1.1.4.4. Dövriyyədən vergilərə və mal və xidmətlərdən alınan digər vergilərə əvvəlki kateqoriyalar üzrə sadalanmayan dövriyyədən, mal və xidmətlərdən alınan digər vergilər daxildir.
1.1.4.5. Aksizlər təsnifatda iki maddəyə bölünmüşdür: Azərbaycan Respublikasında istehsal olunan mallara görə aksiz və respublikamıza idxal olunan mallara görə aksiz. Bu maddələrin özləri de aksizli malların növləri uyğun olaraq yarımmaddələrə bölünmüşdür.
1.1.4.6. Fiskal İnhisarçıların mənfəəti dedikdə, dövlət tərəfindən onlara verilən İnhisarçı hüquqlarından istifadə edərək müəyyən qrup malların istehsalını, işlərin görülməsini və xidmətlərin göstərilməsini və ya onların bölüşdürülməsini həyata keçirən inhisarçı dövlət müəssisələri tərəfindən əldə olunan mənfəətdən ayırmalar başa düşülür, Adətən, bələ İnhisarçı fəaliyyət neft məhsullarının, spirtlİ İçkilərin, tütün məmulatlarının istehsalına və kommunal xidmətlərin göstərilməsinə aid edilir. Belə fiskal inhisarçılar dövlət müəssisələrindən fərqlənir. Belə ki, fiskal inhisarçılar gəlirlərin büdcəyə təmin edilməsi məqsədi ilə yaradıldığı halda, dəmir yolu, energetika, rabitə kimi dövlət müəssisələri dövlətin sosial-iqtisadi vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə yaradılır. (qüvvədən düşüb - №124 – 15/05/2006)