Psixoloji fəndlər
Hamı bilir ki, işləmədiyiniz müddətdə iş axtarışları çətin psixoloji sınaqdan başqa bir şey deyildir. Sizin buna hazır olmağınız lazımdır. Professor Kuperin qeyd etdyi kimi “siz dərk etməlisiniz ki, sizə rədd cavabı veriləcəkdir. Faktiki olaraq siz nə qədər aktiv olsanız bir o qədər rədd cavabı olan məktublar alacaqsınız. Bununla belə aktiv olaraq qalmaq, gündəliyə riayət etmək və pozitiv olaraq köklənmək lazımdır.”
Siz motivasiyanızı saxlamaq üçün sadə psixoloji fəndlərdən istifadə etməyin vacibliyini aşkara çıxara bilərsiniz. Məsələn:
-
İş axtarışlarının əsas məqsədlərini qeyd etmək və mütəmadi olaraq onlara qayıtmaq;
-
İş axtarışı ilə əlaqədar yerləşdiyiniz otaqda əsas məqsədlərinizin qeyd olunduğu kağızın divardan asılması üzərində fikirləşin;
-
Öz iştirakınızla olan müsbət xəyallar qurun. Məsələn, əgər hiss edirsinizsə motivasiyanız aşağı düşür, gözlərinizi bağlayın və təsəvvür edin ki, qapı ağzındakı xalçanın altından məktubu çıxarıb açaraq oxuyursunuz: “Böyük məmnuniyyətlə sizə ............ vəzifəsini təklif edirəm”. O andakı hisslərinizi təsəvvür edin: bu müvəffəqiyyət hisslərindən doğan həyəcan olacaqdır.
-
əgər müəyyən günlərdə hiss edirisinizsə gücünüzü itirməyə başlayırsınız o zaman yenidən “mühərrikinizi işə salmaq” üçün stimullardan istifadə edin. Enerjinizi yüksəldəcək hər hansı musiqi varmı? Yəqin ki, o vaxt müəyyən idman hərəkətləri etmək və ya yarım saatlıq gəzintiyə çıxa bilərsiniz. Bu hərəkətlər “xoşbəxtlik” hormonları olan endorfinin əmələ gəlməsi ilə sizə müsbət əhval-ruhiyyə bəxş edəcəkdir.
-
Günün sonunda ilk olaraq sabah üçün görüləcək işləri qeyd etmək lazımdır ki, bu da o günün tapşırıqları olacaqdır.
-
Sizi dəstəkləyən və pozitiv olaraq köklənmiş tanışlarınızla mütəmadi olaraq söhbət etməyi bir qayda olaraq qəbul edin. Neqativ əhval-ruhiyyəli insanlardan uzaq durun.
İş axtarma prosesinin müəyyən aspektləri sizin üçün çətin ola bilər. Elə olduğu təqdirdə onu dəf etməyin asan yolları haqqında düşünün. Onların sizə niyə əziyyət verməsi haqqında düşünün.
Məsələn, siz elə tip insanlara aid ola bilərsiniz ki, yaxşı tanımadığınız və ya ümumiyyətlə tanımadığınız insanlara mümkün işədüzəlmə mövzusunda müraciət etməyə qorxursunuz. Nəticə etibarı ilə siz əldə etmək istədiyiniz işdən imtina etmiş və uzaqlaşmış olurusunuz.
Planlarınızın pozulmasına imkan verməyin. Ola biləcək ən pis şeyi təsəvvür edin. Əgər siz tanımadığınız bir insana zəng vurursunuzsa və söhbətiniz istədiyiniz kimi alınmırsa pis nəticə olaraq nə baş verəcək? Bəli zəng sizə probleminizin həll olunmasında və iş axtarışında kömək etməyəcəkdir. Baş vercək ən pis hal odur ki, bir dəqiqə əvvəl sizə yad olan bir insan, telefon dəstəyi asıldıqdan sonra da yad olaraq qalacaqdır. Digər tərəfdən siz heç bir şey itirmirsiniz, əksinə nə isə əldə edə bilərsiniz. Bu sizi “ideal” işə aparacaq insan ola bilər.
Autpleysment üzrə xidmətlər
İşəgötürən və işçi arasında müasir psixoloji müqaviləyə əsasən işçinin öz karyera inkişafına görə məsuliyyət daşımasından ibarət olmasına baxmayaraq, işdən azad edərkən onlar vicdan əzabı çəkirlər. Bundan başqa işəgötürənlər bilirlər ki, işdən azad etmək, işdə qalan insanları məyus edə bilər. Bu insanlar öz iş yerini saxlamaqdan ötrü narahatçılıq keçirə və həvəsdən düşə bilər. Xüsusi ilə azad olunmuş insanla pis rəftar edilibsə bu yaxşı nəticə verməz.
Nəticədə işəgötürənlər autpleysment üzrə xidmətlər göstərən firmanın xərclərini ödəməkdə maraqlı olur və azad olunan işçilərin iş axtarışını asanlaşdırmaq üçün mütəxəssis köməyi və vakansiya axtarma mənbələrinin tapılmasını təklif edir. Bu cür xidmətlərə sahibkarlar tərəfindən çoxlu sayda işçilərin və ya rəhbər vəzifəli şəxslərin ixtisara salınması hallarında müraciət edilir.
Autpleysment nəyi ifadə edir
Bir çox insanlar işdən azad olmayana qədər autpleysment mütəxəssisləri ilə rastlaşmazlar. Autpleysment işdən azad olunan insanların yeni iş axtarışlarında necə hərəkət etmələrini və axtarışın müxtəlif mərhələlərində köməkliyin göstərilməsini ifadə edir. Burada konkret vakansiya axtarışı ilə məşğul olan məsləhətçi nəzərdə tutulmur. İşədüzəltmə və məsləhət xidmətlərinin fəaliyyəti konkret şəraitdən asılı olaraq müxtəlif şəkildə özünü biruzə verir. Məsəslən: əgər bir qrup işçi işdən azad olunubsa, sahibkar məhdud bir zamanda bu sahədə xidmət göstərən xüsusi şirkətlərin adam başına xərclərini ödəyə bilər ki, iş tapılmasında kömklik göstərsin. Bu müddət bitdikdən sonra, məsələn, üç aydan sonra onlar artıq sərbəst fəaliyyət göstərəcəklər. Bu cür qrupların yaradılması aşağıdakı mövzuda seminarların keçirilməsini də ifadə edə bilər:
-
bacarıqlarınızın müəyyən edilməsi;
-
əmək bazarı haqqında anlayışın verilməsi;
-
tərcümeyi-halın hazırlanması;
-
işə qəbul olunarkən anketin doldurulması;
-
müşaiyət məktublarınını doğru tərtib edilməsi;
-
müsahibəyə hazırlıq;
-
iş axtarışının idarə edilməsi.
İşədüzəltmə və məsləhət xidmətləri ilə məşğul olan şirkətlər bir qayda olaraq əsas məsləhətlərini və tərcümeyi-hal və məktubların nümunəsini özündə əks etdirən ümumiləşdirilmiş təlimatlar əsasında fəaliyyət göstərirlər. Onlar həmçinin iş axtarışlarında köməklik edəcək müxtəlif materiallar, İnternet və kompüter çıxışına malik vakansiya bazası ilə də təmin edirlər. Bundan başqa sizin effektiv iş axtarışınızı təmin etmək və konkret məsələlərinizi müzakirə etmək üçün məsləhətçinin ayrılması nəzərdə tutula bilər. Autpleysment xidməti göstərən Penna Sanders and Sidney şirkətinin məsləhətçisi Hazel Banston belə deyir:
“İşdən azad olunan iş təminatında ən çətin məsələ onun “özünün “nəyə uyğun olduğunu” başa düşməsi və özünü təhlil etməsidir. İnsanlar işsiz qalan kimi təsadüfi qaydada ərizə verməyə başlayır və alternativ tapmamaq qorxusu altında ona uyğun olmayan iş təkliflərini də qəbul edir. Siz hər zaman işdən azad olunmanı karyeranızın yeni mərhələsi olaraq qəbul etməli və düşünülməmiş qərar verərək təlaşa düşməməlisiniz. Azad olunmağınız üçün verilən müavinəti təyinatına görə, yəni, yeni uyğun iş axtarışi üçün istifadə edin.”
İşdən azad olunan insanın vəzifəsi nə qədər yüksək olarsa və autpleysment şirkətlərinə keçmiş sahibkar nə qədər çox pul ödəyərsə məsləhət xidməti bir o qədər geniş həyata keçirilir. Yüksək vəzifəli şəxslər üçün belə xidmətlərin ödənilməsi müddətsiz və iş tapana qədər davam edə bilər. Bu xidmətlərə psixoloq xidməti, şəxsi karyera planlarının hazırlanması və bu şəxslərin “beyin ovçularına” (head hunter) təqdim edilməsi daxil ola bilər.
Vəzifəli şəxslərin autpleysment xidməti ilə məşğul olan Stork&May karyera strategiyası üzrə məsləhət agentliyinin təsisçisi və partnyoru Toni Mey belə deyir:
“Bizdə mütəmadi olaraq “beyin ovçuları” ilə görüşlər keçirilir. Biz o sahədə işləyən əsas insanları tanıyır və mövcud vakansiyalardan xəbərdarıq. Bizim özəl səhmdar cəmiyyətlərlə yaxşı əlaqələrimiz olmaqla fumksional direktorlar vakansiyası və müvəqqəti inzibati vəzifələr haqqında məlumatlarımız var. Həmçinin biz bu bazarın əsas oyunçularını tanıyırıq.”
Autpleysment xidməti göstərən şirkətlər, həmçinin qara PR-dan əziyyət çəkmiş yüksək ixtisaslı mütəxəssislərə məsləhət xidməti göstərə bilər və onların hansı ehtimalla yüksək vəzifə tapa bilmələrini müəyyən edə bilər və ya başqa biznesə investisiya qoymalarını tövsiyyə edə bilər. Stork&May şirkətinin müvəffəqiyyəti məsləhətçinin hər bir insana kifayət qədər vaxt sərf etməsindən ibarətdir. Bu səviyyəli xidmət heç də ucuz deyil. Yüksək vəzifə sahibi olmuş bir insan üçün sahibkar məsləhətçi şirkətə müddətsiz, şəxsi və tam dəstək verilməklə 30 min funt və daha çox pul ödəyə bilər.
Autpleysmentdən maksimum faydanın əldə edilməsi
Əgər sizə keçmiş sahibkar tərəfindən autpleysment şirkətinin xidməti təklif edilirsə o zaman siz bütün prosesə təsir edə bilər və təklif olunanları diqqətlə yoxlaya bilərsiniz. Sizə hansı səviyyədə xidmət göstəriləcəkdir? Sizə şirkətin məsləhətçisinə istədiyiniz vaxt zəng etmək və söhbət etmək imkanını veriləcəkmi? Bu xidmətdən hansı müddətdə istifadə edə biləcəksiniz? Bu xidmətlər sizin üçün həqiqətən vacibdirmi?
Vəzifəniz nə qədər yüksək olarsa sizin autpleysment şirkəti seçiminə təsir etmək ehtimalınız olacaqdır. Müxtəlif şirkətlərə baş vuraraq, nəyin və hansı qiymətə təklif olunduğunu müəyyən etməyə çalışın.
Bir çox şirkətlər sərbəst şəkildə müraciət edən şəxsləri qəbul etmir, bəziləri isə edir. Əlbəttə ki, onlardan gələn gəlir korporativ müştəriyə nisbətən az olacaqdır. Ancaq fərdi müştəri şirkət üçün böyük əhəmiyyət kəsb edir. Dolayısı ilə siz əmin ola bilərsiniz ki, pul ödəyərək siz maksimum fayda əldə etmiş olacaqsınız. Qərar qəbul etməzdən əvvəl şirkətin fəaliyyəti və təklif etdiyi xidmətlər haqqında məlumat əldə etmiş olduğunuzdan əmin olun.
Nəticələr
-
İşdən azad olunduqdan sonra iş axtarışı sizin üçün çətin psixoloji sınaq ola bilər. Buna görə də siz belə qaçınılmaz emosional hallara hazır olmalısınız.
-
İş axtarışını adi işinizin olduğu kimi münasibət bəsləyin.
-
İş axtarışı ilə məşğul olmaq üçün gündəlik tərtib edin və ev işlərinə aludə olmayın.
-
Tövsiyyə olunan iş axtarışı mərhələlərinə riayət edin. Məqsəd və bacarıqlarınızı müəyyən edin. Müsbət nəticə verəcək axtarış texnologiyalarını tətbiq edin.
-
Müsbət əhval-ruhiyyə saxlamaq, özünü xoşbəxt hiss etmək, həmçinin müsbət əhval-ruhiyyəli insanlarla mütəmadi əlaqə saxlamaq kimi psixoloji fəndlərdən istifadə edin.
-
Əgər sizin autpleytsment şirkətinə çıxışınız varsa xidmətin müddətindən asılı olmayaraq bu işdən maksimum faydalanmaq lazımdır.
-
Əgər məsləhət şirkətinin seçilməsinə təsir etmək imkanı varsa hansı xidmətlərin göstərildiyini, müddətin və qiymətin nə olduğunu dəqiqləşdirin. Fərdi yanaşma prinsipi ilə işləyən şirkətləri tapmağa çalışın.
Fəsil 5. Effektiv hazırlıq
Əgər siz fantasitk dərəcədə “bəxtli” və ya çox sayda əlaqələrə sahib şəxs deyilsinizsə, o zaman iş axtarışında çevik ola bilməyəcəksiniz. Karyerasına başlamış bir çox adi insanlar üçün əldə etdikləri təcrübə onların iş axtarışını istiqamətləndirməsinə təsir edir. Əvvəllər və indi etdikləriniz sizə gələcəkdə nə edəcəyinizi müəyyən etməyə kömək edir.
Lakin sizin iş istiqamətinizi dəyişməkdən və növbəti mərhələdə “ideal” iş əldə etmək istəyinizdən asılı olmayaraq əvvəlcədən hazırlıqlı olmaq müvəffəqiyyət üçün ən effektiv üsullardan sayılır.
Tədqiqatın dəyəri
Bir müvəffəqiyyət əldə edə bilməyən namizəd belə deyir: “Mən üç ayda şirkətlərə 200 məktub göndərdim və heç bir təklif almadım.”O elə təsəvvür edir ki, vakansiya tapmaq üçün çox çalışıb, lakin bütün cəhdləri boşa çıxıb. Daha dəqiq ifadə etsək, o cəhd göstərib, lakin onun problemi bu cəhdlərin bir yerə toplanmasının aşağı səviyyədə olmasıdır.
Əsaslı öyrənmə, iş axtarışı prosesinin hər bir mərhələsində müvəffəqiyyətin açarıdır. Bu daha çox cəmləşmiş iş axtarışına ilham verir ki, burada “seçmə” üsulundan istifadə edilmir. Yəni, anketlər və sorğular təsadüfi seçilmiş təşkilatlara göndərilmir. Əsaslı öyrənmə aşağıdakılara kömək edəcəkdir:
-
Bazarın vəd verici sahələrini müəyyən etmək;
-
Potensial iş imkanlarına hədəflənmək;
-
İlk mərhələdən müəyyən edilmiş işəgötürənin tələblərinə uyğunlaşmaq;
-
Tərcümeyi-halın relevantlığını artırmaq;
-
Müsahibədən keşmənin keyfiyyətini artırmaq.
Bazarın vəd verici sahələrini müəyyən etmək
İqtisadi həyatın mahiyyəti ondan ibarətdir ki, bir sahə çox sürətlə inkişaf etdiyi halda, başqa sahələrdə enmə baş verir. İnkişaf etməkdə olan sənaye sahələrinin müəyyən edilməsi böyük ehtimalla müsbət nəticələr verəcəkdir.
Siz biznes nəşrləri gözdən keçirən və ya qiymətli kağızlar bazarında ən yüksək qiymətlərə sahib şirkətlərin səhmlərini nəzarətdə saxlayan şəxslərin faydalı təcrübəsindən istifadə edə bilərsiniz. Əgər müəyyən sahədə fəaliyyət göstərən şirkətin səhmlərinin qiyməti artırsa bu çox yaxşı işarədir və maliyyə təhlilçiləri və inverstorlar bunun inkişafından əmin olacaqlar.
Əlbəttə işlərin indi yaxşı getməsi onun daim belə olacağını göstərməz. 2000-ci ildə dot.com şirkətinin iflasa uğraması buna nümunə ola bilər. Çünki, Londonun maliyyə dairələrinin investorları üçün qızıl mənbəyi sayılan şirkət, səhmdarlara olan etibarın itməsi ilə anında iflasa uğrayır. Bununla belə gələcəklə əlaqədar əlverişli proqnozların müəyyən edilməsinə cəhdlər göstərmək özü də bir faydalı məşğuliyyətdir.
Orta və uzunmüddətli demoqrafik inkişaf tendensiyaları da nəzərə alınmalıdır. Məsələn, Böyük Britaniya əhalisinin qocalma faktı “ağsaçlı funtlar” baxımından əhəmiyyət kəsb edəcəkdir. Daha doğrusu böyük yaş qrupları üçün nəzərdə tutulan xidmətlər get-gedə istehlak bazasının genişlənməsinə səbəb olacaqdır.
Potensial iş imkanlarına hədəflənmək
Əgər sizi cəzb edən maraqlı bir sahə varsa, sizin imkanlarınızın nə olduğunu bilmək üçün onu daha diqqətlə incələmək lazım gələcəkdir. Məsələn, sizi informasiya texnologiyaları sahəsi maraqlandırır. Bu anlayış adı altında bir çox alt sahələr mövcuddur: proqram təminatının inkişafı, avadanlıq, veb-dizayn, məsləhət təkilfləri və s.
Sizin seçəcəyiniz sahə bacarıqlarınızla müəyyən edilə bilər. Əgər siz proqramçısınızsa fəaliyyətinizi bu istiqamətdə davam etməyə şad olarsınız. Sizin axtarışlarınız isə daha çox proqram təminatının inkişafı üzərində cəmləşəcəkdir. Lakin siz marketinq sahəsində peşəkarsınızsa seçiminiz daha çox olacaqdır. İnformasiya texnologiyaları sənayesinin alt sahələrinin hər hansı biri digərlərinə nisbətən müvəffəqiyyət qazana bilirmi? Hansı şirkətlər yeni istiqamətləri inkişaf etdirərək böyüyür və yeni işçilərə tələbatı yaranır? Bunlar perspektivli işəgötürənlər olmaqla sizdə də potensial maraq oyada bilər.
Müəyyən edilmiş işəgötürənin tələblərinə uyğunlaşmaq
Seçdiyiniz sahəni tədqiq etdikdən sonra bir neçə potensial işəgötürəni müəyyən etməlisiniz. Sizin tədqiqatınız ilkin müraciətinizin konsepsiyasını müəyyən edə bilər. Bu mövzuya 12-ci bölmədə ətraflı baxılacaqdır.
Əgər siz elan edilmiş vakansiyaya münasibətinizi bildirirsinizsə, bu şirkətin effektiv olaraq öyrənilməsi, sizə müşaiyət məktubunda bu şirkət haqqında əldə etdiyiniz informasiyadan faydalı şəkildə istifadə edə bilərsiniz. Bu ən son satınalmalar, sövdələşmələr və yeni buraxılan məhsul haqqında informasiya ola bilər.
Tərcümeyi-halın cəlb edici olmasını artırmaq
Vacibdir ki, sizin tərcümeyi-halınız konkret bir təşkilatı maraqlandırsın. Təşkilat haqqında nə qədər çox məlumata sahib olsanız, diqqəti cəlb etmək üçün daha yaxşı tərcümeyi-hal hazırlayacaqsınız.
Siz işlədiyiniz sahəni dəyişdirməyə çalışsanız belə öz bilik və bacarıqlarınızı yeni bir sahədə tətbiqini mümkün hesab edə bilərsiniz. Siz peşəkar hüquqşünas olaraq vəkillik xidməti göstərən şirkətdən, konsaltinq şirkətinə korporativ hüquqşünas vəzifəsinə keçmək istəyirsiniz. Siz bu sahibkarın bir neçə gün əvvəl bir fransız törəmə şirkətini aldığı haqda məlumat almısınız. Tərcümeyi-halınızda nəinki frsansız dilinin öyrənilməsinə dair dərəcənizin olmasına, hətta kommersiya mövzularında sərbəst danışma bacarıqlarınıza dair məlumatlarda yer almalıdır.
Müsahibədən keçmənin keyfiyyətini artırmaq
Müsahibə mərhələsinə çatdıqda, bundan əvvəl öyrəndikləriniz sizə digər namizədlərlə müqayisədə üstün olmağınıza səbəb olacaqdır. Əgər nəzərdə tutulan söhbətin mövzusuna (işəgötürən, sahə və sizin bacarıqlarınız) yaxşı bələd olsanız, müsahibə keçmək üçün otağa daxil olanda daha az həyəcan keçirəcəksiniz. Müsahibə götürənlərə o namizəd xoş təsir bağışlayır ki, şirkətin sahibi və fəaliyyəti haqqında məlumatlar əldə etmiş olsun. Siz həmçinin çox az ehtimalla bilmədiyiniz mövzularla qarşılaşmayacaqsınız.
Bütün mənbələrin işə salınması
Müxtəlif məlumat mənbələri mövcuddur. Bunlar:
Müxtəlif sahələrin dinamika səviyyələrinin öyrənilməsində (hansı şirkət inkişaf edir, hansı aşağı enir) əvəzolunmaz mənbə olmaqla, ən effektiv işəgötürənlər haqqında təsəvvürün yaranmasına səbəb olur.
Sahibkarların özləri haqqında məlumat vermələri üçün yaxşı mənbə sayıla bilər.
-
Radio və televiziya xəbərləri
Mətbuatda olduğu kimi, iri şirkətlərdə gedən genişlənmə və ştatların ixtisar planı bu məlumatlarda öz əksini tapacaqdır.
-
Peşəkar jurnallar və sahə nəşrləri
Bir çox sənaye sahələri və biznes strukturlarının öz nəşrləri vardır ki, orada fəaliyyət göstərdikləri sahələrə aid zəngin məlumatlar yer alır.
Sənaye müəssisələri get-gedə daha intensiv olaraq İnternetdə fəaliyyət göstərdikləri sahələr üzrə məlumat göndərən mərkəzlərin xidmətindən istifadə edirlər.
-
Sənaye, ticarət və peşəkar təşkilatlar
Bu təşkilatlar onlara üzv olan şirkətlər haqqında məlumatlar təqdim edə bilərlər. Bəzilərində isə potensial vakansiyalara istiqamətlənməkdə kömək edəcək karyera üzrə məsləhətçilər də fəaliyyət göstərir.
Ticarət palataları və dövlət tərəfindən dəstəklənən digər yerli təşkilatlarda genişlənməkdə olan müəssisələr haqqında məlumatlar yer alır.
-
Konfranslar haqqında informasiya
Müxtəlif biznes sferalarında və bir çox sənaye sahələrində mütəmadi olaraq konfranslar keçirilir ki, burada cari aktual məsələlər müzakirə olunur. Bu sahədə vəziyyətin gərgin olub-olmadığını öyrənmək üçün orada iştirak etməyiniz vacib deyil. Jurnallarda bu hadisələr haqqında reklam xarakterli məlumatlar yer alır.
Bu yarmarkalar özlərinə kiçik idarəetmə vəzifələri axtaran insanlar üçün faydalı ola bilər. Adətən belə yarmarkalarda özlərinə işçi axtaran çoxlu şirkətlər iştirak edir.
Məxfi informasiyalar olan, şirkətin genişlənməsi və ya kiçilməsi, işçi çatışmamazlığı və azad olmalar haqqında şaiyələr sizə lazımi anda, lazımi işəgötürənlərlə əlaqə qurmaqda köməkli edəcəkdir.
İnternet resursları
Yuxarıda qeyd edilən mənbələr çoxdan mövcud olmaqla iş axtaran insanlara tanışdır. Lakin müasir namizədlər, on il bundan əvvəl iş axtaranlarla müqayisədə çox üstündürlər. İnternet resurslarının genişlənməsi faktiki olaraq istənilən mövzuda əlçatan informasiyanın əldə edilməsi deməkdir.
Əgər evinizdə İnternetə çıxış varsa bu vaxt baxımından mümkün işəgötürənlər haqqında əlavə informasiya əldə etmək üçün müsbət haldır.
İnternet resurslarına aşağıdakılar daxildir:
-
Xəbərlər xidməti və on-line qəzetlər
Konkret bir sahəyə həsr olunmuş on-line qəzetlərdə iri təşkilatlarla əlaqədar son hadisələr haqqında məlumatlar verilir. Bundan başqa ənənəvi milli qəzetlər tez-tez öz məqalələrini veb-səhifələrdə yerləşdirirlər. Bəziləri isə faydalı axtarış imkanları da təklif edir. Siz aşağıdakı saytlara baxa bilərsiniz:
www.ft.com Rusiyada: www.rdu.ru
www.guardian.co.uk www.job.ru
www.telegraf.co.uk www.headhunter.ru
www.thetimes.co.uk www.resume.ru
-
Şirkətlərin veb-səhifələri
Hal-hazırda kiçik və orta şirkətlərin belə veb-səhifələri mövcuddur. Onlarrın təklif etdiyi informasiya çox müxtəlifdir. Bəziləri yalnız öz ünvan və əlaqə nömrələrini qeyd edir. Digərləri isə öz məhsul və xidmətləri haqqında məlumatları, illik hesabat, korporativ prinsiplər və əvvəlki illərə aid press-relizləri yerləşdirir. Çox vaxt şirkət rəhbərlərinin tərcümeyi-halları da verilir. Lakin ən əsası odur ki, orada cari vakansiyalar haqqında on-line məlumatlar ola bilər.
-
İş haqqında İnternet səhifələri
Bu İnternet səhifələri nəinki mümkün vakansiyaları təqdim edir, hətta hal-hazırda hansı sahədə daha intensiv işə qəbul prosesi baş verdiyini də müəyyən edir. Buna 8-ci bölmə olan “Elan edilmiş vakansiyalar”da yenidən baxılacaqdır.
Səlahiyyətli orqanlara aid peşəkar təşkilatlar öz üzvlərinin veb-səhifələrinə olan istinadları yerləşdirməklə müəyyən imkanlar yaradırlar. Şirkətlər haqqında məlumatları özündə əks etdirən digər İnternet-səhifələri də geniş axtarış imkanları üçün faydalı ola bilər.
İşəgötürənin öyrənilməsi
İşəgötürən müəyyən edilərkən bəzi şeylər var ki, onlara diqqət yetirmək lazımdır. Bunlar:
-
Maliyyə fəaliyyətinin son nəticələri
Təşkilat böyümə mərhələsindədirmi və ya gəlirinin azalma təhlükəsi mövcuddur?
-
Son kommersiya hadisələri
Şirkətin rəqibləri varmı?
-
Təşkilatla əlaqədar digər hadisələr
Struktur dəyişiklikləri və ya idarəetmədə “yer dəyişmə” baş vermişdirmi? Təcrübənizdə sizi maraqlandıran şirkətin rəhbərliyi ilə sizin aranızda olan istənilən məlumatı axtarıb tapmağa çalışın. Məsələn: maliyyə direktorunun sizin keçmiş mühasibat şirkəti ilə hər hansı bir əlaqəsi olubmu?
Şirkətin sizə üstünlük verəcək regional mərkəzi varmı? Şirkətin hər hansı xarici ölkələrlə əlaqəsi varmı ki, siz onu öz xeyrinizə istifadə edə biləsiniz?
-
Yüksək texnologiya məsələləri
İşəgötürən, sizin təcrübənizə, bilik və bacarıqlarınıza uyğun olan texnoloji sistemin tətbiq edilməsinə dair hər hansı bir məlumat vermişdirmi?
Şirkət özünü necə qəbul edir? Bu “böyük”, “əcayib” şirkətdir yoxsa uzunmüddət fəaliyyət göstərən korporativ cəmiyyətin üzvüdür? Sahə ekspertləri şirkəti necə qiymətləndirir? Onun mədəniyyəti sizin dəyərlərinizə cavab verirmi?
-
Mətbuatda şirkət haqqında mənfi rəylər
Təşkilat əməkdaşlarla pis rəftar etdiyinə və ya aşağı keyfiyyətli məhsul və xidmətlər istehsal etdiyinə görə mətbuat tərəfindən tənqid edilibmi?
Bu cür informasiyalar sizə zəif perspektivli şirkətlərdən uzaqlaşdıraraq, əməkdaşlarına yüksək qiymət verən şirkətlərə doğru yönəldəcəkdir. Bu nəinki vaxtınıza qənaət etməyə, hətta təşəbbüs göstərməyinizə də kömək edəcəkdir.
Kiçik və orta müəssisələrin vacibliyi
Bir çoxlarımız iri şirkətlərin adlarını bilirik. Biz onları mətbuatda, televiziyada və aldığımız malların reklam olunduğu plakatlarda görürük. Təbii olaraq bir çox iş axtaran insanlar axtarışlarını bildikləri şirkət adları ilə məhdudlaşdırırlar. Lakin özünüzü bu qədər məhdudlaşdırmağa dəyməz.
FTSE-100 kateqoriyasına aid olan şirkətlərin (“Financial Times” qəzeti tərəfindən 100 aparıcı səhmin kursu əsasında dərc olunan indeks) sədrlərinə, icraçı direktorlarına və ya insan resursları şöbəsinin rəhbərlərinə məktublar göndərməklə böyük ehtimalla boş vaxt və əmək sərf etmiş olacaqsınız. Hər hansı əsaslı səbəb olmadan niyə görə şirkət və ya onun rəhbərliyi məhz sizin namizədliyinizə baxmalıdır? Problem ondadır ki, bu cür böyük təşkilatlar diqqət mərkəzində olduğu üçün onlara birbaşa müraciət edənlərin sayı da çoxdur.
Lakin müdrik namizədlər nəhəng korporasiyaların xaricində olan, zəngin peşəkar imkanlar təmin edən kiçik və orta müəssisələrə üstünlük verirlər. Ticarət və sənaye nazirliyinin (Böyük Britaniya) məlumatına əsasən bu cür şirkətlər Böyük Britaniya əhalisinin 55%-nin məşğulluğunu təmin edir. Böyük Britaniyanın mövcud 3,7 milyon şirkətin 99,2%-nii kiçik kateqoriyalı (50 işçisi olan), 0,8%-nii orta kateqoriyalı (50-dən 249-a qədər qədər işçisi olan) və yalnız 0,2%-ni (7000-ə yaxın şirkət) təşkil edir (500-dən yuxarı işçisi olan).
Namizədlərə yaxşı işəgötürəni tapmaq çətin olduğu kimi, kiçik və orta şirkətlər də özlərinə yaxşı menecer və işçi tapmaqda çətinlik çəkirlər. Lakin siz lazım olan sahə üzrə bilik və bacarıqlara sahib olsanız, kiçik və ya orta şirkət sizin namizədliyinizə baxmağa yalnız şad ola bilər.
İnkişaf etməsi vacib olan ambisiyalı kiçik və orta şirkətlər hər şeydən əvvəl öz işçilərinə vəzifə yüksəlişi və yeni perspektivlər təmin edə bilər. Siz bu təşkilata düşdükdən sonra kiçik dəryada böyük balıq olduğunuzu bildikdən sonra daha adlı-sanlı milli şirkədə işləməməyinizə görə narahatlıq keçirməyəcəksiniz. Bir çox insanlar öz əhəmiyyətlərini güclü dərk etmələri üçün kiçik və orta şirkətlərdəki şəraitə üstünlük verirlər.
Dostları ilə paylaş: |