Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə25/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   21   22   23   24   25   26   27   28   ...   87

97-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatın Bəni-Üməyyənin zülm sitəminə mübtəla olacağı barədə) kəlamlarındandır.

Allaha and olsun, Bəni-Üməyyə (hakimiyyətləri dövründə) həmişə zülm edəcək, Allahın halal etmədiyi heç bir haramını qoymayacaq, pozmadıqları (müsəlmanlarla bağladıqları) heç bir əhd-peyman buraxmayacaqlar. (Müaviyə İmam Həsən əleyhis-salamla olan müqavilənin ziddinə rəftar etdiyi kimi, öz əhd-peymanlarına xilaf çıxarlar.) Zülm və sitəmlərinin daxil olmadığı, fəsad və pozğunluqlarının əhatə etmədiyi və rəftarlarının pisliyinin əhlini pərən-pərən salmadığı nə bir gildən düzəldilmiş ev, nə də yundan toxunmuş bir çadır. (Xülasə, bir şəhər, bir kənd bir biyaban) qalacaq. Camaat (onların zülm sitəmlərinin ağırlığından) gözüyaşlı iki dəstəyə çevriləcəklər: Biri öz dininə (onların qorxusundan öz dini borclarına əməl edə bilmədiyinə) görə göz yaşları axıdacaq və başqası dünyasından ötrü (gözünün qabağında mal-dövlətini çapıb taladıqlarına onun qarşısını almaq gücündə olmadıqlarına görə) ağlayacaq. Sizlərdən birinin onlardan birinə yardımı və xidməti ağası yanında olanda (qorxusundan) ona itaət edən, olmayanda isə (cəsarətlənərək) dalınca pis danışan nökərin öz ağasına xidməti kimi olacaq. (Sınaq məqamında aydın olacaq ki,) onların fitnə-fəsadları müqabilində sizlərin ən böyüyü Allaha hüsnü-zənni daha çox olandır (Onun istəyinə təslim razı olandır). Allah-təala sizləri sağ çıxarsa (fitnə-fəsadlardan xilas olsanız), şükr edin, əgər (müsibət çətinliyə) giriftar olsanız, səbr edin və dözümlü olun. Çünki (çətinliklərə dözən) pərhizkarlar və müttəqilər nicat taparlar (Allah onların əcrlərini puç etməz).
98-ci xütbə
İmam Əli əleyhis-salamın (dünyanın etibarsızlığı ona ürək bağlamamaq barədə) xütbələrindəndir.

Allah-təalaya verdiyi nemətlərə görə şükr edir, öz işlərimizdə Ondan kömək diləyirik. Bədənlərimizin (xəstəliklərdən) sağlamlığını istədiyimiz kimi din və əqidədə (xəstəlik, nadanlıq, azğınlıq itaətsizlikdən) sağlam olmağımızı da Ondan istəyirik (bizi öz ixtiyarımıza buraxmasın ki, doğru yoldan azmayaq).



Ey Allah bəndələri! Sizlərə, onu tərk etməyə meyliniz olmasa da (sizi tərk etməsini istəməsəniz son nəticədə) sizi buraxan ( qiyamətdə sizə xeyri olmayan) və təzə qalmasını istəsəniz də bədənlərinizi köhnəldib çürüdən dünyadan əl götürməyi tövsiyyə edirəm. Sizlərlə dünyanın hekayəti yolla gedən və (sürətlərinə iti getmələrinə görə) sanki yolu başa vurmuş, (uzaqdan görünən) bir nişanəni öz məqsədlərinə çevirib ona çatmış səyahətçilərin hekayətinə bənzəyir. (Bu dünyada sizin ömrümüzün tez keçməsi son mənzil olan ölümə çatmağınız kimidir.) Öz məqsədinə çatmaq üçün miniyini bacardığı qədər ən son məsafəyə çapmaq niyyətində olan süvari nə qədər də ümidvardır. Nəyə ümid edir o kəs ki, varlığı, mövcudluğu ondan əl çəkməyən (cəmi) bircə gündür və onu dünyadan ayırmaq üçün tələsik və sürətlə qovan, borcunu tələb edəni vardır. (Ölüm yaxasından yapışacağı qaçmağa yolu olmadığı halda insan dünyanın nəyinə ürək bağlayır?) Dünyanın izzətinə və onunla öyünməyə ürək bağlamayın. Onun bər-bəzəyinə və nemətlərinə aldanaraq sevinməyin. Və onun əzab-əziyyətlərindən ahu-fəğan etməyin. Çünki dünyadakı izzət və onunla öyünmək aradan gedəcək, (dünyanın) bər-bəzək və nemətləri məhv olacaq, əzab-əziyyətləri sona yetəcək. Onda keçən hər zaman (istər yaxşı keçsin, istərsə pis) sona çatacaq, onda olan hər canlı yox olacaq (öləcək. Deməli, ağıllı o şəxsdir ki, hər şeyi müvəqqəti olan dünyaya ürək bağlamasın). (Ölən heç bir izi qalmayan) əcdadlarınızdan qalan nişanələrdən (xoşagəlməz işlərdən) sizləri çəkindirəcək bir şey yoxdurmu? Dərindən düşünsəniz, (onların) keçmişlərində ibrət və öyüd yoxdurmu? Sizdən öncəkilərinizin bir daha qayıtmadıqlarını və onların canişinlərinin sağ qalmadıqlarını görmədinizmi? Gündüzü gecə, gecəni də səhər edən dünya əhlini müxtəlif hallarda görmürsünüzmü? Birinin öldüyünü və ona ağladıqlarını, başqasına (ölənin müsibətinə görə) başsağlığı verdiklərini, birinin xəstələnərək üzü üstə torpağa döşəndiyini və (dərdə) giriftarlığını, başqasının xəstəyə baş çəkməyə getdiyini, başqa birisinin can üstə olmasını, birinin dünyanı istədiyini və ölümün onun dalınca olduğu, başqasının (qiyamət gününün hesabından sorğu-sualından) qafil və xəbərsiz olduğunu, Allahın isə ondan qafil olmadığını, vaxtın keçməsinin təsirindən qalanların da getdiyini (öncəkilər dünyanı tərk etdikləri kimi başqaları da öləcəkdir)...

Agah olun! Çirkin işləri görməyə tələsərkən ləzzətləri viran qoyan, eyş-işrətləri pozan, arzuları qıran ölümü yada salın. Allah-təaladan Onun vacib haqqını (ibadət itaət) yerinə yetirmək (buna hazır olmaq uçun) və saya-hesaba gəlməyən nemət, ehsan və yaxşılıqlarının çoxluğuna şükr etmək üçün kömək istəyin.


99-cu xütbə
İmam Əli əleyhis-salamın (özünün öldürüləcəyinə qeybi xəbərlərdən olan Həzrət Sahib əz-Zamanın zühuruna işarə etdiyi) başqa bir xütbəsidir.

Şükrlər Öz fəzilət və ehsanını məxluqlara səpən, səxavət və bəxşişini hamıya şamil edən Allaha məxsusdur. Ondan çatanlara (sağlamlıq, xəstəlik, şadlıq əziyyət) görə şükr edir, əmrlərini (vacibat müstəhəbatı) yerinə yetirmək üçün Ondan kömək istəyirik. Şəhadət veririk ki, Ondan başqa (sitayişə layiq) Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi alih) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi (ilahi hökmləri çatdırdı). Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Qurani-Kərimi müqəddəs İmamları əleyhimus-salam) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o Həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). O bayrağı saxlayan səbrlə və ağır-ağır söz danışar və bir işi görmək üçün gec yerindən qalxar, (çünki ağıllı adam hər işini fikirləşər məsləhətlə söz danışıb addım atar ) qalxdıqda isə (düşündükdən sonra qalxmağı məsləhət gördükdə) tələsər (tez görər). (Zahiri xəlifəliyə təyin olunaraq düşmənlərlə döyüşdükdə ) sizlər Onun fərmanına boyun əydiyiniz, onu barmaqla göstərdiyiniz vaxt1 ölüm onu yaxalayacaq (məlun İbn Mülcəm mübarək başının ortasına qılınc endirəcək) və bu səbəbdən də dünyadan köçəcək. Ondan (öldürülməsindən) sonra Allah-təalanın istədiyi bir müddət (Bəni-Üməyyə, Bəni-Abbas onlardan sonrakıların hakimiyyəti) İlahinin sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (Sahib-əz-Zaman əccələllahu fərəcəh) aşkar edənə qədər ləngiyəcəksiniz (bədbəxtlik, çarəsizlik dağınıqlığa giriftar olacaqsınız). (Bütün işlərin nizamlanması üçün) dünyaya üz tutmayan (işlərin cilovunu əlinə almayıb xanənişin olan) aranızdakı İmama tamah salmayın (çünki Allah belə məsləhət bilib) və qeybdə olan İmami-Zamandan ümidinizi üzməyin. Çünki ola bilsin ki, Onun iki ayağından biri (zahiri hakimiyyəti) yerindən çıxaraq büdrəsin və digər ayağı (batini hakimiyyəti) yerində qalsın və (elə bir gün gəlib çatar ki,) sabitləşib güclənməsi (din dünya işləri Onun vücudu ilə nizamlanması) üçün hər iki ayağı (zahiri batini hakimiyyəti yerinə) qayıdar.

Agah olun ki, Məhəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan və biri batdıqda digəri çıxan ulduzlar kimidir. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. yer üzü heç vaxt onların vücudundan uzaq olmaz.) Bununla da Allah-təalanın sizə olan nemətləri bütövlənəcək və arzu etdiyiniz sizə veriləcək (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız).


100-cü xütbə
İmam Əli əleyhis-salamın (özündən sonra baş verəcək) ağır hadisələri ehtiva edən xütbələrindəndir.

Odur hər bir əvvəldən əvvəl (başlanğıc, deməli, hər bir əvvəl Ondan sonra gəlir) və hər bir axırdan da son olan Allah (deməli, hər son olan da Ona qayıdır). Əvvəl (başlanğıc) olduğuna görə Onun əvvəli (başlanğıcı) olmamalıdır. (Yoxsa O, hər şeyin başlanğıcı olmazdı.) Son olduğuna (hər bir şey Ona qayıtdığına) görə, axırının olmaması vacibdir. (Yoxsa hər şey Ona qayıtmazdı. Qısası, əzəli əbədidir, Ondan əvvəl bir şey olmayıb sonra da bir şey olmayacaq.) Gizlində və aşkarda, ürəyin və dilin vəhdəti ilə (nifaq ikiüzlülükdən uzaq olaraq) şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur.



Camaat, düşmənçiliyiniz və mənə qarşı olmağınız sizləri günaha (sözlərimi təkzib etməyə) vadar etməsin. (Deyəcəyim şeylər barəsində) mənə itaətsizlik sizləri heyran və sərgərdan etməsin. Məndən bir şey (qeybdən xəbər) eşitdikdə gözlərinizi bir-birinizə dikməyin (heyrətə gələrək inkar etməyin). And olsun dənəni (yerin altından) yarana və insanı Yaradana ki, sizə xəbər verdiyimi (özümdən demirəm) Peyğəmbər səlləllahu əleyhi və alihdəndir. O, ümmi olub, (onun bütün buyurduqları ilahi vəhydir kimsədən öyrənməyib) yalan danışmayıb və (onun buyurduqlarını) dinləyən (yəni, İmam əleyhis-salam) nadan olmayıb. (Xülasə, bu xəbər Həzrət Peyğəmbərə olan ilahi vəhydir) Sanki mən bir şəxsi (Müaviyəni ya Əbdülməlik ibn Mərvanı) çox azğınlıq içrə Şama səs salırmış (camaatı toplayırmış) və öz bayraqlarını Kufənin ətrafına sancırmış kimi görürəm. Ağzını açan kimi (camaatı qılıncdan keçirər), cilovu dartılar, (çox dikbaş olar) və ayağını yerə daha möhkəm basar (zülmü hər yanı bürüyər). Fitnə və çaxnaşmalar dövrünün kişilərini dişlərinin dibinə qədər sancar (camaat qətl, qarət, dərd kədərə mübtəla olar), müharibə dalğaları hərəkətə gələr (ağır müharibələr baş verər), gündüzlər (zülm sitəmə görə) tutqun və qarmaqarışıq, gecələr isə (dərd kədərdən) bağırları yaran olar. (Qısası, o azğın kişi Kufəni viran edərək camaatı bir dəqiqə belə asudə buraxmaz). O azğının (fitnə-fəsad toxumundan) əkini göyərəndə, onun budaqları boy atanda (camaata hakim kəsiləndə) onun şeqşeqiyyəsi səslənəndə1 (yəni, haqsız fərmanlar verəndə), qılıncının qığılcımları parlayanda (qudurğanlığı özbaşınalığı ən son həddə çatanda xofu güclü ürəklərə yol tapanda) xilası mümkün olmayan fitnə və fəsad bayraqları möhkəmlənər, qaranlıq gecə və dalğalı dəniz kimi (bir-birinin ardınca camaata) üz tutar. Belədir, Kufəni neçə qasırğalar yaracaq (viran qoyacaq) və üstünə ən güclü küləklər əsəcək (onda qanlar töküləcək). Az zamandan sonra bir dəstə başqa dəstənin üstünə düşəcək (bir-birilə toqquşacaqlar)(insanlıq sünbülündən) ayaq üstə olan (güclü olan) biçiləcək (öldürüləcək). Biçilənlər (zəif gücsüz olan, fitnəkarların əl-ayaqları altında) əziləcəklər. (Qısası, bir-birinin ardınca həlak olacaq, hər il fitnə-fəsad zəmilərində əkilən toxumlardan insan ölüləri göylərə sovrulacaq.)
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin