1.4.2.2. İnzibati tədiyələrə və ödənişlərədövlət rüsumu, birdəfəlik rüsum və sair ödənişlər aiddir. Dövlət rüsumu rüsum tutulan əməliyyatların növlərinə görə təsnifatlaşdırılmışdır.
1.4.2.3. Qeyri-kommersiya təşkilatlarının kommersiya fəaliyyətindən gəlirlər dedikdə, büdcədən maliyyələşən təşkilatların göstərdikləri müxtəlif ödənişli xidmətlərə görə daxilolmalar başa düşülür. Dövlət Neft Fondunun və məqsədli büdcə fondlarının gəlirləri də bu kateqoriyaya aid edilir.
1.4.2.4. Mal və xidmətlərin satışından digər daxilolmalara mal və xidmətlərin satışından büdcəyə daxil edilən bütün digər daxilolmalar aid edilir.