Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə55/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   51   52   53   54   55   56   57   58   ...   87

167-ci xütbə
İmam Əli əleyhis-salamın xilafətində bey’ət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr beyətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın ( beyətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu:

Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış ( bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır və biz onlara deyil, onlar bizə ağalıq edirlər?!1 Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu və çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər ( heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu iş nadanlığa əsaslanan bir işdir və onların (çoxlu) kömək və yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) nə bunu, nə də onu görür (bu işdə susub dayanıb heç bir nəzəri yoxdur). Buna görə də (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması və haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit və rahat olun (tələsməyin bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc və qüvvəni məhv edərək aradan aparan və süstlük və xarlıqla nəticələnən bir iş görməyin. Tezliklə, nə qədər ki, yumşaqlıqla mümkündür bu işi yumşaqlıq və mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə və çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, «son dərman dağlamaqdır».1
168-ci xütbə
İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir.

Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir şər yolu açıqlayan) Kitab (Qurani-Kərim) və bərqərar (qiyamətə kimi qalacaq əyriliyin yol tapa bilmədiyi)(din qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum və qaranlıq bid’ətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din dünya) işlərinizin qorunmasıdır. Buna görə də məzəmmət və məcbur edilmiş olmadan ona tabe olun.1 And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz.

Həqiqətən onlar (Təlhə, Zübeyr onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular hələ bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri və həsəd apardıqları üçün bu dünyanı (xilafət əmirliyi) istəyirlər. Buna görə də hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına və Onun Peyğəmbərinin (səlləllahu əleyhi alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) və Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin