1.1.3.3. Əmlakın xalis dəyərindən ödənilən cari vergilər dedikdə, əmlakın dəyərindən həmin əmlak üzrə öhdəliklər çıxılmaqla, yaranan xalis dəyərdən ödənilən vergilər başa düşülür.
1.1.3.4. Vərəsəlik və ya bağışlanma qaydasında mülkiyyətə keçmiş əmlakdan vergilər mülkiyyətçinin ölümü ilə bağlı mülkiyyətin vərəsəlik, bağışlanma qaydasında verilməsindən və başqasının mülkiyyətinə keçmiş əmlakdan alınan vergilərdir.
1.1.3.5. Maliyyə əməliyyatlarına və kapitalla aparılan əməliyyatlara görə vergilərə qiymətli kağızların buraxılmasına, onların alqı və satqısına görə vergilər, çeklərə və digər ödəniş formalarına görə vergilər, eləcə də daşınmaz əmlakın satışını həyata keçirən hüquqi əməliyyatlara görə vergilər aid edilir.