Müvəqqəti işin üstünlükləri
Müvəqqəti işlə məşğul olmağın bir neçə potensial üstünlükləri mövcuddur. Birincisi ona görə ki, müvəqqəti olan bu iş sizin üçün daimi ola bilər. Bu o halda baş verər ki, məsələn: sizin əvəz etdiyiniz və analıq məzuniyyətinə getmiş şəxs geri qayıtmaq istəməsin və ya şöbədə aparılan yenidən təşkilatlanma ilə əlaqədar sizin üçün yaradılmış müvəqqəti vakansiya daha sonra daimi ola bilər. Şirkətə gəlincə onun iki seçimi vardır: əmək bazarında vaxt və pul sərf edərək vəzifəyə tanımadığı şəxsi gətirmək və ya bu vəzifədə artıq özünü sübut etmiş və işi bilən şəxsi təyin etmək.
Müvəqqəti iş üçün kimlər uyğundur?
Müvəqqəti məşğulluq bazarı ənənəvi olaraq daha çox tətil qabağı intensiv olaraq işləməyi arzulayan gənclər üçün daha münasibdir. Müvəqqəti işlər daimi işə keçməyə əmin olmayan insanlar üçün bir kömək ola bilər. Qısamüddətli iş vasitəsi ilə işçi daimi işlə müqayisədə daha geniş spektrli təşkilatlara çıxa bilər. Bununla belə müvəqqəti işlərədə işləyənlər istənilən yaşda ola bilər. Həqiqətəndə yaşı qırxı ötmüş insanlar bazarda daimi iş tapmaqda çətinlik çəkir. Çünki onlar gənc rəqiblərinə qarşı çıxırlar. Halbuki, müvəqqəti işlər dünyasında onlar daha çox üstünlüyə malikdirlər. Sizin bütün bunları “artıq gördüyünüzü” nəzərə alaraq tam əminliklə yeni vəzifəyə başlaya bilərsiniz.
Müvəqqəti işə arxayın olanlar müəyyən keyfiyyətlərə də sahib olmalıdırlar. Siz qətiyyətsiz olmağınızın öhdəsindən gəlməlisiniz. Çünki, bir və ya iki həftədən sonra nə baş verəcəyini heç kim bilmir. Həmçinin özünüzü elə bir şəxsiyyət kimi aparın ki, bu komandaya düşməyiniz xöşbəxtlik kimi görünsün. Həmçinin burada iş yoldaşlarınızı tanıdıqdan sonra yeni iş yerinə keçmək kimi keyfiyyətlər də vacibdir. Belə müxtəliflik bir çoxlarının xoşuna gəlmir. Lakin bu dəyişikliklər sizin üçün uyğundursa, o zaman belə müqavilə müsbət impuls olacaqdır.
Əminlik gücləndiricisi
Bir neçə ay işsiz qalan insanlar üçün müvəqqəti işlər əminlik hissini gücləndirə bilər və müsbət əhval-ruhiyyə gətirə bilər.
Daimi iş axtarışında ikən müvəqqəti işdə işlədiyiniz zaman siz işəgötürənin axtardığı ruh yüksəkliyi nümayiş etdirəcəksiniz. Bu özünə inam, enerji və məqsədə doğru yönəlmə şəklində ifadə ediləcəkdir. Məzuniyyətdən qabaq və sonra ağlınızın necə işləməsini düşünün. Məzuniyyətdən qabaq insan şövqlə işləyərək layihələri sona çatdlrmağı və qısa müddətdə qalan xırda işləri yekunlaşdırmağa çalışırlar. Qayıtdıqdan sonra enerjili və istirahət etmiş olsalarda bir qayda olaraq iş ritminə o anda düşə bilmirlər. Eyni hal uzunmüddət işləməyənlərdə də baş verir. Müvəqqəti iş sizin iş əhval-ruhiyyənizi qorumuş olur.
Müvəqqəti işlər yüksək vəzifə ilə əlaqəli olmaya da bilər. Yüksək vəzifələr qeyri-müəyyən səbəblərdən vakant olaraq təşkilat üçün baş ağrısına çevrilə bilər. Məsələn, bir təşkilat illik əmək haqqısı 120 000 funt olan vəzifəyə namizəd axtarakən bu vəzifə üçün lazım olan şəxsin keyfiyyətləri barədə təsəvvürü var idi. Bu yaş, təcrübə və əmək fəaliyyəti ilə əlaqədar keyfiyyətlər idi. Vəzifə olduqca məsuliyyətli idi. Təşkilat qərara gəlir ki, daimi işçi tapana qədər onu yerinə müvəqqəti bir şəxs təyin etsin. İşə götürülən şəxs heç də bütün tələblərə cavab vermirdi. Lakin bununla belə onun çox gözəl idarəetmə qabiliyyəti, problemlərin həlli və əməkdaşların stimullaşdırılmasında bacarıqları var idi. Artıq bir neçə aydan sonra təşkilat şəxsin müsbət təsirini etiraf etməklə ona bu vəzifəni daimi əsaslarla tutmağı təklif etdi.
Müvəqqəti idarə edici
Müvəqqəti idarə edən yüksək vəzifəni müəyyən müddətdə tutmaq kimi nəzərdən keçirilir. Lakin mütəxəssislər bunu başqa cür qəbul edirlər.
Müvəqqəti idarə edənlər daha çox müəyyən vəziyyətlərin idarə edilməsində tələb olunur. Bu konkret problemlər, layihələr və ya təşkilati idarəetmədə zəruri olan dəyişikliklərdə baş verən çətinliklərlə əlaqədar vəziyyətlərdir. Buna şirkətin birləşməsi, bağlanması və ya satılması halları aid ola bilər.
Müvəqqəti idarə edənin xüsusiyyətini nəzərə alsaq bu təcrübəli, tez qərar verən və ətrafdakıları stimullaşdırmağı bacaran şəxs olmalıdır. Bu vəziyyətdə maraqlı olan odur ki, ağ saçlar müəyyən üstünlük hesab edilir. Sizin bu vəzifəyə uyğun olduğunuzu hesab etmələri üçün müəyyən mərhələləri keçməyiniz lazım gələcəkdir. Siz sürətli şəkildə uyğunlaşmağı bacarmalı və baş verən dəyişiklikləri idarə etməlisiniz. Müvəqqəti yaxşı idarə edən olmağınız üçün sizə aşağıdakılar lazımdır:
-
Uyğunlaşmış olmaq;
-
İnformasiyanı sürətli mənimsəmək və təhlil etməyi bacarmalıdır;
-
Effektiv ünsiyyət bacarığına sahib olmaq;
-
Komandanın yaxşı üzvü olmaq;
-
Taktikalı və diplomatik olmaq.
Müvəqqəti idarə edən olmaq asan seçim deyil. Həqiqətdə isə yaxşı müvəqqəti idarə edən olmaq yaxşı rəhbər olmaqdan daha çətindir. Müvəqqəti idarə edən şəxslər bu yola ona görə baş vururlar ki, onlar yeni sınaq axtarışlarındadırlar və özlərini daimi məsuliyyətə bağlamaq fikrində olmurlar. Onlar hal-hazırda bu vəzifəni istədikləri üçün bu qərarı qəbul edirlər. Mahiyyət etibarı ilə bu vəzifə çətin və gərgin olmaqla yüksək maaşlıdır.
Əgər siz düşünürsünüz ki, belə həyat tərzi sizə görədir o zaman müvəqqəti idarəetmə işləri üzrə ixtisaslaşmış şirkətlərə müraciət etməyiniz lazımdır. Siz görüş təyin etməklə əmək bazarında bu sahə üzrə bacarıqlarınızın olub-olmadığını müzakirə edə bilərsiniz.
Nəticə
-
İşədüzəltmə agentliyində qeydiyyata düşməklə geniş spektrli iş yerlərinə çıxışınız olacaqdır.
-
Mütəxəssis seçimi üzrə şirkətlərin göstərdiyi xidmətlərin mahiyyətini başa düşməyə çalışın.
-
“Beyin ovçuları” şirkətləri əsasən ambisiyalı insanların yüksək vəzifəyə seçilməsinə çalışırlar.
-
İşədüzəltmə şirkətləri iş elanları verməklə bərabər “beyin ovçuları” kimi birbaşa namizəd axtarışına da çıxa bilərlər.
-
Elə bir şirkət seçin ki, o sizin səviyyədə olan insanların işlə təmin etməkdə təcrübəsi olsun.
-
Kadr agentliklərinin necə işlədiklərini başa düşməyə çalışın. Bilin ki, onlar ilk növbədə müştəri-şirkətlərin maraqlarını qoruyurlar.
-
Məsləhətçi ilə görüşdə öz tələblərinizi razılaşdırmağa çalışın.
-
Yadda saxlayın ki, ilk növbədə özünüzü məsləhətçiyə “satmaq” vacibdir.
-
Məsləhətçini özünüzə tərəf istiqamətləndirmək sizə bağlı qapıları açmağa kömək edəcəkdir.
-
Siz “beyin ovçuları”nı konfranslardakı çıxışlarınızla, məqalə yazmaqla və iş yerinizi dəyişmək haqqında mətbuata məlumat verməklə cəlb edə bilərsiniz.
-
Müvəqqəti işlə məşğul olmaq sizin karyeranızın inkişafına təkan vermiş olacaqdır.
-
Müvəqqəti işlər sizin qısa müddətdə təcrübənizin genişlənməsinə səbəb olacaqdır.
-
Bəzi hallarda müvəqqəti işlər daimi işə çevrilə bilər.
-
Müvəqqəti idarəetmə vəzifələri yeni və çətin məsələlərin həllinə can atan peşəkarlar üçün əsl seçimdir.
Fəsil 11. Özünüzə imkanların yaradılması
“İdeal” iş axtarışında vakansiya elanları və kadr agentlikləri nəinki faydalı mənbədir, o həmçinin realdır. Bu baxımdan ən uğurlu namizədlər uğurlu karyera üçün özünə imkan yaradanlardır.
Başqa şirkətə keçmək ən doğru qərar hesab edilirmi?
Bir çox hallarda yeni işə keçməyin ən uğurlu yolu – sizin təşkilatınızın daxilində yeni işə keçməyiniz hesab edilməlidir. Biz naməlum təşkilatda yeni işə keçməyin böyük risk olduğunu qeyd etmişdik. Sizin nəzərdə tutduğunuz işəgötürən ətraf mühit və yeni namizədlər üçün cəlbedici görünsədə şirkət həyatında reallıq tamam başqa cür ola bilər.
Əgər sizin işəgötürən tələblərə cavab vermirsə, daha doğrusu əmək haqqı aşağıdırsa, təlim və inkişaf zəifdirsə, strategiya formalaşmayıbsa o zaman başqa işə keçməklə heç nə itirmirsiniz. Əgər sizin rəhbərlik yüksək əmək haqqı verirsə, müxtəlif təlimlərə göndərirsə və bazarda öz sahəsində sabit vəziyyətdədirsə, bu halda düşünmək lazımdır ki, görəsən getməyə dəyərmi?
Bəlkə də siz başqa vəzifəyə keçmək və ya yüksək vəzifə və daha çox məsuliyyət istəyirsiniz. Böyük ehtimalla isə siz vəzifənizin yüksəlməsini istəyirsiniz.
Vəzifə yüksəlişinin planlaşdırılması
Vəzifə yüksəlişində atılacaq birinci addım bu haqda xahiş etməkdir. Bu əlavə bacarıqlar əldə etmək və məsuliyyət dairəsinin genişləndirilməsi baxımından məna kəsb edir.
Şirkətlərdə sadə qayda tətbiq edilir ki, bu da “istəməsən, heç nə əldə etməzsən” qaydasıdır. Rəhbəriniz heç də sizin tələblərinizi bilməyə borclu deyil. Adətən rəhbər işçilər (məcbur olmasalar) işçilərini öz vəzifələrində saxlamağa üstünlük verirlər. Çünki belə yaşamaq daha rahatdır. Əgər siz başqa mövqeyə keçsəniz sizi kim əvəz edəcək? Digər tərəfdən şirkət dərk etməlidir ki, sizi rəqib şirkətlərə buraxmaqdansa burada saxlamaq daha sərfəli olacaqdır. Sizin rəhbəriniz hətta kadr axını göstəricilərinə görə qiymətləndirilmiş ola da bilər.
Belə olduğu halda yüksəlmə və inkişaf arzunuzu ifadə etmək üçün istənilən imkandan istifadə etmək lazımdır. Əlverişli hallarda mümkün variantları müzakirə edin. Əgər gözləmək istəmirsinizsə ayrıca görüş tələb edin. Gözdə-qulaqda olun ki, bəlkə sizin yüksək vəzifə tutan həmkarlarınız da yeni işə keçməyi planlaşdırsınlar. Əgər onların vəzifəsi sizin tutmaq istədiyiniz vəzifədirsə o zaman təlim kursu keçmək üçün müraciət edin ki, bu vəzifə sizin üçün əsaslandırılmış olsun.
Əgər sizin şöbədə açıq vakansiyalar bəs o zaman nə etməli? Elə isə siz başqa şöbələrdə belə bir vəzifənin olub-olmadığına baxmalısınız. Bu halda insan resursları şöbəsinə müraciət etməli və tələblərinizi müzakirə etməlisiniz. Əgər onlar reaksiya vermirlərsə, o zaman başqa istiqamətlərdə hərəkət etməlisiniz.
Yadda saxlayın ki, ruh yüksəkliyi, motivasiya və təşəbbüskar yanaşma sizin karyeranıza ziyan verməz.
İstiqamətin dəyişdirilməsi. Şirkət daxilində yer dəyişmə haqqında düşünün
Şirkət daxilində yer dəyişmə o zaman faydalı olar ki, karyeranızı başqa istiqamətə yönəldəsiniz. Ola bilər ki, siz maliyyə şöbəsində işə başladıqdan 2-3 il sonra başa düşdünüz ki, sizə məhsulun maya dəyərini hesablamaqdansa onu reklam etmək daha maraqlıdır.
Sizin məqsədyönlü, enerjili və yaradıcı təfəkkürə malik olmağınızı yeni rəhbərinizə inandırmaq əvvəlki rəhbərinizdən daha çətin olacaqdır. Əslində isə yeni rəhbər sizin marketinq komandasına cəlb etməklə müəyyən fayda əldə edə bilər. Məsələn, siz reklamın planlaşdırılması prosesinə maliyyə reallığı gətirə bilərsiniz.
Aydındır ki, siz yer dəyişmənizi şirkətin maraqları çərçivəsində edəcəyinizə dair inandırıcı sübutlar gətirməlisiniz. Unutmayın ki, uğurlu karyeranın əsas prinsiplərindən biri budur: şirkət sizin üçün nə edə bilər deyil, siz şirkətə nə edə bilərsiniz haqqında düşünməlisiniz.
Şəxsi əlaqələrdən istifadə edilməsi
Əgər siz karyeranızı inkişaf etdirmək istəyirsinizsə o zaman şirkətinizin xaricində nələr baş verdiyi haqqında məlumat əldə etməlisiniz. Bunun üçün şəxsi əlaqələrinizdən istifadə etməlsiniz.
Belə bir qeyri-rəsmi əmək bazarı sizin üçün araşdırılması vacib olan sahədir.
Yalnız iş üçün deyil, həyat üçün əlaqələr qurmaq
Bəzi insanlar üçün “əlaqə” sözü xöşagəlməz dərəcədə soyuq və ehtiyatlı səslənə bilər. Bu belə olmamalıdır. Mahiyyət etibarı ilə əlaqələr sizi əhatə edən insanların reaksiyasından və imkanlarından istifadə etməkdən ibarətdir. Kiminləsə söhbət etməkdə maraqlı olduğunuz zaman onunla əlaqələr qurmağa başlayırsınız. Əgər siz müsbət və dost kimi münasibət göstərəcəyiniz təqdirdə böyük ehtimalla onlar da qarşılıqlı olaraq bu münasibəti göstərmiş olacaqlar.
Beləliklə əlaqələrin qurulması yeni dostların qazanlılması deməkdir. Qarşınıza çıxan bəzi insanlar – istər məktəbdə, kollecdə və ya toyda olsun sizə heç vaxt iş barəsində kömək etməyə bilərlər. Lakin onlar sizin həyatınızı kifayət qədər zənginləşdirə bilərlər.
Sizin əlaəqələriniz ailədən başlayır. Daha sonra isə buraya məktəbdən, kollecdən, iş yerindın tanışlar və dostlarınızın dostları əlavə olunur. Əlaqələrini uğurla istifadə edən şəxs heç vaxt mövcud əlaqələrin siyahısına yeni adın əlavə olunmasına qarşı çıxmaz.
Karyera uğrunda əlaqələrdən effektiv istifadə edilməsi
Bəzi insanlar təbiətcə əlaqə qurmağa meyllidirlər. Onlar konfransda iştirak edənlərə təsir edə bilir, tanışlığı maraqlı və faydalı hesab etdikləri rəsmi və ya qeyri-rəsmi insanların adlarını heç vaxt unutmazlar. Bununla belə onlar bəzi keçmiş həmkarları və kollecdən olan dostları ilə əlaqələrini qoruyub saxlayırlar. Bu insanlar əvvəldən əlaqə qurmağa həvəsli olduqları üçün iş axtarışında hər zaman öndə olurlar. Çünki, onların əlaqəsi geniş olduğu üçün hər zaman yeni imkanlardan istifadə edə bilərlər.
Bir vaxt karyeranızı inkişaf etdirmək üçün əlaqələrinizdən istifadə etmək istəsəniz ilk olaraq tanıdıqlarınızın siyahısını tərtib etməli olacaqsınız. Bu siyahıya hər kəsin daxil edilməsi vacibdir.
İnsanların ən çox etdikləri səhvlər arasında onlardan tanışlarının siyahısını tərtib edilməsi istənildikdə çox az adamın əhatə olunduğunun şahidi oluruq. Çünki, onlar iş axtarışı haqqında düşündükləri zaman yalnız işgüzar əlaqədə olduqları insanları xatırlayırlar.
Bu isə doğru deyil. Sizin siyahıya aşağıdakı şəxslər daxil olmalıdır:
-
Ailə üzvləri, əmi və dayılar (uşaqları ilə birlikdə), xala və bibilər (uşaqları ilə birlikdə), ögey bacı və qardaşlar və s.
-
Dostlar: məktəb, universitet, müxtəlif dərnəklərdən;
-
Dostlarınızın dostları: məsələn, keçən il dostunuzun məclisində yanında oturduğunuz şəxs;
-
İş həmkarları; keçmiş və indikilər;
-
Mühasibiniz və ya şəxsi maliyyə məsləhətçiniz;
-
Qonşularınız;
-
Sizə xidmət edən bankda rəhbər vəzifəsində işləyən şəxs;
-
Sizin təsadüfi tanışlarınız.
Düşünə bilərsiniz ki, bu siyahıdakı bəzi insanlar boş vaxt sərfidi. Məsələn, bankınızda rəhbər vəzifədə işləyən bir şəxs sizə reklam sahəsində iş tapmağa necə kömək edə bilər? Ancaq sizə məlum olmayan bir fakt o ola bilər ki, bu şəxsin qardaşı artıq 15 ilə yaxındır ki, aparıcı işədüzəltmə şirkətində işləyir. Buna görə də təkrar edək ki, bu siyahıya həyatınıza daxil olan hər şəxsi qeyd etməyi unutmayın. İlkin siyahını hazırladıqdan sonra ağlınıza gələn yeni şəxsləri də buraya əlavə etməyi unutmayın.
Əlbəttə ki, adətən əlaqə yaradarkən sizə faydalı ola biləcəyi ehtimal edilən şəxslərdən başlayacağınız şübhəsizdir. Bununla belə nəzərdə tutmadığınız insanları da əhəmiyyətsiz hesab etməyin. Heç vaxt əmin ola bilməzsiniz ki, uğurlu iş axtarışında sizə ilk yol göstərən kim olacaqdır. Nəhayət dəqiq bilin ki, bu adlardan nə üçün istifadə etmək istəyirsiniz.
Əlaqələrdən effektiv istifadə edilməsi
Əlaqələrinizdən istifadə etmək üsulu sizə vacib olan məlumatın əldə edilməsində uğurunuzu ifadə edir. Əgər mümkündürsə “tədqiqat” işinizin böyük hissəsini telefonla aparmayın. Əgər sizin kollecdən olan köhnə dostunuz hal-hazırda Aberdin şəhərində (Şotlandiya), siz isə Kornuolle (İngiltərə) şəhərində yaşayırsınızsa o zaman sizin başqa seçiminiz qalmır. Lakin problem ondadır ki, telefon danışığı zamanı insan öz xahişini qısa olaraq ifadə etməli olur: “Mən sizə ona görə zəng edirəm ki, ......”. Siz deyə bilərsiniz ki, iş axtarmağa çalışırsınız. O isə öz növbəsində sizə heç cür kömək edə biməyəcəyini söyləyəcək. Bu isə itirilmiş əlaqə olacaqdır.
Şəxsi əlaqə
Sizin ən vacib edəcəyiniz şey şəxsən görüşə nail olmaqdır. Tutaq ki, görüşmək istədiyiniz şəxs sizin keçmiş iş yoldaşınızdır. Sizin münasibətləriniz bir o qədər yaxın olmaya bilər və istənilən telefon danışığı 10 dəqiqədən artıq çəkməyə bilər. Bununla belə ən qısa şəxsi görüşlər adətən yarım saata qədər uzana bilər. Belə bir görüş isə sizə əlavə olaraq 20 dəqiqə imkan təmin edəcəkdir. Həmçinin şəxsi görüşlər zamanı telefon danışığı ilə müqayisədə söhbətin istiqamətini rahat şəkildə dəyişərək istifadə edə biləcəyiniz potensial ideyalarınıza doğru yönəldə bilərsiniz. Beləliklə siz əlaqə quracağınız insanın qiymətli vaxtını nəzərə alaraq görüş təyin etməlisiniz. Siz ona birlikdə nahar etməyi və ya kofe içməyi təklif edə bilərsiniz.
Görüş zamanı əlbəttə ki, söhbətə sizin ümumi köhnə tanışlarınızı xatırlamaqdan başlaya bilərsiniz. Bu ilkin siyahıya əlavə etməyi unutduğunuz insanlar ola bilər. Onları o dəqiqə siyahıya əlavə etməyi unutmayın. Siz görüş zamanı xidmətlərinizi təklif edə biləcəyiniz müxtəlif sektorlar haqqında məlumat və hansı sahibkarlardan uzaq durmağınız haqqında məsləhətlər əldə edə bilərsiniz. Bu məlumatlar sizin tədqiqatınızı daha da dolğun edəcəkdir.
Əsas məqsədiniz hər görüşdən əhəmiyyətli dərəcədə yeni informasiya və ya heç olmazsa əlaqə qurula biləcək iki yeni insanın adını öyrənmək olmalıdır.
İdeal vəziyyət isə sizin tanışınızın sizə kömək edə biləcək bir neçə tanışının olduğunu söyləməsi olardı. Daha da yaxşısı tanışınız o şəxslərə zəng edərək sizinlə görüşə etiraz edib-etmədiklərini soruşmaq və qısa bir görüşü təşkil etmək olardı. Sizin kiməsə təqdim olunmağınız şansınızı yüksəldə bilər və ya heç olmazsa bu şəxsdən “yapışa” bilərsiniz.
Əgər kimdənsə sizin adınızdan zəng etməyinizi xahiş edən zaman bu xahişinizin həyata keçməsi üçün inadla çalışmalısınız. Daim məşğul olan şəxs bunu etmək niyyətində olsa belə qarışıqlıqda bunu unuda bilər. Ona 10 gün ərzində təkrarən zəng edəcəyinizi və lazım olan şəxsə zəng edə bilib-bilməyəcəyi haqqında xahiş edin. Əgər zəng edilməsə nəzakətlə bir həftə sonra sonra edəcəyinizi söyləyin.
Bu əlaqələrin qurulmasının əsas məqsədi mümkün işəgötürənə təşəbbüs məktubunun yazılması üçün yeni fikirlərin əldə edilməsidir.
Portfolio tipli karyera
Bəzi insanlar təbiətcə çoxlu əlaqələrinin olmasına meyllidirlər. Onların karyera inkişafı portfolio tipinə uyğun gələ bilər. Bu cür karyera inkişafı daha çox bir işin ömür boyu olmasından imtina etmiş şəxslərə aid edilir.
Portfolio-karyera eyni anda bir neçə fəaliyyəti və gəlir mənbəyini özündə birləşdirir:
-
Rəhbər işçi olmaqla bərabər siz bir neçə şirkətin idarəetmə şurasının üzvü ola bilərsiniz.
-
Öz işgüzar əlaqələriniz vasitəsi ilə bir dəfə olmaq surəti ilə sizin məsləhətinizə görə pul ödəməyə hazır olan şəxsləri tapmaq. Bir sözlə siz özünüzü müstəqil məsləhətçi kimi təqdim edirsiniz.
-
Sizin informasiyanı yazılı şəkildə ötürmək kimi istedadınız var? O zaman peşəkar assosasiyalar və ixtisaslaşmış mətbuat üçün məqalələr yazılmasına başlaya bilərsiniz.
-
Siz müxtəlif şirkətlərə öz sahəniz üzrə təlimlər keçməyi təklif edə bilərsiniz.
-
Əgər natiqlik qabiliyyətiniz varsa işgüzar görüşlərdə və konfranslarda çıxış etmək üçün xidmətlərinizi təklif edə bilərsiniz.
-
Siz bir neçə vəzifəni qismən daşıya bilərsiniz. Məsələn, daimi mühasib vəzifəsinə ehtiyac duymayan təşkilatlar qismən bu vəzifəni daşıya biləcək şəxslərə ehtiyac duyurlar.
Siz nə qədər çox insan tanıyırsınızsa əlinizin altında bir o qədər müxtəlif sahələr üzrə iş mənbələrinə sahib olacaqsınız. Əlbəttə ki, belə üsul hər kəsə uyğun deyil. Bəzi insanlar öz istedadlarını müxtəlif təşkilatlarda nümayiş etdirməkdənsə bir təşkilatın ayrılmaz parçası olmasına üstünlük verirlər.
Bundan başqa portfolio-karyera sizə öz biznesinizi yaratmağa ilham verə bilər. Bu isə öz növbəsində başqa problemlər yarada bilər və eləcədə bunun üçün biznesin inkişaf etdirilməsi bacarıqlarınızın da olması vacibdir. Bunun üçün elə bir şəxsiyyət tipinə sahib olmalısınız ki, maliyyə təminatı olmadan (ödənişli məzuniyyət, sosial müdafiə xərcləri və s. ) hərəkət etməyə hazır olasınız. Əlavə olaraq təşkilatdan kənar tək işləməyin psixoloji çətinlikləri də mövcuddur.
Bununla belə şəxsi həyatınızdan əmin olmaq, rəhbərliyin olmaması, işinizin müxtəlifliyi və şəxsi nailiyyət kimi hisslərə sahib olmaq bunun faydalarındandır.
Portfolio tipli karyera qurmaq istəyən şəxslər əsasən uzunmüddətli təcrübəyə malik şəxslərdir. Yəqin ki, bu insanlar həftədə 70 saat işləməkdən qaçmaq və bununla tam məşğulluğu təmin etmək və ya gələcəkdə vəzifəsindən istefa vermək kimi qərar verə bilərlər.
Sizin şəraitinizin necə olmağından asılı olmayaraq qəti addım atmadan əvvəl belə bir cəhdlərin həyata keçməsinə nail ola biləcəyiniz haqqında düşünməlisiniz. Bunun üçün isə axtardığınız işin və gəlir mənbələrinin elementlərinin qurulması üçün çalışmaq lazımdır.
Nəticələr
-
Əgər siz yeni perspektivlər axtarırsınızsa iş yerinizi həqiqətən də dəyişmək istədiyinizdən əmin olun;
-
Şöbənizdə karyera yüksəlişi imkanları mövcuddurmu?
-
Əgər karyeranızda dəyşiklik etmək istəyirsinizsə, indiki iş yerinizdə horizontal olaraq yüksəlmə imkanlarına baxmaq lazımdır.
-
Əgər yeni bir şey axtarışındasınızsa, o zaman köməyinizə şəxsi əlaqələr çatacaqdır.
-
Əlaqələr həyatınızı zənginləşdirməklə karyerarınıza da kömək edəcəkdir.
-
İş yerinizi dəyişərkən əlaqələrinizdən maksimal olaraq istifadə etməyiniz lazımdır.
-
Siyahı hazırlayarakən mütləq şəkildə iş axtarışına aid olan bütün şəxsləri daxil etmək lazımdır.
-
O insanlardan başlayın ki, sizin fikrinizcə onlar müəyyən informasiyaya sahibdirlər. Çalışın qısa da olsa nahar və ya qəhvə süfrəsi arxasında görüşə nail olasınız.
-
Bu insanlardan iş istəməyin. Siz sahənizə aid informasiya, məsləhət və digər faydalı əlaqələr axtarışındasınız.
-
Bu görüşlərin hər birində heç olmazsa əlaqə yarada biləcəyiniz iki nəfərin adını öyrənməyə çalışın.
-
Əlaqələriniz vasitəsi ilə əldə etdiyniz informasiya sizə bəzi işəgötürənlərin etimadını qazanmağa və onlara işlə əlaqədar təşəbbüs müraciətini etməyinizdə köməklik edəcəkdir.
-
Portfolio-karyerası əlaqələrini effektiv olaraq istifadə edən şəxslər üçün daha uyğundur. Əvvəlcə isə bir neçə təşkilatda işləmək üçün bacarıqlarınızın olub-olmadığı haqqında düşünmək lazımdır.
Fəsil 12. Təşəbbüs müraciəti
Yaşı qırxı ötmüş, iş axtaran və yüksək vəzifədə işləyən bəzi insanların onlara uyğun olan iş elanlarının tapması çox çətindir. Bəzi kadr agentlikləri, hətta bu sahə üzrə ixtisaslaşmış olsa belə məhdud sayda vakansiya təqdim edə bilirlər.
Bu halda iş axtarışında birbaşa görüləcək iş, müəyyən edilmiş təşkilatlara təşəbbüs məktubunun göndərilməsi olacaqdır.
Təşəbbüs müraciətini etməyə dəyərmi?
Əlbəttə ki, dəyər! Bizim insan resursları departamentinin mütəxəssisləri arasında apardığımız araşdırmanın nəticələrinin 90%-i onu göstərdi ki, bu mütəxəssislər bütün təşəbbüs müraciətlərini nəzərdən keçirirlər. Bir çox mütəxəssislər isə təşəbbüs müraciətlərinin cari vakansiyalar üçün nəzərdən keçirdiklərini bildirmişlər.
Hətta siz real olaraq bu müraciətə cavab da ala bilərsiniz. Sorğu aparılan mütəxəssislərin 23%-i müraciətlərə cavab verdiklərini, 51%-i isə bəzən cavab verdiklərini bildirmişlər. Lakin siz nəzərə almalısınız ki, bu insanlar çoxlu müraciətlər qəbul edirlər. Bəziləri bunu gündəlik, digərləri isə həftləlik qəbul edirlər. Buna görə də sizə cavab gəlməsə belə bunu telefon vasitəsi ilə etməyə hazırlaşın.
Əgər sizə cavab verərək haqqınızdakı məlumatları bazaya daxil etdikərini söyləsələr buna inanmayın. Çünki, insan resursları mütəxəssislərinin üçdə biri təşəbbüs müraciətlərini gələcək vakansiyalar üçün nəzərdən keçirdiklərini bildirmişlər.
Əgər hal-hazırda sizə uyğun vakansiya yoxdursa və siz buna baxmayaraq orada işləmək istəyirsinizsə o zaman oraya gələcəkdə müraciət etməlisiniz.
Ümumiyyətlə təşəbbüs müracciətlərini etmək məsləhətdir. Lakin siz müraciətinizə baxılmasını istəyirsinizsə o zaman “doğru” insanı seçməli və onun maraqlarını özünüzə doğru stimullaşdırın. Çalışmalısınız ki, sizinlə onlar niyə görə görüşməli olduqlarını açıq-aydın başa düşsünlər.
Dostları ilə paylaş: |