Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1,1 Mb.
səhifə8/16
tarix07.07.2018
ölçüsü1,1 Mb.
#55925
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Müşahidənin nəticələri
Hər hansı vakansiyaya namizədliyinizi irəli sürərkən əsas məlumatların qeyd edilməsi və nəticələrin müşahidə edilməsinin bir mənası vardır. Məsələn, hər dəfə vakansiyaya müraciət edərkən aşağıdakıların surətini saxlamaq lazımdır:


  • iş haqqında elanın;

  • sizin tərtib etdiyiniz tərcümey-halınızın;

  • müşaiyət məktubunuzun.

Əgər eyni anda bir neçə vakansiyaya müraciət edirsinizsə, hər müraciət etdiyiniz iş üçün qeyd etdiyiniz əsas keyfiyyətləriniz sizi çaşdıra bilər. Müsahibədən əvvəl əsas detalları xatırlamaq üçün bəzi məlumatları götürmək vacibdir.

Məsələn, əgər siz müraciətinizi göndərdikdən sonra mütəxəssisə zəng etmisinizsə bu zəngin detalları haqqında qeydlərinizi aparın: kiminlə nə haqda danışmısınız, vəzifə və işçi seçimi prosesi haqqında istənilən informasiya və bundan sonra atacağınız vacib addımların nə olduğuna qeydlər. Müsahibəyə gələrkən seçimi apan şəxslərin adları və onlar haqqında informasiyanı qeyd edin ki, bu məlumatlar daha sonra sizə lazım gələcəkdir.


Rədd cavabına dözmək

Əgər siz “ideal” iş axtarır və qarşınızda karyera məqsədləri qurursunuzsa, böyük ehtimalla bu işədüzəlmə səyahətində imtina rastlaşacaqsınız. Əgər siz uzunmüddət işləmirsinizsə, imtina xüsusi ilə pis təsir göstərir. Hər aldığınız rədd cavabı sizin qətiyyətinizi qıra bilər. 4-cü bölmədə biz iş axtarışında mənəvi ruhun saxlanılması üsullarından bəhs etmişdik. Ununtmayın, məqsədlərə çatmaq üçün diqqətinizi səfərbər etməyə çalışmalısınız. Növbəti müraciətinizdə isə hədəfi vura bilərsiniz.


Əks əlaqədən maksimal faydanın götürülməsi

İş axtarışında yadda saxlamaq lazımdır ki, bir çox hallarda göndərdiyiniz tərcümeyi-hallar sizi işə gətirib çıxarmayacaqdır. Bu normal və gözlənilən bir haldır. Bu sizi narahat etməməlidir. Siz elə etməlisiniz ki, tərcümeyi-halınız lazım olan vaxt, lazım olan təşkilata və lazım olan insana çatsın.



Əvvəlcədən qeyd etdiyimiz kimi, telefon dəstəyinə əl atmazdan əvvəl danışığa hazır olmalısınız. Sizin təşkilat haqqında və hansı faydanı verə biləcəyinizə dair dəqiq təsəvvürünuz olmalıdır. Çünki, bütün bunları bilmək təşəbbüs məktubunu üzə çıxarır. Sizin məqsədiniz tərcümeyi-halınızın çatdığından əmin olamq, mövcudluğunuzu xatırlatmaq və telefon vasitəsi ilə bəzi qarşılıqlı əlaqələr qurmaqdır.

Sizin alacağınız cavab o ola bilər ki, hal-hazırda bu təşkilatda sizə münasib olan bir iş yoxdur. Bu anda telefon dəstəyini asmaq lazım deyil. Siz söhbətinizi bir qədər də davam etdirməklə bəzi faydalı məlumatlar əldə edə bilərsiniz:


  • siz tərcümeyi-halınıza dair müəyyən şərhlərin edilməsini xahiş edə bilər və oraya əlavə edilmək üçün faydalı məlumatlar əldə edilməsinə çalışa bilərsiniz;

  • gələcəkdə sizin üçün uyğun ola biləcək vakansiyaların mümkünlüyü barədə soruşmaq;

  • danışdığınız insandan təşkilatda və ya onun xaricində sizin peşəkar təcrübənizdə maraqlı ola biləcək şəxsləri tanıyıb-tanımadığını soruşa bilərsiniz.

Unutmayın ki, nəzakətlə sual verməklə özünüzə heç bir xələl gətirməyəcəksiniz. İdeal variantda isə bu söhbətdən kiminləsə əlaqə qurmaq üçün yeni bir ad və telefonun öyrənilməsinə çalışmaq lazımdır.


Müsahibə: səhvlərinizdən nəticə çıxarın
Təsəvvür edək ki, elan edilmiş vakansiyaya görə edilmiş təşəbbüs müraciəti sizi arzu etdiyiniz müsahibəyə gətirib çıxarmışdır. Fantastika!!!

Lakin bundan sonra sizi ikinci mərhələyə dəvət etmədilər. Ya da ki, siz son siyahıya düşməyi bacarsanızda nəticədə iş təklifi almadınız.

İstər-istəməz məyusluq hiss edər, hətta inciyə bilərsiniz. Bu normaldır, lakin faydasızdır. Baş verənlərə elə bir münasibət bəsləmək lazımdır ki, uğursuz müsahibəyə, gələcəkdə keçəcəyiniz müsahibə üçün əldə edilmiş təcrübə kimi baxmaq lazımdır.


Hər nə qədər siz təcrübənizin üzərində öyrənmək istəyirsinizsə, gələcəkdə bir o qədər “ideal” iş tapmaq şansınız yüksəlir.
Həmin işəgötürənlə yeni əlaqənin qurulması
Vəziyyətdən asılı olaraq üç-altı aydan sonra təkrar olaraq həmin təşkilata müraciət etməniz mümkündür. Əgər siz namizədlər siyahısına düşə bilmisinizsə və özünüzü yekun müsahibədə özünüzü yaxşı göstərmisinizsə, ozaman əmin ola bilərsiniz ki, təşkilatın sizin təklifinizdən xoşu gəlmişdir.

Sizin telefon zənginiz və ya məktubunuz təşkilatı yenidən işəgötürmə prosesindən azad etmiş olacaqdır. Təşkilat həm vaxtına qənaət etmiş olacaq, həm də problemlərdən azad olacaqdır. Siz isə öz növbənizdə karyeranızın yüksəlməsinə imkan yaratmış olacaqsınız.


Nəticələr


  • Əgər sizin tərcümeyi-halınız səhvən unudulubsa, tərcümeyi-halnızı göndərdikdən sonra edəcəyiniz zəng sizi iş axtarışında baş verə biləcək faciədən qaçmağa kömək edəcəkdir.

  • Əgər siz mütəxəssisdə xoş təəssürat yarada bilsəniz, müsahibəyə dəvət edilmə şansınız yüksələcəkdir.

  • Təəssürat yaratmaq üçün danışığa hazır olmaq və işə aidiyyatı olan bir keyfiyyətinizin üzərində durmaq lazım gələcəkdir.

  • İş elanında cavabları olan suallar verməyin.

  • Bilik və bacarıqlarınızı nümayiş etdirən aydın suallar verin.

  • Telefon danışığınızın və müsahibənin bütün təfsilatı daxil olmaqla prosesin inkişafı gedişini qeyd edin.

  • Rədd cavabı aldıqda ruhdan düşməyin.

  • Tərcümeyi-halınız müsahibəyə yol açmırsa, səbəbini müəyyən etməyə çalışın.

  • Başqa mümkün vakansiyalar haqqında məlumat almaq üçün belə telefon zənglərindən istifadə etməyə çalışın.

  • Əgər müsahibə nəticəsində arzu etdiyiniz işi əldə etməmisinizsə, təşkilata yazaraq özünüzü necə göstərdiyinizə dair rəy verilməsini xahiş edin.

  • Səhvlərinizin üzərində nə qədər tez öyrənsəniz, bir o qədər öz “ideal” işinizi tapmağa nail olacaqsınız.

  • Əgər siz yekun müsahibədə uğura yaxın olduğunuzu hesab edirdinizsə, bir neçə aydan sonra təşkilatla əlaqə qurun. Şərait dəyişir və böyük ehtimalla növbəti dəfə sizin xidmətlərə tələb olacaqdır.


Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi
Bəzi iş axtaran insanların maraqları işədüzəltmə şirkətləri ilə qarşılıqlı əlaqə vasitəsi ilə təmin edilə bilər. Bu halda siz karyera qurulması üçün məlum mənbələrə çıxa bilər və əmək bazarında mütəxəssislərin təcrübəsindən istifadə edə bilərsiniz.
İşədüzəltmə agentliklərinin xidmətindən niyə görə istifadə etməli
Əgər siz iş axtarışına ciddi olaraq köklənmisinizsə, o zaman hər hansı bir kadr agentliyinə müraciət etməyiniz vacibdir. Həqiqətən də bunu etməsəniz çox sayda vakansiyanı əldən vermiş olacaqsınız. Çünki, vakansiyaların çox hissəsi işədüzəltmə şirkətlərinin əllərində cəmləşmişdir.

Vakansiyalarla əlaqədar müraciət edərkən məsləhətçilər sizə şirkət haqqında məlumatlarla təmin edə bilər. Vakansiyalarla əlaqədar xidmətin xərcini müştəri-şirkət ödədiyi üçün bu xidmətlər sizin üçün pulsuz olacaqdır.

İşədüzəltmə şirkətləri iş üslubu və vakansiya tiplərinə görə fərqlənirlər. Buna görə də hər hansı bir agentliyin xidmətindən istifadə edərkən onun sizə uyğun olduğundan əmin olun.
İşədüzəltmə dünyası: “beyin ovçuları”, məsləhət şirkətləri və agentlikləri
Əvvələr müxtəlif işədüzəltmə şirkətləri arasında açıq-aydın fərqlər mövcud idi. Üst təbəqədə “peşəkar ovçuları” adlanan, “beyin ovçuları” şirkətləri (head hunter) və ya idarəetmə üzrə mütəxəssislərin seçimi üzrə məsləhətşilər dururdu. Belə şirkətlər vakansiyaları heç vaxt elan etmirdilər. Onlar fəaliyyətlərini yüksək vəzifələrin üzərində cəmləşdirirdilər. Bu məqsədlə onlar xüsusi insanlar vasitəsi ilə axtarış və tədqiqatlar apararaq bir-birinə rəqib şirkətlərdə və digər təşkilatlarda işləyən müvafiq namizədlərin müəyyən etməyə çalışırdılar.

Bunların ardından məsləhət şirkətləri gəlirdi. Bu təşkilatların vasitəsi ilə müştəri-şirkətlər öz vakansiyalarını kütləvi informasiya vasitələrində elan edirdilər. Öz növbəsində məsləhətçilər vakansiyaya cavab verən namizədlər ordusunun içindən son siyahını tərtib edirdilər. Daha sonra onlar müştəri-şirkətə vakant vəzifəyə kimin götürülməsi mövzusunda məsləhətlər verməklə onlar tərəfindən verilən “kadr məsləhətçisi” xidmətini əsaslandırmış olurdular.

Sonuncu yerdə isə işədüzəltmə şirkətləri idi ki, onlarda sadəcə iş axtaran insanların bazası mövcud idi. Lakin məsləhət xidmətinə çox az yer verirdilər.

Müasir zamanda isə bu tip təşkilatlar arasında fərq demək olar ki, aradan qalxmışdır. “Beyin ovçuları” bəzi vakansiyalar üçün namizədlər tapmaq üçün mütəmadi elanlar verirlər. Anoloji olaraq bəzi işədüzəltmə şirkətləri bəzi top-menecer vakansiyaları üçün namizəd axtarışı ilə məşğul olurlar. Namizəd axtarışı və seçimi ilə məşğul olan bir çox şirkətlər də vakansiyalara verilən cavablar əsasında öz bazalarını yaratmış olurlar. Bununla belə bəzi işədüzəltmə agentlikləri elanlar verməklə və təhlillər aparmaqla namizəd seçimini həyata keçirirlər.


Sizə uyğun olan şirkətin seçilməsi
Sizin üçün işədüzəltmə şirkətinin seçimi, verilən vakansiyaya cavab verməklə müəyyən edilir. Əgər siz ciddi olaraq iş axtarışı ilə məşğul olursunuzsa və elan edilən müxtəlif vakansiyalara eyni anda cavab verirsinizsə o zaman böyük ehtimalla siz bir neçə agentliyin bazasına daxil olacaqsınız.

Lakin siz şirkətlə bilavasitə danışmaq istəyirsinizsə, əvvəlcədən doğru insanları seçdiyinizi yoxlamalısınız. İlk olaraq sizin fəaliyyət göstərdiyiniz sahədə ixtisaslaşmış və əmək bazarında uğurlu layihələr həyata keçirmiş şirkəti tapmaq vacibdir.

Seçim etməyin ən yaxşı üsulu bu təşkilat vasitəsi ilə öz iş yerlərini dəyşmiş tanışlardan tövsiyyələrin alınmasıdır. Bu cür tövsiyyələrin verilməsi mümkün olmadıqda, bu sahə üzrə ixtisaslaşmış peşəkar mətbuata göz gəzdirmək vacibdir. Bundan başqa bu şirkətlər haqqında məlumatları özündə cəmləşdirən müxtəlif kataloqlar da mövcuddur.

Uyğun olan şirkəti müəyyən etdikdən sonra orada işləyən məsləhətçilərə iş axtarışı ilə əlaqədar müəyyən sualların verilməsi lazım gələcəkdir. Məsələn:




  • Şirkət sizin fəaliyyət göstərdiyiniz sahədə ixtisaslaşıbmı?

  • Burada əsasən hansı səviyyədə vəzifə vakansiyaları mövcuddur?

  • Onların əməkdaşlıq etdiyi şirkətlərdə əmək haqqının orta səviyyəsi nə qədərdir?

  • Son zamanlar şirkət hansı təşkilatlarla işləmişdir?

  • Onların hansı ilə eksklüziv şərtlərlə işləmişdir?

  • Şirkət ayda nə qədər insanı işlə təmin edir?

  • Namizədlərin neçə faizi üç aylıq sınaq müddətini keçə bilir?

Şirkət özü haqqında məlumat verərkən və X, Y və Z şirkətləri ilə işlədiyini qeyd edirsə hər şeyə sağlam şübhə düşüncəsi ilə yanaşmağa çalışın. Bir çox iri şirkətlər orta səviyyəli vəzifələri doldurmaq üçün eyni anda bir neçə şirkətlərin xidmətindən istifadə edir. Müraciət etdiyiniz şirkətdən hər hansı bir şirkətlə kadr seçimi üzrə müstəsna hüququn verilməsinə dair müqavilənin olub-olmadığını soruşmaq yerinə düşərdi.

Hətta siz şirkətdən işə düzəltdiyi insanlarla görüşmək arzusunda olduğunuzu da söyləyə bilərsiniz. Lakin şirkətin əməkdaşları sizin bu arzunuza ehtiyatla yanaşa bilər. Bununla belə onlar iş tapdıqları insanların onlar haqqında verdikləri müsbət rəyləri sizə təqdim edə bilərlər.
Neçə kadr agentliyinin xidmətindən istifadə etməli?
Üç-beş agentlikdə qeydiyyatdan keçməkdə fayda vardır. Onların xidmət etdikləri müştərilər baxımından müəyyən təkrarlamalar olsa da, bəzi fərqlər də olacaqdır. Əgər siz işdən azad olmanın astanasındasınızsa, sizin işəgötürən iflas həddindədirsə və ya geniş ölçüdə iş seçmək imkanı qarşınıza çıxıbsa, o zaman sizin ən doğru yol maraq göstərdiyiniz sahədə fəaliyyət göstərən bir neçə kadr agentlikləri ilə dərhal əlaqə qurmaq olacaqdır.

Bununla belə şirkət sizin işədüzəlmək üçün eksklüziv hüquqlarınızı ona verilməsinə çalışacaqdır ki, rəqib şirkətlərlə əlaqə qurmayasınız. Bəzi hallarda çox məhdud zamanda bunu etmək tövsiyyə olunur. Bunu sizin çox saylı müsahibəyə dəvət almaq istəmədiyiniz hallarda və ya xüsusi olaraq məxfiliyin qorunması ilə əlaqədar narahatlıq keçirdiyiniz zamanlarda etmək olar.

Əlbəttə ki, əgər müəyyən müddətə eksklüziv hüquqlarınızı verməyə razı olsanız belə siz şirkətin sizə kömək etmək imkanlarından da əmin olmalısınız. Sizin qərarınıza yalnız şirkətin keçmiş təcrübəsinin nəticələri deyil, həmçinin sizin işinizlə məşğul olacaq məsləhətçi ilə qarşılıqlı anlaşma səviyyəsi də təsir edə bilər. Əgər məsləhətçi sizin tələblərinizi başa düşürsə və buna nail olmaq üçün cəhdlər edirsə o zaman təxminən iki ay müddətinə bu şirkətin xidmətlərindən istifadə etmək məqsədə uyğundur.
Məsləhətçi şirkəti özünüzə tərəf necə cəzb etməli?
Tez-tez kadr agentliklərinin xidmətindən istifadə edən insanların göstərilən xidmətin keyfiyyətindən şikayət etdiklərini eşitmək olur:

“Məsləhətçi mənə zəng etməkdə çox yubanırdı.”

“Artıq bir həftədir ki, onlar heç nə təklif edə bilmirlər.”

“Mənim öz tələblərimi müzakirə etmək üçün müsahibəyə dəvət olmaq cəhdlərim boşa çıxdı.”

Bir tərəfdən bu şikayətlər haqlı da olsa, digər tərəfdən isə onlar agentliklərin rolu və təklif etdikləri xidmər haqqında yanlış təsəvvürə malik olurlar.

Kadr agentliyi ilə əlaqə qurarkən böyük ehtimalla müsbət münasibət görəcəksiniz. Bununla belə özünüzü stressdən qorumalı və ən vacib məsələləri yadda saxlamalısınız:




  • Kadr agentlikləri insanlar üçün iş deyil, təşkilatlar üçün insan axtarır;

  • Müştəri-təşkilat pul ödəyən tərəf olduğu üçün namizəd qarşısında üstün vəziyyətdədir;

  • Sizə edilən kömək və məsləhət pulsuzdur;

  • Vaxt-puldur. Buna görə də məsləhətçinin vaxtını boş yerə almayın.

Əgər siz bunu nəzərə alırsınızsa və bacarıqlarınız tələb olunandırsa, əmin olun ki, agentlik üçün siz çox qiymətlisiniz və buna görə də sizə nəzakətlə və peşəkarlıqla yanaşılacaqdır.


Prosesi təsvir etmək
Siz düşünə bilərsiniz ki, agentliyi seçdiktən sonra ora zəng edəcəksiniz və məsləhətçi sizinlə söhbət etmək üçün canfəşanlıq edəcəkdir. Bu heç də belə olmaya bilər. Faktiki olaraq siz nə qədər yüksək vəzifə tutmuş olsanız, bir o qədər şirkəti maraqlandırmaq çətin olacaqdır.

Bu qəribə gələ bilər, lakin bu haqda düşünmək lazımdır. Ən aşağı idarəetmə vəzifəsi olan setifikatlı mühasib üçün bir çox vakansiyalar yarana bilər və bir çox işəgötürənlər onları işəgötürmək üçün mübarizə apara bilərlər. Budur artıq sizə tələb var. Səviyyə nə qədər yüksək olarsa müvafiq vakansiya az olar və buna iddialı olan insan sayı da bir o qədər çox olar.

Reallıq odur ki, bir çox hallarda məsləhətçi sizinlə görüşmək istəməyə bilər. Hələ ki, doldurulacaq vakansiyalar mövcud ikən sizinlə görüşmək onun vaxtını ala bilər.

Yalnız o halda kadr agentliyi sizinlə maraqlana bilər ki, onun axtardığı şəxs siz olasınız.

Kadr agentliyinin axtardığı şəxs siz olacağınız təqdirdə o sizinlə maraqlanacaq və istədiyiniz müsbət cavabı ondan ala biləcəksiniz.
Kadr agentliyinin qapısından daxil olarkən
Agentliklə əlaqə qurarkən sizin görəcəyiniz ilk iş məsləhətçini sizinlə görüşmək istəməyə vadar etməkdir. Bunun üçün bir neçə fəndlər mövcuddur:


  • Bu agentliyin ən yaxşı şirkət olduğuna görə seçdiyinizə dair məsləhətçidə əminlik yaratmaq;

  • Kimi isə tanıdığınıza istinad etmək;

  • Məsləhətçinin qəbuluna yazılmaq arzusunu ifadə etmək;

Qarşılıqlı əlaqə zamanı nəzakətli və çevik olun. Məsləhətçiyə onun üçün rahat olan bir vaxtda, istər səhər, istərsə də axşam saatlarında görüşmək istədiyinizi bildirin. İzah edin ki, bu çox vaxt aparmayacaq. Ola bilər ki, sizin söhbətiniz üçün 20 dəqiqə kifayət etsin.


Əlaqələrin qurulması
Əgər siz görüşdüyünüz məsləhətçilərlə yaxşı əlaqə qura bilsəniz o zaman kadr agentliklərindən müsbət nəticə əldə edə bilərsiniz.

Bu əlaqələr ilk telefon danışığından başlayır və bu andan etibarən inkişaf etməyə başlayır. İlk görüşdə məsləhətçilərdə sizin haqqınızda təsəvvür oyanır və bu əlaqənin nə qədər perspektivli olduğu müəyyən edilir.

Nəticə etibari ilə məsləhətçi işəgötürənin nümayəndəsi kimi hərəkət edərək onun maraqları çərçivəsində ilkin seçimini edir. Buna görə də işəgötürənlə görüşə nail olmaq üçün məsləhətçidə təəssürat oyatmaq lazım gələcəkdir:


  • Görüşə hər zaman vaxtında gəlməli;

  • Müsahibəyə gedərkən necə geyinilirsə o cür gözəl geyimlə məsləhətçinin görüşünə getmək;

  • Hər zaman nəzakətli olmalı;

  • Müzakirəni sizin müsbət keyfiyyətlərinizin üzərində cəmləşdirməli;

  • İş axtarışı üçün ruh yüksəkliyini ifadə etmək;

  • Bacardıqca qarşılıqlı anlaşmanı tənzimləməyə çalışmaq.

Əgər bunlardan istifadə etmiş olsanız, o zaman məsləhətçi sizi şirkətdə özünüzü yaxşı tərəfdən göstərən şəxs olaraq qəbul edəcəkdir.



Məsələn, sizin xarici görünüşünüz çox əhəmiyyətlidir. Küçədə yay ayı və isti hava şəraitinin olması sizə kadr agentliyinə futbolkada gəlməyə əsas vermir. Məsləhətçi haradan bilsin ki, siz onun müsahibəyə göndərəcəyi şirkətə gedərkən bu ehtiyatsız hərəkəti təkrarlamayacaqsınız. Sizin ciddi namizəd olduğunuza dair məsləhətçidə heç bir şübhə yaratmayın.

Əgər məsləhətçini bu şəkildə sizə inandırmağa məcbur edə bilsəniz böyük ehtimalla onlar riskə gedərək sizi şirkətə tövsiyyə edə bilərlər. “Bob, mən bilirəm ki, bu oğlanın tərcümüyi-halı digərləri kimi cəlb edici deyil. Ancaq güman edirəm ki, o sənin xoşuna gələcək. O bir çox keyfiyyətlərə sahib olmaqla həqiqətən də bu işə keçməyə hazırdır. Güman edirəm ki, sənin onun məqsədyönlü və ağır işi görmək əzmində olan bir insan olduğunu görəcəksən”. Belə bir dəstək siz tələblərə cavab verməsəniz belə müsahibə üçün seçilmiş namizədlərin siyahısına düşməyə imkan verəcəkdir.

Yadda saxlayın ki, məsləhətçilərə onların müştəriləri olan şirkətlərə tövsiyyə edə biləcəkləri namizədlər tapması vacibdir. Onlar istəyirlər ki, özünüzü yaxşı tərəfən göstərəsiniz. Onlara hörmətlə yanaşın və çox güman ki, onlar da sizə eyni şəkildə cavab versinlər.


Beyin ovçuları” firmalarının diqqətini cəlb etmək

“Beyin ovçuları” firmaları fikirlərini əsasən yüksək tələblərə cavab verən vakansiyalar üçün “beyin” axtarışları üçün cəmləşdirirlər. Əgər karyeranızı inkişaf etdirmək istəyirsinizsə şübhəsiz ki, “beyin ovçularının”diqqətini cəlb etmək yaxşı üsul olardı.

Sizə hal-hazırda işləmək və sanballı təcrübəyə malik olmaq heç də pis olmazdı. Hətta bəzən təkcə indiki işlədiyiniz vəzifənin adı sizi “beyin ovçuları” ilə görüşə gətirib çıxara bilər. Siz iş axramadığınız halda belə bu baş verərsə nəzakətli olmağa çalışın. Ola bilər ki, bu insan bir neçə ildən sonra sizin arzularınızın açarını əlində tutmuş olsun.

Lakin belə bir təkliflərin olmadığı təqdirdə və siz “beyin ovçuları”nın fikrini cəlb etmək istəyirsinizsə müəyyən tədbirlər görməlisiniz. Bunu aşağıdakıların vasitəsi ilə edə bilərsiniz:




  • Konfranslarda çıxış etməklə;

  • Məqalə yazmaqla;

  • İş yerinin dəyişməsinə dair elanların verilməsi.

Top-menecer axtarışı ilə məşğul olan Whitehead Mann GKR şirkətinin partnyoru Kris Lonq belə demişdir: “Elə etmək lazımdır ki, yüksək vəzifə üçün sizi potensial kadrların arasından müəyyən etmək olsun. Buraya peşəkarlığınızın artırılması və şirkətiniz üçün gördüyünüz işlər daxildir. Vaxtınızın bir hissəsini işləyərək karyeranızın idarə olunmasına və gələcəkdə özünüzü təqdim etmək baxımından “beyin ovçuları” ilə dostluq imkanlarına sərf etmək lazımdır”


Konfranslarda çıxışlar
Hal-hazırda müxtəlif sahələr üzrə konfranslar keçirilir ki, bu da biznes, ekologiya, sosial, tibb, hüquq və digər məsələləri əhatə edir. Belə konfranslar bacarıqlı və arzu edən şəxslərin çıxışlarını əhatə edir. Əgər istəmədiyiniz halda belə sizə konfransda çıxış etmək təklif olunursa bununla razılaşmaqda fayda vardır. Bu vəziyyətdən istifadə edərək özünüzü irəli çəkə bilərsiniz.

Siz işlədiyiniz sahəni əhatə edən konfransları diqqətlə izləyə bilərsiniz. Əgər sizi maraqlandıran mövzu varsa o zaman təşkilatçılarla əlaqə saxlaya bilərsiniz. Əvvələr təşkilatınızda hansısa mövzu üzərində tədqiqat aparmısınızsa ondan istifadə etmək daha yaxşı olardı. Əgər siz gözəl natiq ola bilsəniz adınız tədricən işlədiyiniz sahədə məhşur olacaqdır.


Məqalələrin yazılması
Biz başqa üsul isə yerli və peşəkar qəzetlər üçün işlədiyiniz sahə üzrə məqalələrin yazılması təklifidir. Bir çox nəşrlərdə “mütəxəssis rəyi” bölməsi mövcuddur ki, orada həftədə və ya ayda bir dəfə müxtəlif qeyri-jurnalist olan mütəxəssislərin məqalələri çap edilir. Əgər sizin deməyə sözünüz varsa, eləcədə həmkarlarınızın və ya “beyin ovçuları”nın diqqətini cəlb etmək istəyirsinizsə bu üsuldan da istifadə etmək lazımdır. Şübhəsiz ki, bu dərhal təsirini göstərməsə də bir müddətdən sonra siz öz sahənizdə müəyyən nüfuz əldə etmiş olacaqsızınız.



İş dəyişməsinə dair materialların çapı
Bu üsul “beyin ovçusunu” cəlb etmək üçün bir az məntiqsiz səslənsə də iş dəyişmə zamanı özünüzü reklam edə bilərsiniz.

Təbii ki, siz yeni iş yerinə dərhal keçməyi planlaşdırmırsınız. Lakin siz “beyin ovçusunu” gələcəkdə iş yerinizi dəyişən namizəd olaraq məlumatlandırırsınız. O vaxt ərzində qəzetdə sizin haqqınızda məlumat gedəcək və siz “beyin ovçusu” ilə əlaqə saxlayaraq yeni iş yerinizdə bir neçə ay qalacağınızı bildirirsiniz. Artıq bir-iki ildən sonra siz yeni işə keçməyə tam hazır olacaqsınız.


Qeyri-standart yanaşma
Məlumdur ki, insanlar bəzi hallarda effektiv fəndlər işlədirlər. Tutaq ki, bir neçə aydan sonra işdən uzaqlaşmağı planlaşdırırsınız. Ola bilər ki, siz ehtimal edirsiniz ki, şirkətdə yenidən təşkilatlanma baş verəcək və sizin vəzifəniz ixtisara düşəcəkdir. Belə vəziyyətə düşən insanlar fənd işlədərək “beyin ovçusuna” zəng vuraraq şirkətdə baş vercək yenidən təşkilatlanma barədə məlumat verir və yeni vakansiyaların doldurulması üçün onların xidmətinə ehtiyac olacağını bildirir. Məsləhətçi onun mənafeyinə cavab verəcək məqam olduğunu gördükdə söhbəti davam etdirəcəkdir.

Sizin hal-hazırki iş yerində özünüzü müsbət tərəfdən göstərmək üçün çox gözəl fürsətiniz vardır. Sizin edəcəyiniz iş məsləhətçi ilə ünsiyyət qurulmasını sürətləndirməkdir. Daha sonra məsləhətçini təəssüflə məlumatlandırırsınız ki, yenidən təşkilatlanma ilə əlaqədar olaraq sizin vakansiya ixtisara düşür və tezliklə iş axtarışlarına başlayacaqsınız. Bu isə o deməkdir ki, sizə tezliklə məsləhətçi tərəfindən vakansiyalar təklif olunacaqdır.


Beyin ovçuları” ilə birbaşa ünsiyyət
“Beyin ovçuları”nın prinsipi belədir: “Bizə zəng etməyin, biz özümüz sizə zəng vuracağıq.” Onlar əmək bazarını tədqiq edərək bacarıqlı namizədləri tapmaqları ilə qürur hissi keçirirlər.

Bununla belə onlardan bəziləri birbaşa ünsiyyətə hazırdırlar. Bizim tədqiqatımızda “beyin ovçuları”ndan dörddə üçü təşəbbüs müraciətlərini oxuduqlarını, üçdə ikisi isə ona cavab yazdıqlarını bildirmişlər. Bir çoxları isə bu cür təşəbbüs müraciətlərini hər gün aldıqlarını bildirmişlər.

Bəzi “beyin ovçuları” qeyd edirlər ki, təşəbbüs müraciətlərinə cari vakansiyalar üçün nəzərdən keçirilir. Lakin onların yarısı bu müraciətlərə gələcək vakansiyalarda baxacaqlarını bildirirlər. Bu isə sizin haqqınızda məlumatların heç də arxivə göndəriləcəyi mənasına gəlmir.
Müvəqqəti imkanlar
Öz karyerasını aktiv inkişaf etdirmək istəyən bəzi insanlar müvəqqəti işlər üzərində ixtisaslaşmış işədüzəltmə şirkətlərində qeydiyyatdan keçə bilərlər. Bu ona görədir ki, müvəqqəti işlər daimi işlərə nisbətən daha səmərəli ola bilər.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin