172- ci xütbə İmam Əli əleyhis-salamın (HəzrətPeyğəmbərinmədhi, İmamətvəzifələri, pərhizkarlığatəşviqvədünyanınməzəmmətibarəsindəki) xütbələrindəndir.
Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi və əzabından qorxudandır.1 Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçiliksiyasəti, düşmənləmüharibə, döyüştədbirlərivərəiyyətinişlərininnizamasalınmasıbaxımından) ən güclü və bacarıqlısı və Allahın əmrini (vəhökmlərini) ən yaxşı bilənidir. Buna görə də əgər hər hansı bir fitnəkar (bubarədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür.2(MüaviyəŞaməhlinəƏmirəl-mömininəleyhis-salamlamüxalifətinindəlilinibeləaçıqlayırdıki: MənimoHəzrətinxilafətməsələsindəiştirakımolmayıbvəonabey’ətetməmişəm. TəlhəiləZübeyrisəbey’ətlərinipozmağabeləbəhanəgətirirdilərki: Bey’ətetməyimizdənpeşmanolaraqsəhvimizibaşadüşmüşük. İmaməleyhis-salamonlarınözməntiqlərinəəsaslanaraqsözlərininpuçvəsəhvolmasınatoxunaraqbuyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünkiimamtəyinedilənzamancamaatınhamısınınbiryerətoplaşmasıqeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrinböyüklərivəxeyir-şəryollarınabələdolanlar, eləkibiriiləbey’ətetdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onlarıgörülmüşişiqəbuletməyəməcburedərlər). Buna görə də belə olan halda, orada iştirak edən qayıtmamalı (bey’ətinipozmamalı) və qaib olan (başqasını) seçməməlidir.1 Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyəkimiki, ləyaqətiolmadanxilafətiddiasındaidi) və digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (TəlhəiləZübeyrkimiki, vəfaetmələrizəruriolanbey’ətlərinipozmuşdular).
Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir və o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərinənyaxşısıdünyadatəqvailəsonaçatanıdır). Həqiqətən sizinlə (zahirdəmüsəlmanolan) qiblə əhli arasında müharibə qapısı açılıb və bu bayrağı (onlarlamüharibənivəonunşərtlərini, həqiqətlərdən) agah və gözüaçıq, (çətinliklərdə) səbrli, haqq və həqiqəti bilən şəxsdən (İmaməleyhis-salamdan) başqa heç kəs əlinə götürməz.2 Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin və çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (biziməmretdiklərimizivəçəkindirdiklərimizibaşadüşüncəyəqədər) heç bir işdə (onuqəbulvəyarəddetməkdə) tələsməyin. Çünki sizin (nadanlıqüzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.3
Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz və sizi bəzən qəzəbləndirən, bəzən də şad edən bu dünya, sizin nə məskunlaşmaq və qalmaq evinizdir, nə onun üçün yaradıldığınız yer və nə də dəvət olunduğunuz məkandır. Bilin ki, nə dünya sizin üçün qalacaq və nə də siz onda qalacaqsınız. Əgər sizi özü (özzinətvəbər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyətvəçətinliklərindən) də çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin və qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançıbər-bəzəyinəaldanmayınvəonunmüxtəlifbəlavəçətinliklərinigözünüzdəcanlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getməküçün) bir-birinizi ötün (əbədiyerolanaxirətrahatlığınıəldəetməküçündünyadaAllahavəPeyğəmbərətabeolun). Qəlblərinizi ondan (dünyanısevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindənçıxanhərşeyəgörəbaş-gözünəvurubağlamaqsəsiniucaldan) kəniz kimi nalə etməməlidir (əlindənçıxanheçbirşeyəgörəqəm-qüssəyəbatmamalıdır). Allahın itaətinə (itaətininçətinliklərinə) səbr etmək və Öz Kitabında (Qur’ani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (ÇünkiitaətəsəbrvəQur’anıngöstərişlərinəəməletməksaysıznemətlərəldəedilməsinəsəbəbolur.) Bilin ki, dinin əsas və təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması və əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçininbunuda) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim və sizin qəlblərinizi haqq və qurtuluşa doğru yönəltsin və (həm) bizə və (həmdə) sizə (itaət, müsibətvəgünahlaqarşılaşanda) səbr əta etsin.
173- cü xütbə İmam Əli əleyhis-salamın (TəlhəiləZübeyrinBəsrəyətərəfhərəkətedərəkonumüharibəiləhədələmələrixəbəriçatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.
(İndiyəkimi) müharibə ilə hədələnməmişdim və heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. Və mən Rəbbimin verdiyi kömək (vədüşmənəqalibgəlmək) vədəsinə arxayınam.1(TəlhəninBəsrəyətərəfgetməsininsəbəbinəgəldikdəisə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alınmasından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onuöldürməyə) ondan hərisi yox idi. Buna görə də Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli və qaranlıq qalması və şəkk və tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinəyetirməsilazımolanvəhaqqdaonlardanbiriolan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi və onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi.2 Əgər (indiözdilinəgətirdiyivəxalqınarasındayaydığıkimiOsman) məzlum idisə (vəonuöldürməkharamsayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanınçirkinəməllərinəgörə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk və tərəddüddə idisə ( Osmanınzalımvəyaməzlumolmasınıbilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi və xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnəalovunualışdırdıvəxalqıonuöldürməyəhəvəsləndirdi) və (indi) yolu tanınmamış və (bey’ətinipozmaqüçüngətirdiyiOsmanınintiqamınıistəməkvəonunməzlumöldürülməsikimi) bəhanələri səhv olan işə girişib.