Ödəmə mənbəyində gəlirləri vergiyə cəlb olunan gəlirlərdən gəlir vergisi dedikdə, rezidentlərin və qeyri-rezidentlərin ödəmə mənbəyində vergiyə cəlb olunan dividentlərindən, faizlərindən, icarə haqlarından, royaltidən və digər gəlirlərindən gəlir vergisi başa düşülür.
Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi dedikdə, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların ödədikləri mənfəət vergisi nəzərdə tutulur.
1.1.1.3. Kateqoriyalar üzrə bölünməyən gəlir vergisi birbaşa və ya tam aydınlıqla fiziki və hüquqi şəxslərin gəlir vergisinə aid olunmasında çətinlik yaradan vergilərə aiddir.