Büdcə xərclərinin iqtisadi təsnifatı


"Üzvlük haqqı və digər ödənişlər"



Yüklə 0,58 Mb.
səhifə39/70
tarix07.01.2022
ölçüsü0,58 Mb.
#85574
1   ...   35   36   37   38   39   40   41   42   ...   70
264000. "Üzvlük haqqı və digər ödənişlər" köməkçi bölməsinə üzv olan beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı və digər ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

264100. "Beynəlxalq təşkilatlara üzvlük haqqı" paraqrafına beynəlxalq təşkilatlara ödənilən üzvlük haqqı ilə bağlı xərclər daxildir.

264200. "Digər ödənişlər" paraqrafına beynəlxalq təşkilatlara digər ödənişlər üzrə xərclər daxildir.

270000. "Təqaüdlər və sosial müavinətlər" bölməsinə sosial sığortaya, qocalara, işsizlərə, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım üzrə müavinətlər, pensiyalar, təqaüdlər, həmçinin dövlət büdcəsinin vəsaiti hesabına bu qəbildən olan xərclər daxildir. Bu bölmədə uşaqlı ailələrə verilən dövlət müavinəti və kompensasiyalar, bütün növ pensiyalar, təqaüdlər, şəhid ailələrinə, qaçqınlara və məcburi köçkünlərə maddi yardım göstərilməsi, hamiləliyə və doğuşa görə müavinətlər, uşağın anadan olması ilə əlaqədar birdəfəlik müavinət, dəfn üçün müavinət, təbii fəlakətdən zərər çəkən vətəndaşlara birdəfəlik pul yardımı, humanitar yardım, pulsuz müalicəyə göndərilən pensiyaçılara, ən çox ehtiyacı olan pensiyaçıların ailə üzvlərinə maddi yardım, işsiz vətəndaşlara müavinətlərin ödənilməsi, əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara maddi yardım, sağlamlıq imkanları məhdud uşaqlara onların təhsili ilə bağlı yardım, birlikdə yaşayan üç və da-ha çox əmək qabiliyyəti olmayan əlil ailələr üçün ünvanlı tədbirlərin keçiril-məsi, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün idman-sağlamlıq mərkəzlərinin yaradılması, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq və ölkədaxili idman yarışlarında iştirakı ilə bağlı proqramların, sərgilərin təşkili və ədəbi musiqi müsabiqələrinin, konfransların keçirilməsi, sanatoriya-kurort müalicəsi üzrə xərclərin tam və ya qismən ödənilməsi və əhaliyə sair ödənişlərlə bağlı xərclər daxildir. Bu bölmə 4 köməkçi bölmədən, 0 cümlədən "271000. Sosial təminat", "272000. Sosial müdafiə üzrə müavinətlər", "273000. Dövlət qulluqçularına sosial müavinətlər" və "274000. Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölmələrindən ibarətdir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin