Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


أَلْحُكْمُ لِلّهِ يا عَلِىُّ لا لَكَ



Yüklə 16,72 Mb.
səhifə71/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   67   68   69   70   71   72   73   74   ...   87
أَلْحُكْمُ لِلّهِ يا عَلِىُّ لا لَكَ (yəni, hökm, fərman vermək sənə aid deyil, ya Əli, Allaha aiddir. Allahın Müaviyə tərəfdarları barədə hökmü isə budur ki, onlar fərmanımıza tabe olmalıdırlar. Biz «hakim təyin etmək» məsələsinə razı olmaqla səhvə yol verdik, öz səhvimizi başa düşdükdə tövbə edərək Allaha tərəf qayıtdıq. Sən bizim kimi səhvinə görə tövbə edərək geri dön. Bəziləri isə deyirlər ki, «hakim təyin etmək» məsələsinə razılaşmaqla kafir olmusan. İndi öz küfrünə şəhadət verdikdən sonra tövbə et ki, sənə itaət edək. Həzrət cavab olaraq bunları buyurmuşdur.


2 O böyük şəxsiyyətdən sonra, Məhləb ibn Əbu Sufər başqa zülmkarlar tərəfindən törədilən qətl qarətlərdən xəbər verilir.

1 Həzrət xəvariclə döyüşmək üçün onları təqib etdiyi vaxt, səhabələrindən bir kişi xəvaricin Nəhrəvandan keçdiklərini ona dedi. Həzrət buyurdu: «Onların keçdiyini özün görmüsənmiCavab verdi ki, bəli. Həzrət buyurdu: «Allaha and olsun, onlar keçmədilər heç vaxt da keçməyəcəklər. Onların ölüm yeri çayın bu tərəfidir». Bundan sonra ata minərək getdilər. Çayın yaxınlığına çatdıqda xəvaricin hamısının qılınclarını qından çıxararaq öz atlarının ayaq damarlarını kəsib «لا حُكْمَ إلّا لِلّهِ» yəni, «hökm ancaq Allaha məxsusdur» qışqıraraq döyüşə hazırlaşdıqlarını gördülər. Onlar həmişə bu sözü öz şüarlarına çevirərək qalmaqal yaradırdılar. Sonra Həzrət müharibə əmrini verdi. Döyüş başa çatdıqdan sonra xəvaricdən doqquz nəfərin qaçaraq ölümdən canlarını qurtardığını Həzrətin səhabələrindən yalnız səkkiz nəfərin öldüyünü bildilər.

1 Onlardan doqquz nəfəri qaçıb, şəhərlərə dağılışıblar, onlardan övladlar dünyaya gələcək yer üzündə fitnə-fəsad törədəcəklər.

2 Qeyd olunduğu kimi o doqquz nəfər şəhərlərə dağlışdılar, hər biri bir məzhəb yaratdı; onu yayaraq yollarda oğurluq edirdilər.

3 Həzrətin Xəvarici öldürməyə icazə verməməsinin səbəbi onların əsl məqsədlərnin haqqı əldə etmək olması idi; lakin onlar bu yolda xəta etmişdilər. Əlbəttə, Müaviyə tərəfdarlarından fərqli olaraq belə şəxslər ölümə layiq deyillər. Əsl məqsədləri batil olan Müaviyə tərəfdarları isə öldürülməlidir. Necə ki, əlli altıncı kəlamında buyurur: فَاقْتُلُوهُyəni, Müaviyəni öldürün. Amma onun Xəvarici öldürüb, özündən sonra isə onları öldürməyi qadağan etməsinin səbəbi onların Həzrətlə döyüşə birinci başlamaları,fitnə-fəsad qaldırıb camaatı öz bidətlərinə çağırmaları, Əmirəl-mömininin səhabələrindən olan Abdullah ibn Xəbbab kimi yaxşı insanları öldürmələri, onun hamilə arvadının qarnını yarmaları olmuşdu. Beləliklə, fitnə-fəsad törətmədikləri, nahaq qan axıt­madıqları, müharibə etmədikləri halda onları öldürmək qadağandır.

1 Çünki dünya əməl evi, axirət isə cəza məkanıdır. Dünyada Allahın Peyğəmbərin göstərişinə uyğun rəftar edən axirətdə salamat qalar. Bunlara əməl etməyənlər əbədi əzaba düçar olacaqdır.

2 Allah onları imtahana çəkir. Belə ki, dünyada Allahın əmrinə itaət edən nicat tapacaq, itaətsizlik edən isə ilahi əzaba düçar olacaqdır. İmtahan, Allahın onların işinin sonunu bilmədiyinə bunu öyrənmək istədiyinə görə deyil. Bu mənada imtahan mümkün deyil. Çünki O, hər şeyin gizlinini aşkarını biləndir.

1 Qurani-Kərimin Möminin surəsinin 115-ci ayəsində buyurulduğu kimi أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ «Sizi boş yerə yaratdığımızı bizə doğru qayıtmayacağınızımı güman etdiniz

1 Çünki əvvəl son olmaq zamana xas xüsusiyyətlərdəndir. Zaman isə hərəkətdən yaranır, hərəkət cismin xüsusiyyətlərindəndir. Onun müqəddəs zatı zamandan üstündür bütün cisimlərin fövqündə dayanır. Deməli, son olmamışdan əvvəldir, batin olmamışdan zahirdir hətta aləm olmamış sağdır s. demək olmaz. Çünki Onun zatının əlavə olunmuş bir sifəti yoxdur ki, bəzisi digərindən öndə olsun. Deməli, onun sifətləri zatının eynidir. Belə olmasaydı, (sifətləri) əlavə edilmiş nöqsanlı olardı. Bəziləri başqalarının səbəbi, Bəziləri (isə) nəticə nöqsanlı olardı. Bu, vücudu mümkün olanların xüsusiyyətidir. Buna görə Onun əvvəli sonu olmağı bundan ibarətdir ki, O, bütün yaranmışların başlanğıcı məhv olan hər şeyin qayıdış yeridir. Onun zahirliyi batinliyi sözlərinin mənası budur ki, nişanələri yaratdıqları ilə zahir, aşkar olur, müqəddəs zatının əsli isə gözlə görünməkdən, idrak, düşüncənin hüdudlarından, gizlin batinidir. Xülasə, o tayı-bərabəri fərz olunmayan bir vahiddir. Buna görə bunları buyurmuşdur.

2 Yəni, ondan qeyri vahid azalmanı göstərən ədəddir. Çoxluğun başlanğıcı onun bir hissəsidir. Allah isə çoxalmayan, yəni, onun üçün ikincisi fərz olunmayan həqiqi birdir.

3 Çünki hər bir gücün, qüdrətin mənşəyi Odur. Belə isə, bir göz qırpımında öz varlığını itirən qeyrisi necə zəif gücsüz olmaya bilər?

4 Çünki Onun elmi zatı ilə eynidir. Ondan qeyrisinin elmi zatdan törəmə başqalarından öyrənməyə möhtacdır. Bu da Allah-təalanın elminə gəlib çıxır. Deməli, mütləq alim Odur.

5 Bu, vücudun mümkünlüyünə dəlalət edir. Deməli, qüdrəti zatının eyni, bütün qüdrətlilərin qüdrətinin mənşəyi olan həqiqi güclü Odur.

1 Çünki ondan qeyrisinin eşitməsi cismani eşitmə qüvvəsi ilədir. Bu, müəyyən şərait tələb edir bu şərait olmasa səsi eşidilməz. Məsələn, səs çox yavaş, uzaqdan ya çox yüksəkdən olmamalıdır ki, həmin eşitmə qüvvəsinin işi pozulmasın eşitməyə mane olmasın. Ancaq Allahın eşitməsi zatən orqansız olduğuna görə, bütün səslər istər yavaş uca, istərsə yaxın uzaq- olsun onun üçün eyni, aşkardır. Deməli, mütləq dinləyən həqiqi eşidən Odur.

2 Çünki hər bir kəs görmə orqanları vasitəsilə görür. Bu orqan da müəyyən şərait tələb edir. Ancaq Allah-təala zatən orqansız görəndir. Deməli, bütün əşyalar-istər gizlin, istərsə aşkar onun üçün birdir.

3Deməli, O həm gizlin, həm aşkardır. Bu baxımdan aşkar sayılır ki, əlamət nişanələrinə görə heç kəsdən gizlin deyil. Gizlindir, ona görə ki, zatının əslini dərk etmək mümkün deyil.

1 Ehtiyac olduqda çıxarmaq asan olsun deyə ya döyüş alətinizin səsini düşmənə eşitdirib özünüzü döyüşə hazır göstərin ki, narahat olub, qorxsun bu da onun məğlubiyyətinə səbəb olsun.

2 Çünki gözünü dikmək qorxu heyranlıq əlamətidir. Bunun nəticəsində düşmən cürətlənib qələbə çala bilər.

3 Özünüzü ona yaxınlaşdırın. Mərdilk igidliyin əlaməti uzaqlaşmaq qılıncın ucunu göstərmək deyil, irəliyə addım atmaqdır. Nəql olunur, müharibələrin birində Həzrətə ərz etdilər ki, sənin qılıncın qısadır. Həzrət buyurdu ki, addımımla uzadaram.

1 Dinə kömək üçün haq yolda ölməyə sevinin. Çünki müvəqqəti ömrü əbədi həyatla dəyişəcəksiniz. Qurani-Kərimin Ali-İmran surəsinin 169-cu ayəsində buyurulduğu kimi: وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ yəni, Allah yolunda həlak olanları ölü sanma. Onlar sağdır Allahlarının yanında ruzi yeyirlər.

2Deyilənə görə, Müaviyə üçün böyük bir çadır düzəltmişdilər yüz min nəfər onun ətrafına toplaşaraq, ölsələr belə ayrılmayacaqları barədə əhd-peyman bağlamışdılar.

3 Döyüşdə iradəli deyil, narahat həyəcanlıdır. Qorxsanız, sizə üstün gələcək. İgidlik göstərsəniz, məğlub olaraq qaçacaq.

4 Qurani-Kərimin Muhəmməd surəsinin 35-ci ayəsində buyurulur: فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ Yəni, ey möminlər, kafirlərlə döyüşdə süstləşib onlardan sülh barışıq istəməyin. Bu sizin acizlik gücsüzlüyünüzə səbəb olar.

5 Bəni Saidə, yəni, Ənsardan bir dəstə adamın məsələləri həll etmək üçün Mədinədə toplaşdığı ev.

6 Ənsarlar xəstə olan d ibn Ubadəni Səqifəyə gətirərək onu əmir xəlifə elan etmək istədilər. Bundan xəbər tutan Əbu Bəkr Ömər ora tələsərək onlarla danışığa başladılar. Ənsarlar dedi: «Biz xəlifəliyə daha layiqiq. Əgər qəbul etmirsinizsə, siz özünüzə, biz özümüzə əmir seçək». Ömər dedi: «İki qılınc bir qına sığmaz. Ərəblər sizə itaət etməyəcək». Mühacir ənsarların hər bir dəstəsi özlərinin İslamdakı fəzilət, üstünlük hüquqlarını xatırlatdı. Bundan sonra, Bəşir ibn d Xəzrəci paxıllıq etdiyinə görə yerindən qalxaraq Qüreyşi təriflədi. O, Ömərə, Əbu Ubeydə isə Əbu Bəkrə beyət etdi. d ibn Ubadəni isə mənzilinə apardılar.

7 Əgər onlar özlərini Peyğəmbərin şəcərəsindən olduqlarına görə xəlifəliyə daha layiq bilirlərsə, mən həmin ağacın meyvəsi Həzrətin əmisi oğluyam. Xəlifəlik, əmirlik mənim haqqımdır başqası buna layiq deyil.

1 Çünki Siffeyn döyüşündən iki hakimin verdiyi hökmdən sonra Müaviyənin mövqeyi yaxşılaşdı, gücü günbəgün artdı. O, Misiri ələ keçirməyə tamah saldı. Əmr ibn Asın onunla beyət etdiyi vaxt Ası Misirə vali təyin edəcəyinə söz verdiyindən, əksəriyyəti Osmanın intiqamını almaq niyyətində olan Osmanı Məhəmməd ibn Əbu Bəkrin öldürdüyünü güman edənlərdən olan altı min süvari ilə Əmr ibn Ası Misirə göndərdi. O, Misirin böyük şəxsiyyətlərinə məktub yazaraq, dostlarını həvəsləndirdi düşmənlərini qorxutdu. Məhəmməd hadisədən xəbər tutduqda vəziyyət barədə Həzrətə məktub yazaraq, kömək üçün pul qoşun istədi. Həzrət onun məktubuna cavab göndərdi istədiyini çatdıracağını vəd etdi. Lakin Məhəmməd tələsərək Misir əhlini Əmr ibn Asa qarşı müharibəyə çağırdı. Dörd min nəfər onun dəvətini qəbul edərək ona yoldaş oldular. Onların iki min nəfərini Konanə ibn Beşrin başçılığı altında öncədən göndərdi, özü isə iki min nəfərlə qaldı. Konanə igidlik göstərib Əmrin qoşunundan çoxlu əsgəri qətlə yetirdi, özü yoldaşları həlak olana qədər onlarla döyüşdü. Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, onun ətrafından uzaqlaşdılar. Məhəmməd tək qaldığını gördükdə qaçdı, Misirə üz tutaraq xarabalıqların birində gizləndi, Əmr ibn As Misirə daxil oldu öz sərkərdələrindən Müaviyə ibn Xədic Kindini Məhəmmədin ardınca göndərdi. Müaviyə ibn Xədic çox axtarışdan sonra, Məhəmmədi susuzluqdan ölmək üzrə olarkən tapdı. Başını bədənindən ayıraraq, bədənini ölmüş uzunqulağın içinə gömüb yandırdı. Həzrət bu xəbəri eşitdikdə çox kədərləndi dedi: «Allah Məhəmmədə rəhmət etsin. O, düşmənlərin məkr hiyləsini görməmiş xam bir gənc idi.

2 Təcrübəli bacarıqlı kişi olan Haşim Əmirəl-mömininin xas səhabələrindən o Həzrəti sevənlərdən idi. O, Siffeyn döyüşündə şəhid oldu.

3 Müqavimət göstərər, qılıncı əlindən verməz Məhəmməd kimi qaçmazdı. Məhəmməd qaçanda, güman edirdi ki, qaçmaqla xilas olacaq.

1 Əgər döyüş meydanını boş qoyub qaçıbsa, çarəsiz qalıb təqsiri olmayıb. Məhəmmədin anası Əsma binti Uməys idi. O, əvvəlcə fər ibn Əbu Talibin zövcəsi olub ondan Abdullah ibn fər dünyaya gəlmişdir. fərin Mu döyüşündə şəhid olmasından sonra Əbu Bəkr onu almış Məhəmməd anadan olmuşdur. Əbu Bəkrdən sonra Həzrət onunla evləndi. Məhəmməd Həzrətin qollarında böyüyüb boya-boşa çatdı elə uşaqlıqdan o böyük şəxsin vilayəti dostluğu ilə böyümüşdü. Həzrət onu çox sevər hörmət edərdi. O, buyurmuşdur: «Məhəmməd mənim Əbu Bəkrin belindən gələn oğlumdur».)

1 Siz dördayaqlılar kimi ağılsızsınız. Buna görə dözümsüzlükdən müharibənin çətinliklərinə sinə gərmir, düşmənin qarşısını almırsınız.

2 Öz məqsədlərimə çatmaq üçün zülmkarlar kimi sizlərdən bəzilərini öldürə ya həbs edə bilirəm ki, başqaları ibrət götürüb, qorxularından mənə itaət etsinlər.

1 Siffeyn döyüşündə Şam qoşunu məğlub olduğuna görə Əmr ibn Asın göstərişilə Quranları nizələrə taxaraq, özlərini aciz yazıq göstərdilər. Bu hiylə, məkr nəticəsində İraq qoşunu onlarla döyüşdə süstləşdi, qazanacaqları mütləq qələbədən keçərək döyüşə son qoydular.

1 Bu müharibədə çox əziyyət çəkdiniz fəth, qələbə sizə yaxın olduqda aldanaraq onu əldən verdiniz. İki hakimin hökmünə razılaşaraq İmamınızın sözünə əməl etmədiniz. Özünüzü başçısız fərz etdiniz. Beləliklə, yadelli düşmən şəhərlərinizi ələ keçirib sizə hakim kəsildi.

2 Bəsrə camaatı ilə müharibədən sonra Şam camaatı ilə müharibə baş verdiyindən sizin şəhərinizdə qalmağa məcbur oldum.

3 Qiyamətdə öz sözlərinin cəzasını çəkəcək ya o Həzrətin vəfatından sonra Bəni Üməyyənin onlara hakim kəsilməsilə o böyük şəxsiyyətin gələcəkdən verdiyi bütün xəbərlər aydın olacaq.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin