Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir



Yüklə 16,72 Mb.
səhifə54/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   50   51   52   53   54   55   56   57   ...   87

Bu xütbənin bir neçə qeyri-adi kəlməsinin mənası belədir:
O Həzrət əleyhis-salamın buyuruğundakı «يَؤُرُّ بِمُلاقَحَةِ» «yəurru bimulaqəhəti» birləşməsində «يَؤُرُّ» «yəurru»nun kökü olan «أَرَّ» «ərrə» kəlməsi yaxınlıq etmək barəsində metaforadır. Ərəblər kişi qadın ilə yaxınlıq edəndə onun barəsində «أَرَّ الرَّجُلُ الْمَرْأَةَ» «ərrə ər-rəculu əl-mər’ətə» deyirlər. O Həzrət əleyhis-salamın digər «كَأَنّهُ قِلْعُ دارِىٍّ عَنَجَهُ نُوتِيُّهُ» buyuruğundakı «قِلْع» «qil’» kəlməsi yelkən mənasındadır. «دارِىٍّ» «Dariyy» «دارَيْن» Darəynə mənsub deməkdir. O, dəniz kənarında olan bir şəhərdir ki, oradan ətir gətirilir. «عَنَجَهُ» «Ənəcəhu»nun mənası isə döndərməkdir. Ərəblər birinə dəvənin başını döndərdiklərini çatdırmaq istəyəndə «عَنَجْتُ النّاقَةَ كَنَصَرْتُ أَعْنُجُها عَنْجاً» deyirlər. «نُوتِىّ» «Nu’tiyy» isə gəmiçi mənasındadır. O Həzrət əleyhis-salamın «ضَفَّتَىْ جُفُونِهِ» «zəffətəy cufunihi»dən məqsədi tovuzquşunun göz qapağının iki tərəfidir. «ضَفَّتان» «Zəffətan» hər iki tərəf mənasındadır. İmam əleyhis-salamın «فِلَذَ الزَّبَرْجَدَ» «filəz əz-zəbərcədə» birləşməsindəki «فِلَذُ» «filəz» kəlməsi «فِلْذَةٍ» «filzə»nin cəmidir və onun mənası tikə və parça deməkdir. «كَبائِسُ» «Kəbais» kəlməsi «كَباسَة» «kəbasə»nin cəmidir və o, «عِذْق» «izq» xurma salxımı mənasındadır. «عَسالِيج» «Əsalic» budaqlar deməkdir və onun təki «عُسْلُوج» «usluc»dur.
165-ci xütbə
İmam Əli əleyhis-salamın (səhabələrinə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.

Gərək kiçiyiniz böyüyünüzün arxasınca getsin və böyüyünüz kiçiyinizə qarşı mehriban olsun. Cahiliyyət dövrünün (Həzrət Peyğəmbər ilahi elçi kimi göndəriləndən qabaqkı zamanın) zalımları kimi olmayın ki, (onlar) nə din və şəriətdə araşdırma aparır, nə də Allahı tanımaqda ağıl işlədirdilər (nadan idilər eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hökmlərindən xəbərsiz idilər) - quşların yumurtladıqları yerdə tapılan ( quş yumurtası olması təsəvvür edilən) yumurta kimi ki, sındırılması (kiminsə onu sındırması) günahdır və (əgər salamat saxlanılsa) içindən ziyanverici bala çıxacaq.1
Bu da həmin xütbənin (müsəlmanların parçalandıqdan sonra yenidən birləşərək Bəni-Üməyyəni aradan götürmələrindən xəbər verdiyi səhabələrini məzəmmət etdiyi) bir hissəsidir
(Müsəlmanlar) bir-birləri ilə isinişib birləşdikdən sonra bir-birlərindən ayrılacaq və öz köklərindən (haqq İmam dinin təməlinin ətrafından) dağılışacaqlar. Beləliklə, bəziləri bir budaqdan (hidayət doğru yol imamlarının - əleyhimus-salam - birindən) tutar və hara getsə, onunla birgə olar (göstərişlərinə uyğun davranar). Nəhayət, Allah onları tezliklə, payız fəslində bulud parçaları bir-birinə birləşdiyi kimi Bəni-Üməyyənin ən pis günü (hakimiyyətlərinin devrilməsi) üçün bir yerə toplayar. Allah onları bir-birinin üzərində yerləşən buludlar kimi bir-birlərinə qarşı mehriban edər, birləşdirər və çoxaldar. Bundan sonra, Allah onlar üçün qapılar açar ki, qaldırıldıqları yerdən selcəsinə, iki bağın (Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi Səba əhlinin iki bağının) seli kimi yola düşərlər (hərəkət edərək bir-birlərinin köməyinə tələsərlər). (O, çox əzəmətli bir sel idi ki, Səba əhlinin hamısını həlak etdi ) heç bir təpəcik ondan salamat və heç bir yüksəklik öz yerində bərqərar qalmadı. Onun yolunu nə dağın möhkəmliyi, nə də yerin hündürlüyü bağladı. (İndi həmin dəstəni heç kəs məğlub edə bilməz.) Allah onları yaratdığı ( elə selin yatağı olan) dərələrin arasında səpələyər və çeşmələr kimi yerdə axıdar. (Xülasə, saylarını çoxaldar onlara güc qüdrət əta edər.) Onların vasitəsi ilə bir dəstədən (zalımlardan) digər dəstənin (zülmə məruz qalmışların) haqqını alar və bir dəstənin (Bəni-Üməyyənin) şəhərlərinə digər bir dəstəni (Bəni-Abbası) qoyar, təyin edər. And olsun Allaha ki, onların əllərində olan şey padşahlıq və hökmdarlıqdan (onların padşahlıq hakimiyyətlərindən) sonra quyruq odda əriyən kimi əriyər (onların izzət, dövlət, sərvət bütün şeyləri aradan gedər).

Camaat! Əgər bir-birinizi haqqa (İmam əleyhis-salama) kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı (Müaviyəni) alçatmaqda süstlük etməsəydiniz, (qüdrət düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz. İsrail oğulları Musa əleyhis-salama qarşı itaətsizlik etdikləri üçün qırx il avara-sərgərdan qaldılar Allahın Qurani-Kərimdə əhvalatını bəyan etdiyi həmin çöllükdən bir yerə yol tapa bilmədilər). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır.1 Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz. (İmam əleyhis-salama tabe olmayıb fitnə-fəsaddan başqa bir məqsədləri olmayan xəlifələrin Müaviyənin arxasınca getdiniz.) Bilin! Əgər öz bələdçi və yol göstərəninizin arxasınca getsəydiniz, o sizi Allahın Peyğəmbərinin (əbədi möhtərəmlik səadət) yoluna aparardı və siz yoldan azmaq əziyyətindən qurtular və çox ağır yükü boyunlarınızdan uzağa atardınız (dünyada yazıqlığınıza, axirətdə isə əzaba düçar olmağınıza səbəb olan günah etməzdiniz).
166-cı xütbə
İmam Əli əleyhis-salamın xilafətinin əvvəlində buyurduğu xütbələrindəndir.

Allah-təala Kitabı (Qurani-Kərimi bəndələr üçün) bələdçi olaraq göndərdi və onda yaxşı və pisi (etiqad, söz əməlin hansının pis hansının yaxşı olmasını) bəyan etdi. Buna görə də yaxşılıq yolunu tutun ki, (Allah Peyğəmbərə tərəf) hidayət olunub (məqsədə) çatasınız. Həmçinin pislik tərəfdən uzaq olun ki, (sizi haqq həqiqətə çatdıran) doğru yol ilə hərəkət edəsiniz. Vacibləri yerinə yetirin, vacibləri yerinə yetirin!1 Onları (riya özünü göstərmək üçün deyil) Allaha görə (Onun rəhmətinə yaxınlaşmaq üçün) yerinə yetirin ki, sizi Cənnətə çatdırsın. Allah (Quranda Həzrət Peyğəmbərin sünnəsində) məchul olmayan (bəlkə hamıya məlum olan) şeyi haram etdi (buna görə ondan xəbərsiz olan üzrlü sayılmır) və heç bir eyb və nöqsanı olmayan şeyi halal buyurdu. Müsəlmanın ehtiramını (İslamın əzəmətinə görə) bütün hörmətlərdən üstün etdi. Müsəlmanların hüquqlarını (dində) ixlas (yəni, riyakarlıq olmadan tam sədaqət saflıqla ibadət bəndəlik etmək) və tovhid (Allah-təalanı tək bilmək) ilə öz yerlərində bir-birinə bağlayıb. Buna görə də (təkallahlı ixlası olan şəxsə müsəlmanların hüquqlarına riayət etmək vacibdir. Belə olmasa, bu onun ixlas tovhidi ilə ziddiyyət təşkil edər. Odur ki, buyurur:) Müsəlman o kəsdir ki, müsəlmanlar (Allah Peyğəmbərin buyurduğu) haqq (yerlər) istisna olmaqla onun dilindən və əlindən salamat və rahat olsunlar (dili ilə yalan, qeybət böhtan danışmasın başqalarını incitməkdən zülm etməkdən əl saxlasın). Allahın vacib etdiyindən başqa, müsəlmana ziyan vurmaq halal deyil. (Amma əgər kimsə müsəlmanı nahaq yerə öldürsə, ondan qisas alınması öldürülmüş şəxs kimi onun da öldürülməsi vacibdir.) Hamı üçün ümumi olan və sizlərin hər birinizə məxsus hadisəyə tələsin. O, ölümdür (ölümə dünyadan köçməyə hazır olun). Çünki insanlar (onların bir dəstəsi) sizin qarşınızdadır (sizdən qabağa düşüblər) və qiyamət sizi arxadan qovur. (Sanki bir karvan qabaqcadan gedib karvanın başçısı arxada qalanları qabaqda gedənlərə çatmaları üçün sürətlə aparır. Buna görə ) yüngülləşin ki, (özünüzü ağır yüklər altından nicat verib karvana) birləşəsiniz. Sizin birinciniz saxlanılıb və onlar axırıncınızın yolunu gözləyirlər (ki, hamı toplaşsın birlikdə qiyamətə daxil olasınız). Çünki (qiyamətdə) sizdən (hər şeyi) soruşacaqlar, hətta yerlər və dördayaqlılar barəsində.1 Allaha itaət edin və Ona qarşı itaətsizlik göstərməyin. Yaxşılıq görən zaman onu əldə edin (ki, dünya axirətinizə xeyri var) və pislik görəndə ondan uzaq olun (ki, sizi əzaba düçar edər).
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin