Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ



Yüklə 16,72 Mb.
səhifə72/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   68   69   70   71   72   73   74   75   ...   87
وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ cümləsini Qurani-Kərimin Sad surəsinin 88-ci ayəsindən iqtibas buyurmuşdur.

1 Gizlində əhd-peymanını sındıracaq, əhdinə vəfasız çıxacaq, beyətini külək sanaraq pozacaqdır. Bu cümləni Mərvanın alçaqlığını göstərmək üçün buyurmuşdur. Daha sonra, onu məzəmmət edərək sözünü davam etmişdir.

1 Dörd rəis dedikdə oğlanları-sonralar xəlifə olan Əbdülməlik, Misirin valisi olan Əbdüləziz, İraq valisi Bəşr Cəzirənin valisi Məhəmməd-nəzərdə tutulur. Onlar da hiylə, məkr camaatı azdırmaqda atalarına tay idilər.

2 Bəzilərinin dediyinə görə, dörd rəis dedikdə hər dördü sonradan xəlifə seçilmiş Əbdülməlik ibn Mərvanın oğlanları Yezid, Süleyman, Vəlid Hüşam nəzərdə tutulur.

3 Mən xəlifəliyi ona layiq olmayan kimsəyə buraxıram ki, dünyada böyüklük rəhbərlik qazanmaq niyyətində olmadığımı bilsinlər. Bu sözlərim höccətin tamam olması azğınları doğru yola yönəltmək üçündür.

1 Bəni-Üməyyə sözlərimdə əməlimdə nifaq, ikiüzlülük olmadığına əmin olduqları halda, nəyə görə məni ittiham edib deyirlər ki, Osmanın qətlinin təşkilatçısı mən olmuşam, üzdə bir görməsəm , gizlində camaatı onu öldürməyə vadar etmişəm. Onlar bilmirlərmi ki, mən söz deməkdə əməldə heç kimdən qorxmuram? Əgər Osmanı öldürmək istəsəydim, bunu gizlində etməzdim aşkarda onun qatillərinə yoldaş olardım.

2 Qurani-Kərimin Hucurat surəsinin 12-ci ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ» Ey Allaha Peyğəmbərə iman gətirənlər. Çox zənnə-gümana qapılmayın. Şübhəsiz ki, zənlərin bəzisi günahdır. Bir-birinizin eybini, sirrini arayıb-axtarmayın. Bir-birinizin qeybətini etməyin (yəni, başqasının dalınca danışmayın). Sizdən biriniz öz ölmüş qardaşının dindaşının ətini yeməyə razı olarmı? Xeyr. Bu sizdə ikrah hissi oyadar. Ölmüş qardaşınızın ətini yeməkdən ikrah etdiyiniz kimi, onun qeybətini etməkdən çəkinin. Allahdan qorxun, qeybət etmisinizsə, tövbə edin, Allah günahları bağışlayan mehribandır. Əhzab surəsinin 58-ci ayəsində buyurulduğu kimi: «وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا» Mömin kişiləri qadınları incidilməyə layiq bir görmədikləri halda incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan, iftira açıq-aydın bir günah götürmüşlər.

3 Deməli, onu öldürənlərlə bir yerdə olmadığım onun qətlinin təşkilatçılarından heç kimin bu işdə iştirak etməyimi demədikləri halda, əgər Allahın kitabının hər hansı bir ayəsi Osmanın qatili olmağıma dəlalət edirsə, siz ona uyğun hökm çıxararaq, mənə qarşı elə rəftar edin.

4 Çünki siz ürəyinizdə xəlifəliyi, əmirliyi ələ keçirməyi arzuladığınıza görə, Osmanın qanını almağı bəhanəyə çevirərək camaatı aldatmaq üçün məni ittiham edirsiniz. Belə isə, Qiyamətdə öz sözlərinizin cəzasına çatacaqsınız.


1 O kəlamlardandır ki, onda camaata tövbə etməyin bağışlanmaq istəməyin qaydalarını öyrədir. Peyğəmbər İmamlar əleyhimus-salam kimi sumların tövbəsi xalqı öyrətmək məqsədi daşımışdır. Çünki onlar heç vaxt günaha batmamış, Allah-təalaya itaətsizlik etməmişdilər ki, tövbə əfv diləmək niyyətinə düşəydilər.

1 Qurani-Kərimin Nəml surəsinin 65-ci ayəsində buyurulur: «قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ» «De ki, Allahdan başqa göylərdə yerdə olan heç kəs qeybi bilməz

1 Qurani-Kərimin Ənam surəsinin 97-ci ayəsində buyurulduğu kimi: «وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ» Biyabanın dənizin zülmətində (yol tapmaq) üçün ulduzları da sizin üçün yaradan Odur. Biz Öz qüdrət nişanələrimizi anlayan bir camaat üçün bəyan etdik».

2 Kahinlik elə bir peşədir ki, ona yiyələnənlər cinlərin köməyilə qeybdən xəbər verir, camaatın arasında fitnə-fəsad salırlar. Qeybdən xəbər verməsi, ulduzların xeyir-ziyanla, uğurlu nəhs günlərlə əlaqələndirilməsi, camaatın Allaha ümidini itirməsi, öz əməlinə sözlərinə ümidvar etməsi, bunların düzgünlüyünə inandırması baxımdan münəccimin işi kahin bir kimsənin əməli etiqadı ilə eynidir. Deməli, özünün azğınlığı başqalarını azdırmaq baxımdan.

3 Sehr sehrkarın dediyi söz, ya yazdığı tilsimdir ki, bununla ərlə arvad, eləcə dostlar arasında ayrılıq salır, onları bir-birinə düşmən etmək kimi ziyanlar vurur.

