Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan edilir1 Böyük Allah yeri (yerinçoxunu) erkək heyvanın öz dişisinə hücum edərkən həyəcanlandığı kimi çalxalanan (su) dalğaların arasında erkək heyvanların şəhvani həyəcan və məst vaxtı ağzı köpükləndiyi tək biri digərini itələyən əzəmətli dalğaları təlatümdə olan su ilə dolu dənizlərdə batırdı. Sonra təlatümlü su ona sərilən yerin ağırlığı altında həyəcan və dikbaşlıqdan əl çəkdi və təvazökarlıq yolunu seçdi. Yer onun içinə bataraq sərildikdə dalğanın həyacanı və enib-qalxması sakitləşdi. Öz çiyinləri ilə (ətraflarıilə) suyun üzərində çevrildikdə (yerləşdikdə) su (dalğaları) zəlil oldu və sındı (sakitləşdi). Dalğaları səs-küy və qovğadan sonra sakitləşərək məğlub oldu və boynunu cilovun dəmir halqalarına qoyaraq itaətcil oldu. (Qısası, torpağınsudayerləşməsindənsonraonunçalxalanmasıdayandıvədalğalarısakitləşdi.) Yer çox dalğalı suyun arasında yerləşib onu təkəbbür, boyun əyməmək və böyüklükdən (özdalğalarınıncoşubdaşmasınəticəsindəsəs-küysalmaqdan) saxladı. Sürətlə axmasına (altına-üstünəçevrilməsinə) mane oldu. Su yüngülləşmə və enişlərdən sonra öz yerinə oturdu. Boyun əyməmək və sıçrayışdan (bir-birininüstünəçevrilməkdən) sonra yerin ətrafını bürüdü. Onun həyəcanı yerin aşağı nahiyələrində sakitləşdikdə Allah-təala böyük və uca dağları onun çiyinlərində (kənarlarında) yerləşdirdi. Yerin yuxarılarından su çeşmələrinin yolunu açdı və geniş çöllərə, onun ətrafına, yan-yörəsinə yaydı. Yerin hərəkətini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı. Allah-təala göylə yerin arasını geniş açaraq havanı onun sakinlərinin nəfəs alması üçün hazırladı. Yer əhlini (onunüzərindəyaşamaqüçün) bütün ehtiyaclarını ödəyən şeylərlə birgə yaratdı. Sonra hündür olduğuna görə su çeşmələrinin enib çatmadığı və kiçik çayların yüksəkliklərinə yol tapmadığı bitkisiz torpaqları öz ixtiyarına buraxmadı. Onun ölmüşlərini diriltmək üçün havada yaranan buludu xəlq etdi ki, (yerəsuversin) onun bitkilərini cücərtsin.1 Yer üzərinə yağmaq üçün hazır və bir-birindən aralı, dağınıq olan parlaq bulud parçalarını birləşdirdi. Beləliklə, çox sulu ağ buludlar təlatümə gələrək yağmağa hazır oldu. Dirildilmiş dairəvi buludların ətrafında Onun işığı parıldadı, işığı böyük ağ bulud parçaları ilə üst-üstə düşüb qurtarmamış dalbadal yağan buludları göndərdi. Ağırlığı səbəbindən aşağı enməyə meylli olan yağış yerə yaxınlaşdı və cənub küləyi buludu ardı-arası kəsilmədən hərəkət etdirərək yağışını çıxardı (heyvanlarındöşündənsüdsağankimisağdı). Sonra bulud (ağıryüklüdəvəsinəsiüstəyerəçökənkimi) öz sinəsini və ətraflarını yerə söykədi (yağışyağdı). Özündə olan çoxlu suyu aşağı axıtdı. Allah-təala quru çöllərə otlar, boş dağlarda isə təzə-tər ələflər bitirdi.2 Beləliklə, yer üzü zinət verilmiş çəmənlikləri ilə şadlanar (gözəlgörünər), üzərində bitib və onu bəzəyən parlaq və təzə-tər tumurcuq və güllərlə fəxr edib öyünər (yam-yaşılolar). Allah-təala həmin bitkiləri insanların azuqəsinə və heyvanların ruzisinə çevirdi, (istədiklərihərbiryerəgedibgəlmələriüçün) yerin ətrafında geniş yollar açdı. Yolların arasında gedib-gələnlər üçün (ulduzlarvədağlarkimi) əlamətlər, nişanələr qoydu (ki, ətrafaləməyoltapabilsinlər).1 Allah-təala yeri açdıqdan sonra insanı yaratmaqla öz əmrini yerinə yetirdi. Adəm əleyhis-salamı seçdi və onu bütün digər məxluqlarından üstün, fəzilətli etdi. Onu özünün ilk məxluqu edərək cənnətdə məskunlaşdırdı. Orada ruzisini bol etdi. Yeməyi qadağan olan şeyi ona tapşırdı, bu işi görməyinin günah və itaətsizlik olduğunu, məqamına təhlükə, ziyan vura biləcəyini ona öyrətdi. Sonra Allahın əvvəlcədən onun barəsində olan elminə uyğun olmaq üçün Adəm Allah-təalanın qadağan etdiyi işi gördü.2 Tövbə etdikdən sonra Allah yer üzünü onun nəsli ilə abadlaşdırmaq, onu (onunlaolanvəyasonradandünyayagələcək) bəndələrinə höccət (dəlil-sübut) və (başlanğıcavəməada) yolgöstərən etmək üçün Adəm əleyhis-salamı yerə endirdi. Onun ruhunu aldıqdan sonra insanları sübut və dəlillə möhkəmlənən Allahı tanımaq məsələsində öz başlarına buraxmadı. Biri-birinin ardınca Onun əmrlərini çatdıran peyğəmbərlərinin, seçilmişlərinin dilindən göndərdiyi dəlil və sübutlarla onlardan əhd-peyman aldı. (Onlarıdoğruyolayönəltdi.) Bu minvalla peyğəmbərimiz Məhəmməd (səlləllahuəleyhivəalih) vasitəsilə hüccətini tamama yetirdi və üzrxahlıq yeri qoymadı. Bununla qorxutmalarına da son verdi.1 Ruziləri təyin etdi (ölçüsünümüəyyənləşdirdi), onu azaldıb çoxaltdı və (bəndələriarasında) azlıq və bolluqla böldü. Bu bölgüdə ədalətlə rəftar etdi (hərkəsəÖzhikmətinəvəməsləhətinəuyğun, onunbacarığımüqabilindəbağışladı) ki, ruzi qazanmağın asanlıq və çətinlikləri ilə istədiyi hər kimsəni sınağa çəksin, bununla da varlıların şükrünü və yoxsullarının səbrini yoxlasın. (Görsünki, varlılarşükr, yoxsullarsəbredirmi?) Sonra ruzilərin bolluğunu yoxsulluq və pərişanlığın çətinliklərilə yanaşı qoydu. İnsanların sağlamlıqlarını qəfil xəstəliklərlə bağladı və böyük şadlıqları boğaz qurudan qüssə, kədərlərə çevirdi, (varlınıkasıb, sağlamıxəstəvəşadıqəmginetdi). Ömürləri müəyyən edib bəzilərinə uzun, bəzilərinə isə qısa ömür verdi. Bəzilərini qabağa, bir dəstəsini təxirə saldı və ölümün (batmaq, yanmaq, xəstəlik, öldürülməkvəbukimi) səbəblərini yaratdı. Ölümü (quyudanvedrəçəkənkimi) ömürlərin uzun kəndirlərini kəsənə və onların düyünlənmiş qısa iplərini qırana çevirdi (ki, ömürlərininuzunluğunaümidvarolanqüvvətliinsanlarbilsinlərki, ölümgüclüvəzəiftanımır).
(İmam əleyhis-salam bu fəsildə dərin mənalı bəlağət və fəsahətin ən yüksək həddi olan sözlərlə Haqq-təalanın bütün növ məxluqlarından söz açaraq eşidənləri Allahın işlərinin xırdalıqlarını belə bilməsindən agah edir1 və buyurur:)
Allah-təala öz sirlərini gizlədənlərdən, bir-birilə yavaşdan danışanların gizli söhbətindən, zənn və gümanlarla ürəklərdə olan fikirlərdən, əminliklə çıxarılan qərarlardan, gözucu oğruncasına və yavaşca (başqasıhissetmədən) baxılan baxışlardan, ürəklərdə gizlənəndən (heçkəsinagaholmadığından), hicab və pərdələrlə örtülmüş (heçbirkəsəaşkarolmayan), görünməz şeylərdən qulaq dəliklərinin oğruncasına və yavaşdan eşitdiklərindən, yayda kiçik qarışqaların, qışda isə həşəratların və gəmiricilərin özünə yer tapdığı deşiklərdən xəbərdardır. Övladları ilə aralarına ayrılıq düşən qadınların ah-nalə səsləri və hönkürtülərindən, (addımlayanların) addımlarının ahəstə səsindən, meyvələrin ağacların damar və köklərinin qılaflarındakı yetişmə yerindən, dağların mağara və dərələrində heyvanların gizləndiyi yerlərdən, ağcaqanadların ağacların gövdə və qabıqlarında gizləndiyi yerlərdən, yarpaqların budaqlara (ağacbudaqlarına) bitişdiyi yerdən də agahdır. Bellərdən çıxıb qanla qarışmış nütfələrin yerləşdiyi bətnləri, havada qabarmış buludları və onların birləşdiyi yeri, buludların üst-üstə yığıldığı yerdə yağış dənələrinin yağmasını, burulğanların yer üzünü örtdüyünü (toz-torpaqvəçör-çöpü), yağışlardan törəmiş sellərin məhv etdiklərini (bina, imarətvəbuqəbildəntikililəri), həşəratın qumsallıqlarda hərəkətini və batmasını, quşların uca dağların başındakı yuvalarını və xoşsəsli quşların qaranlıq yuvalarında nəğmə oxumalarını da bilir. Dənizdəki dalğaların yetişdirdiyi sədəflərin arasında olanlardan (ləlvəmərcandan), gecə qaranlığının örtdüklərindən, yaxud günəşin üzərinə saçdıqlarından, ardı-arası kəsilmədən qaranlığın pərdələrindən və işıq üzərinə parıltıları düşənlərdən, hər addımın nişanəsindən və hər hərəkətin asta səsindən, hər sözün sədasından və hər dodağın tərpənməsindən xəbərdardır. Hər canlının yerini, hər zərrənin çəkisini, əzm və iradəsi olan hər nəfəsin səsini və hay-huyunu, meyvə ağaclarını və ya ağacdan düşən yarpaqları, yaxud bətnin və nütfənin yerləşdiyi və ya qanın toplaşıb bağlanaraq ət tikəsi kimi olduğu yeri və ya məxluqun surətinin yaranaraq doğulması kimi yer üzərində olan hər şeyi bilir. Bu elm və biliyin Ona (insandaolduğukimi) məşəqqət və əziyyəti olmadı, yaratdıqlarını qoruyub-saxlamaqda heç bir maneə ilə üzləşmədi. Məxluqların işlərini idarə etməkdə yorulmadı, süstləşmədi, əksinə, Onun elmi bütün yaradılanları əhatə edir. Ədaləti onları bürüyüb, fəzl və kərəmini onların halına şamil edib. Onun məqamına layiq olan (Allahıtanıma, ibadət, nemətəşükretməvətəşəkkürü) dərk etməyənlərin təqsirlərindən keçdi.1
(İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:)
Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütfvəkərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmətvəəfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən.1 İlahi, Sən elə bir şeydə (bəlağətlivəaydınnitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqunyanına) üz tutmaram. (Çünkionlarınözlərizavallıvəmöhtacdır.) İnsanların mədhindən və (Səninnemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi saxlamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (ətaetdiyinənböyükmükafata) ümidvaram. Xudaya, bura (təzimvətovhidləməşğulolduğumyer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hərkəsinminbərəçıxmağavəoradanhərsözüdanışmağaləyaqətiçatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heçbirşeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Səninzikrinəməşğulolduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə. Çünki Sən istədiyin hər şeyə qadirsən.2 91-ci xütbə İmam Əli əleyhis-salamın Osman öldürüldükdən sonra camaatın ona bey’ət etdiyi vaxt (hicrətinotuzbeşinciilininzilhiccəayınıniyirmibeşində, cüməgünü) buyurduğu kəlamlarındandır.
Məndən əl çəkib başqasını istəyin.1 Müxtəlif sifətləri və rəngləri olan bir işə qol qoyuruq.2(Beləki,) ürəklərin ona dözümü yoxdur (camaatınbeləhadisələrədözümüyoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkaredəcəklər). Üfüqləri qara bulud (zülm, sitəmvəbid’ət) bürüyüb (haqq-həqiqətgünəşionunaltındagizlənib), aydın yol (İslamhökmlərininhəqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (bey’ətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm.1 Və (xəlifəliyiqəbuledibişəbaşlasam) danışanın (nəfsiistəklərinəuyğunvəşəriətəziddolan) sözünə, (özümdənəvvəlkixəlifələrinyoluiləgetmədiyiməgörəməni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifəseçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsızxəlifəninnalayiq rəftarlarıbarədə) sözlərinizə daha çox qulaq asaram (vəhüququnuzuqoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamınbuyurduqlarınauyğunəmrversə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Bunagörədə) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır.2