Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə4/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   2   3   4   5   6   7   8   9   ...   87

10-cu xütbə

İmam Əli əleyhis-salamın Cəməl» döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir.



Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət unutqanlığa düçar olmaram ki, şeytanın onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək).

11-ci xütbə
İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Aişənin dəvəyə mindiyi döyüşdə) döyüş bayrağını övladı Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:1

Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma ya öz işində uzaq görən olman üçün onların ən son hiylə tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə tədbirlərini bildikdən sonra hər tərəfə baxma onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə zəfər sənə nəsib olacaqdır.)
12-ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).
13-cü xütbə
İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır: 1

Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız.1 Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır.2 Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir.3 Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).1


14-cü xütbə
İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır:

Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.2



15-ci xütbə
İmam Əli əleyhis-salamın öz xəlifəliyi dövründə müsəlmanlara qaytardığı torpaqlar barədə kəlamlarındandır. Bu, Osmanın (xəlifəliyi dövründə qohumlarına ehsana layiq olmayanlara) bağışladığı torpaqlar idi.

And olsun Allaha, Osmanın bağışladığını tapsam, onunla qız ərə verib kəniz alsalar belə sahibinə qaytaraca­ğam. Çünki ədalət və düzlükdə (camaat üçün din dünya işlərində) açılma və genişlik var. Ədalət və düzlük dar gələn şəxsə (ona uyğun rəftar etməkdə aciz olana sözsüz ki,) zülm və sitəm daha dar (daha aciz gücsüz) olar.


16-cı xütbə

İmam Əli əleyhis-salamın Mədinə şəhərinin əhalisinin onunla bey’ət etdiyi zaman buyurduğu xütbələrindəndir.



Mənim əhdim dediyim sözlərdədir və onların hamısına zəmanət verirəm. (Sözlərimin doğruluğu şübhəsizdir onda batildən əsər-əlamət yoxdur.) Ruzigarın hadisələri və ibrətləri qarşıda olan günahın cəzasından və dünyadakı dəyişikliklərdən saxlayan şəxsi təqva və pərhizkarlıq şübhələrə düşməkdən (haqqın batil halalın haramla səhv salındığı şeylər) saxlayar. Agah olun ki, əzab və bəla (fikir ayrılığı cahillik) Allahın Peyğəmbərinizi seçdiyi gün (cahiliyyət dövrü) kimi sizlərə qayıtmışdır. And olsun haqq olaraq Peyğəmbəri göndərənə ki, sizlərdən ən aşağıda olan ən yüksək məqama yüksələnə, sizlərdən ən yüksəkdə olan isə ən aşağı məqama düşənə qədər bir-birinə qarışacaqsınız.1 (İmtahan ələyində) ələnəcək, bir-birinizdən ayrılacaq, (qaynayıb daşan zaman) kəfkirin xörək qazanının dibini qarışdırdığı tək qarışdırılacaqsınız. İslamda qabağa düşən, (Təlhə, Zübeyr başqaları kimi Peyğəmbərin yanında) qədri və məqamı olmayanlar önə keçəcəklər (irəli düşənlər, hamıdan əvvəl İslama iman gətirənlər Allahın peyğəmbərinin yanında böyük məqam hörmət sahibi olanlar) əlbətdə dayanacaqlar. Allaha and olsun, heç bir sözü gizlətmədim, (deməli olduğunu dedim) heç vaxt yalan danışmadım. Bu məqam (sizin beyətiniz) və bu gün (beyət üçün toplaşmanız) barədə mənə xəbər verilmişdi (Allahın Rəsulu mənə xəbər vermişdi). Agah olun ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə yüyəni sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri behiştə daxil edərlər. Təqva və günahdan çəkinmə haq və doğru yol, günahkarlıq isə batil və həlakət yoludur. Bu hər iki yolun öz əhli var. Batil yolun yolçuları çox olsalar (qəribə deyil, çünki) əvvəlki dövrlərdə də çox olub və günaha batıblar. Əgər haqq azalarsa onun artmasına ümid var.1 Haqq zəifləyərsə güclənməsi çətin olar.2 (Bundan sonra Seyyid Rəzi əleyhir-rəhmə buyurur:)

Deyirəm: bu qısa söz (İmam əleyhis-salamın) söz gözəlliklərindən bəzilərini özündə daşıyır. Mədh edənlərin öz dərk etdikləri kimi tərifi ona çatmaz. Bu sözlərin heyranlığından olan xeyir, xudpəsəndliyin xeyrindən çoxdur.3 Dediklərimizə əlavə olaraq bildirirəm ki, o Həzrətin sözlərində heç bir dilin vəsf etmək gücünə malik olmadığı, heç bir insanın dərinliklərini dərk edə bilmədiyi fəsahət var. Bəyan etdiyim sifətləri dərk etmək bütün ömrünü fəsahətə həsr edib onun kök və əsasını əldə edən şəxslərdən başqa heç kəsə nəsib olmur. Bu sözü alimlərdən başqa kimsə qavraya bilməz.



Bu xütbənin bir hissəsidir
Qarşısında Cənnətlə Cəhənnəm olan1 hər bir kəs asudə deyil.2 (Birinci, saleh əməllərlə) cəld səy göstərən (İlahi əzabdan) nicat tapmışdır. (İkinci) Haqqı axtaran ki, tənbəldir və (Allahın rəhmət bağışlamağına) ümid edir. (Üçüncü) Təqsirkar (haqqa göz yuman), ilahi atəş və əzab içində həlak olandır.3 Yolun sağı və solu ilə getmək azğınlığa gətirib çıxarar. Doğru yol orta yoldur (ondan kənara çıxmaq olmaz. Çünki) qorunmuş kitab (Qurani-Kərim) və peyğəmbərliyin nişanələri (Həzrət Rəsulun sünnəsi) onu (şahid) göstərir. Bu doğru yoldan (xalis ədalətdən) Allah Peyğəmbərinin yolu, sünnəsi əldə olunur və işlərin sonu (dünya axirətdə insanlar) ona doğru qayıdır. Haqdan qeyrisini iddia edən hər kəs həlak oldu, yalan danışan hər kimsə ziyan gördü. Nadan camaatın arasında haqqı bəyan edən hər kimsə həlak olur. (Onların əllərindən dilindən ziyan görür ya öldürülür.) Öz məqam və qədrini bilməyən kişiyə cəhalət və nadanlıq bəs edər.4 Təqva və günahdan çəkinmək üzərində qurulmuş sarsılmaz əsas və möhkəm dayaq məhv olmaz, camaatın əkdiyi onun təsirindən susuz qalmaz.5 Öz evlərinizdə gizlənin (fitnə-fəsad üçün bayıra çıxmayın) aranızda olan ixtilafları aradan qaldırın, tövbə (Allaha tərəf qayıdaraq pis əməllərdən peşman olmaq) sizin arxanızdadır. (Günahlardan peşman olduğunuz zaman tövbəyə qayıdın, o sizdən ayrı deyil.) Heç bir şükr edən (nemət gördükdə) Pərvərdigarından başqasına həmd və şükr etməsin (çünki bütün nemətlər Ondandır.) Heç bir məzəmmət edən də (bir şər gördükdə) özündən başqasını məzəmmət etməsin.1
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin