1.3.3. Dövlətin idarəetmə sektorunun digər həlqələrindən daxil olan qrantlara maliyyə-kredit institutları, ictimai fondlar, assosiasiyalar, federasiyalar, komitələr və sair təşkilatlar tərəfindən dövlət üçün əhəmiyyət kəsb edən müxtəlif tipli layihə və proqramların həyata keçirilməsi məqsədi ilə alınmış ödənişlər daxildir.
1.4. Digər gəlirlər
Digər gəlirlər mülkiyyətdən gəlirlərə, mal və xidmətlərin satışından daxilolmalara, cərimə və sanksiyalar üzrə daxilolmalara və Könüllü köçürmələrə bölünür.
1.4.1. Mülkiyyətdən gəlirlər dövlətin mülkiyyəti ilə bağlı olan vergi olmayan gəlirlərdir. Bu gəlirlər faizlərdən, dividentlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, pul-şey lotereyaları üzrə daxilolmalardan və icarə haqqından ibarətdir.
1.4.1.1. Faizlərdən gəlirlər dövlət tərəfindən verilmiş depozitlərlə, qiymətli kağızlarla (səhmlərlə), büdcə. ssudaları ilə və dövlət zəmanəti verilmiş kreditlərlə bağlıdır. Faizlərin ödəyiciləri dövlət maliyyə və qeyri-maliyyə təşkilatları, özəl sektora aid təşkilatlar, xarici hökumətlər və digər mənbələr ola bilər.
Dostları ilə paylaş: |