4 Əlbəttə, Haqq-təala səfərin ziyanını sizdən uzaqlaşdıracaqdır. Həzrət həmin saat Xəvariclə döyüşə yollandı qələbə qazandı. Bu sözün özü, münəccimlərin sözünün səhv olduğunu göstərən ən böyük dəlildir.

1 Bəyənilmiş əməl sözlərdə onların ardınca getməmək bu deməkdir ki, əgər bəyənilmiş vacibatdan olsa, siz onu bəyənilmiş olduğuna görə yerinə yetirin göstərin ki, həmin işi onlara itaətə görə etmirsiniz. Bəyənilmiş müstəhəbb olarsa, yerinə yetirməyin. Çünki onlara itaət etməməyə görə müstəhəb işi yerinə yetirməməyin özü müstəhəbdir. Xülasə, heç bir işdə onların sözlərinə istəklərinə etina eməyin.

1 Çünki dünya əməl meydanı, axirət isə cəza yeridir. Ona görə , orada demirlər ki, yaxşı əməllərini artır, günahından keçək ya günaha, itaətsizliyinə görə səndən incimişik, bizi razı sal.

1 Qurani-Kərimin Bəqərə surəsinin 168-ci ayəsində buyurulur: «Şeytanın ləpirlərinə qədəm qoyub, onun ardınca getməyin. Çünki O sizin açıq-aşkar düşməninizdir.

2 Girov hər hansı malın əsiri olduğu, o verilməyincə girov qaytarılmadığı kimi, şeytanın ardınca gedən onun göstərişinə əməl etməyincə şeytan ondan əl çəkməz.

1Bu sözlər Allah-təalanın Qurani-Kərimin Ənfal surəsinin 48-ci ayəsində buyurduğuna işarədir. «وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لاَ غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَّكُمْ فَلَمَّا تَرَاءتِ الْفِئَتَانِ نَكَصَ عَلَى عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِّنكُمْ إِنِّي أَرَى مَا لاَ تَرَوْنَ إِنِّيَ أَخَافُ اللّهَ وَاللّهُ شَدِيدُ الْعِقَابِ» Şeytan Qüreyş müşriklərinin Həzrət Peyğəmbərlə müharibəyə çıxmalarını onların nəzərində yaxşı qələmə verib dedi: Bu gün heç kəs güc qoşunun çoxluğu baxımdan sizə qalib gələ bilməz. Mən sizin fəryadınıza çatanam. Onlar Bədrdə İslam qoşununu görüb bir-birinə yaxınlaşdıqda şeytan iki dabanı üstündə, geri dönərək dedi: «Mən sizdən bezmişəm. Mən mələklərin necə müsəlmanların köməyinə gəldiyini görürəm, sizsə görmürsünüz. Mən Allahdan qorxuram, Allahın əzabı ağırdır».


1 Çünki qorxudan uca danışmağa gücü olmaz ya imtahanın, sualın qorxusundan Allahla razü-niyaz edər ki, Pərvərdigara, məni yaxşı işlər görməyim üçün dünyaya göndər.

1 Zahirən Əmrin atası adlandırılan As ibn Vail Allahın Rəsuluna düşmən kəsildiyi kimi, Əmr Əmirəl-mömininlə düşmənlik edərək o Həzrət barədə yalan sözlər danışmağa çalışırdı. O, Əmirəl-mömininin məhəbbət sevgisini qəlblərdən qoparıb, onu kiçiltmək fikrinə düşmüşdü. Onun, Həzrət barədə yalanlarından biri bu idi ki, Şam əhalisinə demişdi: «Əli çox zarafat etdiyinə görə işlərin gedişatını islah etməyə o qədər çalışmır. Buna görə onu özümüzə rəhbər seçmədik». Ancaq İmam əleyhis-salam burada Əmrin sözlərinin səhv, böhtan yalan olduğunu sübut edir.

2 Nabiğə Əmrin anasının adıdır. Onu zinakarlıqda məşhur olduğuna görə belə adlandırırdılar. Hamı onu tanıyırdı ərəblərin adətinə görə anaları yaxşılıqda ya pislikdə ad çıxardıqda övladlarını onların adına çıxardılar. Nabiğə əsir düşmüş bir kəniz idi Abdullah ibn Cudan Təyyimi onu Məkkədə satın alsa da, zinakar qadın olduğuna görə saxlaya bilməyib azad etmişdi. Sonra, Əbu-Ləhəb ibn Əbdülmüttəlib, Üməyyə ibn Xələf, Hişam ibn Müğəyrə, Əbu Süfyan ibn Hərb As ibn Vail «eyni bir tuhr»da (yəni, iki heyz arasındakı müddətdə) onunla birlikdə oldular nəticədə Əmr dünyaya gəldi. Həmin beş nəfərin arasına ixtilaf düşdü hər biri Əmrin onun oğlu olduğunu iddia etdi. As ibn Vail Nabiğənin xərcini başqalarından daha çox çəkdiyinə görə, Əbu Süfyana daha çox oxşasa da uşağın Asın oğlu olduğunu bildirdi.

1 Siffeyn döyüşündə Əmr meydanda Əmirəl-mömininlə üzləşdikdə, Həzrət onu öldürmək üçün üstünə atıldıqda Əmr özünü atdan arxası üstə yerə ataraq, torpağın üstünə sərildi. O böyük şəxsiyyətin qarşısında ayaqlarını göyə qaldıraraq, cinsiyyət üzvünü göstərdi. Həzrət gözünü yumaraq, geri qayıtdı. Müaviyənin qoşun başçılarından biri Busr ibn ƏbiƏrtah həmin Siffeyn döyüşündə Əmrin üsulundan istifadə edərək ölümün çəngindən yaxa qurtardı. Bundan sonra
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin