Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə57/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   53   54   55   56   57   58   59   60   ...   87

172- ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin mədhi, İmamət vəzifələri, pərhizkarlığa təşviq dünyanın məzəmməti barəsindəki) xütbələrindəndir.

Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi və əzabından qorxudandır.1 Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçilik siyasəti, düşmənlə müharibə, döyüş tədbirləri rəiyyətin işlərinin nizama salınması baxımından) ən güclü və bacarıqlısı və Allahın əmrini ( hökmlərini) ən yaxşı bilənidir. Buna görə də əgər hər hansı bir fitnəkar (bu barədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür.2 (Müaviyə Şam əhlinə Əmirəl-möminin əleyhis-salamla müxalifətinin dəlilini belə açıqlayırdı ki: Mənim o Həzrətin xilafət məsələsində iştirakım olmayıb ona beyət etməmişəm. Təlhə ilə Zübeyr isə beyətlərini pozmağa belə bəhanə gətirirdilər ki: Beyət etməyimizdən peşman olaraq səhvimizi başa düşmüşük. İmam əleyhis-salam onların öz məntiqlərinə əsaslanaraq sözlərinin puç səhv olmasına toxunaraq buyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünki imam təyin edilən zaman camaatın hamısının bir yerə toplaşması qeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrin böyükləri xeyir-şər yollarına bələd olanlar, elə ki biri ilə beyət etdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onları görülmüş işi qəbul etməyə məcbur edərlər). Buna görə də belə olan halda, orada iştirak edən qayıtmamalı (beyətini pozmamalı) və qaib olan (başqasını) seçməməlidir.1 Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyə kimi ki, ləyaqəti olmadan xilafət iddiasında idi) və digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (Təlhə ilə Zübeyr kimi ki, vəfa etmələri zəruri olan beyətlərini pozmuşdular).

Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir və o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərin ən yaxşısı dünyada təqva ilə sona çatanıdır). Həqiqətən sizinlə (zahirdə müsəlman olan) qiblə əhli arasında müharibə qapısı açılıb və bu bayrağı (onlarla müharibəni onun şərtlərini, həqiqətlərdən) agah və gözüaçıq, (çətinliklərdə) səbrli, haqq və həqiqəti bilən şəxsdən (İmam əleyhis-salamdan) başqa heç kəs əlinə götürməz.2 Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin və çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (bizim əmr etdiklərimizi çəkindirdiklərimizi başa düşüncəyə qədər) heç bir işdə (onu qəbul ya rədd etməkdə) tələsməyin. Çünki sizin (nadanlıq üzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.3

Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz və sizi bəzən qəzəbləndirən, bəzən də şad edən bu dünya, sizin nə məskunlaşmaq və qalmaq evinizdir, nə onun üçün yaradıldığınız yer və nə də dəvət olunduğunuz məkandır. Bilin ki, nə dünya sizin üçün qalacaq və nə də siz onda qalacaqsınız. Əgər sizi özü (öz zinət bər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyət çətinliklərindən) də çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin və qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançı bər-bəzəyinə aldanmayın onun müxtəlif bəla çətinliklərini gözünüzdə canlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getmək üçün) bir-birinizi ötün (əbədi yer olan axirət rahatlığını əldə etmək üçün dünyada Allaha Peyğəmbərə tabe olun). Qəlblərinizi ondan (dünyanı sevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindən çıxan hər şeyə görə baş-gözünə vurub ağlamaq səsini ucaldan) kəniz kimi nalə etməməlidir (əlindən çıxan heç bir şeyə görə qəm-qüssəyə batmamalıdır). Allahın itaətinə (itaətinin çətinliklərinə) səbr etmək və Öz Kitabında (Qurani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (Çünki itaətə səbr Quranın göstərişlərinə əməl etmək saysız nemətlər əldə edilməsinə səbəb olur.) Bilin ki, dinin əsas və təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması və əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçinin bunu da) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim və sizin qəlblərinizi haqq və qurtuluşa doğru yönəltsin və (həm) bizə və (həm ) sizə (itaət, müsibət günahla qarşılaşanda) səbr əta etsin.
173- cü xütbə
İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.

(İndiyə kimi) müharibə ilə hədələnməmişdim və heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. Və mən Rəbbimin verdiyi kömək ( düşmənə qalib gəlmək) vədəsinə arxayınam.1 (Təlhənin Bəsrəyə tərəf getməsinin səbəbinə gəldikdə isə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alınmasından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onu öldürməyə) ondan hərisi yox idi. Buna görə də Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli və qaranlıq qalması və şəkk və tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinə yetirməsi lazım olan haqq da onlardan biri olan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi və onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi.2 Əgər (indi öz dilinə gətirdiyi xalqın arasında yaydığı kimi Osman) məzlum idisə ( onu öldürmək haram sayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanın çirkin əməllərinə görə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk və tərəddüddə idisə ( Osmanın zalım ya məzlum olmasını bilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi və xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnə alovunu alışdırdı xalqı onu öldürməyə həvəsləndirdi)(indi) yolu tanınmamış və (beyətini pozmaq üçün gətirdiyi Osmanın intiqamını istəmək onun məzlum öldürülməsi kimi) bəhanələri səhv olan işə girişib.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin