Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə33/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   29   30   31   32   33   34   35   36   ...   87

116-cı xütbə
İmam Əli əleyhis-salamın (öz səhabələrini məzəmmət etdiyi) kəlamlarındandır.

(Siz son dərəcə paxıl xəsissiniz. Bu səbəbdən ) malları onları (məxluqlara) ruzi qərar verən üçün bağışlamır (kasıblara zəiflərə ehsan etmirsiniz). Canları onu yaradanın yolunda təhlükəyə salmırsınız (özünüzü Allah yolunda cihada hazırlamırsınız). Allahın dininin səbəbinə Onun bəndələrinin yanında əziz, hörmətlisiniz, amma Allahı bəndələrinin yanında əziz tutmursunuz (Onun əmr qadağalarına əməl etmirsiniz). Elə isə sizdən əvvəl olmuşların mənzillərində qərar tapmağınızdan, ən yaxın qardaş və dostlarınızdan ayrılmağınızdan ibrət götürün (ki, siz onlar kimi bu dünyadan gedəcək əməllərinizin cəzasına çatacaqsınız).1
117-ci xütbə
İmam Əli əleyhis-salamın Cəməl» döyüşü qurtardıqdan sonra öz səhabələrini öyərkən) buyurduğu kəlamlarındandır.

Siz haqqa yardımçı, dində qardaş, çətin gündə (döyüş meydanında) sipər, sirr səhabələrinin xasları və başqalarının deyil, (mənim) dostlarımsız. Sizin köməyinizlə (haqqa) arxa çevirənlərə qılınc çalır, (haqqa) üz tutanların itaət və tabeçiliyinə ümid bağlayıram. Belə isə nadürüstlük və şübhənin yol tapmadığı öyüdlə mənə yardım edin (dediklərimi qəbul edin). Allaha and olsun, mən (İmamlıq onlara rəhbərlikdə) camaat üçün ən layiqli insanam.


118-ci xütbə
İmam Əli əleyhis-salamın (Nəhrəvan döyüşündən sonra, Şam əhlinin İraq ətrafına hücum çəkərək camaata zülm sitəm etdiyi vaxt) buyurduğu kəlamlarındandır.

O böyük şəxs (qoşun göndərmişdi onlara kömək üçün başqa bir qoşun da göndərmək istəyirdi) camaatı yığaraq cihada təşviq etdi. Onlar uzun müddət sakit dayanaraq heç nə demədilər. Sonra İmam əleyhis-salam buyurdu: (Sizə olub?) Dilsiz-ağızsız olmusunuz, lalsınız (ki, bir söz danışmır cihada getməyə süstlük edirsiniz)? Onların bir dəstəsi dedi: «Ya Əmirəl-möminin. Əgər sən getsən, biz də səninlə gedərik». (Bu söz həqiqətə uyğun deyildi döyüşə getməmək üçün bir bəhanə idi.) Sonra İmam əleyhis-salam buyurdu:

Sizə nə olub ki, haqqın yoluna gəlmir, doğru yola hidayət olmursunuz? Belə bir vaxtda mənim (döyüş üçün şəhərdən) çıxmağım yaraşan işdirmi? Belə vaxtda sizlərdən mənim bəyəndiyim və güclü, qüdrətli bir igid sərkərdə döyüşə gedər. Mənə yaraşmaz ki, qoşunu, şəhəri, beytülmalı, torpağa görə xəracın (yer vergisinin) yığılmasını, müsəlmanların idarəçiliyini, müraciətçilərin hüquqlarının təminini başlıbaşına buraxım və qoşunla bayıra çıxaraq (əvvəl göndərdiyim başqa) qoşunun ardınca gedib boş qutuda ox kimi hərəkət edim. (Xülasə, narahat nigaran qalım.) Mən dəyirmanın qütbü və mismarıyam ki, dəyirman mənim ətrafımda fırlanır (işlərin nizam-intizamla davam etməsi, camaatın asayişi qoşunun döyüş meydanında sıraya durması mənim burada olmağıma görədir). Mən öz yerimdəyəm. Mən buradan ayrılsam, dəyirman məhvərindən çıxar, aşağıdakı daşı titrəyər (əgər olmasam, işlərin nizamı pozular). Allaha and olsun, mənim sizinlə getməyim barədə fikir pis bir rəy və fikirdir (onun fitnə-fəsadı aydın görünür). And olsun Allaha, düşmənlə görüşdə şəhadətə (Allah yolunda ölümə)-əgər nəzərdə tutulubsa-ümidim olmasaydı, hər an atıma minib cənub və şimal küləkləri əsən vaxta qədər (həmişəlik) sizlərdən uzaqlaşar, sizə yoldaş olmaq istəməzdim. (Çünki) çox tə’nə vuran, eyb axtaran, haqdan üz döndərən, məkrli və hiyləgərsiniz. Sizin sayınızın çox, qəlblərinizin birliyinin az olmasının xeyri yoxdur. Sizləri yalnız (fitrətcə haqqı istəməyən) azğınlardan başqa kimsənin həlak və puç olmadığı haqq və aşkar yola yönəltdim. Müqavimət göstərib dayanan behiştə gedəcək, ayağı büdrəyən (batil yola qədəm qoyan) cəhənnəm oduna salınacaq.
119-cu xütbə
İmam Əli əleyhis-salamın (özünü sum İmamlar əleyhimus-salamı mədh, camaata, onlara itaət etməyi əmr etdiyi, saleh əməllərə həvəsləndirdiyi qiyamət gününün əzabının ağırlığını xatırlatdığı) kəlamlarındandır.

Allaha and olsun, göstərişləri çatdırmağı, vədlərə vəfa etməyi və bütün mənaları (Qurani-Kərimin təfsiri vilini) öyrəndim (Həzrət Peyğəmbər mənə öyrətdi). Elm və mərifət (biliklər Allahı tanımağın) qapıları, (dində dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin (İmam o böyük insanın on bir övladının əleyhimus-salam) yanındadır. (Deməli, əbədi səadətə çatmaq bədbəxtlikdən xilas olmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir.) Agah olun! Böyük Allahın dininin hökm və qanunları bir (bizim dediklərimiz elə Allahın Peyğəmbərinin buyuruqlarıdır onlarda fərq yoxdur) və yolları isə hamardır (onda əyri-üyrülük, yəni, azğınlıq yoxdur). (Deməli,) hər kim bu hökmlərə tabe olub bu yola qədəm qoydusa, haqqa qovuşub ondan bəhrələndi. Hər kim bunu qəbul etmədisə (hökmlərə itaət etməyib bu yola qədəm qoymadı), azğın və peşman oldu. Azuqələrini onun üçün toplandığı və fikirlərin (yaxşı pis niyyətlərin, şər xeyir əməllərin) aşkar olduğu gündən (qiyamətdən) ötrü (Allah Peyğəmbər sum İmamların göstərişinə) əməl edin! Hər kimsəyə onun başındakı ağıl və düşüncəsi xeyir yetirməsə, ondan uzaqda, gizlində olan ağıl xeyir verməkdə daha aciz olar.1 Hərarəti yüksək, dərinliyi çox, bəzəyi dəmir və içməyi zərdab olan oddan qorxun.

Agah olun! Camaatın arasından Allah-təalanın bir kimsəyə əta etdiyi yaxşı ad ona minnətdar olmayan kimsə üçün miras qoyduğu var-dövlətdən daha yaxşıdır.2



Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin