أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ yəni, «dili bağlı dördayaqlıların əti sizə halaldır və onda heç bir qadağa yoxdur». Onun haramı isə Maidə surəsinin 3-cü ayəsində göstərildiyi kimi حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ «ölmüş heyvanın əti, qan və donuz əti sizə haram və qadağan olmuşdur». Onun vacibi, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi أَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ «namaz qılın və zəkat verin», müstəhəbbi isə İsra surəsinin 79-cu ayəsindəkiوَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً «nafilə namazı üçün gecənin bir vaxtı oyan», nasixi Tövbə surəsinin 5-ci ayəsindəki kimi فَاقْتُلُواْ الْمُشْرِكِينَ حَيْثُ وَجَدتُّمُوهُمْ «müşrikləri harda görsəniz öldürün». Bu ayə sülh barəsində olan ayənin nasixidir, məsələn Kafirun surəsinin 6-cı ayəsi لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ «İndi ki, öz şirkinizdən əl çəkmirsiniz, sizin, din və ayinləriniz sizin, tovhid isə mənim dinim olsun», bu ayənin mənsuxudur; ruxsətləri, yəni, bəndələrin işlərinin yüngülləşməsi üçün yaradılmış əhkamları, məsələn Bəqərə surəsinin 184-cü ayəsindəki kimi فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَر «Sizlərdən Ramazan ayında xəstə və ya səfərdə olanlar, Ramazandan qeyri aylarda, xəstə və müsafir olarkən tutmadığınız günlər qədər oruc tutsun», onun əzaimləri, yəni, keçilməsi mümkün olmayan əhkamları Bəqərə surəsinin 185-ci ayəsində olduğu kimi فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ «Səfər etməyən və vətənində olan hər bir şəxs ayı gördükdə oruc tutmalıdır», onun xassı, yəni, xüsusi halallar barəsində deyilən, amma mənası ümumi hallara da aid olan sözlər; Maidə surəsinin 32-ci ayəsində deyildiyi kimi مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْض فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا «Adəmin oğlu Qabil qardaşı Habili öldürdüyünə görə peşman olduğundan Bəni-İsrailə göstəriş verdik ki, hər kəs heç kəsi qətlə yetirməyən və yer üzündə ölümlə nəticələnən bir fəsad törətməyən bir kəsi öldürərsə, bütün camaatı öldürmüş kimidir. Bir kəsin həyat və yaşayışına səbəb olan kimsə isə sanki bütün camaatı diriltmişdir». Bu ayə Bəni-İsrail barəsində nazil olsa da mənası bütün insanlara şamildir. Onun ümumu isə Bəqərə surəsinin 47-ci ayəsində deyildiyi kimi يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ «Ey Bəni-İsrail, sizlərə bəxş etdiyim nemətlərimi və sizi dünya əhlindən üstün etdiyimi yada salın». Burada dünya əhli sözü ümumi məna daşıyır və bütün dünya əhalisinə şamil edilir. Lakin onun mənası Bəni-İsrail dövrünün insanlarına məxsusdur. Onun ibrətləri isə heyrətamiz və bir növ öyüd-nəsihətdir, Naziat surəsinin 25 və 26 -cı ayələrindəki kimi: فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشى «Böyük Allah Fironu axirət əzabı olan odda yanmağa və dünya əzabı olan suda batmağa mübtəla etdi, onun batması qorxan hər kəs üçün hər zaman ibrətdir. Onun məsəlləri, yəni, təşbihlərə şamil olan ayələri, məsələn Cumə surəsinin 5-ci ayəsində olduğu kimi, مَثَلُ الَّذِينَ حُمِّلُوا التَّوْرَاةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ الْحِمَارِ يَحْمِلُ أَسْفَارًا «Tövratı oxuyub-öyrənməyə məmur olunan, lakin ona əməl etməyənlər böyük kitabları daşıyan uzunqulaq kimidir», onun mütləqi, yəni, qeyd vurulmamış kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi: يَآ أَيُّهَا الَّذِينَ امَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِِ فاغْسِلُواْ وُجُوهَكُمْ «Ey iman gətirənlər, namaza dayandıqda, üzlərinizi yuyun», onun müqəyyədi, yəni, qeyd vurulan kəlmələri, Maidə surəsinin 6-cı ayəsində olduğu kimi وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ «Dəstəmaz alarkən əllərinizi dirsəklərinizlə (birlikdə) yuyun», onun möhkəmi, yəni, mənasında səhv və şübhə yeri olmayan kəlmələri, Bəqərə surəsinin 231-ci ayəsindəki kimi: وَاعْلَمُواْ أَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ «Bilin ki, Allah hər şeydən agahdır», onun mütəşabihi, yəni, mənası aydın olmayan kəlmələri, Bəqərə surəsinin 228-ci ayəsində olduğu kimi قُرُوءٍ'>وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ ثَلاَثَةَ قُرُوءٍ «Təlağı verilmiş qadınlar iki heyzdən ibarət olan üç paklanma dövrü və ya üç heyz müddəti gözləsinlər», çünki ərəb dilində «قُرُوء» kəlməsinin tək forması olan «قُرْء» kəlməsi hicazlılar arasında «طهر» paklanma, iraqlılar arasında isə «heyz» mənasındadır. Onun mucməli, Bəqərə surəsinin 43-cü ayəsində olduğu kimi: أَقِيمُواْ الصَّلوةَ «Namaz qılın», onun müşkülü Məryəm surəsinin 1-ci ayəsi kimi; كهيعص «Kaf, hə, yə, əyn, sad».
|