1.1.3.1. Torpaq vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, habelə rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.
Rezident və qeyri-rezident müəssisələrin torpaq vergisi torpaq vergisinin obyektindən asılı olaraq sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, məişət xidməti və digər xüsusi təyinatlı torpaqlara görə torpaq vergisinə, kənd təsərrüfatı təyinatlı torpaqlara görə torpaq vergisinə və digər təyinatlı torpaqlara görə torpaq vergisinə ayrılmışdır.
Rezident və qeyri-rezident fiziki şəxslərin torpaq vergisi isə yaşayış fondlarının, həyətyanı sahələrin, bağ sahələrinin torpaq sahələrinə görə torpaq vergisinə, kənd təsərrüfatı üçün istifadə edilən torpaqlara görə torpaq vergisinə və digər təyinatlı torpaqlara görə torpaq vergisinə bölünür.
Torpaq vergisi torpaqların təyinatından asılı olaraq təsnifatda müvafiq maddələrə aid edilməlidir.
1.1.3.2. Əmlak vergisinin ödəyiciləri rezident və qeyri-rezident müəssisələr, habelə rezident və qeyri-rezident fiziki şəxslər hesab olunurlar.
Dostları ilə paylaş: |