Bu gün cümə günüdür. Məktəbdə son gündür. Şənbə-bazar günü uşaqlar dincəlirlər. Pako Tokonu evlərinə dəvət etdi, çünki şənbə günü istirahət günü idi və dərslərə hazırlaşmaq lazım deyildi
Bu gün cümə günüdür. Məktəbdə son gündür. Şənbə-bazar günü uşaqlar dincəlirlər. Pako Tokonu evlərinə dəvət etdi, çünki şənbə günü istirahət günü idi və dərslərə hazırlaşmaq lazım deyildi. Dostlar bütün axşamı birlikdə keçirdilər. Əvvəlcə nahar etdilər. NaharaPako dostunu şorbaya, pitsaya və limonada qonaq etdi. Desert üçün isə şokoladlı peçenye yedilər. Nahardan sonra dostlar “play station” oynamağa başladılar. Tokonun yeni, 2012-ci il futbol oyunları var idi. Dostlar böyük həvəslə oynayırdılar. Pako “Barselona” idi, Toko isə - “Real”. Oyun heç-heçə başa çatdı və hər iki dost sevindi. Oyundan sonra dostlar televizora baxdılar. Televizorda “Hari Poter” verilirdi. “Hari Poter”-i seyr etmək də uşqlara zövq verdi, televizoru seyr etdikdən sonra mütaliə vaxtı da çatdı. Toko və Pako qərara aldılar ki, kitabı ayrı-ayrı oxusunlar və sonra bir-birinə danışsınlar. Toko Vaxtanq Qorqasalinin həyatı haqqında kitab oxudu, Pako isə - Makedoniyalı İsgəndər haqqında. Sonra bir-birinə oxuduqlarını danışıb Vaxtanq Qorqasali və Makedoniyalı İsgəndərin qüvvəsi haqqında mübahisə etdilər. Hər ikisinə öz qəhrəmanları daha güclü görünürdü.
Elə bu vaxt gecə də düşdü. Uşaqlar şam yeməyini yedilər. Şam yeməyindən sonra bir az şahmat və şaşki oynadılar və yatmağa hazırlaşdılar. Yatmazdan öncə hər ikisi əl-üzünü yuyub dişlərini fırçaladı. Sonra pijamalarını geyinib razı halda yatdılar. Hər ikisi şirin yuxu gördü.