1.1.5. Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq qruplaşdırılmışdır.
1.1.5.1. İdxal rüsumları ölkəyə idxal olunan mallara görə gömrük orqanları tərəfindən tutulur. Bu kateqoriyaya hesablama metodundan asılı olmayaraq, bütün idxal rüsumları daxil edilir.
1.1.5.2. İxrac rüsumları ölkədən malların ixracı zamanı gömrük orqanları tərəfindən tutulan rüsumlardır.
1.1.5.3. İdxal və ixrac inhisarçılarının mənfəəti dedikdə, dövlət hakimiyyəti orqanlarının idxal, ixrac əməliyyatlarının tənzimlənməsi məqsədi ilə xüsusi səlahiyyət verdikləri müəssisələrdən alınan mənfəət başa düşülür.