Rezident və qeyri-rezident müəssisələrin əmlak vergisi bu verginin obyektindən asılı olaraq avtonəqliyyat vasitələrindən əmlak vergisinə, müəssisənin balansında olan əsas vəsaitlərdən əmlak vergisinə və sair əmlakdan əmlak vergisinə bölünür. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələrinin əmlak vergisi də bu qrupa aid edilmişdir.
Rezident və qeyri-rezident fiziki şəxslərdən əmlak vergisi fiziki şəxslərin mülkiyyətində olan nəqliyyat vasitələrindən əmlak vergisinə, əsas vəsaitlərdən əmlak vergisinə və sair əmlakdan əmlak vergisinə bölünmüşdür.