225300. "Ərzaq məhsullarının alınması" paraqrafına ərzaq məhsullarının alınmasına sərf edilən xərclər, həmçinin dövlətin tapşırığı ilə ağır şəraitdə işləyənlərə verilən xüsusi ərzaq məhsulları, ərzaq payı və yemək xərcinə görə ödənilən kompensasiyalar daxildir.
225400. "Digər istehlak mal və materiallarının alınması" paraqrafına ümumi istifadə üçün nəzərdə tutulmuş və 225100-225300-cı paraqraflara aid edilməyən digər istehlak mal və materiallarının alınmasına sərf olunan xərclər daxil edilir. Bu paraqrafa həmçinin döyüş sursatları və digər hərbi təyinatlı istehlak mallarının alınması ilə bağlı xərclər, tamaşalarda istifadə olunan dekorasiyalar üçün materialların, kostyumların, pariklərin alınması, mətbəx və yeməkxana ləvazimatlarının, hesablama cihazlarının, yazı makinalarının, yanğınsöndürən avadanlıqların, muzeylər və sərgilər üçün avadanlıqların, eksponatların və məktəblərdə hərbi hazırlıq işlərinə aid inventar və ləvazimatların alınması, iş (xidməti) heyvanlarının saxlanılması, inventar, avadanlıq və ləvazimatların quraşdırılması və təmiri ilə bağlı xərclər daxildir. Bu paraqraf 1 maddədən və 3 yarımmaddədən ibarətdir.