Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1,1 Mb.
səhifə7/16
tarix07.07.2018
ölçüsü1,1 Mb.
#55925
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Ənənəvi agentliklər

Ənənəvi işədüzəltmə agentliklərin veb-saytlarında hal-hazırkı zamanda ehtiyac duyulan iş elanlarını yerləşdirirlər. Bu saytları gündəlik ziyarət edərkən əmək bazarının cari tələbatı ilə də tanış ola bilərsiniz.

Lakin, kompütersiz üsul hesab edilən bir neçə kadr agentliklərindən istədiyiniz məlumatları alacağınız kimi, əmək bazarının tələbatlarını tam qavramaq üçün bir neçə iş saytlarına girmək məsləhətdir.
İş haqqında universal saytlar

Müxtəlif sahələrdə iş axtaran namizədlər üçün elə universal internet-saytları var ki, monitoru tərk etmədən onlara geniş imkanlar açır. (monster.com, stepstone.com və ya gojobsite.com kimi saytlar buna nümunədir)

Digər tərəfdən, siz dəqiq iş sahənizi müəyyən etdikdən sonra əmin olmalısınız ki sizin axtarış sisteminiz tələbatlarınıza uyğun köklənmişdir. İstədiyiniz iş elanların siyahısı çıxmayanda bu məşğuliyyət sizə mənasız görsənir.
İxtisaslaşmış saytlar

İşlə bağlı üçüncü internet sayt tipi daha çox ixtisaslaşmış şirkətlər tərəfindən təqdim edilən, ixtisaslaşmış istehsal şirkətləri daxilində işədüzəltmə üzrə konsultasiya şirkətləri tərəfindən birgə yaradılmış saytlardır.

Jobsfinancial.com adlı ixtisaslaşmış saytın rəhbəri və əsasını qoymuş Alan Dikenson öz ideyasını belə izah edir:

Biz əmək bazarında mühasibat uçotu sahəsində ixtisaslaşmışıq ki, bu da kifayət qədər bizə xas hesab olunur. Bizə müraciət edən bütün kadr agentliklərinə öz elan yerlərimizi onlara ödənişli təqdim edirik. Bu o deməkdir ki, universal saytlardan fərqli olaraq daha az vakansiya sayımız var, lakin bütün bu vakansiyalar ancaq mühasibat uçotu vəzifələrini əhatə edir. Ayrı-ayrı konsultativ veb-saytları ziyarət etməkdənsə namizədlərə daha asan olardi ki, bütün vakansiyalara bir portal vasitəsilə baxsınlar. Bu üsul daha məqsədyönldür.
Onlayn rejimin üstünlükləri

Internet-saytlarda iş axtaran namizədlər üçün iş axtarma prosesi son dərəcə səmərəli şəkildə vaxt sərf etməkdir. Siz kifayət qədər əmək bazarının tələbləri ilə, mümkün vakansiyaların növləri və tələb olunan yeniliklərlə yaxından tanış ola bilərsiniz. Internetə çıxışınız olduğu təqdirdə istənilən zaman, sizə lazım olan tezlikdə iş axtarışı apara bilərsiniz, həmçinin istədiyiniz qədər bu prosesi ləngidə və ya tezləşdirə bilərsiniz. Ən əsası odur ki, bunu özünüz haqqında məxfi məlumatları orda yerləşdirmədən də edə bilərsiniz.

Hamıya məlumdur ki, zamanla ayaqlaşmaq üçün yeni yaranan işədüzəltmə internet-saytları ilə mütamadi olaraq maraqlanmalıyıq. Bəzən təsadüfi axtarışlar etmək lazım gəlir ki, əvvəllər görmədiyiniz saytları özünüz üçün aşkara çıxarasınız. İşlə bağlı iri universal saytlar namizədlər üçün milli televiziyada reklam kompaniyaları və ya elan lövhələri təşkil edirlər. Az miqdarda ixtisaslaşmış təşkilatalar, ixtisaslaşmış qəzetlərdə və ya ixtisaslaşmış mətbuatda elan verirlər, bu da sizə maraqlandıran nəşrləri tapmanıza imkan verir. Bundan başqa siz həmçinin, “İşədüzəltmə üzrə onlayn peşəkar assosassiya”nın veb-saytına da baxa bilərsiniz.
Korporativ veb-saytlar
Ayrı-ayrı korporativ veb-saytlar təşkilatların cari iş elanları barədə informasiyalarına malikdirlər. Əgər siz üstünlük verdiyiniz şirkətləri özünüz üçün müəyyən etmisinizsə və onların arasında iri şirkətlər varsa, onda onların saytların daxil olub, daxili vakansiya elanlarını gözdən keçirin. Əgər istədiyinizi tapmısınızsa onların tələblərinin sizin bacarıqlarınıza uyğun olub olmadığına fikir verin.

İş axtarmaqla bərabər hal-hazırda bu şirkətdə işləyənlərin qısa tərcümeyi-halları ilə tanış ola bilərsiniz. Bu məlumatlar sizə təşkilatın mədəniyyəti barədə və orada işləyənlərin xüsusiyytləri barədə təsəvvür yaratmağa kömək edə bilər.


Effektiv rəy

Elanın yazılı və ya internet vasitəsi ilə verilməsindən asılı olmayaraq vakansiyaya münasibətiniz müxtəlif ola bilər. Lakin, qəbul olunmuş bir neçə ümumi prinsiplər var ki onlara riayət etmək lazımdır:



  • Elanın mətnini diqqətlə oxuyun;

  • Elanın tələblərinə uyğun öz qabiliyyətlərinizi və bacarıqlarınızı tərcümeyi-halınızda qeyd edin;

  • Əsas olan üç-dörd şəxsi keyfiyyətinizi müşaiyət məktubunda qeyd edin;

  • Elan çıxandan sonra bir-iki həftə ərzində tərcümeyi-halınızı göndərməyə çalışın.


Mətni yoxlayın

Elanda iş təkilf edənlərə olan tələblər qısa şəkildə verilir. Siz, qısaltmaları yenidən incələməli və elanda göstərilən tələblərə cavab verdiyinizi anlamağa çalışmalısınız ki, son nəticədə də bu elana cavabınızı hazırlayasınız. Elanı yenidən nəzərdən keçirərkən aşağıdakılara fikir vermək lazımdır:




  • İş təklif edənin adı göstərilmir;

Bu əvəz ediləcək işçinin vakansiyadan xəbəri olmaması üçün edilir. İkinci variant kimi, işədüzəltmə üzrə mütəxəssis çox güman ki, əmək haqqı barədə yazmaq istəyir, amma bu kommersiya sirri olduğu halda adını göstərmir. Başqa səbəb kimi namizədləri uzaqlaşdırmamaq məqsədilə şirkət mətbuatda pis ad qazandığından öz adını göstərmək istəməməsi zamanı olur.




  • Təşkilatın təsviri;

Elanda “Şirkət son dərəcə sürətlə inkişaf edir” yazılması təşkilatın idarəetmə sisteminin inkişafla bacara bilməməsi və sizin strukturlaşmamış, formalaşmamış bir işə qəbul olacağınız mənasına gələ bilər.

“Tezliklə şirkətin strukturunun yenidən təşkili ilə bağlı” tipli qeydlərin elanda olması işçilərin yaxın zamanlarda azad olunmasına dəlalət edir. Əgər beynəlxalq şirkət “bizim yaxınlarda yeni birləşməyimiz”ə əsaslanırsa, onda ehtiyatlı olun, bu yeni idarəetmə sisteminin hələ tam bitməməsi deməkdir.


  • Şirkətinin yeri haqqında qeyri-dəqiq məlumat;

Ümumi olaraq “Cənubi-Şərqdə yerləşir” kimi təsvir edilən şirkətin kifayət qədər uzaq və qeyri-məşhur bir yerdə olması deməkdir.




  • İşin təsvirinin qeyri-dəqiq olması;

İş nə qədər az təsvir edilirsə, bir o qədər də bu iş az cəlbedici olur. Məsələn, maliyyəçilər “daxili audit” vəzifəsinə rast gələndə bu işi bəyənməyib yan keçə bilərlər, lakin, iş təklif edən bu elanı “məsuliyyətli maliyyəçi vəzifəsi” kimi verərsə onda elana cavab daha çox olar.




  • İşin xüsusiyyəti;

İş təsvir edilərkən mütamadi olaraq ezamiyyətlərin olacağı barədə məlumatlar verilir: bu ya xaricdə bir neçə dəfə olmaq və ya gündəlik olaraq xarici aeroport mehmanxanalarında görüşlərdə iştirak etmək kimi də başa bilər. Unutmayın ki, ezamiyyətlər hər zaman gözəl yerlərə olmur.




  • Namizədlərin keyfiyyətlərinin təsviri;

Elanda bir qayda olaraq, namizəddə axtarılan keyfiyyətlər təsvir edilir. Bu bəndləri diqqətlə araşdırın: “dayanıqlı olma” deyiləndə, iş təklif edənin mədəniyyətinin ya sərt xarakterli olmasından xəbər verə bilər; “təsir etmə qabiliyyətinə malik olma” deyiləndə, satış sahəsində müştərilərlə iş aparmaq istəyi ola bilər; “yüksək kompüter bacarığının olması” təklif olunan işə aidiyyatı yoxdursa, onda bu o deməkdir ki, rəhbərin informasiya texnologiyalarına və elektron poçta çox fanatik münasibəti var.



  • Kompensasiya paketinin təsviri;

Elanda “əmək haqqı və digər ödəmələrin məbləği 80 min funt” olaraq göstərilə bilər. Bu əmək haqqının 80 min funt olması təklifindən tamamilə uzaqdır. Ödəmələrə avtomobildən istifadə, təqaüd ödəmələri və başqa xidmətlərə görə ödəmələr də daxil ola bilər və həqiqi əmək haqqı cəmi 40 min funta çata bilər. Əgər əmək haqqı barədə təxmini danışılırsa, onda bu məbləğ namizədin yaşından və iş stajından asılı olaraq 10-15% arasında dəyişilə bilər.

Ümumilikdə, elanda göstərilən konkret faktlar nə qədər çox olarsa o qədər yaxşıdır; aydınlıq az, qeyri-dəqiqlik çox olduqda işəgötürənin gizlətdiyişeylərin olması şübhəsini yaradır. Əgər elan, kifayət qədər ətraflı tərtib olunubsa, bu iş təklif edənin işədüzəltmə prosesinə investisiya qoymaq arzusundan irəli gəlir. Bu iş təklif edənin, digər iş təklif edənlərdən daha çox bu prosesə marağının olması kimi başa düşülə bilər.



Kommersiya xidməti mühasibi

Müsabiqə seçimi

Cənubi-şərq

Bizim müştəri-müxtəlif istehsal sahələrində geniş çeşidli məhsula sahib olan uzunmüddət fəaliyyət göstərən çox hörmətli bir təşkilatdır. Son vaxtlar yenidənqurma işləri ilə bağlı biz maliyyə sahəsində yeni maliyyə direktoru ilə əməkdaşlıq apara biləcək bir peşəkar axtarırıq.

İşgüzar, yüksək ixtisaslı mühasib üçün bizim təklifimiz əla imkan sayılır.Bununla o özünün kritik inkişaf dövrünə töhfə vermiş olacaqır. Siz güclü rəhbər, müxtəlif sahələrdə ixtisaslaşmış auditor komandasını motivasiya etmək bacarığına malik olmalısınız.

Sizin başqalarına güclü təsir etmək və qeyri-maliyyə ixtisaslı rəhbərlərə maliyyə hesabatlarını təqdim etmək qabiliyyətinə malik olmaqla bərabər, inadcıl, ağır işə köklənmiş və yüksək dərəcədə fədakarlıq bacarığınız olmalıdır. Bununla bərabər etibarlı beynəlxalq korporasiyalarda və ya iri mühasibatlıq şirkətlərində iş təcrübəsinin olması vacibdir.

Öz növbəmizdə biz karyera sahəsində uğurlu addımlar atan şəxslərə pul mükafatları və xüsusilə də karyera sahəsində inkişafa şərait yaradırıq.

Xahiş edirik, tərcümeyi-haınızı, hal-hazırkı əmək haqqınız daxil olmaqla GKW-nin Rəhbər İşçilərin Seçimi Şöbəsinə Hamilton küçəsi 16, St.James’s, London W1 ünvanına göndərəsiniz.


Şəkil 8.1.İşə qəbul elanının nümunəsi


Şəkil 8.1.-dəki elanda ümumiyyətlə nədən bəhs edilir?


  • İşin adı

İşin adı vəzifənin kommersiya mahiyyətini əks etdirirmi? Həqiqətənmi iş marketinq şöbəsilə sıx əlaqəni nəzərdə tutur yoxsa vəzifənin “əhəmiyyətini artırmaq” istəyir?


  • Əmək haqqı barədə hər hansı bir məlumatın olmaması

Ola bilər ki, iş təklif edən bu vəzifədə artıq işləyənin əmək haqqısından daha çox təklif edəcək deyə ödəniş barədə heç bir söz demir ki, istədiyi namizədləri cəlb etsin; yaxud da “rəqabətli seçim” barədə danışılanda əmək haqqının elə də rəqabət qabiliyyətli olmaması səbəbi ilə bu barədə heç bir söz deyilmir.




  • Qeyri-müəyyən yerləşmə

Ola bilər ki, şirkət elə də cəlbedici bölgədə yerləşmir.


  • Şirkətin adının qeyri-müəyyənliyi

Ola bilər ki, bu şirkət mətbuatda çox pis ad qazanıb və ya təyinatı çox məxfidir.


  • Şirkətin qeyri-səlis təsviri

Bəlkə bu sahə eniş mərhələsindədir.


  • Maliyyə göstəriciləri barədə heç bir məlumat göstərilməyib

Ola bilər ki, şirkətin fəaliyyət nəticələri elə də cəlbedici olmasın.



  • Təzəlikcə şirkətin yenidən təşkili və yeni maliyyə direktorunun olması

Bu, şirkətdə həm imkanların yaranması, həm də qeyri-stabil dəyişikliklərin olması kimi qiymətləndirilə bilər.


  • ......güclü idarəetmə qabiliyyəti, ......motivasiya etmək qabiliyyətinin olması, .....başqalarına təsir etmək”

Bu, şirkətin mənəvi vəziyyətinin son həddə olmasına, ya da şirkətdə liderlilik qabiliyyətinə üstünlük verilməsinə dəlalət edir?!

  • Qeyri-maliyyə profilli rəhbərə maliyyə məlumatlarının verilməsinə vurğunun olması;

Bu iş maliyyə sahəsində qeyri-peşəkar tərəfindən aparılması anlamındadır, yoxsa iş yüksək qarşılıqlı münasibətə və ya sıx əməkdaşlığamı əsaslanıb?




  • Ağır işə köklənmə və yüksək fədakarlığa hazırlıqlı olma

Bu iş saatlarının uzun olacağına ya da işdə uğura nail olmaq üçün işçinin enerjisinin vacib olmasına işarə ola bilər.

İstənilən elan aldadıcı ola bilər. Unutmayın ki, iş təklif edən təklif etdiyi işi ən yaxşı namizədləri cəlb etmək üçün reklam etməyə çalışır. Namizəd olaraq siz, imkan daxilində dəqiq informasiyaya malik olmalısınız. Əgər elan qeyri-dəqiqdirsə, onda işədüzəltmə agentliyindən konkret informasiyanı tapmağa çalışın.
Tərcümeyi-halınızı hazırlayın
Əgər sizin tələbatlarınızın təqdim olunan işə aidiyyatı və ya bir az aidiyyatı varsa onda dayanmayın. Məsələn, elanda qeyd olunubsa ki, iş təklif edən məzun axtarırsa, bu heç də o demək deyil; ehtimal ola bilər ki, təklif edilən vəzifəyə uyğun təhsili olanlar da maraqlana bilər. Ancaq siz, çalışıb öz keyfiyyətlərinizi tərcümeyi-halınızı tələblərə uyğun qaydada tərtib etməlisiniz.

Biz “Marketinq materiallarının hazırlanması” adlı VI fəsildə tərcümeyi-halın tərtib edilmə qaydalarından danışmışıq, lakin gəlin bir neçə əsas yerə yenə toxunaq. Təklif edilən işə aidiyyatı olmayan bacarıqlarınızı göstərən tərcümeyi-halın tərtibinə nə öz vaxtınızı nə də bu sahənin mütəxəssisinin vaxtının almağına dəyməz. Siz çalışmalısınız ki, iş təklif edənin sizdə axtardığı keyfiyyətləri u tərcümeyi-halda qabardasınınz.

Deyək ki, elanda deyilir ki, vəzifənin öhdəliklərinə heyətin idarəedilməsi, kompüter sistemlərinin inkişafı daxil olacaq. Dəyişikliklərin idarəedilməsi də arzu olunandır. Siz çalışmalısınız ki, bütün sadaladıqlarımız bu keyfiyyətlər sizin tərcümeyi-halınızda konkret misallarla göstərilsin.
Müşaiyət məktubu

VI bölmədə qeyd etdiyimiz kimi, müşaiyət məktubu iş axtarma oyununda dəyərləndirilməyən bir alətdir. Əgər siz, öz tərcümeyi-halınızda “kütlədən seçilə bilsəniz”, onda sizin işədüzəltmə üzrə mütəxəssisin diqqətini cəlb etmə şansınız artacaqdır. Məktubda aşağıdakılara fikir vermək lazımdır:



  • Təcrübənizində rast gəldiyiniz vəzifəyə uyğunluğunuzu göstərən 3 və ya 4 güclü tərəflərinizi qeyd edərək, onları daha çox qabartmağa çalışmaq;

  • Bu güclü tərəfləri nümayiş etdirən konkret misallar göstərmək;

  • Hansı konkret vakansiyaya iddialı olduğunuzu və bu vakansiya harda rast gəldiyinizi göstərin;

  • Çalışın çox sözlərdən istifadə etməyin;


Tez cavab verin

Əksər vakansiya elanında onun bitmə vaxtı göstərilmir. Ancaq çalışmalısınız ki, bu elana bir həftə və ya ən uzağı 10 gündən az olmayaraq cavab verəsiniz. Olders Ray & Berndtson şirkətinin tərəfdaşı “Head-hunter” Syuzan Vud, deyir:



Mən korporativ müştərilərimizə bildirirəm ki, elan çıxandan 2 həftə sonra təklif etdiyimiz vəzifəyə namizədlərin siyahısını onlara təqdim edəcəm. Namizədin bu elana 1 həftə ərzində cavab verməsi isə ona daha münasib olardı. Ümumiyyətlə, tez cavab vermə gecdən daha yaxşı hesab olunur. İşədüzəltmə dünyası dövretmə tempini daim olaraq artırır.

İşədüzəltmə üzrə mütəxəssislər elana gələn cavab anketlərini daxil olduqca bir yerə toplayır. Çox güman ki, təxminən bir həftədən sonra, gələn anketlərin sayının azaldılması məqsədilə süzgəcdən keçirilmiş namizədlərin siyahısı tərtib edilir. Əgər elanı işədüzəltmə agentliyi yerləşdiribsə, onda konsultant müsahibədə iştirak edəcək 12 nəfəri seçir. Sonradan bunlara əlavə olaraq daha 3-4 nəfər müsahibəyə dəvət edilə bilər. Əgər prosesi şirkət özü təşkil edirsə, onda bu namizədlərin sayı daha məhdud ola bilər.

Hər iki halda nəzərdə tutulan sayda namizədlərlə müsahibə aparırlar. Əgər sizin anketiniz seçilmiş 12 nəfərdən sonra daxil olubsa, onda seçilmişlərin siyahısına daxil olmaq çox çətin ola bilər. Bu problemi həll edə bilmək üçün, siz çox möhtəşəm olmalısınız.
Internet və elektron poçtdan cavab

Əgər siz İnternet-saytında və ya korporativ veb-saytda yerləşdirilmiş iş elanına cavab vermək fikriniz varsa, onda çox güman ki, siz bunu elektron ünvanınızdan edəcəksiniz. “Marketinq materiallarının hazırlanması” adlı VI bölmədə qeyd etdiyimiz kimi, siz tərcümeyi-halınızı uyğun olan formatda (məsələn Word) göndərməlisiniz ki, bu da onun dizaynına, stilininə fikir verməyi vacib etmir. Siz tərcümeyi-halınızla bərabər müşaiyət məktubunuzda da namizədliyinizin baxılmasının vacib olmasını sübut edən 3-4 keyfiyyətinizi qeyd etməlisiniz.



Vakansiyalar yarmarkası

Vakansiya elanlarını ənənəvi olaraq internetdə və mətbuatda axtarmaqla bərabər, yeni kadrların seçilməsi məqsədilə bir qrup mütəxəssislərin toplaşdığı vakansiya yarmarkalarına da iş axtarmaq üçün getmək məsləhətdir. Yarmarka namizədə hər hansı bir şirkət haqqında məlumat toplamağa və öz namizədliyini irəli sürməyə əlverişli imkan yaradır.

Lakin, əksər vakansiyalar aşağı və ya orta səviyyəli idarəetmə vəzifələridir. Bu o deməkdir ki, vakansiya yarmarkaları cavanlara və ya məzunlar üçün faydalı ola bilər. Yüksək idarəetmə vəzifəsini tutmaq niyyətində olanlar üçün isə bu münasib deyil.

Əgər bu yarmarkada hansı şirkətlərin iştirak edəcəyindən əvvəlcədən xəbəriniz varsa, onda onlar haqqında yaxşı məlumatlanın ki, onlarla münasibət quranda sizi maraqlandıran müvafiq sualları verə biləsiniz. Siz öz bacarıq və potensialınızın müsbət təsir göstərməsi üçün bütün imkanlarınızdan istifadə etməlisiniz.

Siz yarmarkanı tərk edərkən əmin olmalısınız ki, orda iştirak edən şirkətlər, təqdim etdikləri məhsul və xidmətlər barədə kifayət qədər informasiya toplamısınız. Əgər siz, yarmarkada iştirak edən hər hansı bir şirkətin təklif etdiyi vakansiya ilə maraqlanmısınızsa, onda yığdığınız informasiya gələcəkdə sizə kömək edə bilər.
Nəticələr


  • vakansiyalar- iş axtaran üçün əsas resurs mənbəyidir;

  • elanlar hansı milli qəzetlərdə, həftənin hansı günlərində nəşr olunmasını, bu elanların peşəkar və ya yerli mətbuatda çıxdığını müəyyən edin;

  • elanlara minlərlə namizədin münasibət göstərəcəyi fikri ilə özünüzü bu prosesdən uzaqlaşdırmayın: bu elə deyil. əgər elan sizi maraqlandırıbsa, onda dərhal cavab verin;

  • öz sahənizi əhatə edən internet-saytlarında iş axtarın;

  • elana cavab verərkən elanı diqqətlə oxuyun və orada nədən bəhs edildiyini başa düşməyə çalışın;

  • əmin olun ki, hazırladığınız tərcümeyi-hal konkret ixtisaslaşmış tələblərə cavab verir;

  • tərcümeyi-halınıza əlavə edilmiş müşaiyət məktubundan işədüzəltmə üzrə mütəxəssisin diqqətini cəlb etmək üçün ondan səmərəli istifadə edin;

  • çalışın ki, elan çıxdıqdan bir həftə ərzində ona cavab verəsiniz;

  • internetdən tapdığınız vakansiyaya cavab göndərərkən tərcümeyi-halınızı Word formatında məktubunuza əlavə etməyə çalışın;

  • vakansiya yarmarkaları orta səviyyəli vəzifə axtaranlar üçün əla imkandır;

  • vakansiya yarmarkasına gedərkən çalışın ki, səliqəli geyinəsiniz, çoxlu məntiqi suallar verin və sizi maraqlandıran iş təklif edənlər barədə kifayət qədər məlumat toplayıb əlaqə nömrələrini götürün.


Fəsil 9. Ardı var
Siz ideal iş tapmısınız. O işin sizə uyğun olduğunu bilirsiniz. Siz elanda göstərilən müəyyən bacarıq və şəxsi keyfiyyətlərin sizdə olduğundan əminsiniz. Siz bacarıqlarınızın qeyd olunduğu tərcümeyi-halı hazırlamış və üç-dörd əsas keyfiyyətinizi göstərən müşaiyət məktubunu yazmısınız. Bəs idi nə etməlisiniz?
Tərcümeyi-hal göndərildikdən sonra ediləcək telefon zəngi
Hətta işə düzəlmə prosesində səhv buraxmaq mümkündür. Sizin əla tərcümeyi-halınız ola bilər və siz vəzifəyə ideal namizəd ola bilərsiniz. Lakin bir anda hansı səbəbdənsə “nəzərdən qaçırsınız”. Sizin məktubunuz lazım olan stolun üstünə qoyulmamış, daxili poçtda itmiş və ya oxunmamışdır, çünki, seçim üzrə mütəxəssis onu tam gözdən keçirmədən, səhvən rədd cavabı verilmiş tərcümeyi-halların içərisinə qoymuşdur. Faciə!!!

İndi isə kasseti geri çevirin. Siz bu işə uyğun olduğunuzu bilir və müsahibəyə dəvət olunacağınıza ümid edirsiniz. Lakin hər şeyi təsadüflərin ixtiyarına buraxmaq lazım deyil. Sizin edə biləcəyiniz şey tərcümeyi-halı göndərdikdən sonra mütəxəssisə zəng etməkdir. Lakin bunu müsahibəyə dəvət ediləcək şəxslərin siyahısı tam təsiq olunmamış etmək lazım gələcəkdir.

Bu fəndin bir neçə üstünlüyü var. İlk olaraq siz kiminsə işi korlamağına görə (istər məktubların çatdırılması xidməti və ya məsləhətçinin) “ideal” işi əldən buraxmış olmayacaqsınız. İkincisi isə zəng sizə diqqət yetirilməsi üçün əlavə imkandır.
Telefon zəngini planlaşdırın
Edəcəyiniz telefon zəngini vaxtı müəyyən edilməklə diqqətlə planlaşdırılması vacibdir. Əsas məqsəd sizin seçdiyiniz işin seçim mərhələsinə birbaşa məsul olan şəxslə danışmaqdır. Buna görə də telefon zəngi üçün elə bir vaxt seçmək lazımdır ki, birbaşa olaraq lazım olan şəxslə danışmaq imkanınız yaransın. Tutaq ki, elan işədüzəltmə şirkəti tərəfindən verilmişdir. Belə olduğu təqdirdə məsləhətçilər çox çalışırlar ki, qeydiyyatçılar, şəxsi köməkçilər və katibələr vasitəsi ilə güclü “müdafiə”ni təmin etməyə çalışırlar ki, iş günü ərzində daxil olan bütün zəngləri ələ keçirə bilsinlər.


İndi isə fərz edək ki, siz atacağınız addımları planlaşdırdınız və iş gününün sonunda mütəxəssisə zəng vurdunuz. Siz məqsədinizə çatdınız, bəs sonra? Əgər danışacağınız şeylərə hazırlaşmasanız telefonda özünüzü pis tərəfdən göstərib şansınızı azaltmış olacaqsınız. Bu zaman uğurlu iş axtarışının əsas qaydası qüvvəyə minmiş olur: hazır olduğunuza əmin olun!!!

Bu zəngi üç dəqiqəlik müsahibə hesab edin. Üç dəqiqəni qazanmaqla siz özünüzü təqdim edib və əmin olmalısınız ki, sizin tərcümeyi-halınız müsahibəyə seçilmişlərin arasında olacaqdır.


Belə etmək olmaz
Çalışın ki, elan edilmiş vakansiyaya görə işəgötürmə mütəxəssisinə zəng etmiş bir namizədin buraxdığı faciəvi bir səhvə siz də yol verməyəsiniz. Yəqin ki, bu şəxs etdiyi zəngin məqsədi haqqında düşünməmişdir.


    • Mən Ceff Qrautla danışa bilərəm?

    • Buyurun.

    • Eee..mmm.. Mən BigCo şirkətində maliyyə meneceri vakansiyası ilə əlaqədar zəng edirəm. Mənə bu haqda bir qədər məlumat verə bilərsinizmi?

    • Sizə nə haqda məlumat lazımdır?

    • Maliyyə meneceri kimə tabedir?

    • Siz bunu bizim elandan başa düşməli idiniz ki, maliyyə meneceri maliyyə direktoruna tabedir.

    • Bəli, bəli. Bəs təşkilat harada yerləşir?

    • Baş ofis Surreydə, distribyutor mərkəzi isə Birminhemdə yerləşir. Zənn edirəm ki, bunu da elanda görməli idiniz.

    • Doğrudur. Bəs əmək haqqı və güzəştlər haqqında nə deyə bilərsiniz?

    • Bunu da elanda qeyd etmişik ki, bu əvvəlcədən danışılır və illik 45 000 funt təşkil edir.

    • Yaxşı. Çox sağ olun.

    • Problem yoxdur.

(Söhbətin sonu.)
Əslində isə bu problem idi. Namizəd, verilən informasiyanı dərk etməyən insan təsiri bağışladı. O, müəyyən bir təsir bağışladı. Lakin elə bir təsir ki, tam zəmanətlə demək olar ki, onun adı müsahibə üçün seçilmişlər arasında olmayacaqdır. Onun tərcümeyi-halı zibil qutusuna göndərildi.
Necə etmək lazımdır
Beləliklə, zəngi necə etmək lazımdır? Tərcümeyi-halınızla birlikdə göndərdiyiniz müşaiyət məktubunu xatırlayın. Məktubda üç-dörd keyfiyyətiniz qeyd olunmuşdur. Telefon danışığında da eyni şeyləri etmək, lakin bu keyfiyyətlərdən birini müəyyən edərək onun üzərində durmaq lazım gələcəkdir. Sizin diqqətlə düşünməyiniz vacibdir ki, əsas təcrübəniz olan bu xasiyyətnamə müsahibəyə seçilmiş namizəd kimi faydalı olsun. Gəlin bu telefon oyununu bir daha oynayaq:


    • Mən Ceff Qrautla danışa bilərəm?

    • Buyurun.

    • Salam Ceff. Bağışlayın ki, iş gününün sonunda sizi narahat edirəm.

    • Problem yoxdur. Sizə nə köməklil edə bilərəm?

    • Bilirəm ki, sizə “BigCo” şirkətində maliyyə meneceri vəzifəsi vakansiyasına görə çox sayda müraciət edilir.

    • Bəli, müraciət çoxdur.

    • Mən sizə ona görə zəng edirəm ki, çünki, əminəm ki, əldə etdiyim təcrübə bu vakansiyaya birabaşa olaraq uyğundur.

    • Aydındır. Niyə görə?

    • Elandan öyrəndim ki, bu vəzifəyə mühasibat sisteminin tətbiqi ilə məşğul olmuş şəxs lazımdır. İndiki işlədiyim şirkətdə bu yaxınlarda regional nümayəndəliklər üçün yeni hesablar planının yaradılması işləri başa çatmışdır. Mən proqram təminatının seçimində, daha sonra isə informasiya texnologiyaları şöbəsi ilə vaxtı razılaşdırılmaqla onun idarə edilməsi prosesinin tətbiqində iştirak etmişəm. Hətta mən tədbir gördüm ki, maliyyə komandasının fəaliyyəti sistemin tətbiqi zamanı da davam etsin. Bundan başqa sistemə bir neçə yenin ixtisaslaşmış əlavələrin də hazırlanmasını təmin etdim ki, onlardan biri bizim distribusiya işinin idarə ediməsi haqqında daha aktual informasiyanın alınmasına imkan yaratdı. Bundan sonra biz çatdırılma sürətini 20% artırmış olduq.

    • Bu maraqlıdır. Ona görə ki, mənim müştərim öz distribusiyasının effektivliyini artırmaq niyyətindədir. Qulaq asın, mənim indi danışmaq üçün vaxtım yoxdur. Lakin adınızı bir daha söyləyin. Siz artıq anketinizi göndərmisinizmi?

    • Bəli. Mənim adım Piter Boltondur.

    • Çox yaxşı. Mən sizin məlumatların bizdə olub-olmadığını yoxlayacam və tərcümeyi-halınıza baxacam. Lakin ilk baxışdan siz son dərəcə bu vəzifəyə uyğun olan şəxs olmalısınız. Biz tezliklə müsahibə təşkil edəcəyik. Buna görə də əmin olun ki, biz sizinlə növbəti bir həftə ərzində əlaqə saxlayacayıq. Əgər 10 gün ərzində bir xəbər olmasa, zəhmət olmazsa bizə bir daha zəng vurun.

    • Çox gözəl Ceff. Mənə vaxt ayırdığınıza görə təşəkkür edirəm. (Söhbətin sonu.)

İşədüzəltmə üzrə mütəxəssis vaxtının bu şəkildə sərf edilməsinə etiraz etmir. Bu zəng onu əmin etdi ki, yüksək əzmkarlıqla, potensial iş axtaran uyğun namizəd vardır. Bu həmçinin fikirlərini yaxşı izah edən namizəddir. Tərcümeyi-hal, bu namizəddən imtina etmək üçün səbəb ola biləcək bəzi çatışmamazlıqlar qısa olaraq nəzərdən keçirildikdən sonra dərhal müsahibə üçün seçilmişlərin sırasına daxil edilir.

Əgər bu zəngi etmək qərarına gəldinizsə, siz həmçinin işlə əlaqədar elanda toxunulmayan məsələlər haqqında bir-iki maraqlı suallar hazırlamağınız vacibdir. Bu sizin vəzifə və sahə haqqında dərin biliklərin olduğunun nümayiş etdirilməsidir. Bu şöbədə istifadə edilən kompüter sistemi, tabe olacaq şəxslərin sayı, ezamiyyət imkanları və ya marketinq qərarlarının verilməsinə dair suallar ola bilər. Çalışın elə suallar fikirləşəsiniz ki, bu sizin əldə etdiyiniz təcrübə ilə əlaqədar olsun. Məsələn, əgər siz bu vəzifədə marketinq qərarlarının verilməsi imkanları haqqında sual verəcəksinizsə, söhbətə bir müddət əvvəl yeni reklam kampaniyasının büdcəsini hazırladığınızı və bu kampaniya nəticəsində irəlilədiləcək məhsulların seçimində köməklik etdiyinizə dair faktları qeyd etməlisiniz. Hər şeydən əvvəl mütəxəssisdə maraq oyatmağa çalışın. Sizə adınızın yadda saxlanılması və tərcümeyi-halınızın digərlərinin arasından seçilməsi lazımdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin