrindənxəbərverdiyivəsəhabələriniməzəmmətetdiyi) bir hissəsidir (Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqqİmamvədinintəməlininətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayətvədoğruyolimamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinəuyğundavranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinindevrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (AllahınQur’ani-KərimdəəhvalatınıbəyanetdiyiSəbaəhlininikibağının) seli kimi yola düşərlər (hərəkətedərəkbir-birlərininköməyinətələsərlər). (O, çoxəzəmətlibirselidiki, Səbaəhlininhamısınıhəlaketdivə) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndihəmindəstənidəheçkəsməğlubedəbilməz.) Allah onları yaratdığı (vəeləselindəyatağıolan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarınıçoxaldarvəonlaragücvəqüdrətətaedər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülməməruzqalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onlarınpadşahlıqvəhakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onlarınizzət, dövlət, sərvətvəbütünşeyləriaradangedər).
Camaat! Əgər bir-birinizi haqqa (İmaməleyhis-salama) kömək etməkdən saxlamasaydınız (köməketsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrətvədüzlükbaxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (özİmamvəbaşçınızınəmrlərinətabeolmadığınızüçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığadüşdünüz. İsrailoğullarıMusaəleyhis-salamaqarşıitaətsizliketdikləriüçünqırxilavara-sərgərdanqaldılarvəAllahınQur’ani-Kərimdəəhvalatınıbəyanetdiyihəminçöllükdənbiryerəyoltapabilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailinsərgərdanlığından) bir neçə qat artırılacaqdır.1 Ona görə ki, siz haqqı arxaya atdınız, (HəzrətPeyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (oHəzrətə) uzaq olanla birləşdiniz. (İmaməleyhis-salamatabeolmayıbfitnə-fəsaddanbaşqabirməqsədləriolmayanxəlifələrinvəMüaviyəninarxasıncagetdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədimöhtərəmlikvəsəadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyadayazıqlığınıza, axirətdəisəəzabadüçarolmağınızasəbəbolangünahetməzdiniz).
166-cı xütbə İmam Əli əleyhis-salamın xilafətinin əvvəlində buyurduğu xütbələrindəndir.
Allah-təala Kitabı (Qur’ani-Kərimibəndələrüçün) bələdçi olaraq göndərdi və onda yaxşı və pisi (etiqad, sözvəəməlinhansınınpisvəhansınınyaxşıolmasını) bəyan etdi. Buna görə də yaxşılıq yolunu tutun ki, (AllahvəPeyğəmbərətərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizihaqqvəhəqiqətəçatdıran) doğru yol ilə hərəkət edəsiniz. Vacibləri yerinə yetirin, vacibləri yerinə yetirin!1 Onları (riyavəözünügöstərməküçündeyil) Allaha görə (Onunrəhmətinəyaxınlaşmaqüçün) yerinə yetirin ki, sizi Cənnətə çatdırsın. Allah (Qur’andavəHəzrətPeyğəmbərinsünnəsində) məchul olmayan (bəlkəhamıyaməlumolan) şeyi haram etdi (bunagörədəondanxəbərsizolanüzrlüsayılmır) və heç bir eyb və nöqsanı olmayan şeyi halal buyurdu. Müsəlmanın ehtiramını (İslamınəzəmətinəgörə) bütün hörmətlərdən üstün etdi. Müsəlmanların hüquqlarını (dində) ixlas (yəni, riyakarlıqolmadantamsədaqətvəsaflıqlaibadətvəbəndəliketmək) və tovhid (Allah-təalanıtəkbilmək) ilə öz yerlərində bir-birinə bağlayıb. Buna görə də (təkallahlıvəixlasıolanşəxsəmüsəlmanlarınhüquqlarınariayətetməkvacibdir. Beləolmasa, buonunixlasvətovhidiiləziddiyyəttəşkiledər. Odurki, buyurur:) Müsəlman o kəsdir ki, müsəlmanlar (AllahvəPeyğəmbərinbuyurduğu) haqq (yerlər) istisna olmaqla onun dilindən və əlindən salamat və rahat olsunlar (diliiləyalan, qeybətvəböhtandanışmasınvəbaşqalarınıincitməkdənvəzülmetməkdənəlsaxlasın). Allahın vacib etdiyindən başqa, müsəlmana ziyan vurmaq halal deyil. (Ammaəgərkimsəmüsəlmanınahaqyerəöldürsə, ondanqisasalınmasıvəöldürülmüşşəxskimionundaöldürülməsivacibdir.) Hamı üçün ümumi olan və sizlərin hər birinizə məxsus hadisəyə tələsin. O, ölümdür (ölüməvədünyadanköçməyəhazırolun). Çünki insanlar (onlarınbirdəstəsi) sizin qarşınızdadır (sizdənqabağadüşüblər) və qiyamət sizi arxadan qovur. (Sankibirkarvanqabaqcadangedibvəkarvanınbaşçısıarxadaqalanlarıqabaqdagedənlərəçatmalarıüçünsürətləaparır. Bunagörədə) yüngülləşin ki, (özünüzüağıryükləraltındannicatveribkarvana) birləşəsiniz. Sizin birinciniz saxlanılıb və onlar axırıncınızın yolunu gözləyirlər (ki, hamıtoplaşsınvəbirlikdəqiyamətədaxilolasınız). Çünki (qiyamətdə) sizdən (hərşeyi) soruşacaqlar, hətta yerlər və dördayaqlılar barəsində.1 Allaha itaət edin və Ona qarşı itaətsizlik göstərməyin. Yaxşılıq görən zaman onu əldə edin (ki, dünyavəaxirətinizəxeyrivar) və pislik görəndə ondan uzaq olun (ki, siziəzabadüçaredər).