1.2.1.1. İşəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları müəssisə və təşkilatların əmək ödənişi fonduna qanunla nəzərdə tutulmuş nisbətdə hesablanan ayırmadır.
1.2.1.2. Muzdla işləyənlərin əmək haqlarından sosial ayırmalar isə işçilərin əmək haqlarına qanunla nəzərdə tutulmuş faiz nisbəti ilə hesablanır.
1.2.1.3. Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlərindən sosial ayırmalar onların məşğul olduğu sahələrdən asılı olaraq müxtəlifdir. Bunu nəzərə alaraq, qeyd olunan ayırmalar üzrə daxilolmalar təsnifatın bu maddəsində göstərilməlidir.