242000. "Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər"köməkçi bölməsinə Milli Banka, digər dövlət təşkilatlarına, kommersiya banklarına və özəl sektorun digər təşkilatlarına faizlər üzrə ödənişlər daxil edilir.
242100. "Milli Bank üzrə" paraqrafına buraxılmış istiqraz vərəqələrinin dəyəri və onların faizləri üzrə xərclər daxildir.
242200. "Digər dövlət təşkilatları üzrə" paraqrafına digər dövlət təşkilatlarından alınmış kreditlərə görə faizlərin ödənilməsi xərcləri daxil edilir.