Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir vergisi dedikdə isə sahibkarlıq (o cümlədən aktivlərin və əsas vəsaitlərin təqdim edilməsi və s.) və qeyri-sahibkarlıq (faiz gəlirlərindən, dividendlərdən, əmlakın icarəyə verilməsindən, royaltidən və s.) fəaliyyəti üzrə gəlirlərdən vergi başa düşülür.
Fiziki şəxslərin digər gəlirlərindən gəlir vergisi dedikdə, vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərdən gəlir vergisi nəzərdə tutulur.
1.1.1.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi rezident müəssisələrin mənfəət vergisinə, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliklərinin gəlirlərinin gəlir vergisinə, Hasilatın Pay Bölgüsü Sazişləri üzrə podratçıların və xarici subpodratçıların mənfəət (gəlir) vergisinə, rezidentlərin və qeyri-rezidentlərin ödəmə mənbəyindən əldə edilən gəlirlərinin gəlir vergisinə və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisinə bölünür.