Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə47/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   43   44   45   46   47   48   49   50   ...   87

153-cü xütbə
İmam Əli əleyhis-salamın (camaata öyüd-nəsihət verib pak İmamları öydüyü) xütbələrindəndir.

Ağıllı insanın işinin sonunu (ölümü qiyamət gününün haqq-hesabını) görən, öz eniş-yoxuşunu (xeyir şərini) tanıyan qəlbinin gözü, (camaatı İslam dininə) dəvətə səsləyən (xeyri şəri, səadət bədbəxtlik yolunu onlara bəyan edən) carçı (Həzrəti Peyğəmbər)(o Həzrətin şəriətinin əsaslarını düşmənlərin fəsad pozğunluğundan) qoruyan keşikçidir. Belə isə, dəvət edəni qəbul edin və keşikçiyə tabe olun (ki, dünyada başıuca, axirətdə xoşbəxt olasınız. Bilin ki,)

İkiüzlü insanlar fitnə dənizlərinin dibinə gömülmüş2 və sünnələrə (Həzrət Peyğəmbərin hökmlərinə) göz yumaraq bid’ətlərdən yapışmışlar (onlar nəfslərinə uyaraq hər hökmü icra edəcəklər). Möminlər (batil haqqa qalib gəldiyi üçün) kənara çəkilərək sakit dayanmış və azğın yalançılar dil açmışlar. Biz Əhli-Beyt (Həzrəti Peyğəmbərə yaxınlığa görə onun bədənində) köynək kimiyik, (o Həzrətin) səhabələriyik (Allah tərəfindən ona nazil olanlara iman gətirib təsdiqlədik), o, xəzinədir və (biz elmə, maarifə açılan) qapılarıq.1 Evlərə onların qapılarından qeyri yerdən daxil olmaq olmaz. Evlərə qapıdan başqa yerdən girənlərə oğru deyərlər.2
Bu xütbənin (Əhli-Beyt əleyhimus-salamın fəzilətləri haqda olan) bir hissəsidir
Qur’anın elm və doğru yolun tərifi, mədhi barədə olan ayələri Onların barəsində nazil olmuşdur və Onlar bağışlayan Allahın xəzinələridir.3 (Buna görə ) söz demək üçün ağızlarını açsalar, doğrunu deyərlər, sakit otursalar, heç kəs onlardan qabağa getməz.4 Hər qövmün öndə gedənləri və rəhbərləri öz ardıcıllarına doğru deməlidir.5 Öz ağlını yönəltməli (dediklərimizin doğruluğunu dərk etmək üçün sözlərimizi diqqətlə, düşüncə ilə dinləməlidir) və axirət övladlarından olmalıdır. Çünki oradan gəlib və ora da dönər. (Allahı nəzərində saxlayıb, ondan, çıxmalı olduğu dünyaya ürək bağlamaz. Axirəti isə özünə əbədi məkan sanar.) Ürəyinin gözünü açıb bəsirətlə bir iş görürsə, onu görməmişdən qabaq ziyanına, yoxsa xeyrinə olduğunu bilməlidir. Xeyrinədirsə - həmin işi görməli, ziyanınadırsa - ondan uzaqlaşmalıdır. Nadancasına iş görənlər başqa yolda hərəkət edənlər kimidir. İşıqlı yoldan uzaqlaşmaq onun yaxşılıqlarından uzaqlaşmaqdan başqa ona bir şey artırmaz. (Əyri yolda olanlar qədər çox yol getsələr, mənzil başından bir o qədər uzaqlaşarlar.) Biliklə bir işi görən işıqlı yolda addımlayan kimidir. Deməli, gözü olan insan (qəlbinin gözünü açaraq düşünüb görənlər) yolda hərəkət etdiklərini, yoxsa yolsuzluğa getdiklərini görməlidir. (İşin əvvəlində götür-qoy etməlidir. Allahın bəyəndiyi işlərdəndirsə, görməli, əks təqdirdə isə ondan uzaqlaşmalıdır.)

Bil ki, hər zahir və aşkarın müqabilində batin və gizlin var. Zahiri yaxşı olanın batini də yaxşıdır. Zahiri çirkin və pis olanın batini də çirkin, natəmiz olar. (Bəzən zahiri batininə uyğun olmur. Çünki) doğru danışan Peyğəmbər (səlləllahu əleyhi alih) buyurmuşdur: «Allah-təala bəndəni sevər (Öz rəhmətini onun halına şamil edər), onun əməlindən (haram günahından) acığı gələr və (bəzən ) əməlini (yaxşı işlərini) bəyənər, onun sahibini sevməz». Bil ki, hər əməl, rəftar üçün bir bitki var və hər bitkinin də suya ehtiyacı var. Sular müxtəlifdir. Saf sudan içənin ağacı yaxşı, meyvəsi şirindir. Natəmiz və pis su içənin ağacı pis, meyvəsi acıdır.1


154-cü xütbə
İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətlərindən biri ) yarasanın yaradılışının əsrarəngizliyi haqda olan xütbələrindəndir.

Həmd O Allaha məxsusdur ki, vəsflər Onu tanımağın həqiqətlərində aciz qalıb, əzəmət və böyüklüyü ağılları (Onun dərkindən) tutub saxlayıb. Onun səltənət və hökmranlığının əslinə yol tapmayıblar. (Çünki ağıllar məhdud, O isə qeyri-məhduddur.) Odur (varlığı zəkalıların nəzərində) görünən, gözlərin gördüyü hər bir şeydən daha sabit və aşkar olan Allah, haqq və doğru olan padşah.1 Ağıllar hədd və hüdudunu sübut etmək üçün Onun zatının əslini qavraya bilmədilər ki, bənzərini tapa bilsinlər. (Çünki onun həddi-hüdudu yoxdur.) Xəyallar onu təsvir etmək üçün Ona yol tapmadılar ki, Onun bənzərini xəyallarında canlandıra bilsinlər. (Çünki Onun oxşarı yoxdur ki, Ona bənzədilsin.) Məxluqları nümunəsiz (başqasının yaratdığı numunə olmadan nəzərdə tutmaqla təsvir etmədən), başqası ilə məsləhətləşmədən və bir yardımçıdan kömək istəmədən yaratdı.2 (İlahi) əmr və iradəsi ilə yaratdıqları nizamlandı, bərqərar oldu və Ona boyun əydilər. Əmrini qəbul edib rədd etmədilər və tabe olaraq boyun qaçırmadılar.3 Düşünüləsi, diqqət yetiriləsi, yaratdıqlarından biri də bizə göstərilən əsrarəngiz yaradılışlarından olan yarasalardakı qəribəlikləridir. (Onlarla bütün heyvanlar arasında fərq var. Çünki) hər şeyin gözünü açan gün işığı onların gözünü bağlayır, hər canlının gözünü bağlayan gecənin qaranlığı onların gözünü açır. Nur saçan günəşdən getdikləri yollara nur və işıqlıq istəməkdə, günəşin şəfəqləri saçan zaman istədiklərinə çatmaqda gözləri necə də kor və qaranlıqdır? Necə də Allah-təala günəşin şüalarının parıldamasıyla onları günəşin şəfəqlərinin saçdığı yerlərə getməkdən saxlamış, onları öz yerlərində gizlətmişdir? Onlar gündüzlər gözlərinin qapaqlarını oyuqlarına qoyaraq gecəni çırağa döndərib onunla ruzi axtarmaq üçün yola düşərlər. Gecənin qaranlığının zülməti onların gözlərinə mane olmaz (əksinə, hər şeyi görər), gecənin qaranlıq zülmətlərində getməkdən usanmazlar. Günəş öz rüxsarındakı pərdəni çəkdikdə (qaranlığı yox edərək parlayanda) şəfəqləri görünəndə, parıltısı və işıqları kərtənkələlərin də yuvasına çatanda (günəş hər yana saçanda) göz qapaqlarını gözlərinin ətrafına çevirər, gecənin qaranlığında topladıqları ilə kifayətlənərlər. Gecəni onlar üçün ruzi vasitəsinə, gündüzü isə istirahət, rahatlıq vasitəsinə çevirən, ehtiyacları olanda uçmaları üçün ətlərindən onlara qanadlar yaradan Allah pakdır. Qanadları sanki (insanın) qulağın ətinə bənzəyir, lələyi və sümüyü yoxdur. Ancaq damarların yerini aydın-aşkar görürsən (quşların qanadlarındakı lələklər əvəzinə yarasanın qanadlarında damarlar var). Onların iki qanadı nazik deyil ki, (qanad çalanda) cırılsın, qalın da deyil ki, ağır olsun (onların uçuşuna mane olsun). Balaları onlara yapışmış və sığınmış halda uçurlar. Anası əyləşəndə əyləşər, anası uçanda da uçar. Bədənləri güclənib qanadları uçmağa hazır olana kimi, həyatın yollarını və xeyirlərini bilənə qədər analarından ayrılmazlar. Xaliqliyi Ondan öncə qeyrisi tərəfindən yaradılmış nümunə olmadan bütün varlıqları yaradan pakdır. (Varlığı hikmətinə məsləhətinə uyğun yaratmışdır.)
155-ci xütbə
İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.

O fitnə və pozğunluq dövründə kimin Allaha itaətə və bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır və acı bir yol olsa da cənnət (əbədi ağalıq səadət) yoluna aparacağam.1 O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin və düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir.2 Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi.3 Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti və böyüklüyü qalır, (peyğəmbərin zövcəsi möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı və sorğu-sualı Allahladır.4
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin