Büdcə xərclərinin iqtisadi təsnifatı


"Digər alışlar və xidmətlər"



Yüklə 0,58 Mb.
səhifə24/70
tarix07.01.2022
ölçüsü0,58 Mb.
#85574
1   ...   20   21   22   23   24   25   26   27   ...   70
225413. "Digər alışlar və xidmətlər" yarımmaddəsinə müəyyən edilmiş qaydada tamaşa müəssisələrinə transfertlərin verilməsi, dramatik, musiqi və bədii əsərlərin alınması (sifariş), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, büst və heykəllərin layihələşdirilməsi və hazırlanması, kəşf, ixtira və səmərələşdirici təkliflərlə bağlı xərclərin ödənilməsi, qan preparatlarının keyfiyyətinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, tədris müəssisələri və başqa təşkilatlar tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və malqaranın alınması, idman atlan üçün yem tədarükü və alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların və təhsil, məşğələləri üçün inventarların alınması, təhsil proqramlarının alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçalarının və digər sənədlərin alınması, kitabxanalar üçün kitab alınması, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması; şagirdlərə pulsuz verilən dərsliklərin alınması; kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, mədəniyyət evləri, klublar, məktəblər, xəstəxanalar, sanatoriyalar və digər müəssisələr üçün dövri mətbuatın alınması; kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, arxiv materiallarından istifadə edilməsi, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, informasiya agentliklərinin xidmətləri, guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi, bina və tikililərin pasportlaşdırılması, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınması, həmçinin 225411-225412-ci yarımmaddələrində qeyd olunmayan digər alışlarla və xidmətlərlə bağlı xərclər daxildir. Həmçinin 225411-ci və 225412-ci yarımmaddələri üzrə Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan xərclər daxildir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin